Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi arasında regionlararası əməkdaşlıq sahəsində Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında



Yüklə 310,86 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü310,86 Kb.
#67246


Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Fransa 

Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi arasında 

regionlararası əməkdaşlıq sahəsində Anlaşma Memorandumunun təsdiq 

edilməsi haqqında

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

 

 



Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  17-ci 

bəndini rəhbər tutaraq qərara alıram:

 

1.  Azərbaycan  Respublikasının  İqtisadiyyat  Nazirliyi  ilə  Fransa 



Respublikasının  Xarici  İşlər  və  Beynəlxalq  İnkişaf  Nazirliyi  arasında 

regionlararası  əməkdaşlıq  sahəsində  2016-cı  il  dekabrın  19-da  Bakı 

şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

 

2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  Fərmanın  1-ci 



hissəsində  göstərilən  Anlaşma  Memorandumunun  müddəalarının  həyata 

keçirilməsi üçün tədbirlər görsün.

 

3.  Azərbaycan  Respublikasının  Xarici  İşlər  Nazirliyi  Anlaşma 



Memorandumunun  qüvvəyə  minməsi  üçün  zəruri  olan  dövlətdaxili 

prosedurların  yerinə  yetirildiyi  barədə  Fransa  Respublikası  Hökumətinə 

bildiriş göndərsin.

 

 



 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

 



Bakı şəhəri, 23 fevral 2017-ci il

 

    № 1265



 

 

 



Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə

 

Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi

 

arasında regionlararası əməkdaşlıq sahəsində

 

 

 

ANLAŞMA MEMORANDUMU

 

 



 

Bundan  sonra  “Tərəflər”  adlandırılacaq  Azərbaycan  Respublikasının  İqtisadiyyat 

Nazirliyi ilə Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi,

 

Azərbaycan  Respublikası  ilə  Fransa  Respublikası  arasında  mövcud  olan  ikitərəfli 



dostluq münasibətlərini və qarşılıqlı iqtisadi əməkdaşlığı nəzərə alaraq və iki ölkə arasında 

regionlararası və desentralizasiya üzrə əməkdaşlığı inkişaf etdirmək arzusu ilə,

 



hər  iki  ölkənin  Avropa  Şurasının  üzvü  olduqlarını,  regional  və  yerli  hakimiyyətlər 

konqresində iştirak etdiklərini və bu kontekstdə qəbul edilmiş “Yerli özünüidarə haqqında” 

Avropa Xartiyasını imzaladıqlarını nəzərə alaraq,

 

qlobal  məsələlərin,  xüsusilə  də  BMT-nin  İqlim  Dəyişmələri  üzrə  Çərçivə 



Konvensiyasının  tərəf  dövlətlərinin  Paris  konfransından  (COP  21)  sonrakı  dövrdə  iqlim  və 

davamlı inkişaf məsələlərinin regional və yerli səviyyələrdə baxılmasının vacibliyini nəzərə 

alaraq,

 

hər  iki  ölkənin  konstitusiya  və  qanunvericilik  tələblərinə  uyğun  olaraq  yerli 



idarəetmənin  təşkil  edilməsi  qaydalarına,  hər  iki  ölkədə  mövcud  olan  idarəetmə 

prinsiplərinə və inzibati idarəetmə strukturlarına riayət edərək,

 

aşağıdakılar barədə razılığa gəldilər:



 

 

 



Maddə 1

 

 



 

Tərəflər  hazırkı  Anlaşma  Memorandumu  ilə  razılığa  gəldilər  ki,  regional  və  yerli 

idarəetmə  orqanlarına  verilmiş  səlahiyyətlər  çərçivəsində regionlararası və  desentralizasiya 

üzrə əməkdaşlığın inkişaf etdirilməsi sahəsində birgə çalışacaqlar.

 

Tərəflər 



regional 

və 


yerli 

idarəetmə 

orqanlarının 

potensiallarının 

möhkəmləndirilməsini bu əməkdaşlıq vasitəsilə həyata keçirəcəklər.

 

 

 

Maddə 2

 

 



 

Tərəflər  Azərbaycan  Respublikası  ilə  Fransa  Respublikası  arasında  regionlararası  və 

desentralizasiya  üzrə  əməkdaşlığı  inkişaf  etdirmək  və  qarşıya  qoyulan  məqsədlərə  nail 

olmaq üçün İdarəetmə Komitəsi təsis edirlər.

 

İdarəetmə 



Komitəsinə 

həmsədrlik 

Azərbaycan 

Respublikasının 

İqtisadiyyat 

Nazirliyinin  və  Fransa  Respublikasının  Xarici  İşlər  və  Beynəlxalq  İnkişaf  Nazirliyinin 

səlahiyyətli nümayəndələri tərəfindən həyata keçirilir.

 

İdarəetmə  Komitəsinin  iclaslarında  gündəliyə  uyğun  olaraq,  hər  iki  ölkənin  müvafiq 



nazirlik və təşkilatlarının rəsmiləri, habelə işgüzar dairələrin nümayəndələri iştirak edirlər.

 

İdarəetmə Komitəsinin iclasları növbə ilə Azərbaycanda və Fransada keçirilir. Hər bir 



iclasın tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılır.

 

 



 

Maddə 3

 

 



 

Bu Anlaşma Memorandumunun 2-ci maddəsinə uyğun olaraq təsis edilmiş İdarəetmə 

Komitəsi  regionlararası  və  desentralizasiya  üzrə  əməkdaşlığın,  xüsusilə  də  aşağıdakı 

sahələrdə əməkdaşlığın həyata keçirilməsinə nəzarət edir:

 

- şəhər idarəetməsi və şəhərsalma;



 

-  bələdiyyə  idarəetməsi  (mülki  vəziyyət,  büdcə  idarəetməsi,  rəqəmsal  fəaliyyət, 

sənədləşmənin elektronlaşması və s.);

 

- sahibkarlığa dəstək;



 

-  kənd  ərazilərinin,  kənd  təsərrüfatı  və  qida  sənayesinin  inkişafı  sahələrində  təcrübə 

mübadiləsi;

 

- turizm;



 

- nəqliyyat;

 

- səhiyyə;



 


- mədəniyyət;

 

- idman sahəsində əməkdaşlıq və gənclərlə bağlı fəaliyyət;



 

- təhsil, linqvistika, elmi əməkdaşlıq, müştərək elmi layihələr və frankofoniya;

 

-  desentralizasiya  və  regionlararası  əməkdaşlığa  dair  görüşlər  və  ya  tematik 



seminarlar;

 

-  yerli  idarəetmə  orqanlarının  səlahiyyətləri  çərçivəsində  universitetlərarası,  elmi  və 



texnoloji mübadilələrin asanlaşdırılması;

 

- əmək bazarının inkişafı, əhalinin sosial müdafiəsi, əlillərin reabilitasiyası, aztəminatlı 



ailələrin sosial mənzillə təmin olunması sahəsində təcrübə mübadiləsi;

 

-  vətəndaşlara  xidmət,  sosial-iqtisadi  və  müasir  innovativ  texnologiyaların  tətbiqi 



sahələrində təcrübə mübadiləsi;

 

- şəhərlərin davamlı ekoloji inkişafı sahəsində təcrübə mübadiləsi;



 

- tullantıların, o cümlədən sənaye tullantılarının iqlimə təsiri;

 

- su, kanalizasiya və tullantılar;



 

-  yerli  idarəetmə  orqanlarının  rəsmilərinin  və  ehtiyac  olduğu  təqdirdə,  yerli  seçkili 

vəzifələrdə və maliyyə sahəsində çalışan mütəxəssislərin təliminin təşkili;

 

- müəllim və tələbə mübadiləsi.



 

Anlaşma  Memorandumunun  2-ci  maddəsinə  uyğun  olaraq  təsis  edilmiş  İdarəetmə 

Komitəsi əməkdaşlıq üçün digər sahələr də təklif edə bilər.

 

Bu  prioritet  sahələrin  müəyyən  edilməsi,  qardaşlaşmış  şəhərlər  arasında  əlaqələrin, 



eləcə  də  digər  sahələrdə  əməkdaşlığın  yaradılmasına  və  ya  davam  etdirilməsinə  maneə 

yaratmır.

 

 

 



Maddə 4

 

 



 

Ehtiyac  olduğu  təqdirdə,  sonrakı  mərhələdə  regionlararası  və  desentralizasiya  üzrə 

əməkdaşlığı  dəstəkləmək  məqsədilə  paritet  əsasda  hər  iki  Tərəfin  dotasiyası  və  layihələr 

üzrə tenderi əsasında fəaliyyət göstərəcək və Anlaşma Memorandumunun 2-ci maddəsi ilə 

təsis  edilmiş  İdarəetmə  Komitəsi  tərəfindən  monitorinqi  təmin  ediləcək  Dəstək  Fondu 

yaradıla bilər.

 

 

 



Maddə 5

 

 



 

Tərəflər  nəzərə  alırlar  ki,  yerli  idarəetmə  orqanları  və  ya  onların  adından  həyata 

keçirilən layihələrə Fransa İnkişaf Agentliyi (A.F.D) öz mandatı çərçivəsində dəstək göstərə 

bilər.


 

Həmçinin, üçüncü ölkənin təsisatları ilə tərəfdaşlıqda bəzi birgə layihələr üçün Avropa 

və ya inkişaf banklarının proqramları da istifadə edilə bilər.

 

 



 

Maddə 6

 

 



 

Hazırkı Anlaşma Memorandumunun təfsiri və icrası ilə bağlı hər hansı fikir ayrılıqları 

Tərəflər arasında dostluq şəraitində həll ediləcək.

 

 



 

Maddə 7

 

 



 


Tərəflərin  qarşılıqlı  yazılı  razılığı  ilə  bu  Anlaşma  Memorandumuna  əlavə  və 

dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz 

tərkib hissəsi olan ayrıca protokollarla rəsmiləşdirilir və 8-ci maddənin müddəalarına uyğun 

olaraq qüvvəyə minir.

 

 

 



Maddə 8

 

 



 

Bu  Anlaşma  Memorandumu  qeyri-müəyyən  müddətə  bağlanılır  və  onun  qüvvəyə 

minməsi  üçün  zəruri  olan  dövlətdaxili  prosedurların  yerinə  yetirilməsi  barədə  Azərbaycan 

tərəfinin  yazılı  bildirişinin  diplomatik  kanallar  vasitəsilə  alındığı  tarixdən  qüvvəyə  minir. 

Hər  hansı  Tərəf  bu  Anlaşma  Memorandumunu  bildirişlə  ləğv  edə  bilər.  Ləğvetmə  belə 

bildirişin alındığı tarixdən 3 (üç) ay sonra qüvvəyə minir.

 

Bakı şəhərində 2016-cı il 19 dekabr tarixində, hər biri Azərbaycan və fransız dillərində 



olmaqla, iki əsl nüsxədə imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.

 

 



 

 

 



Azərbaycan Respublikasının

 

Fransa Respublikasının

 

İqtisadiyyat Nazirliyi

 

Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi

 

adından

 

adından

 

(imza)

 

(imza)

 

 

 



 

 

 



Yüklə 310,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə