Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi



Yüklə 489,3 Kb.
Pdf görüntüsü
səhifə4/20
tarix01.12.2017
ölçüsü489,3 Kb.
#13352
1   2   3   4   5   6   7   8   9   ...   20

nəvəsi, babası (nənəsi), qardaşı (bacısı), əmisi (dayısı, bibisi, xalası), əmisi (dayısı, bibisi, 

xalası) uşağı, bacanağı (baldızı) olduqda;  

18.0.2.  proses  iştirakçılarından  birinin  və  ya  onlardan  hər  hansı  birinin 

nümayəndəsinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin rəsmi və ya faktiki 

əri (arvadı) olduqda və ya olmuşdursa;  

18.0.3. bu Məcəllənin 18.1.1-ci maddəsində sadalanan şəxslər hakimin arvadı (əri) 

ilə müvafiq qohumluq əlaqələrində olduqda;  

18.0.4.  proses  iştirakçılarından  birinin  və  ya  onlardan  hər  hansı  birinin 

nümayəndəsinin,  eləcə  də  məhkəmə  tərkibinin  üzvlərindən  birinin  kürəkəni  (gəlini), 

qayınatası (qayınanası) olduqda.  

 

Maddə 19. Hakimə etiraz olunması üçün əsaslar  



 

19.1. Hakimə aşağıdakı hallarda etiraz oluna bilər:  

19.1.1. bu Məcəllənin 18-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda;  

19.1.2. o, inzibati icraatda, o cümlədən şikayət instansiyasında mübahisələndirilən 

inzibati aktın qəbul və ya təsdiq olunmasında iştirak etdikdə;  

19.1.3.  o,  məhkəmə  tərkibi  müşavirəyə  çıxana  kimi  mübahisə  ilə  bağlı  işin 

mümkün  nəticəsi  barədə  məhkəmə  baxışından  kənar  istənilən  formada  mövqe 

bildirdikdə (və ya açıq bəyanat verdikdə);  

19.1.4.  o,  inzibati  məhkəmə  icraatında  maraqlarına  toxunulan  qurumun  əvvəllər 

nümayəndəsi olduqda;  

19.1.5.  o,  işin  nəticəsində  birbaşa  və  ya  dolayısı  ilə  maraqlı  olduqda  və  ya  onun 

qərəzsizliyinə şübhə doğuran sair hallar olduqda.  

19.2.  Etiraz  haqqında  vəsatət  yazılı  formada,  məhkəmə  iclasının  gedişində  isə 

şifahi formada verilə bilər. Vəsatətdə etiraza səbəb olan əsaslar göstərilməlidir.  

19.3. Etiraz haqqında vəsatət, etiraz etmək üçün əsasın proses iştirakçısına məlum 

olduğu  andan  dərhal,  üzrlü  səbəbdən  bunun  dərhal  mümkün  olmadığı  hallarda  isə  3 

gün müddətində verilə bilər.  

 

IV fəsil 



 

MƏHKƏMƏ AKTLARINI VƏ SƏNƏDLƏRİNİ TƏQDİMETMƏ 

 

Maddə 20. Təqdimetmə  

 

20.1.  Müddətin  axımının  başlanmasına  səbəb  olan  məhkəmə  qərarları, 



qərardadları,  sərəncamları  (bundan  sonra  -  məhkəmə  aktları),  eləcə  də  məhkəmə 

iclasının  tarixinin  müəyyən  olunması  ilə  və  ya  məhkəməyə  çağırışla  bağlı  olan 

məhkəmə  sənədləri  proses  iştirakçılarına  şəxsən  və  ya  digər  üsullarla  təqdim 

edilməlidir.  Hər  bir  halda  təqdimetmənin  təsdiqi  barədə  müvafiq  qeydlər  və  ya 

sənədlər iş üzrə materiallara əlavə olunur.  

20.2.  Azərbaycan  Respublikasının  ərazisində  yaşayış  yeri  və  ya  olduğu  yer 

olmayan  proses  iştirakçısı,  məhkəmənin  tələbinə  əsasən  ona  ünvanlanmış  məhkəmə 



aktlarını  və  digər  məhkəmə  sənədlərini  almaq  üçün  Azərbaycan  Respublikasının 

ərazisində  daimi  yaşayış  yeri  olan  tam  fəaliyyət  qabiliyyətli  şəxsi  müvəkkil  təyin 

etməyə  borcludur.  Müvəkkilin  təyin  edilmədiyi  hallarda,  məhkəmə  həmin  proses 

iştirakçısı  qarşısında  təqdimetmə  vəzifəsi  daşımır  və  təqdim  edilməli  sənədləri 

məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər.  

20.3.  Məhkəmə  aktları  və  sənədləri  bu  Məcəllənin  20.1-ci  və  20.2-ci  maddələrinin 

xüsusiyyətləri  nəzərə  alınmaqla  Azərbaycan  Respublikasının  Mülki  Prosessual 

Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir.  

 

Maddə 21. Kütləvi informasiya vasitələrində dərc olunma yolu ilə elan etmə  



 

21.1.  Məhkəmə  aktının  40  nəfərdən  çox  şəxsə  elan  edilməsinin  tələb  olunduğu 

hallarda, məhkəmə həmin aktın kütləvi informasiya vasitələrində dərc olunma yolu ilə 

elan edilməsi haqqında qərardad qəbul edə bilər.  

21.2.  Qərardadda  məhkəmə  aktının  dərc  olunacağı  kütləvi  informasiya  vasitəsi 

(gündəlik  qəzet)  göstərilməlidir.  Bu  zaman  həmin  aktın  qüvvəsinin  şamil  olunacağı 

ehtimal  edilən  ərazilərdə  daha  çox  yayılan  kütləvi  informasiya  vasitələrinə  (gündəlik 

qəzetlərə) üstünlük verilməlidir.  

21.3.  Qərardad  proses  iştirakçılarına  təqdim  olunmalıdır.  Qərardadda  məhkəmə 

aktının növbəti dəfə hansı üsulla elan ediləcəyi və həmin aktın nə vaxt təqdim olunmuş 

sayılacağı barədə məlumatlar nəzərdə tutulmalıdır.  

21.4. Məhkəmə dərc olunma haqqında qərardadını istənilən vaxt ləğv edə bilər. Bu 

Məcəllənin  21.1-ci  maddəsində  göstərilən  şərtlər  mövcud  olmadıqda  və  ya  aradan 

qalxdıqda məhkəmə həmin qərardadı ləğv etməyə borcludur.  

21.5. Məhkəmənin dərc olunma haqqında qərardadından şikayət verilə bilməz.  

21.6.  Dərc  olunma  yolu  ilə  elan  edilməsi  nəzərdə  tutulan  məhkəmə  aktı  müvafiq 

ərazidə  yayılan  kütləvi  informasiya  vasitəsində  (gündəlik  qəzetdə)  dərc  olunmalı  və 

eyni  zamanda  məhkəmədə  elanlar  lövhəsindən  asılmalıdır.  Məhkəmə  aktı  bu 

Məcəllənin  21.2-ci  maddəsində  nəzərdə  tutulmuş  gündəlik  qəzetlərdə  dərc  olunduğu 

hallarda,  elanlar  lövhəsində  məhkəmə  aktının  nəticəvi  hissəsini  və  ondan  şikayət 

qaydası  haqqında  məlumatı  asmaq  kifayətdir.  Məhkəmə  aktı  əvəzinə  elanlar 

lövhəsində  və  ya  gündəlik  qəzetdə  həmin  məhkəmə  aktının  tam  mətni  ilə  harada  və 

necə tanış olmaq barədə müvafiq olaraq məlumat asıla və ya dərc edilə bilər.  

21.7.  Məhkəmə  iclasının  vaxtı  və  məhkəməyə  çağırış  haqqında  qərardadlar  tam 

şəkildə elanlar lövhəsindən asılmalı və dərc olunmalıdır.  

21.8.  Məhkəmə  aktları  və  sənədləri  gündəlik  qəzetdə  dərc  olunduğu  gündən  2 

həftə sonra təqdim olunmuş sayılır.  

21.9.  Məhkəmə  aktı  kütləvi  informasiya  vasitələrində  dərc  olunduqdan  sonra, 

proses  iştirakçıları  həmin  aktın  bir  nüsxəsinin  onlara  verilməsini  yazılı  şəkildə  tələb 

etmək hüququna malikdirlər.  

21.10. Məhkəmə aktı bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş qaydada 

dərc  olunduqda,  bu  Məcəllənin  21.8-ci  və  21.9-cu  maddələrində  nəzərdə  tutulmuş 

qaydalar barədə həmin nəşrlərdə müvafiq məlumat verilməlidir.  

 



Yüklə 489,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə