Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə30/162
tarix15.04.2018
ölçüsü5,05 Kb.
#38528
1   ...   26   27   28   29   30   31   32   33   ...   162

154.2.  Nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyatının  aparılması,  nəqliyyat  vasitəsinin 
qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat 
vasitəsinin  sahibindən  qanunvericiliklə  nəzərdə  tutulmayan  sənədlərin  tələb  edilməsinə, 
nəqliyyat  vasitəsinin  qeydiyyata  alınmasında  və  ya  qeydiyyatdan  çıxarılmasında,  habelə 
nəqliyyat  vasitələrinə  texniki  baxışın  keçirilməsində  və  ya  texniki  sazlığı  haqqında  sənədin 
verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina 
edilməsinə,  eləcə  də  texniki  sazlığı  haqqında  verilmiş  sənədin  və  bu  sənəddəki  məlumatların 
həqiqətə uyğun olmamasına görə ‐
yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
338 
154.3.  Sürücülük  vəsiqəsinin  verilməsi  və  ya  dəyişdirilməsi  haqqında  ərizəyə 
baxılmamasına, habelə süründürməçiliyə yol verilməsinə, eləcə də yol hərəkəti qaydaları üzrə 
nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılmasından 
əsassız imtina edilməsinə görə ‐
iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.
339 
154.4.  Sürücülük  vəsiqəsinin  qəsdən  korlanmasına,  yararsız  hala  salınmasına  və  ya 
itirilməsinə görə ‐
otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.
340 
154.5.  Müvafiq  icra  hakimiyyəti  orqanının  əməkdaşı tərəfindən  bu  Məcəllənin  451.3‐cü 
maddəsinin tələbləri pozulmaqla cərimələrin alınmasına görə‐
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir. 
341 
M a d d  ə  1 5 5 .   Nəqliyyat  vasitələrinin  sürücüləri  tərəfindən nəqliyyat  vasitələrinin 
istismarı qaydalarının pozulması 
155.1.  Nəqliyyat  vasitələrinin  sürücüləri  tərəfindən nəqliyyat  vasitələrinin  istismarı 
qaydalarının pozulmasına, yəni: 
155.1.1.  nəqliyat  vasitəsini  qapıları  bağlanmamış  vəziyyətdə  yerindən  törpətməyə  və  ya 
onun hərəkəti zamanı qapıları açmağa; 
155.1.2.  nəqliyyat  vasitəsini  idarə  etməkdən  diqqəti  yayındıra  biləcək  söhbətdə  iştirak 
etməyə; 
155.1.3. dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına;
342 
155.1.4.  hərəkət  zamanı  sükanı  əlindən  buraxmağa,  mühərriki  söndürülmüş  nəqliyyat 
vasitəsini ətalətlə idarə etməyə; 
155.1.5.  su  və  ya  palçığın  yolda  piyadalara,  binalara  və  nəqliyyat  vasitələrinə  qəsdən 
sıçradılmasına; 
155.1.6.  nəqliyyat  vasitəsinin  təkərlərində  və  ya  banında  yol  örtüyünü  zibilləyən  palçıq 
varsa,  yaxud  onlardan  yanacaq‐sürtkü  materiallarının,  kimyəvi  maddələrin,  tikinti  və  digər 
materiallarının axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət etməyə; 
155.1.7.  hərəkətdə  olan  nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyat  nişanının  görünməsi  üçün 
onun təmiz saxlanılmasına; 
155.1.8. küçəni keçən kor piyadanın işarəsi ilə nəqliyyat vasitəsini dayandırmamasına; 
155.1.9. yol‐nəqliyyat hadisələri nəticəsində və ya nəqliyyat vasitəsinin nasazlığı səbəbindən 
zədələnmiş  nəqliyyat  vasitələrinin  daşınması  üçün  və  ya  təbii‐fəlakət  yerlərinə  getmək  üçün, 
yaxud  qanunvericilik  aktı  ilə  nəzərdə  tutulmuş  digər təxirəsalınmaz  hallarda  yük  daşıyan 
nəqliyyat  vasitələrini  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanlarının 
əməkdaşlarına təqdim edilməməsinə görə ‐ ; 


155.1.10. beynəlxalq yük daşımalarını həyata keçirən yük avtomobillərinin və avtobusların 
nəzarət  qurğusu  (taxoqraf)  olmadan  və  ya  işləməyən  yaxud  möhürlənməsi  pozulmuş 
taxoqrafla,  habelə  sürücünün  iş  və  istirahət  rejimini  əks  etdirən  taxoqramları  doldurmadan 
idarə edilməsinə görə ‐
on manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
343 
155.2.  Nəqliyyat  vasitələrinin  sürücüləri  tərəfindən nəqliyyat  vasitələrinin  texniki 
vəziyyətinə dair tələblərin pozulmasına, yəni: 
155.2.1. tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və 
ya  qabaq  şüşənin  şüşə  silgəcləri  və  şüşəyuyanları  və  ya  təkərləri  və  şinləri  və  ya  mühərriyi, 
yaxud  konstruksiyasının  digər  ünsürləri  nasaz  olan  və  belə  nasazlığın  aradan  qaldırılması 
mümkün olmayan nəqliyyat vasitəsinin istismarına; 
344 
155.2.2. normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə; 
155.2.3.  nəqliyyat  vasitəsinin  tam  kütləsinin  və  bu  kütlənin  oxlar  üzrə  paylanmasının, 
ağırlıq  mərkəzinin,  təkər  bazasının  və  ya  təkər  düsturunun  pozulmasına  və  ya  habelə  tormoz 
və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə; 
345 
155.2.4.  nəqliyyat  vasitəsinin  ban  şüşələrinə  qanunla  tətbiqinə  icazə  verilməyən  örtüklərin 
çəkilməsinə görə ‐
iyirmi manatdan otuz manatadək miqdarda cərimə edilir.
346 
155.3.  Dövlət  qeydiyyat  nişanları  və  ya  onlardan  birinin  olmamasına,  saxta  və  ya  mövcud 
standartlara  uyğun  olmayan  və  ya  başqa  nəqliyyat  vasitələrinə  verilmiş  dövlət  qeydiyyat 
nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə ‐
347 
qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.
348 
155.4.  Bu  Məcəllənin  155.1.1‐155.1.6,  155.1.8,  155.2.1‐155.2.3‐cü  maddələrində  nəzərdə 
tutulmuş  xətalar  nəticəsində  zərər çəkən  şəxsin  sağlamlığına  yüngül  bədən xəsarətinin 
yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə ‐
qırx manatdan altmış manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə 
etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır. 
349 
155.5.  Bu  Məcəllənin  155.1.1‐155.1.6,  155.1.8,  155.2.1‐155.2.3‐cü  maddələrində  nəzərdə 
tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsə maddi zərər vurulmasına görə ‐
şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək miqdarda cərimə edilir və 
ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır. 
155.6.  Nəqliyyat  vasitəsinin  hərəkəti  zamanı  sürücünün  telefonu  əldə  saxlamaqla  ondan 
istifadə etməsinə görə ‐
əlli manat miqdarında cərimə edilir. 
155.7. Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan 
işıq  siqnalları  və  ya  operativ  nəqliyyat  vasitələri  üçün  müəyyən  edilmiş  rənglənmə  sxemləri, 
yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, habelə nəqliyyat vasitəsinin sürətini ölçməyə 
maneçilik  törədən və  ya  ölçmə  cihazlarının  işinə  mane  olan  antiradar  və  digər  texniki 
vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə 
edilməsinə görə ‐
inzibati  xətanın  törədilməsində  alət və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş 
predmet müsadirə edilməklə qırx manatdan altmış manatadək miqdarda cərimə edilir. 
350 
Qeyd: Bu Məcəllənin 155.3‐cü maddəsində nəzərdə tutulmuş xətalar 4 balla qiymətləndirilir. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə