Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Qəbul edilmişdir: 11 iyul 2000-ci IL, №906-iq


Maddə 88-3. Torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulması



Yüklə 3,17 Mb.
səhifə8/33
tarix08.04.2018
ölçüsü3,17 Mb.
#36505
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

Maddə 88-3. Torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulması

Vəzifəli şəxs tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla torpaq sahələrinin (magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarını və ya suların mühafizə zonalarındakı torpaq sahələri istisna olmaqla) tikinti üçün ayrılmasına görə –



şərti maliyyə vahidinin altmış mislindən doxsan mislinədək altmış manatdan doxsan manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 26 oktyabr 2004-cü il tarixli Qanunu ilə əlavə edilmişdir, 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə – «Azərbaycan» q., 10 noyabr 2004-cü il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 89. Mərz nişanlarının məhv edilməsi

Mülkiyyətdə və ya istifadədə (icarədə) olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsinə görə —



şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 90. Torpaq sahələrindən meteoroloji şəbəkələrin, ölçü vasitələrinin və digər vasitələrin sıradan çıxarılması və torpaqların kateqoriyalarının dəyişdirilməsi

90.1. Torpaq sahələrindən meteoroloji şəbəkələrin və ölçü vasitələrinin, geodeziya istinad məntəqələrinin və ya melioriasiya və irriqasiya sistemlərinin sıradan çıxarılmasına görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir.

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin altı yüz mislindən səkkiz yüz mislinədək altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin min altı yüz mislindən iki min dörd yüz mislinədək min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilir.

90.2. Qanunvericiliyə riayət edilmədən torpaqların kateqoriyalarının dəyişdirilməsinə görə —

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yetmiş mislinədək əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

90.3. Meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılmasına görə

fiziki şəxslər şərti maliyyə vahidinin on beş mislindən iyirmi mislinədək on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin qırx mislindən altmış mislinədək qırx manatdan altmış manatadək miqdarda cərimə edilirlər (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il, 1 oktyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 29 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 91. Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınmasının müəyyən edilmiş qaydasının pozulması

Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınmasının müəyyən edilmiş qaydasının pozulmasına görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx beş mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin doxsan mislindən yüz otuz mislinədək miqdarda cərimə edilir.

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən doqquz yüz mislinədək üç yüz manatdan doqquz yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min yeddi yüz mislindən üç min altı yüz mislinədək iki min yeddi yüz manatdan üç min altı yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin beş min dörd yüz mislindən yeddi min səkkiz yüz mislinədək beş min beş yüz manatdan səkkiz min manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 92. Meşəqırma bileti (orderi) olmadan köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsi və zədələnməsi, meşə bitkilərinin və cavan ağacların məhv edilməsi və zədələnməsi

92.1. Meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya onların zədələnməsinə və ya meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yetmiş mislindən səksən mislinədək miqdarda cərimə edilir.

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi yüz əlli mislindən min mislinədək yeddi yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin dörd min iki yüz mislindən dörd min səkkiz yüz mislinədək dörd min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir.

92.2. Meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə —

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi beş mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış beş mislindən səksən mislinədək miqdarda cərimə edilir.

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin altı yüz iyirmi beş mislindən yeddi yüz əlli mislinədək altı yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç min doqquz yüz mislindən dörd min səkkiz yüz mislinədək dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.

92.2. Meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə

fiziki şəxslər iki min iki yüz manatdan iki min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər doqquz yüz manatdan on min manatadək miqdarda, hüquqi şəxslər qırx min manatdan əlli min manatadək miqdarda cərimə edilir.

92.3. eyni inzibati xəta:

92.3.1. şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə

fiziki şəxslər min iki yüz manatdan min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.

92.3.2. magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə

fiziki şəxslər min manatdan min üç yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək miqdarda cərimə edilir.

92.3.3. su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə

fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər beş min manatdan altı min manatadək miqdarda, hüquqi şəxslər otuz min manatdan qırx min manatadək miqdarda cərimə edilir.

92.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş yaşıllıq ərazilərinin kadastrında olan ağac və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə

fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək miqdarda, hüquqi şəxslər qırx min manatdan qırx beş min manatadək miqdarda cərimə edilir. (146) (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 93. Meşəqırma biletində (orderində) və ya meşə biletində nəzərdə tutulmuş məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadə etmə

Meşəqırma biletində (orderində) və ya meşə biletində nəzərdə tutulmuş məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadəyə görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən qırx beş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz otuz mislinədək miqdarda cərimə edilir

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən altı yüz mislinədək üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min dörd yüz mislindən iki min yeddi yüz mislinədək iki min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin altı min mislindən yeddi min səkkiz yüz mislinədək altı min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 94. Meşələrin bərpası, məhsuldarlığının artırılması, cins tərkibinin yaxşılaşdırılması və yetişmiş oduncaq ehtiyatlarından istifadə qaydalarının pozulması

Meşələrin bərpasına, vəziyyətinin və cins tərkibinin yaxşılaşdırılmasına, məhsuldarlığının artırılmasına və yetişmiş oduncaq ehtiyatlarından istifadəyə dair qaydaların pozulmasına görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz otuz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək beş yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min dörd yüz mislindən üç min mislinədək iki min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi min səkkiz yüz mislindən doqquz min mislinədək səkkiz min manatdan doqquz min manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il)

Maddə 95. Meşə fondu torpaqlarında biçənəklərin və otlaq sahələrinin zədələnməsi və ya korlanması

Meşə fondu torpaqlarında biçənəklərin və ya otlaq sahələrinin zədələnməsinə və ya korlanmasına görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz on mislindən yüz otuz mislinədək miqdarda cərimə edilir.

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən altı yüz mislinədək üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min dörd yüz mislindən üç min altı yüz mislinədək iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin altı min altı yüz mislindən yeddi min səkkiz yüz mislinədək altı min beş yüz manatdan səkkiz min manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 96. Meşə fondu sahələrində özbaşına ot biçilməsi və ya mal-qara otarılması, özbaşına yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə yığılması

Meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx beş mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz otuz mislindən yüz altmış mislinədək miqdarda cərimə edilir.

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin dörd yüz mislindən altı yüz mislinədək dörd yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin min səkkiz yüz mislindən iki min dörd yüz mislinədək iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin beş min iki yüz mislindən altı min dörd yüz mislinədək beş min manatdan altı min beş yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 97. Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin qarşısını alan qurğuları olmayan istehsal obyektlərinin tikilməsi və ya istifadəyə verilməsi

Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin qarşısını alan qurğuları olmayan istehsal obyektlərinin və ya digər obyektlərin tikilməsinə və ya istifadəyə verilməsinə görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi yüz əlli mislindən min mislinədək yeddi yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin min beş yüz mislindən iki min iki yüz əlli mislinədək min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin doqquz min mislindən on iki min mislinədək doqquz min manatdan on iki min manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 98. Meşə fondu torpaqlarında meşəsuvarma şəbəkələrinin, drenaj sistemlərinin və yolların məhv edilməsi və ya korlanması

Meşə fondu torpaqlarında meşəsuvarma şəbəkələrinin, drenaj sistemlərinin və yolların məhv edilməsinə və ya korlanmasına görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz iyirmi mislinədək miqdarda cərimə edilir.

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən altı yüz mislinədək üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min dörd yüz mislindən üç min altı yüz mislinədək iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin altı min mislindən yeddi min iki yüz mislinədək altı min manatdan yeddi min beş yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 99. Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, kvartal və sairə göstərici dirəklərin) məhv edilməsi və zədələnməsi

Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, kvartal və sairə göstərici dirəklərin) məhv edilməsinə və ya zədələnməsinə görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin doxsan mislindən yüz on mislinədək miqdarda cərimə edilir.

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən altı yüz mislinədək üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min dörd yüz mislindən üç min mislinədək iki min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin beş min dörd yüz mislindən altı min altı yüz mislinədək beş min beş yüz manatdan altı min beş yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 100. Meşə üçün faydalı faunanın məhv edilməsi

Meşə üçün faydalı faunanın məhv edilməsinə görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz iyirmi mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz əlli mislindən beş yüz mislinədək iki yüz manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki min mislindən üç min mislinədək iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin altı min mislindən yeddi min beş yüz mislinədək altı min manatdan yeddi min beş yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 101. Su obyektlərindən və sudan istifadə qaydalarının pozulması

101.1. Su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni:

101.1.1. su obyektlərində hidrotexniki və digər qurğuların özbaşına tikilməsinə;

101.1.2. su obyektlərinin özbaşına tutulmasına;

101.1.3. su obyektlərindən istifadə üzrə xüsusi razılıq (lisenziya) və ya icazə ilə müəyyən edilmiş şərtlərin pozulmasına görə —

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən qırx beş mislinədək otuz manatdan qırx beş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən yüz yetmiş beş mislinədək yüz əlli manatdan yüz yetmiş beş manatadək miqdarda cərimə edilir.

101.2. Lazımi icazə olmadan sudan özbaşına istifadə edilməsinə, yəni:

101.2.1. sudan istifadə etmə limitlərinə əməl edilməməsinə;

101.2.2. su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə;

101.2.3. su kəmərlərindən, kanallardan özbaşına su götürülməsinə;101.2.4. içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən qırx beş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən qırx mislinədək iyirmi manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin altmış mislindən doxsan mislinədək altmış manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz əlli mislindən üç yüz mislinədək yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 19 dekabr 2006-cı il, 9 oktyabr 2007-ci il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 8 fevral 2007-ci il; «Azərbaycan» q., 2 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 101-1. Su təchizatı sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsi

Su təchizatı müəssisəsinin səlahiyyətli şəxsi tərəfindən su qanunvericiliyinin tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə səlahiyyətləri çərçivəsində tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə görə

fiziki şəxslər iyirmi manat miqdarında, vəzifəli şəxslər əlli manat miqdarında, hüquqi şəxslər yüz manat miqdarında cərimə edilir. (156)

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə