Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Qəbul edilmişdir: 11 iyul 2000-ci IL, №906-iq


Maddə 159. Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulması



Yüklə 3,17 Mb.
səhifə14/33
tarix08.04.2018
ölçüsü3,17 Mb.
#36505
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

Maddə 159. Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulması

Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulmasına görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin yetmiş mislindən yüz mislinədək yetmiş manatdan yüz manatadək miqdarda yüz manat miqdarında, (196) vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən beş yüz mislinədək üç yüz manatdan beş yüz manatadək miqdarda beş yüz manat miqdarında, (196) hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin üç min mislindən beş min mislinədək üç min manatdan beş min manatadək miqdarda beş min manat miqdarında (196) cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 159-1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə

nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətinə altı aydan bir ilədək müddətə (196) məhdudlaşdırılır. (181)

Qeyd:

Bu Məcəllənin 159-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı, inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. (196) (206)

XIV fəsil

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi

qaydaları əleyhinə olan inzibati xətalar

Maddə 160. Yol hərəkətinin təşkili zamanı yol hərəkətinin təhlükəsizliyinin təmin edilməməsi

Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına yolların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə və ya digər məqsədlərlə yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsinə görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək qırx manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz iyirmi mislinədək yüz manatdan yüz iyirmi manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 161. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması

161.1. Müvafiq icazə olmadan avtomobil yollarında tikinti Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında tikinti, qazıntı, yenidənqurma və ya təmir işlərinin aparılmasına, yaxud avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə və ya yollarda təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə —



vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin səksən mislindən yüz mislinədək səksən manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin dörd yüz mislindən beş yüz mislinədək dörd yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin dörd min mislindən beş min mislinədək dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.

161.2. Müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, svetoforların və yol nişanlarının quraşdırılmasına görə —



vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən əlli mislinədək otuz manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək yüz əlli manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin min beş yüz mislindən iki min mislinədək min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 162. Avtomobil yollarının saxlanılması və abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması

Avtomobil yollarının saxlanılması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən əlli mislinədək otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 163. Avtomobil yollarında və təhkim zolağında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

163.0. Avtomobil yollarında, və təhkim zolağında prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulmasına, yəni:

163.0.1. örtüyü təkmilləşdirilmiş yollarda tırtıllı, yaxud metal tikanlı şinləri olan nəqliyyat vasitələrinin hərəkətinə;

163.0.2. yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsinə, yaxud tutulmasına, yolda kənd təsərrüfatı məhsullarının qurudulmasına, zibil və qar yığınlarının yaradılmasına;



163.0.3. yolların hərəkət hissəsində yanacaq-sürtkü materiallarının, kimyəvi maddələrin, bitumun axmasının mümkünlüyü ilə bağlı işlərin görülməsinə və ya yük vurulub-boşaldılmasına; (192)

163.0.4. yollardan qum və çınqıl çıxarılmasına;

163.0.5. xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin altından taxta-şalban axıdılmasına;

163.0.6. mal-qaranın otarılmasına;

163.0.7. üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan almasına, körpülərin altında qayıq stansiyalarının, digər qurğuların yerləşdirilməsinə;

163.0.8. torpaqların şumlanmasına, yaşıllığın qırılmasına; (162)

163.0.9. kütləvi istirahət yerlərinin təşkil edilməsinə;

163.0.10. kanalizasiya, sənaye və çirkli suların axıdılmasına;

163.0.11. yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılmasına;

163.0.12. sərnişin daşımalarının marşrutlarının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmamasına; görə —



163.0.13. yük avtomobillərinin istehsalçı zavodun müəyyən etdiyi həddən artıq çəkidə yüklənməsinə görə

163.0.13. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına;

163.0.14. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları və yaşayış məntəqələrinin küçələri ilə xüsusi icazə olmadan və (və ya) xüsusi icazənin tələbləri pozulmaqla, müəyyən edilmiş hallarda müşayiət və ya mühafizə avtomobili olmadan hərəkət etməsinə görə (177)

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən əlli mislinədək otuz manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək yüz əlli manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin min beş yüz mislindən iki min mislinədək min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 163-1. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması

163-1.1. Hüquqi şəxslərə məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə

vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.

163-1.2. Bu maddənin 163-1.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, hüquqi şəxs tərəfindən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə

vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.

163-1.3. Bu maddənin 163-1.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxs tərəfindən ona məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə

altı yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilir.

163-1.4. Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə

fiziki şəxslərin nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min manatdan min iki yüz manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslər min səkkiz yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər beş min beş yüz manatdan altı min manatadək miqdarda cərimə edilir. (192)

Maddə 164. Avtomobil yollarında və nəzarət edilən zonalarda yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması

164.0. Müvafiq icazə olmadan avtomobil yollarında və nəzarət edilən zonalarda Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni:

164.0.1. yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla);

164.0.2. geoloji, axtarış, tikinti, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə;

164.0.3. daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılmasına;

164.0.4. yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə;

164.0.5. təhkim zolağında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulmasına;

164.0.6. dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların tikintisinə, yenidən qurulmasına, təmirinə və ləğvinə, çayların və kanalların yatağının dərinləşdirilməsinə;

164.0.7. bərk örtüklü yollarda nəqliyyat vasitələrinin zavod sınaqlarının keçirilməsinə;

164.0.8. təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, servis obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsinə və ticarətin aparılmasına;

164.0.9. yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsinə;

164.0.10. tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə görə —



fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin qırx mislindən yetmiş beş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin səksən mislindən yüz mislinədək səksən manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin dörd yüz mislindən beş yüz mislinədək dörd yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin üç min mislindən dörd min mislinədək üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 26 oktyabr 2004-cü il və 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 10 noyabr 2004-cü il; «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 165. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi

Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozmağa və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya qadağan etməyə görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən əlli mislinədək qırx manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz əlli mislindən üç yüz mislinədək iki yüz əlli manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən altı yüz mislinədək beş yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 166. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması

166.1. Xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitələrini idarə etməyə görə —



şərti maliyyə vahidi məbləğinin üç mislindən beş mislinədək üç manatdan beş manatadək miqdarda cərimə edilir.

166.2. Təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa, yaxud təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə nəqliyyat vasitələri təqdim etməməyə görə —



şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək on manatdan on beş manatadək miqdarda cərimə edilir.

166.3. Nəqliyyat vasitələri sürücülərinin icbari qaydada tibbi müayinədən, təkrar müayinədən, həmçinin reys qabağı, reysdən sonra cari tibbi müayinədən keçmələrini təşkil etməməyə görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən əlli mislinədək qırx manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 167. Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulması

Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulmasına görə —

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar şərti maliyyə vahidi məbləğinin on mislindən iyirmi mislinədək on manatdan iyirmi qırx manatdan əlli (205) manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar şərti maliyyə vahidi məbləğinin altmış mislindən səksən mislinədək altmış manatdan səksən manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 26 oktyabr 2004-cü il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlə – «Azərbaycan» q., 10 noyabr 2004-cü il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 168. İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsi

İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsinə görə —

fiziki şəxslər şərti maliyyə vahidinin otuz beş mislindən qırx mislinədək otuz beş manatdan qırx manatadək miqdarında, vəzifəli şəxslər şərti maliyyə vahidinin altmış mislindən səksən mislinədək altmış manatdan səksən manatadək miqdarında, hüquqi şəxslər şərti maliyyə vahidinin doxsan mislindən yüz əlli mislinədək doxsan manatdan yüz əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 26 oktyabr 2004-cü il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlə – «Azərbaycan» q., 10 noyabr 2004-cü il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

XV fəsil

Rabitə qaydaları əleyhinə olan inzibati xətalar

Maddə 169. Dövlət qeydiyyatından keçməmiş elektromaqnit şüalanma mənbələri sayılan rabitə vasitələrinin qurulması və istismarı

Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməmiş elektromaqnit şüalanma mənbələri sayılan rabitə vasitələrinin və ya teleradio verilişlərinin yayımı və ötürülməsi üçün istifadə olunan rabitə vasitələrinin və digər texniki vasitələrin əldə edilməsinə, qurulmasına və ya istismarına, bu vasitələrin realizə edilməsi qaydalarının pozulmasına və radioşüalanmanın texniki normalarına riayət edilməməsinə görə —

bu cür qoşulma nəticəsində istismar edilən rabitə avadanlığı müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi beş mislindən otuz beş mislinədək «iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yetmiş mislindən doxsan mislinədək yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 170. Müvafiq icazə olmadan rabitə şəbəkələrinə və vasitələrinə qoşulma

Qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icazə olmadan rabitə şəbəkələrinə və ya vasitələrinə qoşulmağa görə —

bu cür qoşulma nəticəsində istismar edilən rabitə avadanlığı müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin otuz beş mislindən qırx mislinədək otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislindən səksən mislinədək altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 171. Radioelektron, radiorabitə vasitələrinin və yüksəktezlikli qurğuların istehsalı, əldə edilməsi, idxalı, istifadəsi və qeydiyyatı qaydalarının pozulması

Radioelektron, radiorabitə vasitələrinin və yüksəktezlikli qurğuların istehsalına, əldə edilməsinə, idxalına, istifadəsinə və qeydiyyatına dair qanunla müəyyən edilmiş qaydaların pozulmasına və ya tezliklərdən bütün təyinatlı radioelektron vasitələrinin və yüksəktezlikli qurğuların işi üçün istifadə olunmasına və ya teleradio verilişlərinin qəbuluna maneələr törədilməsinə görə —

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən qırx mislinədək otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yetmiş mislindən doxsan mislinədək yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz səksən mislindən iki yüz əlli mislinədək yüz səksən manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 172. Rabitə vasitələrinin, xətlərinin və qurğularının mühafizə qaydalarının pozulması

Rabitə vasitələrinin, xətlərinin və qurğularının qanunvericiliklə müəyyən edilmiş mühafizə qaydalarının pozulmasına və ya rabitə vasitələrinin, xətlərinin və ya kabel qurğularının zədələnməsinə görə —

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən qırx mislinədək otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislindən səksən mislinədək altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz əlli mislindən üç yüz mislinədək iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 172-1.Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma

Abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz olaraq daxil olmaqla danışıqlar aparma, zərərçəkmiş şəxsə az miqdarda ziyan vurmaqla törədildikdə

şərti maliyyə vahidinin iyirmi mislindən qırx mislinədək iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.

Qeyd: Bu maddədə «az miqdarda» dedikdə, şərti maliyyə vahidinin min mislinədək olan miqdarı min manatadək olan məbləğ başa düşülür (Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli Qanunu ilə əlavə edilmiş, 16 may 2008-ci il tarixli Qanunu ilə düzəliş edilmişdir — «Azərbaycan» q.,14 dekabr 2005-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə