Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi



Yüklə 489,3 Kb.
Pdf görüntüsü
səhifə20/20
tarix01.12.2017
ölçüsü489,3 Kb.
#13352
1   ...   12   13   14   15   16   17   18   19   20

125.5. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada 

təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.  

 

Maddə 126. Siyasi partiyaların ləğv edilməsi ilə bağlı işlər üzrə icraat  



 

126.1.  Siyasi  partiyaların  ləğv  edilməsi  ilə  bağlı  mübahisələrə  apellyasiya 

instansiyası məhkəmələri tərəfindən baxılır.  

126.2.  Siyasi  partiyanın  ləğv  edilməsi  barədə  ərizə  Azərbaycan  Respublikasının 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  verilə  bilər.  Bu  halda  siyasi  partiya 

cavabdeh qismində icraata cəlb olunur.  

126.3.  Bu  Məcəllənin  126.2-ci  maddəsində  nəzərdə  tutulmuş  halda,  məhkəmə 

ərizəçinin  vəsatətinə  əsasən  siyasi  partiyanın  fəaliyyətini  dayandırmağa  haqlıdır. 

Məhkəmə tərəfindən bu barədə qərardad qəbul edilir.

19

  

126.4.  Məhkəmə  tərəfindən  ərizəyə  onun  daxil  olduğu  vaxtdan  15  gün 



müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.  

126.5. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada 

təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.  

 

XVII fəsil 



 

KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ İLƏ BAĞLI MÜBAHİSƏLƏRƏ DAİR 

İŞLƏR ÜZRƏ İCRAAT 

 

Maddə  127.  Teleradio  yayımına  xüsusi  razılığın  (lisenziyanın)  verilməsi  ilə 



bağlı mübahisələrə dair işlər üzrə icraat  

 

127.1.  Teleradio  yayımına  xüsusi  razılığın  (lisenziyanın)  verilməsindən  və  ya 



xüsusi  razılığın  (lisenziyanın)  müddətinin  uzadılmasından  imtina  olunması  ilə  bağlı 

mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.  

127.2.  Teleradio  yayımına  xüsusi  razılığın  (lisenziyanın)  verilməsindən  və  ya 

xüsusi  razılığın  (lisenziyanın)  müddətinin  uzadılmasından  imtina  olunması  haqqında 

qərara (inzibati akta) qarşı iddia ərizəsi teleradio yayımını həyata keçirmək iddiasında 

olan şəxs tərəfindən verilə bilər.  

127.3.  İddia  ərizəsi  imtina  haqqında  qərar  (inzibati  akt)  barədə  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada maraqlı tərəfə məlumat 

verildiyi vaxtdan 30 gün müddətində verilə bilər.  

127.4.  Məhkəmə  tərəfindən  iddia  ərizəsinə  onun  daxil  olduğu  vaxtdan  15  gün 

müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.  

127.5. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada 

təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.  

 

Maddə  128.  Kütləvi  informasiya  vasitələrinin  istehsalına  və  yayımına  xitam 



verilməsi  və  ya  fəaliyyətinin  dayandırılması  ilə  bağlı  mübahisələrə  dair  işlər  üzrə 

icraat  


 

128.1. Kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi və 

ya  fəaliyyətinin  dayandırılması  ilə  bağlı  mübahisələrə  apellyasiya  instansiyası 

məhkəmələri tərəfindən baxılır.  

128.2. Kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi və 

ya  fəaliyyətinin  dayandırılması  barədə  ərizə  müvafiq  inzibati  orqan  tərəfindən  verilə 

bilər.  Bu  halda  müvafiq  kütləvi  informasiya  vasitəsi  cavabdeh  qismində  məhkəmə 

icraatına cəlb olunur.  

128.3.  Məhkəmə  tərəfindən  ərizəyə  onun  daxil  olduğu  vaxtdan  15  gün 

müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.  

128.4. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada 

təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.  

 

Maddə  129    Apellyasiya  instansiyası  məhkəmələri  tərəfindən  mübahisələrə 



birinci instansiya üzrə baxılması zamanı qüvvədə olan prosessual qaydalar

20

 

 

Apellyasiya  instansiyası  məhkəmələri  tərəfindən  inzibati  mübahisələrə  birinci 

instansiya  üzrə  baxılması  zamanı  bu  Məcəllənin  XV-XVII  fəsillərində  başqa  qaydanın 

nəzərdə  tutulmadığı  hallarda,  birinci  instansiya  məhkəməsində  icraatla  bağlı  bu 

Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. 

 

XVIII FƏSİL

21

 

 

SEÇKİ (REFERENDUMDA İŞTİRAK) HÜQUQLARININ MÜDAFİƏSİ İLƏ BAĞLI 

İŞLƏR ÜZRƏ İCRAAT 

 

Maddə 130. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə 

icraatın xüsusiyyətləri 

 

130.1  Seçki  (referendumda  iştirak)  hüquqlarının  müdafiəsi  ilə  bağlı  iddia  ərizələri 

apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən 

edilmiş qaydada verilir.  

130.2.  Seçki  (referendumda  iştirak)  hüquqlarının  müdafiəsinə  dair  işlər  üzrə  daxil  olmuş 

iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət 

qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin 

gündən  sonra  daxil  olmuş  iddia  ərizəsinə  isə  dərhal  baxılmalı  və  onun  mahiyyəti  üzrə  qərar 

qəbul edilməlidir.  

130.3.  Məhkəmə  tərəfindən  iddia  ərizəsinə  ərizəçinin,  müvafiq  seçki  komissiyasının  və  ya 

digər  maraqlı  şəxslərin  iştirakı  ilə  baxılır.  Məhkəmə  iclasının  vaxtı  və  yeri  haqqında  lazımi 

qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll 

edilməsinə mane olmur. 

130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu 

vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 

18 saatdan gec olmayaraq təqdim olunmalıdır. 



130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 

gün  müddətində  Ali  Məhkəməyə  şikayət  verilə  bilər.  Bu  şikayətə  3  gün  müddətində,  səsvermə 

gününə  30  gündən  az  müddət  qalırsa  2  gün  müddətində  (lakin  səsvermə  günündən  gec 

olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır. 

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 

1.

 

10  iyun  2011-ci  il  tarixli  152-IVQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 

№ 6, maddə 485) 

2.

 

17  may  2011-ci  il  tarixli  122-IVQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti, 5 iyul 2011-ci il, № 143; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 

7, maddə 593) 

3.

 

20  aprel  2012-ci  il  tarixli  328-IVQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti, 12 may 2012-ci il, № 103; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 

№ 5, maddə 410) 

4.

 

11  dekabr  2012-ci  il  tarixli  497-IVQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Respublika” 



qəzeti,  19  yanvar  2013-cü  il,  №  12;  “Azərbaycan”  qəzeti,  22  yanvar  2013-cü  il,  №  14;  Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 01, maddə 16) 

5.

 

30 sentyabr 2013-cü il tarixli 748-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” 



qəzeti, 19 noyabr 2013-cü il, № 253) 

6.

 

18  dekabr  2015-ci  il  tarixli  45-VQD  nömrəli

  Azərbaycan  Respublikasının  Qanunu  (“Respublika” 

qəzeti, 29 yanvar 2016-cı il, № 20) 

 

MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 

                                                           



1

 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 



qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, 

maddə  485)  ilə  2.1-ci  maddədə  “inzibati  və  iqtisadi  mübahisələrə  dair  işlər  üzrə  məhkəmələr  və 

inzibati  və  iqtisadi  mübahisələrə  dair  işlər  üzrə  məhkəmə  kollegiyaları”  sözləri  “inzibati-iqtisadi 

məhkəmələr və inzibati-iqtisadi kollegiyalar” sözləri ilə əvəz edilmişdir. 

 

2

 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 

qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, 

maddə 485) ilə 3-cü  maddənin  adında  və  3.5-ci  maddədə  “İnzibati  və  iqtisadi mübahisələrə  dair  işlər 

üzrə” sözləri “İnzibati-iqtisadi” sözləri ilə əvəz edilmişdir. 

 

3

 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 

qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, 

maddə  485)  ilə  3.1-ci  və  3.8-ci  maddələrdə  “inzibati  və  iqtisadi  mübahisələrə  dair  işlər  üzrə”  sözləri 

inzibati-iqtisadi” sözləri ilə əvəz edilmişdir. 

 

4

 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 



qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, 

maddə  485)  ilə  3.2-ci  maddədə  “inzibati  və  iqtisadi  mübahisələrə  dair  işlər  üzrə  məhkəmə”  sözləri 

inzibati-iqtisadi”  sözləri  ilə  əvəz  edilmişdir  və  həmin  maddəyə  yeni  məzmunda  ikinci  cümlə  əlavə 

edilmişdir. 

20  aprel  2012-ci il  tarixli  328-IVQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti, 12 may 2012-ci il, № 103; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 5, 

maddə  410)  ilə  3.2-ci  maddədə  (hər  iki  halda)  “XVII”  rəqəmindən  sonra  “,  XVIII”  rəqəmi  əlavə 

edilmişdir. 

 



                                                                                                                                                                                           

5

 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 



qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, 

maddə  485)  ilə  3.3-cü,  3.4-cü  və  3.6-cı  maddələrdə  “inzibati  və  iqtisadi  mübahisələrə  dair  işlər  üzrə 

məhkəmə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz edilmişdir. 

 

6

 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 

qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, 

maddə  485) ilə  5-ci  maddənin  adında  və  mətnində  “İnzibati  və  iqtisadi  mübahisələrə  dair  işlər  üzrə” 

sözləri “İnzibati-iqtisadi” sözləri ilə əvəz edilmişdir. 

 

7

 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 



qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, 

maddə 485) ilə 6-cı maddə yeni redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi



Maddə  6.  İnzibati  və  iqtisadi  mübahisələrə  dair  işlər  üzrə  məhkəmələrdə  və  ya  məhkəmə 

kollegiyalarında iş bölgüsü planı  

6.1. Ali Məhkəmənin plenumu, apellyasiya instansiyası məhkəmələrinin rəyasət heyəti, inzibati və 

iqtisadi  mübahisələrə  dair  işlər  üzrə  məhkəmələrin  sədrləri  müvafiq  məhkəmə  kollegiyasının  və  ya 

məhkəmənin hakimləri sırasından inzibati mübahisələrə dair işlərə baxan hakimləri müəyyən edir və ya 

məhkəmə tərkiblərini təşkil edir.  

6.2.  Hakimin  və  ya  məhkəmə  tərkibinə  daxil  olan  hakimlərdən  hər  hansı  birinin  müvəqqəti 

olmadığı  hallarda  onun  digər  hakimlə  əvəz  edilməsi  üçün  ehtiyat  hakim  məsələsi  bu  Məcəllənin  6.1-ci 

maddəsində nəzərdə tutulmuş qaydada əvvəlcədən həll olunur.  

6.3.  Birdən  artıq  hakimin  müəyyən  edildiyi  və  ya  məhkəmə  tərkibinin  yaradıldığı  halda,  Ali 

Məhkəmənin  plenumu,  apellyasiya  instansiyası  məhkəmələrinin  rəyasət  heyəti,  inzibati  və  iqtisadi 

mübahisələrə dair işlər üzrə məhkəmələrin sədrləri tərəfindən həmin hakimlər və ya məhkəmə tərkibləri 

arasında inzibati mübahisələrə dair işlərin bölüşdürülməsinin ümumi meyarları işlənib hazırlanır və bu 

meyarlar əsasında iş bölgüsü planı tərtib olunur.  

6.4.  Müxtəlif  hakimlərin  və  ya  məhkəmə  tərkiblərinin  icraatında  bir-biri  ilə  predmet  əlaqəsində 

olan  inzibati  iddialar  və  ya  ərizələr  olduğu  hallarda,  bütün  iddialar  və  ya  ərizələr  iş  bölgüsü  planına 

müvafiq olaraq daha əvvəl işə baxmağa başlamış hakimə və ya məhkəmə tərkibinə verilir.  

6.5.  Hər  növbəti  təqvim  ili  üçün  iş  bölgüsü  planı  iş  ilinin  sonuncu  ayının  20-dən  gec  olmayaraq 

tərtib  olunur.  İş  bölgüsü  planı  tərtib  olunduğu  vaxtdan  3  gün  ərzində  müvafiq  məhkəmənin  və  ya 

məhkəmə  kollegiyasının  hakimlərinə  təqdim  edilməli  və  tanış  olmaq  üçün  məhkəmə  binasının  elanlar 

lövhəsində asılmalıdır.  

6.6.  İş  bölgüsü  planının  dəyişdirilməsinə  yalnız  inzibati  və  iqtisadi  mübahisələrə  dair  işlər  üzrə 

məhkəmənin və ya məhkəmə kollegiyasının fəaliyyətinin pozulduğu hallarda yol verilir. 

 

8

 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 



qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, 

maddə 485) ilə yeni məzmunda 8.1.3-1-ci maddə əlavə edilmişdir. 

30  sentyabr  2013-cü  il  tarixli  748-IVQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 



(“Respublika” qəzeti, 19 noyabr 2013-cü il, № 253) ilə 8.1.3-1-ci maddəsində “bayrağı” sözündən əvvəl 

Dövlət” sözü əlavə edilmişdir. 

18  dekabr  2015-ci  il  tarixli  45-VQD  nömrəli

  Azərbaycan  Respublikasının  Qanunu  (“Respublika” 



qəzeti,  29  yanvar  2016-cı  il,  №  20)  ilə  8.1.3-1-ci  maddəsində  “qeydiyyatda  olduğu  limanın”  sözləri 

qeydiyyat limanının” sözləri ilə əvəz edilmişdir. 

 

9

 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 



qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, 

maddə  485)  ilə  8.6-cı  maddənin  birinci  cümləsində  “İnzibati  və  iqtisadi  mübahisələrə  dair  işlər  üzrə” 


                                                                                                                                                                                           

sözləri “İnzibati-iqtisadi” sözləri ilə, birinci və ikinci cümləsində “inzibati və iqtisadi mübahisələrə dair 



işlər üzrə məhkəmə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz edilmişdir. 

 

10

 17 may 2011-ci il tarixli 122-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 

qəzeti, 5 iyul 2011-ci il, № 143; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, 

maddə 593) ilə 79.2-ci maddənin “Məhkəmə qərarlarının icrası” sözləri “İcra” sözü ilə əvəz edilmişdir. 

 

11

 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 

qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, 

maddə 485) ilə 81.1-ci maddənin birinci cümləsində “İnzibati və iqtisadi mübahisələrə dair işlər üzrə” 

sözləri  “İnzibati-iqtisadi”  sözləri  ilə,  ikinci  cümləsində  “inzibati  və  iqtisadi  mübahisələrə  dair  işlər 



üzrə məhkəmə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz edilmişdir. 

 

12

 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 

qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, 

maddə  485) ilə  81.3-cü  və  90.3-cü  maddələrdə  “şikayətin  verilməsinin  formasına  və  məzmununa  dair 

tələblər,  müvafiq  prosessual  qaydalar”  sözləri  “müvafiq  prosessual  qaydalar,  o  cümlədən  iddia 

ərizəsinin formasına və məzmununa dair tələblər” sözləri ilə əvəz edilmişdir. 

 

13

 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 

qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, 

maddə  485)    ilə  83.1-ci,  85.1-ci,  86.1-ci,  87.7.1-ci,  87.7.2-ci  və  98.5-ci  maddələrdə  “inzibati  və  iqtisadi 

mübahisələrə dair işlər üzrə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz edilmişdir. 

 

14

 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 

qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, 

maddə 485)  ilə 86.3-cü maddədə “İnzibati və iqtisadi mübahisələrə dair işlər üzrə” sözləri “İnzibati-

iqtisadi” sözləri ilə əvəz edilmişdir. 

 

15

 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 

qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, 

maddə  485)    ilə  87.7-ci  maddənin  ikinci  cümləsində  “inzibati  və  iqtisadi  mübahisələrə  dair  işlər  üzrə 

müvafiq” sözləri “müvafiq inzibati-iqtisadi” sözləri ilə əvəz

 

edilmişdir. 



 

16

 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 



qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, 

maddə  485) ilə  90.1-ci,  98.2-ci, 98.4-cü  maddələrdə  və  98.6-cı  maddənin  birinci  cümləsində  “inzibati  və 

iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz edilmişdir. 

 

17

 17 may 2011-ci il tarixli 122-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 

qəzeti, 5 iyul 2011-ci il, № 143; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, 

maddə 593) ilə 116.1-ci maddənin “Məhkəmə qərarlarının icrası” sözləri “İcra” sözü ilə əvəz edilmişdir. 

 

18

  11  dekabr  2012-ci  il  tarixli  497-IVQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Respublika”  qəzeti,  19  yanvar  2013-cü  il,  №  12;  “Azərbaycan”  qəzeti,  22  yanvar  2013-cü  il,  №  14; 

Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2013-cü  il,  №  01,  maddə  16)  ilə  125.2-ci 

maddədə  “və  ya  siyasi  partiyanın  nizamnaməsinə”  sözləri  “,  siyasi  partiyanın  nizamnaməsinə  və  ya 



adına” sözləri ilə əvəz edilmişdir. 

 

19

  11  dekabr  2012-ci  il  tarixli  497-IVQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Respublika”  qəzeti,  19  yanvar  2013-cü  il,  №  12;  “Azərbaycan”  qəzeti,  22  yanvar  2013-cü  il,  №  14; 



                                                                                                                                                                                           

Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2013-cü  il,  №  01,  maddə  16)  ilə  126.3-cü 

maddədə “126.3-cü” sözləri “126.2-ci” sözləri ilə əvəz edilmişdir. 

 

20

 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 



qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, 

maddə 485)  ilə 129-cu maddə çıxarılmışdır. 

 

21



 20 aprel 2012-ci il tarixli 328-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 

qəzeti, 12 may 2012-ci il, № 103; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 5, 

maddə 410) ilə XVIII fəsil əlavə edilmişdir. 

 

Yüklə 489,3 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə