Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi



Yüklə 489,3 Kb.
Pdf görüntüsü
səhifə9/20
tarix01.12.2017
ölçüsü489,3 Kb.
#13352
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

46.2.3.  mübahisənin  düzgün  həll  edilməsi  üçün  zəruri  olan  digər  məlumatlar  və 

iddiaçının vəsatətləri;  

46.2.4. əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən inzibati akt 

və şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı;  

46.2.5. ərizəyə əlavə olunmuş sənədlərin siyahısı.  

46.3.  İddia  ərizəsi  bu  Məcəllənin  46.1-ci  maddəsində  nəzərdə  tutulmuş  tələblərə 

cavab  vermədikdə  hakim  və  ya  məhkəmə  tərkibinə  sədrlik  edən  hakim  yaxud 

məhkəmə  tərkibinə  sədrlik  edən  hakim  tərəfindən  təyin  olunmuş  hakim  (məruzəçi 

hakim)  iddia  ərizəsini  həmin  tələblərə  uyğunlaşdırmaq  üçün  ağlabatan  müddət  təyin 

edir.  


 

Maddə 47. İddianın təqdim olunması  

 

47.1. Hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim (bundan sonra - sədrlik 



edən  hakim)  iddia  ərizəsinin  və  ona  əlavə  edilmiş  sənədlərin  surətlərinin  cavabdehə 

təqdim olunmasına dair sərəncam verir.  

47.2.  İddia  ərizəsini  təqdim  edərkən,  cavabdehdən  iddiaya  qarşı  öz  münasibətini 

(etirazını)  yazılı  şəkildə  məhkəməyə  bildirmək  tələb  olunur.  Məhkəmə  bu  məqsədlə 

ağlabatan müddət təyin edir.  

 

Maddə  48.  Məhkəmənin  və  proses  iştirakçılarının  işin  hallarının  obyektiv 



araşdırılması ilə bağlı vəzifələri  

 

48.1.  Sədrlik  edən  hakim  bütün  formal  xətaların  aradan  qaldırılmasına,  qeyri-



müəyyən  ifadələrin  aydınlaşdırılmasına,  işin  mahiyyəti  üzrə  vəsatətlərin  verilməsinə, 

natamam  faktiki  məlumatların  tamamlanmasına,  prosesin  sonrakı  mərhələlərində  işin 

hallarının  tam  müəyyənləşdirilməsi  və  obyektiv  qiymətləndirilməsi  üçün  əhəmiyyət 

kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.  

48.2.  İnzibati  məhkəmə  icraatının  iştirakçıları  yazılı  vəsatətlərini,  etirazlarını, 

izahatlarını  və  bunlarla  əlaqədar  sənədləri  məhkəmə  baxışı  başlayana  qədər  təqdim 

etməyə  borcludurlar.  Sədrlik  edən  hakim  bu  məqsədlə  müddət  təyin  edə  bilər. 

Məhkəmə  xidməti  vəzifəsinə  görə  həmin  sənədlərin  surətlərini  prosesin  digər 

iştirakçılarına göndərir.  

48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli 

və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə 

məlum  olduğu  və  ya  həcmcə  çox  böyük  olduğu  hallarda,  onların  əlamətlərini  dəqiq 

göstərməklə, 

qarşı 


tərəfin 

həmin 


sənədlərlə 

məhkəmədə 

tanış 

olmasının 



mümkünlüyünü qeyd etmək kifayətdir.  

 

Maddə 49. Hazırlıq icraatı  



 

49.1.  Sədrlik  edən  hakim  şifahi  məhkəmə  baxışı  başlayana  qədər,  hüquqi 

mübahisənin  bir  şifahi  məhkəmə  iclası  çərçivəsində  həll  olunması  (mübahisə  ilə  bağlı 



işin mahiyyəti üzrə qərar qəbul olunması) üçün bütün zəruri tədbirləri görməlidir. Bu 

məqsədlə sədrlik edən hakim aşağıdakı hərəkətləri edə bilər:  

49.1.1.  işin  hallarını  və  mübahisənin  vəziyyətini  müzakirə  (izah)  etmək,  habelə 

hüquqi  mübahisəni  barışıq  yolu  ilə  nizama  salmaq  (həll  etmək)  və  barışıq  sazişinin 

bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçılarını dəvət etmək;  

49.1.2.  hazırlıq  sənədlərini  (ərizələrini,  vəsatətlərini,  izahatlarını,  etirazlarını) 

tamamlamağı və ya aydınlaşdırmağı, iş üzrə materiallarda saxlanılması mümkün olan 

sənədlərin və predmetlərin məhkəməyə təqdim olunmasını proses iştirakçılarına təklif 

etmək,  dəqiqləşdirmə  tələb  edən  müəyyən  halların  izah  olunması  üçün  müddət  təyin 

etmək;  


49.1.3. zəruri sənədləri (arayışları, məlumatları) toplamaq;  

49.1.4. tələb olunan sənədlərin təqdim olunması barədə sərəncam vermək;  

49.1.5.  proses  iştirakçılarının  şəxsən  məhkəməyə  gəlmələrinə  dair  sərəncam 

vermək;  

49.1.6. şahidləri və ekspertləri dəvət etmək.  

49.2.  Məhkəmənin  bütün  sərəncamları  barədə  proses  iştirakçılarına  vaxtında 

məlumat verilməlidir.  

 

Maddə 50. Hazırlıq icraatında məhkəmə tərəfindən qəbul edilən qərardadlar  



 

50.0.  Sədrlik  edən  hakim  mübahisə  ilə  bağlı  iş  üzrə  hazırlıq  icraatında  aşağıdakı 

məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir: 50.0.1. iş üzrə məhkəmə 

icraatının dayandırılması və ya təxirə salınması barədə;  

50.0.2.  iddiaçının  iddiadan  imtina  etməsi  və  ya  cavabdehin  iddianı  qəbul  etməsi 

barədə;  

50.0.3.  hüquqi  mübahisənin  barışıq  yolu  ilə  nizama  salınması  (tərəflərin  barışıq 

sazişi  bağladığı  və  ya  hüquqi  mübahisənin  nizama  salınması  barədə  müştərək 

bəyanatla çıxış etdiyi hallarda, fors-major və ya başqa hallarda) barədə;  

50.0.4. iddianın məbləği barədə;  

50.0.5. prosessual xərclər barədə; 50.0.6. məhkəmə icraatına cəlbetmə barədə.  

 

Maddə 51. Məhkəmə tərəfindən müddətin təyin edilməsi  



 

51.1.  İddiaçı  inzibati  icraat  zamanı  müəyyən  faktların  nəzərə  alınması  və  ya 

alınmaması  nəticəsində  hüquqlarının  pozulduğunu  bildirdiyi  hallarda,  sədrlik  edən 

hakim  həmin  faktların  məhkəməyə  təqdim  olunması  və  ya  bu  barədə  məlumat 

verilməsi üçün iddiaçıya müddət təyin edə bilər.  

51.2.  Sədrlik  edən  hakim  proses  iştirakçısından  müəyyən  hadisələrə  dair  faktlar 

barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında 

olan  sübutları  təqdim  etməyi  tələb  edə  bilər.  Hakim  tərəfindən  bu  məqsədlə  müvafiq 

müddət təyin oluna bilər.  

 

Maddə 52. Məhkəmə baxışının hədləri  



 


Yüklə 489,3 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə