Azərbaycan Respublikasının Meşə Məcəlləsi



Yüklə 231,93 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix18.04.2018
ölçüsü231,93 Kb.
#39328
1   2   3   4   5   6   7   8   9   10

Meşə istifadəçisi Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə müəyyən edilmiş 

hallarda və şərtlərlə istifadəyə verənin razılığı ilə meşə fondu sahəsindən istifadə 

hüququnu özünün hüquqi varisi olmayan şəxsə müqavilə əsasında verə bilər. 

Meşə istifadəçisi olan şəxs vəfat etdikdə ona məxsus istifadə hüququ qanunvericilikdə 

müəyyən edilmiş qaydada başqa şəxslərə keçə bilər. 

Meşə istifadəçisi olan hüquqi şəxs yenidən təşkil edildikdə ona məxsus istifadə hüququ 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yeni yaranan 

hüquqi şəxsə keçir. 

Meşə fondu sahələrindən (torpaqlarından) istifadə hüququnun başqasına keçməsi 

müqaviləyə, meşəqırma biletinə, orderə, meşə biletinə dəyişikliklər etmək yolu ilə 

rəsmiləşdirilir. 

Maddə 17. Meşə fondu sahələrindən istifadə hüququnun həyata 

keçirilməsi  

Meşə istifadəçiləri meşə fondu sahələrindən istifadə hüququnu o vaxt sərbəst həyata 

keçirirlər ki, bu, meşələrin və meşə fondu torpaqlarının vəziyyətini pisləşdirməsin, ətraf 

mühitə zərər vurmasın, habelə başqa şəxslərin qanuni mənafelərinə xələl gətirməsin. 

Azərbaycan Respublikasında meşə qanunvericiliyinin tələblərinə zidd məqsədlər və 

üsullar ilə meşə fondu sahələrindən istifadə qadağandır. 

Bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, 

dövlət hakimiyyəti orqanlarının meşə fondu sahələrindən istifadə sahəsində meşə 

istifadəçilərinin fəaliyyətinə qarışmasına yol verilmir. 

Maddə 18. Meşə fondu sahələrindən istifadə hüququnun 

məhdudlaşdırılması və ya dayandırılması  

Meşələrin, habelə meşə ilə örtülü olmayan meşə fondu torpaqlarının səmərəli istifadəsini, 

mühafizəsini, qorunmasını və bərpasını, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini 

təmin etmək, əhalinin sağlamlığını, ətraf mühiti, tarixi-mədəni və təbii irsi, fiziki 

şəxslərin hüquqlarını və qanuni mənafelərini qorumaq zərurililiyi yarandığı hallarda meşə 

fondu sahələrindən istifadə hüququ qanunvericiliklə müəyyən olunmuş qaydada 

məhdudlaşdırıla və ya dayandırıla bilər. 

Maddə 19. Meşə fondu sahələrindən istifadə hüququnun 

məhdudlaşdırılması və ya dayandırılması qaydaları  

Meşə fondu sahələrindən istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının 

[«Azərbmeşə» İstehsalat Birliyi]

 qərarı ilə aşağıdakı hallarda məhdudlaşdırıla və ya 

dayandırıla bilər: 

 



meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikası meşə qanunvericiliyinin 

tələbləri pozulduqda; 

 

meşə istifadəçisi tərəfindən icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, 



meşə biletinin şərtlərinə əməl edilmədikdə. 


Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılmasına və ya 

dayandırılmasına səbəb olan şərait və şərtlər aradan qaldırıldıqda bu hüquq tam həcmdə 

bərpa olunur. 

Meşə istifadəçisi onun meşə fondu sahəsindən istifadə hüququnun məhdudlaşdırılması və 

ya dayandırılması barədə qərarla razılaşmadıqda məhkəməyə şikayət edə bilər. 

Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması 

meşə istifadəçisini Azərbaycan Respublikasının meşə qanunvericiliyini pozduğuna görə 

intizam, inzibati, mülki və cinayət məsuliyyətindən azad etmir. 



Maddə 20. Meşə fondu sahələrindən istifadə hüququna xitam 

verilməsinin əsasları  

Meşə istifadəçisi meşə fondu sahələrindən istifadə hüququndan imtina etdikdə, istifadə 

hüququnun müddəti başa çatdıqda meşə istifadəçisi olan hüquqi və fiziki şəxsin fəaliyyəti 

dayandıqda, bu Məcəllə və Azərbaycan Respublikasının başqa qanunvericiliyi ilə nəzərdə 

tutulmuş digər hallarda onun meşə fondu sahələrindən istifadə hüququna xitam verilir. 

Meşə fondu sahələrindən istifadə hüququna məcburi xitam verilməsi yalnız aşağıdakı 

hallarda həyata keçirilir: 

 



meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi 

pozulduqda; 

 

fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş 



verdikdə; 

 



meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən istifadə üçün haqq müəyyən 

olunmuş müddətdə ödənilmədikdə; 

 

meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən (torpaqlarından) istifadə 



qaydaları və ya icarə müqaviləsində, meşəqırma biletində, orderdə, meşə biletində 

nəzərdə tutulmuş şərtlər pozulduqda; 

 

meşə istifadəçisi tərəfindən yanğın təhlükəsizliyi sahəsində normaların, 



standartların və qaydaların tələblərinə əməl edilmədikdə; 

 



meşə fondu sahələri dövlət ehtiyacları üçün geri alındıqda. 

Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikasının 

meşə qanunvericiliyinə görə meşə istifadəçisini intizam, inzibati, mülki və cinayət 

məsuliyyətindən azad etmir. (

5



6





Maddə 21. Meşə fondu sahələrindən istifadə hüququna xitam 

verilməsinin qaydaları  

Meşə fondu sahələrindən istifadə hüququna meşə fondu sahəsinin (torpaqlarının) icarə 

müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin ləğvi nəticəsində xitam 

verilir. 

Meşə istifadəçisi meşə fondu sahəsindən istifadə hüququndan imtina etdikdə bu hüquq 

onun rəsmi ərizəsi əsasında dayandırılır. 

Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi bu barədə meşə istifadəçisinə 

rəsmi xəbər verməklə müvafiq icra hakimiyyəti orqanı 

[«Azərbmeşə» İstehsalat Birliyi]

 

tərəfindən həyata keçirilir. 




Yüklə 231,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə