Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunma Qaydalarının təsdiq olunması haqqında



Yüklə 116 Kb.
tarix08.09.2018
ölçüsü116 Kb.
#67078
növüQaydalar

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunma Qaydalarının təsdiq olunması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİNİN QƏRARI
Bakı səhəri №3 17 yanvar 2012-ci il
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanı və “Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”dən irəli gələn vəzifə və funksiyaların həyata keçirilməsini təmin etmək məqsədilə
Qərara alıram:
1. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunma Qaydaları” təsdiq edilsin (əlavə).

2. Mədəni irs şöbəsi (R.Nuriyev) və Hüquq sektoru (N.Qulamov) təsdiq olunmuş Qaydaların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin edilsin.

3. ”Tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydalarının pozulmasına görə inzibati xətalar haqqında sənədlər və onların tərtib olunma Qaydaları” haqqında Mədəniyyət və Turizm Nazirliyinin 27.10.2006-cı il tarixli, 672 nömrəli Əmri qüvvədən düşmüş hesab edilsin.

4. Qərarın icrasına nəzarət nazirin birinci müavini Vaqif Əliyevə tapşırılsın.


Əsas: Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanı və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”.

Nazir Əbülfəs Qarayev
Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyinin

“17” yanvar 2012 tarixli 03 nömrəli

Qərarı ilə təsdiq edilmişdir.



Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunma

QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu qaydalar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına və “Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”dən irəli gələn vəzifə və funksiyaların həyata keçirilməsini təmin etmək məqsədilə hazırlanmışdır.

1.2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanı ilə müəyyən edilmiş inzibati xətalar haqqında işlərə baxır.


2. Protokol
2.1 İnzibati xətanın törədildiyi yerdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsinə uyğun olaraq iki nüsxədən ibarət inzibati xəta haqqında protokol (əlavə №1) tərtib edilir.

2.2 Protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və ya onun nümayəndəsinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqlar və vəzifələr izah edilir və bu barədə protokolda müvafiq qeydlər aparılır.

2.3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və ya onun nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir.

2.4 Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nümayəndəsi izahatlar və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır.

2.5 İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilir.

2.6 İnzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan bir gün müddətində inzibati xətaya baxmaq səlahiyyəti olan vəzifəli şəxsə göndərilir.


3. Qərar
3.1 İnzibati xəta haqqında işə baxılmasının tarixi və yeri müəyyən edilərək barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə və ya şəxsin nümayəndəsinə məlumat verilir və işə onların iştirakı ilə baxılır. Həmin işə şəxsin və ya nümayəndəsinin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.

3.2 Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi adından inzibati xətaya baxmaq səlahiyyəti olan vəzifəli şəxslər Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”na uyğun olaraq müəyyən edilir.

3.3 İnzibati xəta haqqında işə baxmağa səlahiyyətli olan vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinin 422.1 maddəsinə əsasən inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan 15 (on beş) gün müddətində baxır.

3.4 İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:

- inzibati xətalar haqqında inzibati tənbehin tətbiq edilməsi haqqında (əlavə №2)

- İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; (əlavə №3)

- İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; (əlavə №4)

3.5 İnzibati xəta haqqında iş üzrə qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 426-cı maddəsinə uyğun olaraq tərtib edilir.

3.6 İnzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur.

3.7 Qərarın surəti 3 (üç) günədək müddətdə barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərərçəkmiş şəxsə verilir.

3.8 Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə və ya məhkəməyə şikayət verilə bilər.


Azərbaycan Respublikasının

Mədəniyyət və Turizm Nazirliyi

tərəfindən baxılan inzibati xətalar

haqqında işlərə dair sənədlər və

onların tərtib olunma

Qaydaları”na
1 nömrəli əlavə


Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən baxılan inzibati xəta haqqında
Protokol №

“___”__________20___ il ____________________________

(protokolun tərtib edildiyi yer)

Mən,_____________________________________________________________________________________

(protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı)

_________________________________________________________________________________________

(barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat)

_________________________________________________________________________________________

Araşdırma apararkən aşağıdakı inzibati xətanın törədildiyi müəyyən edildi:

_________________________________________________________________________________________

(inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti)

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

Göstərilən hərəkətlərə_______________________________________________________________________________

(fiziki şəxsin soyadı, adı, atasının adı)

_________________________________________________________________________________________

(hüquqi şəxsin adı və ünvanı)

_________________________________________________________________________________________

tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin ________________________

maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

_________________________________________________________________________________________

(şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı)

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin

nümayəndəsinin izahatları:_____________________________________________________________________________

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

İnzibati xətanın aşkar edilməsində texniki nəzarət etmə vasitələrindən istifadə

olunmuşdursa, onların göstəriciləri:____________________________________________________________________

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

_________________________________________________________________________________________
İnzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər

vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə

qeydlər:__________________________________________________________________________________

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

İnzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar: ________________________

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

Barəsində inzibati xəta haqqında protokol tərtib edilən fiziki və ya hüquqi şəxsə və

ya onun nümayəndəsinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 371,

374-cü maddələrinə əsasən hüquqları izah edilmişdir.

Protokolla tanış oldum:__________________________________________________________________________________

(barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan

şəxsin və ya _________________________________________________________________________________________

onun nümayəndəsinin imzası)

Protokolu almaqdan imtina etdi:_________________________________________________________________________

(barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan

_____________________________________________________________________________

(şəxsin və ya onun nümayəndəsinin vəzifəsi, soyadı, adı, atasının adı) /imza/
Qeyd: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi

şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda

müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin

səbəblərini göstərmək hüquqları vardır. (Bu halda izahat və mülahizələr protokola əlavə

olunur).

Protokolun surətini aldım:________________________________ ______________ _______

Soyadı, adı, atasının adı) /imza/ (tarix)
Protokolu tərtib edən şəxs: ___________________________________ ___________ (vəzifəsi, soyadı, adı, atasının adı) /imza/



Azərbaycan Respublikasının

Mədəniyyət və Turizm Nazirliyi

tərəfindən baxılan inzibati xətalar

haqqında işlərə dair sənədlər və

onların tərtib olunma

Qaydaları”na

2 nömrəli əlavə



Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

inzibati tənbeh vermə haqqında
Qərar

№________

“____” _______________il ____________________ şəh.


Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin

_________________________________________________________________________________________



(tutduğu vəzifə, soyadı, adı, atasının adı)

_________________________________________________________________________________________



(protokol tərtib edilmiş şəxsin iş yeri, vəzifəsi, soyadı, adı, atasının adı)

_________________________________________________________________________________________

__________________________________________________________________________________________

_______________________________________________________________________________________________haqqında

tərtib edilmiş “______”______________20 ___ il tarixli______________________________________________________

№ -li protokola baxaraq müəyyən etdim ki, _________________________________________________

_________________________________________________________________________________________

(işə baxılarkən müəyyən edilmiş qanun pozuntusunun adı)

_________________________________________________________________________________________

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin _________________maddəsini

rəhbər tutaraq

QƏRARA ALDIM:

_________________________________________________________________________________________



(qanunu pozanın soyadı, adı, atasının adı)

_________________________________________________________________________________________



(pozulan normativ sənədlərin adı, bəndlərin nömrəsi)
pozulduğuna görə ____________________________________________________manat məbləğində

inzibati cəriməyə cəlb edilsin. Cərimə 30 gündən gec olmayaraq ödənilsin.


Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin ______________________________________________________________________ ____________”

(qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxsin adı, atasının adı, soyadı və tutduğu vəzifə) (imza)


Qərardan 10 gün müddətində məhkəməyə şikayət verilə bilər.
RARI ALDIM. _______________________________________________________________________________________

İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin soyadı, adı, atasının adı


Azərbaycan Respublikasının

Mədəniyyət və Turizm Nazirliyi

tərəfindən baxılan inzibati xətalar

haqqında işlərə dair sənədlər və

onların tərtib olunma

Qaydaları”na
3 nömrəli əlavə



Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında
Qərar

_______

“____” _________________il ____________________ şəh.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin

_________________________________________________________________________________________



(tutduğu vəzifə, soyadı, adı, atasının adı)

_________________________________________________________________________________________



(protokol tərtib edilmiş şəxsin iş yeri, vəzifəsi, soyadı, adı, atasının adı)

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

_______________________________________________________________________________________________haqqında

tərtib edilmiş “______”________________20 _____ il tarixli______________________________________

№ -li protokola baxaraq müəyyən etdim ki, __________________________________________________

_________________________________________________________________________________________

(işə baxılarkən müəyyən edilmiş qanun pozuntusunun adı)

_________________________________________________________________________________________

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin _________________maddəsini

rəhbər tutaraq

QƏRARA ALDIM:

_________________________________________________________________________________________



(qanunu pozanın soyadı, adı, atasının adı)
İnzibati xəta haqqında iş üzrə

icraat_______________________________________________________________________________________dayandırılsın.

(İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə maddənin nömrəsi)
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin _____________________________________________________________________ ____________”

(qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxsin adı, atasının adı, soyadı və tutduğu vəzifə) (imza)



Qərarın surəti 3 (üç) gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə və ya həmin şəxsin nümayəndəsinə

verilsin ( göndərilsin).
Qərardan 10 gün müddətində məhkəməyə şikayət verilə bilər.
RARI ALDIM. _________________________________________________________________________________________

İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin soyadı, adı, atasının adı


Azərbaycan Respublikasının

Mədəniyyət və Turizm Nazirliyi

tərəfindən baxılan inzibati xətalar

haqqında işlərə dair sənədlər və

onların tərtib olunma

Qaydaları”na
4 nömrəli əlavə



Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında
Qərar

_______

“_____” ____________________il ______________________ şəh.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin

_________________________________________________________________________________________



(tutduğu vəzifə, soyadı, adı, atasının adı)

_________________________________________________________________________________________



(protokol tərtib edilmiş şəxsin iş yeri, vəzifəsi, soyadı, adı, atasının adı)

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

_______________________________________________________________________________haqqında

tərtib edilmiş “____”_____________20 ___ il tarixli__________________________________________

№ -li protokola baxaraq müəyyən etdim ki, __________________________________________________

_________________________________________________________________________________________

(işə baxılarkən müəyyən edilmiş qanun pozuntusunun adı)

_________________________________________________________________________________________

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin ___________________________maddəsini

rəhbər tutaraq

QƏRARA ALDIM:

_________________________________________________________________________________________



(qanunu pozanın soyadı, adı, atasının adı)

İnzibati xəta haqqında iş üzrə icraata______________________________________________________xitam verilsin.

(İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə maddənin nömrəsi)
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin __________________________________________________________________ ___________”

(qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxsin adı, atasının adı, soyadı və tutduğu vəzifə) (imza)



Qərarın surəti 3 (üç) gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə və ya həmin şəxsin nümayəndəsinə

verilsin ( göndərilsin).
Qərardan 10 gün müddətində məhkəməyə şikayət verilə bilər.
RARI ALDIM. _________________________________________________________________________________________

İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin soyadı, adı, atasının adı

Yüklə 116 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə