Azərbaycan Respublikasının Konstitusiyası II fəsil. DÖVLƏTİN Əsaslari maddə 18. Din və dövlət



Yüklə 165,31 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü165,31 Kb.
#76172

background image
Azərbaycan Respublikasının Konstitusiyası 

II fəsil. DÖVLƏTİN ƏSASLARI 

 

Maddə 18. Din və dövlət  

I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.  

II.  İnsan  ləyaqətini  alçaldan  və  ya  insanpərvərlik  prinsiplərinə  zidd  olan  dinlərin  (dini  cərəyanların) 

yayılması və təbliği qadağandır. 



III fəsil. ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI VƏ AZADLIQLARI 

Maddə 48. Vicdan azadlığı 

I. Hər kəsin vicdan azadlığı vardır. 

II.  Hər  kəsin  dinə  münasibətini  müstəqil  müəyyənləşdirmək,  hər  hansı  dinə  təkbaşına  və  ya 

başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı 

əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. 

III.  Dini  mərasimlərin  yerinə  yetirilməsi,  ictimai  qaydanı  pozmursa  və  ya  ictimai  əxlaqa  zidd 

deyildirsə, sərbəstdir. 

IV. Dini etiqad və ya əqidə hüquq pozuntusuna bəraət qazandırmır. 

V.  Heç  kəs  öz  dini  etiqadını  və  əqidəsini  ifadə  etməyə  (nümayiş  etdirməyə),  dini  mərasimləri 

yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. 



 

Yüklə 165,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə