Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Qəbul edilmişdir: 11 iyul 2000-ci IL, №906-iq


Maddə 77. Radioaktiv maddələrlə iş zamanı ekoloji tələblərin pozulması



Yüklə 3,17 Mb.
səhifə7/33
tarix08.04.2018
ölçüsü3,17 Mb.
#36505
1   2   3   4   5   6   7   8   9   10   ...   33

Maddə 77. Radioaktiv maddələrlə iş zamanı ekoloji tələblərin pozulması

77.1. Radioaktiv maddələrin daşınmasının, basdırılmasının, nəql edilməsinin və ya istehsalının müəyyən edilmiş qaydalarının gözlənilməməsinə, ətraf mühitin radioaktiv çirklənməsinin qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlərin görülməməsinə görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi beş mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislindən yetmiş beş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin altı yüz iyirmi beş mislindən yeddi yüz əlli mislinədək altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç min altı yüz mislindən dörd min beş yüz mislinədək üç min beş yüz manatdan dörd min beş yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin on beş min mislindən on səkkiz min mislinədək on beş min manatdan on səkkiz min manatadək miqdarda cərimə edilir.

77.2. Ətraf mühitin radioaktiv çirklənməsi aşkar edildikdə, bu barədə müvafiq orqanlara dərhal məlumat verilməməsinə görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən altmış mislinədək miqdarda cərimə edilir

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz yetmiş beş mislindən beş yüz mislinədək dörd yüz manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç min mislindən üç min altı yüz mislinədək üç min manatdan üç min beş yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 78. Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisinə və yenidən qurulmasına dair ekoloji tələblərin pozulması

78.1. Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisi və yenidən qurulması zamanı ətraf mühitin keyfiyyət normativlərinə riayət olunmamasına görə —



vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx beş mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min iki yüz əlli mislindən iki min beş yüz mislinədək ki min manatdan iki min beş yüz manatadəkmiqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi min beş yüz mislindən on min mislinədək yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir.

78.2. Tikinti işləri aparıldıqda torpaqların rekultivasiyası, təbii resursların bərpası və səmərəli istifadəsi, ərazilərin abadlaşdırılması və ətraf mühitin sağlamlaşdırılması üzrə tədbirlərin görülməməsinə görə —



vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min beş yüz mislindən üç min yeddi yüz əlli mislinədək iki min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin on min mislindən on iki min beş yüz mislinədək on min manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 79. Müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması

79.1. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən və ya təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə —



vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min mislindən iki min beş yüz mislinədək iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi min beş yüz mislindən on min mislinədək yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir.

79.2. Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə —



şərti maliyyə vahidi məbləğinin otuz beş mislindən altmış mislinədək miqdarda cərimə edilir

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin altı yüz mislindən səkkiz yüz mislinədək altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç min beş yüz mislindən dörd min beş yüz mislinədək üç min beş yüz manatdan dörd min beş yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi min mislindən qırx min mislinədək iyirmi min manatdan qırx min manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 80. Ətraf mühitə tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istehsalı, idxalı, istismara buraxılması

80.1. Ətraf mühitə tullantılarında çirkləndirici maddələrin yol verilən hədlərinin və ya səs-küyün və vibrasiyanın yol verilən səviyyələrinin qanunvericilik aktı ilə müəyyən edilən normativlərə və standartlara uyğun olmayan nəqliyyat vasitələrinin istehsalına və ya idxalına görə —



vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç min beş yüz mislindən dörd min beş yüz mislinədək üç min beş yüz manatdan dörd min beş yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin on iki min beş yüz mislindən on beş min mislinədək on iki min beş yüz manatdan on beş min manatadək miqdarda cərimə edilir.

80.2. Ətraf mühitə tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istismara buraxılmasına görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək beş yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min beş yüz mislindən üç min beş yüz mislinədək iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi min beş yüz mislindən on min mislinədək yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il, 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə — AR QT, 2002, № 1, m. 9; «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 81. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmaması

ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə —



vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx beş mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz yetmiş mislindən iki yüz mislinədək miqdarda cərimə edilir

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min iki yüz əlli mislindən üç min beş yüz mislinədək iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin səkkiz min beş yüz mislindən on min mislinədək səkkiz min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 82. Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma qaydalarının pozulması

ətraf mühitin mühafizəsi sahəsində mövcud standartların və texniki tələblərin pozulması ilə məhsulların (məmulatların) hazırlanmasına, satılmasına, saxlanılmasına, nəql edilməsinə, istifadəsinə, istismarına və təmirinə, yaxud işlərin və xidmətlərin yerinə yetirilməsinə görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək beş yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min beş yüz mislindən üç min beş yüz mislinədək iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin on min mislindən on iki min beş yüz mislinədək on min manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 83. Ətraf mühitin mühafizəsi sahəsində sertifikatlaşdırma qaydalarının pozulması

ətraf mühitin mühafizəsi sahəsində məcburi sertifikatlaşdırılmalı olan məhsulların belə sertifikat olmadan istehsal edilməsinə, işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə –



vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min beş yüz mislindən üç min beş yüz mislinədək iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin on min mislindən on iki min beş yüz mislinədək on min manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 83-1. Təhlükəli mənbəyi olan müəssisənin mülki məsuliyyətini sığortalamaması

Təhlükəli mənbəyi olan müəssisənin mülki məsuliyyətini sığortalamadan fəaliyyət göstərməsinə görə —



vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli misli miqdarında və ya hüquqi şəxslər şərti maliyyə vahidinin yüz misli miqdarında cərimə edilir

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç min misli miqdarında üç min manat, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin altı min misli miqdarında altı min manat cərimə edilir (Azərbaycan Respublikasının 25 mart 2003-cü il Qanunu ilə əlavə edilmişdir, 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə — AR QT, 2003, № 4, m. 177; «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 84. Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının pozulması

Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının, həmin ərazilərin mühafizə rejiminin pozulmasına görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin dörd yüz mislindən altı yüz mislinədək dörd yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min mislindən iki min səkkiz yüz mislinədək iki min manatdan üç min manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 84-1. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında qanunvericiliyin pozulması

Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında qanunvericiliyin pozulmasına görə —



xəbərdarlıq edilir və ya şərti maliyyə vahidinin on mislindən qırx mislinədək miqdarda cərimə edilir

xəbərdarlıq edilir və ya şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən min mislinədək üç yüz manatdan min manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 5 mart 2003-cü il Qanunu ilə əlavə edilmişdir, 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə — «Azərbaycan» q., 15 aprel 2004, № 87; «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 85. Yerin təkindən istifadə qaydalarının pozulması

85.0. Yerin təkindən istifadə qaydalarının pozulmasına, yəni:

85.0.1. yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına;

85.0.2. yer təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə yol verilməsinə;

85.0.3. geoloji və ya digər məlumatlara mülkiyyət hüququnun və bu məlumatların məxfiliyinin pozulmasına;

85.0.4. faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işlərinin aparılmasına;

85.0.5. yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin toxunulmazlığının təmin edilməməsinə;

85.0.6. yeraltı suların müşahidə quyularının, markşeyder və geodeziya nişanlarının məhv edilməsinə və zədələnməsinə;

85.0.7. yerin təkindən istifadə edərkən haqvermə qaydalarının müntəzəm olaraq pozulmasına;

85.0.8. ləğv edilən və konservasiya olunan dağ-qazmalarının və buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində faydalı qazıntı yataqlarının, dağ-qazmaların və buruq quyularının qorunması tələblərinə əməl edilməməsinə;

85.0.9. yerin təkindən istifadə edilərkən yararsız hala salınmış torpaq sahələrinin və digər təbiət obyektlərinin onların gələcək istifadəsi üçün yararlı vəziyyətə gətirilməməsinə;

85.0.10. yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlərin dayandırılmamasına və xüsusi razılıq və ya icazə verən orqana məlumat verilməməsinə görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz iyirmi mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin altı yüz mislindən min mislinədək altı yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin min iki yüz mislindən iki min mislinədək min iki yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin dörd min səkkiz yüz mislindən altı min mislinədək beş min manatdan altı min manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 9 oktyabr 2007-ci il, 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 2 noyabr 2007-ci il; «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 86. Torpaqların (meşə fondu torpaqlarının) zibillənməsi və korlanması

86.1. Torpaqların (meşə fondu torpaqlarının) istehsalat və məişət tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, radioaktiv maddələrlə, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizmlərlə yoluxdurulmasına görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən yeddi yüz əlli mislinədək beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min mislindən iki min beş yüz mislinədək iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi min beş yüz mislindən on min mislinədək yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir.

86.2. Torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin altı yüz mislindən min mislinədək altı yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min mislindən üç min iki yüz mislinədək iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin altı min mislindən səkkiz min mislinədək altı min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 87. Torpaqlardan təsərrüfatsızcasına istifadə edilməsi

87.1. Torpaqları yaxşılaşdırmaq və onları külək, su erroziyasından və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi tədbirlərin görülməməsinə görə —

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən otuz beş mislinədək iyirmi manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış beş mislinədək qırx manatdan altmış beş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən yüz doxsan mislinədək yüz əlli manatdan yüz doxsan manatadək miqdarda cərimə edilir.

87.2. Torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələşdirilməsinə, tikilməsinə və istismara verilməsinə görə —

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən qırx mislinədək otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx beş mislindən yetmiş mislinədək qırx beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən yüz doxsan mislinədək yüz əlli manatdan yüz doxsan manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 88. Torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsi və ya kəmiyyətinə və keyfiyyətinə dair məlumatların təhrif edilməsi

Torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsinə və ya kəmiyyətinə və keyfiyyətinə dair məlumatların təhrif edilməsinə görə —



şərti maliyyə vahidi məbləğinin on beş mislindən əlli mislinədək on beş manatdan əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 88-1. Müvəqqəti tutulan torpaqların vaxtında qaytarılmaması və ya onların müvafiq istifadə üçün yararlı hala salınmaması, icarəyə verilmiş torpaqların məqsədli təiynatını dəyişdirmədən başqa məqsədlər üçün istifadə

88-1.1. Müvəqqəti tutulan torpaqların vaxtında qaytarılmamasına və ya onların müvafiq istifadə üçün yararlı hala salmaq vəzifəsinin yerinə yetirilməməsinə görə —

fiziki şəxslər şərti maliyyə vahidinin altı mislindən səkkiz mislinədək altı manatdan səkkiz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin on iki mislindən on dörd mislinədək on iki manatdan on dörd manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin otuz mislindən otuz iki mislinədək otuz manatdan otuz iki manatadək miqdarda cərimə edilir.

88-1.2. İcarəyə verilmiş torpaqların məqsədli təyinatını dəyişdirmədən başqa məqsədlər üçün istifadəyə görə —



fiziki şəxslər şərti maliyyə vahidinin səkkiz mislindən on mislinədək səkkiz manatdan on manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin on dörd mislindən on altı mislinədək on dörd manatdan on altı manatadək miqdarda, hüququ şəxslər şərti maliyyə vahidinin otuz iki mislindən otuz beş mislinədək otuz iki manatdan otuz beş manatadək miqdada cərimə edilir (Azərbaycan Respublikasının 3 dekabr 2002-ci il tarixli Qanunu ilə əlavə edilmişdir, 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — AR QT, 2003, № 1, m. 13; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 88-2. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 20-50 metrlik zolağının altında olan torpaq sahələrinin bağlanılması və torpaq sahələrinin qanunsuz bağlanılması və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılması (132)

88-2.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəyə və ya icarəyə verilən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 20-50 metrlik zolağının altında olan torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması və bağlanılması və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə — (132)

fiziki şəxslər şərti maliyyə vahidinin on beş mislindən iyirmi beş mislinədək on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz mislindən yüz əlli mislinədək yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.

88-2.2. Bu Məcəllənin 88-2.1-ci maddəsində nəzərdə tutulmuş xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə —

fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi beş mislindən otuz beş mislinədək iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin altmış mislindən səksən mislinədək altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz əlli mislindən iki yüz əlli mislinədək yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 5 dekabr 2003-cü il tarixli Qanunu ilə əlavə edilmişdir, 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 25 dekabr 2003-cü il, № 297; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə