Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi



Yüklə 23,89 Kb.

tarix02.10.2017
ölçüsü23,89 Kb.


Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi 

şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

Son vaxtlar dünyada baş verən iqtisadi-siyasi proseslər ölkədə qiymətli kağızlar 

bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrinin, habelə ödəniş 

sistemlərinin fəaliyyətinin çevikliyinin və şəffaflığının təmin olunmasını, həmçinin 

bu sahələrdə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsini, eləcə də 

ictimai nəzarət sisteminin yaradılmasını zəruri edir. 

 

Ölkənin maliyyə sisteminin daha da sabit və dayanıqlı, rəqabətqabiliyyətliliyinin 



isə daha yüksək olması üçün maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə 

təmin olunması, eləcə də kreditorların, investorların və sığorta olunanların 

hüquqlarının qorunması tələb olunur. 

 

Azərbaycan Respublikasının maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu 



sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə Azərbaycan 

Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 

qərara alıram: 

 

1. Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, 



sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin 

operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi 

və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər 

əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının 

alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr 

üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə 

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi 

şəxs yaradılsın. 

 

2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik 



hüquqi şəxsin təsisçisinin aşağıdakı səlahiyyətləri Azərbaycan Respublikasının 

Prezidenti tərəfindən həyata keçirilir: 

 



2.1. nizamnamənin və strukturunun təsdiqi; 

 

2.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi; 



 

2.3. icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların 

səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam 

verilməsi. 

 

3. Müəyyən edilsin ki: 



 

3.1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında 5 nəfər 

üzvdən ibarət Direktorlar Şurası yaradılır; 

 

3.2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 



Direktorlar Şurasının sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad 

edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi 

Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. 

 

4. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 



Nizamnaməsi qüvvəyə mindiyi gündən Azərbaycan Respublikasının Qiymətli 

Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 

Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı 

yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilsin və onların istifadəsində olan 

dövlət əmlakı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına 

verilsin. 

 

5. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 



fəaliyyətinin təmin edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrupu yaradılsın: 

 

İşçi qrupunun rəhbəri 




 

Rüfət Aslanlı - Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə 

 

Dövlət Komitəsinin sədri 



 

İşçi qrupunun üzvləri 

 

Asim Məmmədli - “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə 



 

Şurasının sədri 

 

Cəlal Qasımov - “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə 



 

Şurasının sədri 

 

Faiq Hüseynov - “Unibank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin 



 

sədri 


 

Rövşən Cavadov - Azərbaycan Respublikası Dövlət Neft Fondunun 

 

investisiya departamentinin direktoru 



 

Zəka Mirzəyev - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maliyyə və 

 



sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri 

 

6. İşçi qrupuna tapşırılsın ki: 



 

6.1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 

Nizamnaməsinin layihəsini, habelə Palatanın strukturu və işçilərinin ümumi say 

həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının 

Prezidentinə təqdim etsin; 

 

6.2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 



yaradılması ilə əlaqədar: 

 

6.2.1. “Qiymətli kağızlar bazarı haqqında”, “Banklar haqqında”, “Azərbaycan 



Respublikasının Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit təşkilatları 

haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının 

uyğunlaşdırılması barədə təkliflərini bir ay müddətində Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etsin; 

 

6.2.2. Azərbaycan Respublikasının digər qanunlarının və Azərbaycan Respublikası 



Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində 

Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

 

6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 



 

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

 

7.1. bu Fərmanın 4-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının 



Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Maliyyə 

Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin və Azərbaycan Respublikasının 

Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin istifadəsində olan dövlət 



əmlakının Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına 

verilməsini həll etsin; 

 

7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu 



Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan 

Respublikasının Prezidentinə məlumat versin; 

 

7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana 



uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində 

Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

 

7.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 



 

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti 

orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana 

uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 

məlumat versin. 

 

  



 

İlham Əliyev 

 

Azərbaycan Respublikasının Prezidenti 



 

Bakı şəhəri, 3 fevral 2016-cı il. 



: documents -> fermanlar
fermanlar -> Ərzaq məhsullarının tədarükü və təchizatı
fermanlar -> Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
fermanlar -> Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən
fermanlar -> Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal
fermanlar -> Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid
fermanlar -> Qaydalari ümumi müddəalar
fermanlar -> 2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 iyul tarixli 533 nömrəli Fərmanı Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №7, maddə 470; 2006, №7, maddə 590; 2009, №3, maddə 163
fermanlar -> İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə