Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Qəbul edilmişdir: 11 iyul 2000-ci IL, №906-iq


Maddə 452. İnzibati xətanın törədildiyi yerdə tutulan inzibati cərimə tətbiq etmə haqqında qərarın icrası



Yüklə 3,17 Mb.
səhifə33/33
tarix08.04.2018
ölçüsü3,17 Mb.
#36505
1   ...   25   26   27   28   29   30   31   32   33

Maddə 452. İnzibati xətanın törədildiyi yerdə tutulan inzibati cərimə tətbiq etmə haqqında qərarın icrası

452.1. İnzibati xətanın törədildiyi yerdə inzibati cərimə tutulduqda fiziki şəxsə müəyyən edilmiş nümunədə qəbz verilir.

452.2. Qəbzdə aşağıdakılar göstərilir:

452.2.1. verilmə tarixi;

452.2.2. inzibati cərimə tətbiq edən vəzifəli şəxsin soyadı, adı, atasının adı;

452.2.3. inzibati məsuliyyətə cəlb edilən şəxs barədə məlumatlar;

452.2.4. inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;

452.2.5. inzibati xətanın törədildiyi yer və vaxt;

452.2.6. inzibati cərimənin miqdarı.

452.3. Qəbz iki nüsxədən ibarət tərtib edilir və o, inzibati cəriməni tətbiq edən vəzifəli şəxs və inzibati məsuliyyətə cəlb edilən şəxs tərəfindən imzalanır.

452.4. İnzibati cərimə inzibati xəta törədilən yerdə ödənilmədiyi halda inzibati xəta haqqında iş üzrə icraat bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Maddə 453. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması haqqında qərarın icrası

453.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması barədə qəbul edilmiş qərarın icrası qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

453.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması barədə qəbul edilmiş qərarın icrası başa çatdıqda bu bərədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır.

Maddə 454. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərarın icrası

454.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz məcburi olaraq dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir.

454.2. Predmetin müsadirəsi haqqında qərarların icrası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

454.3. Predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda bu bərədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır.



Maddə 455. Fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudulaşdırılması haqqında qərarın icrası

455.1. Nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsi alınmaq yolu ilə icra edilir.

455.2. Nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.

455.3. Gəmilərin (kiçik gəmilərin) idarə edilməsi hüququnun məhdudlaşdırılması haqqında qərarın icrası gəmilər (kiçik gəmilər) üzərində dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

455.4. Ov etmə hüququnun məhdudlaşdırılması haqqında qərarın icrası ov etmə qaydaları üzrə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

455.5. Nəqliyyat vasitələrini idarə etmə hüququnun və ya ov hüququnun müəyyən müddətə məhdudlaşdırılması barədə qərar qəbul etmiş səlahiyyətli vəzifəli şəxs göstərilən hüququn məhdudlaşdırılması müddətini, təyin edilmiş müddətin azı yarısı keçdikdən sonra nəqliyyat vasitələrini idarə etmə hüququ və ya ov hüququ məhdudulaşdırılmış şəxsin işlədiyi və ya oxuduğu müəssisənin, idarənin, təşkilatın vəsatəti ilə azalda bilər.



455.6. Barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. (181)

Maddə 456. Fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması müddətlərinin hesablanması

456.1. Fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması haqqında səlahiyyətli vəzifəli şəxs tərəfindən qərar qəbul edildiyi gündən həmin şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur.



456.1-1. Xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qəbul edildiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi bu Məcəllənin 455.2-455.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 404.2-ci maddəsinə əsasən daha əvvəl götürülməyibsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. (176)

456.1-2. Xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayandırılır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. (176)

456.2. Xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtardıqda, yaxud həmin müddət bu Məcəllənin 455.5-ci maddəsinə uyğun olaraq azaldıqda, bu Məcəllənin 455.6-cı maddəsinə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verildikdə, (181) barəsində həmin inzibati tənbeh növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır.



456.3. Nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır:

456.3.1. nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən cox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün;

456.3.2. nəqliyyat vasitəsini idarə etmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün. (176)

456.4. Nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs barəsində bu Məcəllənin 159-1-ci 313–2.2-ci (206) maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edildikdə sonuncu qərara əsasən nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti əvvəlki qərara əsasən təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması müddətinin son günündən etibarən hesablanmağa başlayır. (196)

Maddə 456–1. İctimai işlər haqqında qərarın icrası

456–1.1. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir.

456–1.2. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs icra məmurunun icraata başlamaq haqqında qərar qəbul etdiyi gündən sonra ən geci on gün müddətində ictimai işlərin çəkilməsinə cəlb olunur.

456–1.3. İcra məmuru, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxslərin qeydiyyatını aparır, onlara ictimai işlərin icrasının qayda və şərtlərini izah edir, müvafiq icra hakimiyyəti orqanı ilə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını razılaşdırır, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxslərin davranışına nəzarət edir, onların işləmiş olduğu vaxtın uçotunu aparır.

456–1.4. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxslər ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və məhkəmənin qərarında müəyyən olunmuş müddətdə işləməli və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər.

456–1.5. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsə əsas iş yerində növbəti məzuniyyətin verilməsi ictimai işlər növündə inzibati tənbehin icrasını dayandırmır.

456–1.6. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası zamanı bu Məcəllənin 28–1.3-cü maddəsində nəzərdə tutulmuş hallar yarandıqda, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs və ya onun qanuni nümayəndəsi qərarın icra edilməsinə xitam verilməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər.

456–1.7. İctimai işlər növündə inzibati tənbehin müddəti saatla hesablanır.

456–1.8. İctimai işlər növündə inzibati tənbehin müddəti həftə ərzində on iki saatdan az olmayaraq müəyyən edilir. İctimai işlər növündə inzibati tənbehin müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü və barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında dörd saatdan, iş günlərində isə iki saatdan, məhkumun razılığı ilə isə dörd saatdan çox ola bilməz. Üzrlü səbəblər olduqda, icra məmuru məhkuma həftə ərzində müəyyən olunmuş vaxtdan az işləməyə icazə verir.

456–1.9. İctimai işlər növündə inzibati tənbehin icrası zamanı işəgötürən, barəsində bu tənbeh növü tətbiq edilən şəxslər üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edir, onların işlədikləri saatların uçotunu aparır və ictimai işlərin yerinə yetirilməsindən boyun qaçırma halları barədə icra məmuruna məlumat verir.

456–1.10. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsi qaydalarını pozduqda, icra məmuru ona məsuliyyət daşıyacağı barədə rəsmi xəbərdarlıq edir.

456–1.11. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, icra məmuru bu Məcəllənin 313–2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. (206)

Maddə 457. Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması haqqında qərarın icrası

457.1. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma haqqında qərarda müəyyən olunmuş müddətdə ölkəni tərk etməlidirlər.

457.2. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma haqqında səlahiyyətli orqanların (vəzifəli şəxslərin) qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

457.2-1. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma haqqında qərar icra olunanadək əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qərarın icrasından yayınma ehtimalı olduqda, həmin şəxs məhkəmənin qərarına əsasən müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların yerləşdirilməsi üçün nəzərdə tutulan müəssisəsində saxlanıla bilər. (124)

457.3. Azərbaycan Respublikasının ərazisindən inzibati qaydada çıxarılan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin çıxarılmasına görə xərclər onların öz üzərinə düşür.

457.4. Bu şəxslərin çıxarılması üçün onların vəsaitləri olmadıqda, belə xərclərin ödənilməsi onları qəbul edən idarə, müəssisə və təşkilatların, Azərbaycan Respublikasında yaşayan və ya şəxsi işlə bağlı olaraq Azərbaycan Respublikasına gələn əcnəbilərlə və ya vətəndaşlığı olmayan şəxslərlə əlaqədar isə bu xərclərin ödənilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının üzərinə düşür.

457.5. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma haqqında qərar icra edildikdən sonra çıxartma haqqında bu barədə müvafiq qeyd aparılmaqla, həmin qərar onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılır.



Maddə 458. İnzibati həbs haqqında qərarın icrası

458.1. Hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra o, dərhal icra edilir.

458.2. Barəsində inzibati həbs tətbiq edilmiş şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdikləri yerlərdə mühafizə altında saxlanılır. İnzibati həbs haqqında qərar icra olunarkən, həbs edilənlər şəxsi axtarışdan keçirilir.

458.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.



458.4. İnzibati həbs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydalar üzrə çəkilir.
Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə