Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi



Yüklə 489,3 Kb.
Pdf görüntüsü
səhifə8/20
tarix01.12.2017
ölçüsü489,3 Kb.
#13352
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

41.1. İnzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın 

icrasını dayandırmır.  

41.2.  İşin  faktiki  və  hüquqi  hallarının  ilkin  araşdırılması  nəticəsində  iddianın 

böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti 

əsasında  inzibati  aktın  icrasının  dayandırılması  barədə  qərardad  qəbul  edə  bilər. 

İddianın  uğurluluq  ehtimalının  aydın  olmadığı  hallarda,  məhkəmə  ziddiyyətli 

maraqların  hərtərəfli  qiymətləndirilməsindən  sonra  qərardad  qəbul  etməlidir. 

Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də 

qərardad qəbul edə bilər.  

41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar 

qəbul  edilənədək,  cavabdehin  üzərinə  inzibati  aktın  icrasına  yönəlmiş  hərəkətləri 

etməkdən çəkinməyə dair öhdəlik qoya bilər.  

41.4. İnzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad 

qəbul  edildiyi  hallarda,  iddia  ilə  bağlı  işə  mahiyyəti  üzrə  baxılıb  qurtaranadək 

dayandırılır.  

41.5.  İnzibati  aktın  icrasının  dayandırılması  barədə  ərizənin  təmin  edilməməsi 

haqqında məhkəmə qərardadından şikayət verilə bilər.  

 

Maddə 42. İkili təsirə malik inzibati aktlara qarşı müvəqqəti xarakterli müdafiə  



 

42.1.  Üçüncü  şəxs  başqa  şəxsə  ünvanlanmış  və  həmin  şəxs  üçün  əlverişli  olan 

inzibati  akta  qarşı  iddia  qaldırdığı  hallarda,  məhkəmə  üçüncü  şəxsin  ərizəsi  əsasında 

müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul edə bilər.  

42.2. İnzibati aktın icrasının dayandırılması haqqında qərardad bu Məcəllənin 41-

cı maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilir. Maddə 43. Müvəqqəti xarakterli 

müdafiənin tətbiqi əsasları  

43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul 

edilməsi üçün aşağıdakılar əsas sayılır:  

43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının 

qorunmasının  (təmin  və  ya  bərpa  edilməsinin)  mümkün  olmayacağı  və  ya  xeyli 

dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması;  

43.1.2.  ilkin  məhkəmə  araşdırması  zamanı  ərizəçinin  maddi  tələbinin  mövcud 

olması ehtimalının müəyyən edilməsi.  

43.2.  Ərizəçi  məhkəməyə  bu  Məcəllənin  43.1-ci  maddəsində  nəzərdə  tutulmuş 

əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir.  

 

Maddə  44.  Müvəqqəti  xarakterli  müdafiə  haqqında  qərardadın  dəyişdirilməsi 



ya ləğv edilməsi  

 

44.1. İddia ilə bağlı işə mahiyyəti üzrə baxan məhkəmə, bunun üçün kifayət qədər 



əsaslar  olduğu  hallarda  istənilən  zaman  xidməti  vəzifəsinə  görə  müvəqqəti  xarakterli 

müdafiə barədə qərardadını dəyişdirə və ya ləğv edə bilər.  




44.2. Məhkəmə icraatının hər bir iştirakçısı şəraitin dəyişməsi ilə bağlı müvəqqəti 

xarakterli  müdafiə  barədə  qərardadın  dəyişdirilməsi  və  ya  ləğv  edilməsi  haqqında 

vəsatət qaldıra bilər.  

44.3.  Xüsusilə  təcili  hallarda,  işə  baxan  məhkəmə  tərkibinə  sədrlik  edən  hakim 

qərardadın  dəyişdirilməsi  və  ya  ləğv  edilməsi  barədə  təkbaşına  qərardad  qəbul  edə 

bilər.  Maraqlı  şəxsə  bərpa  olunmaz  ziyanın  vurulması  təhlükəsinin  mövcud  olduğu 

hallarda,  sədrlik  edən  hakim  məhkəmə  icraatı  iştirakçılarının  ilkin  dinlənilməsindən 

imtina etməyə haqlıdır.  

44.4.  Müvəqqəti  xarakterli  müdafiə  barədə  qərardad  ən  geci  inzibati  aktın  artıq 

mübahisələndirilə  bilmədiyi  gün  və  ya  iş  üzrə  qəbul  edilmiş  qərarın  qanuni  qüvvəyə 

mindiyi gün öz qüvvəsini itirmiş sayılır.  

 

VIII fəsil 

 

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT  

 

Maddə 45. İddianın qaldırılması  

 

45.1. İddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir.  



45.2.  Proses  iştirakçılarının  sayına  görə  iddia  ərizəsinin  və  digər  sənədlərin 

surətləri iddia ərizəsinə əlavə olunmalıdır.  

45.3.  İddia  ərizəsi  məhkəməyə  daxil  olduğu  gün  məhkəmənin  dəftərxanasında 

qeydiyyata alınmalı və ərizəyə qeydiyyat tarixi göstərilməklə ştamp vurulmalıdır. İddia 

ərizəsinin  poçt  rabitəsi  vasitəsi  ilə  göndərildiyi  hallarda,  iddia  ərizəsinin  vaxtında 

göndərildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.  

45.4. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.  

45.5. İddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur:  

45.5.1.  iddia  ilə  bağlı  işin  məhkəmənin  icraatında  olduğu  müddətdə  tərəflərdən 

heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz;  

45.5.2.  aidiyyətlə  əlaqədar  şərtlərin  dəyişməsinə  baxmayaraq  iddia  ilə  bağlı  iş 

iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır.  

 

Maddə 46. İddia ərizəsinin məzmunu  



 

46.1. İddia ərizəsində aşağıdakılar göstərilməlidir:  

46.1.1. ərizənin verildiyi məhkəmənin adı;  

46.1.2.  iddiaçı  və  cavabdeh  fiziki  şəxslərin  soyadları,  adları,  atalarının  adları, 

yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları;  

46.1.3. iddiaçının (ərizəçinin) tələbi.  

46.2.  Məhkəmə  prosesinin  tezləşdirilməsi  məqsədi  ilə  iddia  ərizəsində  həmçinin 

aşağıdakılar göstərilə bilər:  

46.2.1. iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri;  

46.2.2.  iddiaçının  arzuladığı  inzibati  aktın  qəbul  edilməsinin  zəruriliyini  göstərən 

hallar və iddiaçının istəyinə uyğun olaraq, həmin inzibati aktın layihəsi;  



Yüklə 489,3 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə