Azərbaycan Respublikasının Meşə Məcəlləsi



Yüklə 231,93 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix18.04.2018
ölçüsü231,93 Kb.
#39328
1   2   3   4   5   6   7   8   9   10

Meşə münasibətlərinin obyektləri Azərbaycan Respublikasının meşə fondu (bundan 

sonra — meşə fondu), meşə fondunun sahələri, ağac-kol bitkiləri və onlardan istifadə 

hüquqlarıdır. 

Maddə 6. Meşə fondu, meşə fondunun torpaqları və sahələri  

Azərbaycan Respublikasının ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü 

olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan 

Respublikasının meşə fondunu təşkil edir. 

Meşə fondunun sərhədləri meşə fondunun torpaqlarını digər torpaqlardan ayıran 

hüdudlarla müəyyən edilir. 

Torpaqların meşə fonduna daxil edilməsi və oradan çıxarılması Azərbaycan 

Respublikasının meşə qanunvericiliyi və torpaq qanunvericiliyi ilə müəyyən edilmiş 

qaydada həyata keçirilir. 

Meşə torpaqlarına meşə bitkiləri ilə örtülü olan torpaqlar və bu bitkilərlə örtülü olmayan, 

lakin meşələrin bərpası üçün nəzərdə tutulmuş torpaqlar (meşələşməmiş qırma sahələri, 

yanğın yerləri, seyrəkliklər, talalar, qurumuş ağaclıqlar, tinglik sahələri, çətiri 

birləşməmiş meşə əkinləri və digərləri) aid edilir. 

Qeyri-meşə torpaqlarına meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar 

(kənd təsərrüfatı torpaqları, meşə mərzləri, yollar altında olan torpaqlar və digər 

torpaqlar), habelə meşə fondunun sərhədləri daxilində yerləşən sair torpaqlar (bataqlıqlar, 

daşlıqlar, qayalıqlar yerləşən və istifadə üçün əlverişsiz başqa torpaq sahələri) aid edilir. 

Meşə fondunun sahələrinə meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə 

və qeyri-meşə torpaq sahələri aid edilir. 

Meşə fondu sahələrinin sərhədləri meşə təsərrüfatı işarələri ilə naturada nişanlanmalı və 

plan-xəritə materiallarında (meşə xəritələrində) göstərilməlidir. 

Maddə 7. Meşə fonduna daxil olmayan ağac-kol bitkiləri  

Aşağıdakı ağac-kol bitkiləri meşə fonduna daxil deyildir: 

 

kənd təsərrüfatı torpaqlarındakı ağaclar və ağac qrupları, tarlaqoruyucu meşə 



zolaqları, habelə digər ağac-kol bitkiləri

 



dəmir yolları və avtomobil yollarını, kanalları və digər su obyektlərini ayıran 

zolaqlardakı qoruyucu ağaclar; 

 

şəhərlərdə və digər yaşayış məntəqələrində olan ağaclar və ağac qrupları, habelə 



yaşıllıqlar; 

 



həyətyanı sahələrdə, yaylaq, qışlaq və bağ sahələrində olan ağaclar və ağac 

qrupları. 



Maddə 8. Meşə münasibətləri obyektlərinin dövriyyəsi  

Meşə fondunun dövriyyəsinə, həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə 

gətirən və gətirə bilən alğı-satqıya, girov qoymaya və digər əqdlərə yol verilmir. 



Meşə fondu sahələrinin və onlardan istifadə hüququnun dövriyyədə olmasına isə yalnız 

bu Məcəllə ilə nəzərdə tutulmuş həddə yol verilir. 

Meşə fondu sahələrindən istifadə hüququ ilə bağlı əqdlər Azərbaycan Respublikasının 

meşə qanunvericiliyində müəyyən edilmiş qaydada, onunla tənzimlənməyən hissədə isə 

mülki qanunvericiliklə həyata keçirilir. 

Ağac-kol bitkiləri bir şəxsdən başqasına Azərbaycan Respublikasının mülki 

qanunvericiliyində və torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilə bilər. 

Maddə 9. Meşə münasibətlərinin subyektləri  

Meşə münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar 

Respublikası, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir. 

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından meşə 

münasibətlərində öz səlahiyyətləri daxilində dövlət hakimiyyəti orqanları iştirak edirlər. 

Bələdiyyələr meşə münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktı 

ilə verilən səlahiyyət daxilində iştirak edirlər. 

Meşə təsərrüfatının aparılmasını həyata keçirən və meşə fondundan istifadə edən fiziki və 

hüquqi şəxslər meşə münasibətlərinin iştirakçılarıdır. 

Meşə münasibətləri obyektlərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası zamanı 

yaranan əmlak və inzibati münasibətlərində Azərbaycan Respublikasının, Naxçıvan 

Muxtar Respublikasının, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin iştirakı həmin 

münasibətlər bu Məcəllə ilə tənzimlənmədiyi hallarda Azərbaycan Respublikasının mülki 

və inzibati qanunvericilik aktları ilə müəyyən edilir. 



Maddə 10. Meşə istifadəçiləri  

Meşə fondu sahələrindən istifadə hüququ verilən fiziki və hüquqi şəxslər meşə 

istifadəçiləridir. 

II fəsil. Meşə fondu və ağac-kol bitkiləri üzərində 

mülkiyyət, onlardan istifadə hüququ 

Maddə 11. Meşə fondu üzərində mülkiyyət  

Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. 

Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. 

Maddə 12. Fiziki və hüquqi şəxslərin ağac-kol bitkiləri üzərində 

mülkiyyət hüquqları  

Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşən ağac-

kol bitkiləri, qanunvericiliklə digər hallar müəyyən edilmədikdə, onların xüsusi 

mülkiyyətinə aid edilir. 




Göstərilən ağac-kol bitkiləri üzərində sahiblik, istifadə və sərəncam hüquqları 

Azərbaycan Respublikası meşə qanunvericiliyinin və digər qanunvericilik aktlarının 

tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir. 

Maddə 13. Meşə servitutları (meşə sahələrindən başqasının müəyyən 

dərəcədə istifadə etmək hüququ)  

Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmamışdırsa, 

fiziki şəxslər sərbəst surətdə meşələrdə olmaq hüququna malikdirlər (kütləvi meşə 

servitutu). 

Meşə fondu sahələrindən və meşə fonduna daxil olmayan sahələrdən fiziki və hüquqi 

şəxslərin istifadə hüquqları müqavilələr, habelə məhkəmə qərarları əsasında başqa 

maraqlı şəxslərin xeyrinə məhdudlaşdırıla bilər (xüsusi meşə servitutu). 

Azərbaycan Respublikasının mülki, torpaq və başqa qanunvericilik aktlarının müddəaları 

meşə servitutlarına bu Məcəllənin tələblərinə zidd olmayan həddə tətbiq edilir. 

Maddə 14. Meşə fondu sahələrindən istifadə hüququ  

Meşə fondu sahələrindən istifadə hüququ meşələrin çoxfunksiyalı mahiyyəti nəzərə 

alınmaqla həyata keçirilir (müxtəlif şəxslər tərəfindən və müxtəlif məqsədlər üçün eyni 

vaxtda istifadə). 

«Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş 

qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin 

bərpası məqsədi ilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və 

hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. 

Bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda meşə fondu sahələrindən istifadə hüququna 

dair mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir. 



Maddə 15. Meşə fondu sahələrindən istifadə hüququnun əsasları  

Meşə fondu sahələrindən istifadə hüququnun əsasları aşağıdakılardır: 

 

müqavilələr; 



 

məhkəmə qərarları; 



 

bu Məcəllə ilə yol verilən digər əsaslar. 



Meşə sahələrindən istifadə hüququ, kütləvi servitut istisna olmaqla, meşə fondu 

sahələrinin icarə müqaviləsinin dövlət qeydiyyatından keçdiyi, meşəqırma bileti, order, 

meşə bileti alındığı vaxtdan əldə edilir. 

Maddə 16. Meşə fondu sahələrindən istifadə hüququnun yaranması  

Meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə 

müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. 



Yüklə 231,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə