Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında


YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR



Yüklə 3,89 Mb.
səhifə9/47
tarix21.10.2017
ölçüsü3,89 Mb.
#6274
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 160. Yol hərəkətinin təşkili zamanı yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi


Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına yolların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə və ya digər məqsədlərlə yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsinə görə -

vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz iyirmi manatadək miqdarda cərimə edilir.393


Maddə 161. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması


161.1. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında tikinti, qazıntı, yenidənqurma və ya təmir işlərinin aparılmasına, yaxud avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə və ya yollarda təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə -

fiziki şəxslər səksən manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir. 394

161.2. Müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, svetoforların və yol nişanlarının quraşdırılmasına görə -

fiziki şəxslər otuz manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir. 395


Maddə 162. Avtomobil yollarının saxlanılması və abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması


Avtomobil yollarının saxlanılması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə -

vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.396


Maddə 163. Avtomobil yollarında və təhkim zolağında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması


163.0. Avtomobil yollarında , prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulmasına, yəni:

163.0.1. örtüyü təkmilləşdirilmiş yollarda tırtıllı, yaxud metal tikanlı şinləri olan nəqliyyat vasitələrinin hərəkətinə;

163.0.2. yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsinə, yaxud tutulmasına, yolda kənd təsərrüfatı məhsullarının qurudulmasına, zibil və qar yığınlarının yaradılmasına;

163.0.3. yolların hərəkət hissəsində yanacaq-sürtkü materiallarının, kimyəvi maddələrin, bitumun axmasının mümkünlüyü ilə bağlı işlərin görülməsinə və ya yük vurulub-boşaldılmasına;

163.0.4. yollardan qum və çınqıl çıxarılmasına;

163.0.5. xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin altından taxta-şalban axıdılmasına;

163.0.6. mal-qaranın otarılmasına;

163.0.7. üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan almasına, körpülərin altında qayıq stansiyalarının, digər qurğuların yerləşdirilməsinə;

163.0.8. torpaqların şumlanmasına, yaşıllığın qırılmasına;397

163.0.9. kütləvi istirahət yerlərinin təşkil edilməsinə;

163.0.10. kanalizasiya, sənaye və çirkli suların axıdılmasına;

163.0.11. yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılmasına;

163.0.12. sərnişin daşımalarının marşrutlarının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı ilə razılaşdırmamasına görə - ;

163.0.13. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına;398

163.0.14. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları və yaşayış məntəqələrinin küçələri ilə xüsusi icazə olmadan və (və ya) xüsusi icazənin tələbləri pozulmaqla, müəyyən edilmiş hallarda müşayiət və ya mühafizə avtomobili olmadan hərəkət etməsinə görə -

fiziki şəxslər otuz manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir. 399

Maddə 163-1. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması400

163-1.1. Hüquqi şəxslərə məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə -

vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.

163-1.2. Bu maddənin 163-1.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, hüquqi şəxs tərəfindən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə -

vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.

163-1.3. Bu maddənin 163-1.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxs tərəfindən ona məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə -

altı yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilir.

163-1.4. Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

fiziki şəxslərin nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min manatdan min iki yüz manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslər min səkkiz yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər beş min beş yüz manatdan altı min manatadək miqdarda cərimə edilir.


Maddə 164. Avtomobil yollarında və nəzarət edilən zonalarda yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması


164.0. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni:

164.0.1. yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla);

164.0.2. geoloji, axtarış, tikinti, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə;

164.0.3. daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılmasına;

164.0.4. yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə;

164.0.5. təhkim zolağında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulmasına;

164.0.6. dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların tikintisinə, yenidən qurulmasına, təmirinə və ləğvinə, çayların və kanalların yatağının dərinləşdirilməsinə;

164.0.7. bərk örtüklü yollarda nəqliyyat vasitələrinin zavod sınaqlarının keçirilməsinə;

164.0.8. təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, servis obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsinə və ticarətin aparılmasına;

164.0.9. yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsinə;

164.0.10. tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə görə -

fiziki şəxslər səksən manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir. 401


Maddə 165. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi


Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozmağa və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya qadağan etməyə görə -

fiziki şəxslər qırx manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər beş yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir. 402


Maddə 166. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması


166.1. Xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitələrini idarə etməyə görə -

üç manatdan beş manatadək miqdarda cərimə edilir.403

166.2. Təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa, yaxud təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə nəqliyyat vasitələri təqdim etməməyə görə -

on manatdan on beş manatadək miqdarda cərimə edilir.404

166.3. Nəqliyyat vasitələri sürücülərinin icbari qaydada tibbi müayinәdәn, təkrar müayinədən, həmçinin reys qabağı, reysdən sonra cari tibbi müayinədən keçmələrini təşkil etməməyə görə -

vəzifəli şəxslər qırx manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.405


Maddə 167. Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulması


Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar qırx manatdan əlli manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar altmış manatdan səksən manatadək miqdarda cərimə edilir. 406


Maddə 168. İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsi


İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsinə görə -

fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər doxsan manatdan yüz əlli manatadək miqdarda cərimə edilir. 407



On beşinci fəsil

Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə