Azərbaycan Respublikasının Meşə Məcəlləsi



Yüklə 231,93 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix18.04.2018
ölçüsü231,93 Kb.
#39328
1   2   3   4   5   6   7   8   9   10

 

meşələrə qulluq, seleksiya, meşə toxumçuluğu, qiymətli ağac cinslərinin sort 



sınağı üzrə işlər aparmaq, torpaqların münbitliyini artırmaq, onların su və külək 

eroziyasının, bataqlaşmasının, şoranlaşmasının və torpaqların vəziyyətinin 

pisləşməsinə səbəb olan digər proseslərin qarşısını almaq, habelə meşələrin cins 

tərkibini yaxşılaşdırmaq, onların məhsuldarlığını və qoruyucu xüsusiyyətlərini 

artırmaq (bu zaman palıd, fıstıq, qoz, şam və başqa qiymətli ağac cinslərinin 

saxlanması və onların vaxtında bərpası təmin olunmalıdır); 

 

aralıq istifadə üçün qırmalar aparmaq; 



 

meşələrin bərpası, yeni meşələr salınması, çox rütubətləşmiş torpaqların 



hidromeşəmeliorasiyası sahəsində tədbirlər görmək; 

 



meşə təsərrüfatı təmayüllü yollar çəkmək. 

VII fəsil. Meşə fondunun mühafizəsi və qorunması 

Maddə 58. Meşələrin mühafizəsinin və qorunmasının məqsəd və 

vəzifələri  

Meşələr yanğından, qanunsuz qırılmadan, meşədən istifadənin müəyyən edilmiş 

qaydalarının pozulması hallarından və meşəyə zərər vuran digər hərəkətlərdən, 

zərərvericilərdən və xəstəliklərdən mühafizə edilməlidir. 

Meşələrin mühafizəsi və qorunması onların bioloji və digər xüsusiyyətlərini nəzərə 

almaqla həyata keçirilir, meşə fondundan səmərəli istifadə, meşələri məhv olmaqdan

zədələnmədən, zəifləmədən, çirklənmədən və digər mənfi təsirlərdən mühafizə sahəsində 

təşkilati, hüquqi və başqa tədbirlər sistemindən ibarətdir. 

Meşələrin mühafizəsi və qorunması meşə təsərrüfatı müəssisələri tərəfindən, yerüstü 

vasitələrdən və müəyyən edilmiş qaydada aviasiyadan istifadə etməklə həyata keçirilir. 



Maddə 59. Meşələrin mühafizəsi və qorunması tədbirlərinin həyata 

keçirilməsi qaydası  

Müvafiq icra hakimiyyəti orqanları 

[Azərbaycan Respublikası Nazirlər Kabineti yanında 

Meliorasiya və Su Təsərrüfatı Komitəsi, «Azərbmeşə» İstehsalat Birliyi və Azərbaycan 

Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi]

 və meşə 

təsərrüfatı müəssisələri meşələrin mühafizəsi və qorunması, zərərvericilər, xəstəliklər və 

yanğınlarla mübarizə tədbirləri həyata keçirirlər. 

Müvafiq icra hakimiyyəti orqanları 

[Azərbaycan Respublikası Nazirlər Kabineti yanında 

Meliorasiya və Su Təsərrüfatı Komitəsi, «Azərbmeşə» İstehsalat Birliyi və Azərbaycan 

Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi]

 və meşə 

təsərrüfatı müəssisələri zəruri hallarda, yüksək yanğın təhlükəsi dövründə əhalinin, 

nəqliyyat vəsitələrinin meşəyə girməsini, habelə ayrı-ayrı meşə fondu sahələrində 

müəyyən iş növlərinin aparılmasını məhdudlaşdırır və ya qadağan edir. 



Meşə zonalarında istehsalat və məişət tullantılarının basdırılması qadağandır. 

Fiziki və hüquqi şəxslərin meşə yanğınlarının söndürülməsinə cəlb olunması qaydası 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 

[Azərbaycan 

Respublikasının Nazirlər Kabineti]

 tərəfindən müəyyən edilir. (

1




Maddə 60. Meşələrin yanğından mühafizəsində meşə istifadəçilərinin 

vəzifələri  

Meşə istifadəçiləri meşə yanğınlarına qarşı müvafiq meşə təsərrüfatı müəssisələri ilə 

razılaşdırılmış tədbirlər planı hazırlayıb təsdiq etməli və nəzərdə tutulmuş müddətdə 

yerinə yetirməlidir. Meşə yanğınlarına qarşı tələblər müvafiq icra hakimiyyəti orqanı 

[«Azərbmeşə» İstehsalat Birliyi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında 

Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər 

Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə 

Nəzarət Komitəsi]

 tərəfindən müəyyən edilir. 

Fiziki və hüquqi şəxslərin meşə fondu ərazisində iş apardıqları, mədəni-kütləvi və sair 

tədbirlər keçirdikləri yerlərdə müvafiq icra hakimiyyəti orqanları 

[«Azərbmeşə» 

İstehsalat Birliyi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su 

Təsərrüfatı Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan 

Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi]

 tərəfindən 

təsdiq edilmiş normalara uyğun və yanğın təhlükəsi dövründə istifadə etməyə yararlı 

yanğınsöndürən vasitələr olmalıdır. 



Maddə 61. Meşə fondunda yanğın nəzarəti  

Meşə fondunda yanğına nəzarət fiziki və hüquqi şəxslərin yanğın təhlükəsizliyi sahəsində 



normaların, standartların və qaydaların tələblərinə riayət etmələri, onların pozulmasının 

qarşısının alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı 

[Azərbaycan 

Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi, 

«Azərbmeşə» İstehsalat Birliyi və Azərbaycan Respublikasının Dövlət Ekologiya və 

Təbiətdən İstifadəyə Nəzarət Komitəsi]

 tərəfindən aparılır. 

Meşə istifadəçiləri, meşə fondu sahələrində və meşə fondu ilə həmhüdud torpaqlarda iş 

aparan digər fiziki və hüquqi şəxslər, habelə meşə fondunda mədəni-kütləvi və sair 

tədbirlər keçirilməsinə cavabdeh olanlar yanğın təhlükəsizliyi sahəsində normaların, 



standartların və qaydaların tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının 

qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və sair məsuliyyət daşıyırlar. (

5



Maddə 62. Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi  



Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi meşə fondunun vəziyyəti 

üzərində müntəzəm müşahidə aparmaq, zərərvericilərin və xəstəliklərin mənbələrini 

aşkara çıxarmaq, həmin yerlərdə profilaktik tədbirlər aparmaq, bu halların yayılmasının 

qarşısını almaq və onları aradan qaldırmaq yolu ilə təmin edilir. 

Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi aşağıdakı tədbirlərdən 

ibarətdir: 

 

cari, ekspedisiya aviavizual və sair meşəpatologiya müşahidələri; 



 

zərərvericilərin və xəstəliklərin əmələ gəlməsinin ümumi, ilkin yoxlanışı və onun 



dəqiq müşahidəsinin aparılması; 

 



zərərvericilər və xəstəliklər ilə aviasiya və yerüstü vasitələrlə mübarizə 

tədbirlərinin hazırlanması; 

 

meşə xəstəliklərinə qarşı profilaktik tədbirlərin, zərərvericilərin və xəstəliklərin 



mənbələrinin ləğv edilməsi işlərinin təşkili; 

 



bu tədbirlərin yerinə yetirilməsi üzərində nəzarət. 


Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi tədbirləri müvafiq icra 

hakimiyyəti orqanı 

[Azərbaycan Respublikasının Nazirlər Kabineti]

 tərəfindən təsdiq 

edilmiş fitosanitariya qaydaları ilə nizamlanır. 

Maddə 63. Meşə fondunun səmərəli istifadəsi, mühafizəsi, qorunması və 

bərpasının təmin olunmasında fiziki və hüquqi şəxslərin, ictimai 

birliklərin iştirakı  

Meşə fondunun mühafizə olunması hər bir vətəndaşın, fiziki və hüquqi şəxslərin 

borcudur. 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fiziki və hüquqi şəxslər, 

ictimai birliklər meşələrin səmərəli istifadəsi, qorunması və bərpasının təmin 

olunmasında iştirak edə bilərlər. 



VIII fəsil. Meşə fondundan istifadənin, onun 

mühafizəsi, qorunması və bərpasının iqtisadi 

tənzimlənməsi 

Maddə 64. Meşə fondundan istifadəyə görə ödəmə  

Bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunvericiliyində nəzərdə tutulmuş 

hallardan başqa, meşə fondundan və meşə sərvətlərindən istifadənin bütün növləri 

ödənişlidir. 

Meşə təsərrüfatının ümumi gəliri meşə gəlirlərindən və meşə təsərrüfatının fəaliyyəti 

nəticəsində əldə edilən gəlirdən ibarətdir. 

Meşə gəliri köküstü oduncaq buraxılışı və meşədən digər istifadələrə görə, habelə meşə 

fonduna vurulan zərər və itkiyə görə ödəmələrdən ibarətdir. Ödəmələr meşə məzənnələri 

əsasında hesablanır. 

Meşə təsərrüfatının fəaliyyəti nəticəsində əldə edilən gəlirlərə meşə təsərrüfatı 

istehsalından, meşə sənayesi və qeyri-sənaye meşə istehsalından daxil olan vəsaitlər aid 

edilir. 


Maddə 65. Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu  

Meşələrin bərpasının mühafizəsinin və qorunmasının, meşə təsərrüfatı istehsalının digər 

tədbirlərinin, habelə meşə təsərrüfatının inkişafı proqramlarının maliyyələşdirilməsini 

təmin etmək məqsədi ilə meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu 

yaradılır. 

Fondun maliyyə mənbələri meşə gəlirlərindən, meşə təsərrüfatına ictimai yardımlardan 

və digər vəsaitlərdən ibarətdir. 

Meşə təsərrüfatı istehsalı meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu, eləcə 

də büdcə vəsaiti hesabına maliyyələşdirilir. 



Sənaye və qeyri-sənaye istehsalı özünümaliyyələşdirmə (təsərrüfathesabı) prinsipi 

əsasında həyata keçirilir. 



Maddə 66. Meşə təsərrüfatı sahəsində həvəsləndirmə və güzəştlər  

Meşə təsərrüfatı işçilərinə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə 

müəyyən edilmiş qaydada həvəsləndirmə və güzəştlər (otlaq, biçənək sahələri təhkim 

etmək, meşədən mal-qara üçün ot biçmək, yanacaq kimi istifadə üçün güzəştli 

qiymətlərlə odun, xüsusi geyim və s.) nəzərdə tutulur. 

IX fəsil. Meşə fondundan və ağac-kol bitkilərindən 

istifadənin xüsusiyyətləri 

Maddə 67. Oduncaq tədarükü  

Oduncaq tədarükü meşəbərpa və aralıq istifadə üçün qırma, habelə başqa qırmalar 

(başdan-başa sanitariya qırmaları, su qovşaqlarının, boru kəmərlərinin, yolların, elektrik 

xətlərinin tikintisi, habelə mərzlərin, yanğından mühafizə keçidlərinin açılması və digər 

belə məqsədlər üçün aparılan qırmalar) qaydasında aparılır. 

Maddə 68. Kateqoriyalarından asılı olaraq meşələri qırma üsulları  

Dövlət qoruqlarının meşələrində yalnız qoruq rejiminə müvafiq olan qırmaların 

aparılmasına yol verilir. 

Kurort meşələrində, xüsusi qiymətli meşə massivlərində, şəhərlərin və digər yaşayış 

məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələrində, yabanı meyvə meşələrində və 

dövlət qoruyucu meşə zolaqlarında aralıq istifadə üçün qırmalar və başqa qırmalar 

aparılır. 

Xüsusi qoruyucu meşə sahələrindən istifadənin bütün növləri məhdudlaşdırıla və qadağan 

edilə bilər. 

Meşəbərpa və aralıq istifadə üçün qırmalar müvafiq icra hakimiyyəti orqanı 

[Azərbaycan 

Respublikasının Nazirlər Kabineti]

 tərəfindən təsdiq edilən qırma qaydaları (əsasnamə) 

üzrə aparılır. 



Maddə 69. Qırma zamanı oduncaq tədarükünün təşkili və qaydası  

Meşəqırma sahələrinin ayrılması, onların meşə istifadəçilərinə verilməsi, habelə 

meşəqırma tələblərinin pozulmasına görə cərimənin miqdarı Azərbaycan Respublikasının 

müvafiq icra hakimiyyəti orqanı 

[Azərbaycan Respublikasının Nazirlər Kabineti]

 

tərəfindən təsdiq edilən Azərbaycan Respublikası meşələrində köküstü oduncaq 



buraxılışı qaydaları ilə müəyyən edilir. 

Maddə 70. Qırmalar zamanı oduncaq tədarükü həcminin müəyyən 

edilməsi  


Meşədən oduncaq tədarükü hər bir meşə təsərrüfatı müəssisəsinin ərazisi üzrə 

hesablanmış meşəqırma həcmində aparılır. Hesablanmış meşəqırma həcmindən artıq 

miqdarda oduncaq tədarükü qadağandır. 

Meşəbərpa və aralıq istifadə üçün qırma qaydası ilə oduncaq tədarükünün həcmi 

meşələrin vəziyyətinə, meşəyə qulluq, seçmə sanitariya və yenidənəkmə ilə əlaqədar 

qırmaların müəyyən edilmiş normalarına əsasən meşə quruluşu işləri aparılarkən 

müəyyənləşdirilir və müvafiq icra hakimiyyəti orqanı 

[Azərbaycan Respublikasının 

Nazirlər Kabineti]

 tərəfindən təsdiq edilir. 

Başqa qırma qaydaları ilə oduncaq tədarükünün həcmi meşə fondunun ağac-koldan 

təmizlənməsi ilə bağlı olan layihələrdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı 

[«Azərbmeşə» İstehsalat Birliyi]

 tərəfindən müəyyən edilir. 



Maddə 71. İkinci dərəcəli meşə sərvətlərinin tədarükü və meşədən əlavə 

istifadə qaydası  

Meşə fondu sahələri ikinci dərəcəli meşə sərvətlərinin tədarükü və meşədən əlavə istifadə 

üçün fiziki və hüquqi şəxslərin istifadəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada 

verilir. 

Meşə fondundan ikinci dərəcəli meşə sərvətlərinin tədarükü və meşədən əlavə istifadə 

qaydası müvafiq icra hakimiyyəti orqanı 

[«Azərbmeşə» İstehsalat Birliyi]

 tərəfindən 

təsdiq edilir. 

Maddə 72. Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-

sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının 

ehtiyacları üçün istifadə qaydaları  

Müvafiq təşkilatlar tərəfindən meşə fondu sahələrində elmi tədqiqat işləri aparıla bilər. 

Bu meşə istifadəsi həmin məqsədlərə uyğun gəlmədikdə, meşə təsərrüfatı müəssisəsi 

fiziki və hüquqi şəxslərə meşə fondu sahəsindən istifadəni məhdudlaşdırır və ya qadağan 

edir. 

Mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün verilmiş meşə sahələrində 



meşə istifadəçiləri təbii landşaftın saxlanılması, yanğın təhlükəsizliyi və meşələrdə 

sanitariya qaydalarına əməl etmək şərti ilə abadlıq tədbirləri görə bilərlər. 

Meşə fondu sahələri ov yerləri kimi qanunvericilikdə müəyyən edilmiş qaydada ovçuluq 

təsərrüfatının ehtiyacları üçün fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə verilə 

bilər. 

Meşə fondu sahələrindən elmi tədqiqat mədəni-sağlamlaşdırma, turizm və idman 



məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanı 

[Azərbaycan Respublikasının Nazirlər 

Kabineti]

 tərəfindən müəyyən edilir. (

2



Maddə 73. Sərhəd zonalarında meşə fondu sahələrindən istifadə qaydası  

Sərhəd zonalarında meşə fondu sahələrindən bu Məcəllə ilə müəyyən olunmuş qaydada 

istifadə edilir. 



Sərhəd zonalarında meşə fondu sahələrindən istifadənin xüsusiyyətləri Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 



Maddə 74. Meşə fondu ərazisində yerləşən dövlət təbiət qoruqları, milli 

parklar və təbiət parkları  

Meşə fondu sahələri meşə fondu ərazisində yerləşən dövlət təbiət qoruqlarına 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təhkim edilir 

və onlar bu sahələrdə dövlət idarəetmə funksiyasını həyata keçirir. 

Dövlət təbiət qoruqlarının, milli parkların və təbiət parklarının ərazilərindəki meşələrin 

istifadəsi, mühafizəsi, qorunması və bərpası bu Məcəlləyə və Azərbaycan 

Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 

Maddə 75. Kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən ağac-kol 

bitkiləri  

Kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən ağac-kol bitkiləri torpaqqoruyucu, 

sutənzimləyici və meşə bitkilərinə xas olan digər xüsusiyyətləri ilə torpaqları mənfi təbii, 

antropogen və texnogen hadisələrin təsirindən qorumaq üçündür. 

Bu torpaqlarda yerləşən ağac-kol bitkilərində aparılan qırmalar bu bitkilərin vəziyyətinin 

yaxşılaşmasını və funksiyalarının yerinə yetirilməsini təmin etməlidir. Ağac-kol 

bitkilərində qulluq, sanitariya, yenidənəkmə məqsədi ilə qırmaların, habelə başqa 

qırmaların aparılmasına yol verilir. 

Kənd təsərrüfatı təyinatlı torpaqlardan meşə salınması, ağac-kol bitkilərinə qulluq 

edilməsi, onların istifadəsi, mühafizəsi, qorunması, habelə bunlarla bağlı dövlət nəzarəti 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 

Maddə 76. Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkiləri  

Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkiləri dəmir yolu magistralını mənfi 

təbii hadisələrdən qorumaq, ətraf mühitin çirklənməsinin qarşısını almaq, dəmir yolu 

nəqliyyatının səsinin təsirini azaltmaq üçündür. 

Müvafiq icra hakimiyyəti orqanı 

[Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi]

 göstərilən 

ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində dövlət 

idarəetməsini həyata keçirir. 

Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkilərində qulluq, sanitariya, 

yenidənəkmə məqsədi ilə xüsusi təyinatlı və başqa qırmaların aparılmasına yol verilir. Bu 

qırmaların aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı 

[Azərbaycan Dövlət 

Dəmir Yolu İdarəsi]

 tərəfindən müəyyən edilir. 

Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkilərinin vəziyyəti, istifadəsi, 

mühafizəsi və qorunması üzərində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanları 

[Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi və «Azərbmeşə» İstehsalat Birliyi]

 tərəfindən 

həyata keçirilir. 




Maddə 77. Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında 

yerləşən ağac-kol bitkiləri  

Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında (avtomobil yollarını və 

kanalları ayıran zolaqlarda) yerləşən ağac-kol bitkiləri avtomobil yollarını və kanalları 

mənfi təbii, antropogen və texnogen hallardan mühafizə etmək üçündür. 

Avtomobil yollarını və kanalları ayıran zolaqlardakı ağac-kol bitkilərində sanitariya və 

yenidənəkmə ilə əlaqədar qırmaların və başqa qırmaların aparılmasına yol verilir. 

Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında meşəsalma, habelə ağac-

kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması qaydaları Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 

Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında yerləşən ağac-kol 

bitkilərinin istifadəsi, mühafizəsi və qorunması üzərində dövlət nəzarəti müvafiq icra 

hakimiyyəti orqanları 

[«Azəravtoyol» Dövlət Şirkəti və «Azərbmeşə» İstehsalat Birliyi]

 

tərəfindən həyata keçirilir. 



X fəsil. Meşələrin istifadəsi, mühafizəsi, qorunması və 

bərpası sahəsində mübahisələrin həlli, meşə 

qanunvericiliyinin pozulmasına görə məsuliyyət 

Maddə 78. Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası 

sahəsində mübahisələrin həlli qaydası  

Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə 

qaydasında həll edilir. 

Maddə 79. Meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyət  

Meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının 

qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. 

Meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə inzibati və cinayət 

məsuliyyətinə cəlb edilmiş şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad 

etməlidirlər. 



Maddə 80. Meşə qanunvericiliyinin pozulması ilə bağlı əqdlərin 

etibarsızlığı  

Meşə qanunvericiliyini pozmaqla bağlanmış əqdlər etibarsızdır. 



«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (1998-ci il, 

№ 3, maddə 139). 

 



Məcəlləyə dəyişiklik və əlavələrin edildiyi sənədlərin 

Siyahısı

 

1. 22 iyun 1999-cu il tarixli, 

692-IQD

 saylı Qanun - «Azərbaycan» qəzeti, 11 avqust 



1999-cu il, № 181. 

2. 29 oktyabr 2004-cü il tarixli, 

785-IIQD

 nömrəli Qanun - «Azərbaycan» qəzeti, 10 

noyabr 2004-cü il, № 262. 

3. 17 aprel 2007-ci il tarixli, 

314-IIIQD

 nömrəli Qanun - «Azərbaycan» qəzeti, 24 may 

2007-ci il, № 112. 

4. 1 aprel 2008-ci il tarixli, 

588-IIIQD

 nömrəli Qanun - «Xalq» qəzeti, 14 may 2008-ci il, 

№ 103. 

5. 5 mart 2010-cu il tarixli, 



970-IIIQD

 nömrəli Qanun - «Azərbaycan» qəzeti, 16 aprel 

2010-cu il, № 80. 

6. 20 aprel 2012-ci il tarixli, 

330-IVQD

 nömrəli Qanun - «Azərbaycan» qəzeti, 6 iyun 

2012-ci il, № 123. 

 

 



Yüklə 231,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə