Azərbaycan Respublikasının Meşə Məcəlləsi


Maddə 22. Meşə fondu torpaqlarının icarəyə verilməsi



Yüklə 231,93 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix18.04.2018
ölçüsü231,93 Kb.
#39328
1   2   3   4   5   6   7   8   9   10

Maddə 22. Meşə fondu torpaqlarının icarəyə verilməsi  

Bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və 

qeyri-meşə torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə meşə istifadəçisinə 

(icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı 

[«Azərbmeşə» 

İstehsalat Birliyi]

 (icarəyə verən) tərəfindən bir ildən on ilədək verilə bilər. 

Meşə fondu torpaqlarının icarə müqaviləsi əsasında əldə edilmiş meşə sərvətləri (məhsul) 

icarəçinin mülkiyyətidir. 

Meşə fondu torpaqlarının subicarəsi qadağandır. 

Meşə fondu torpaqlarının icarəyə verilməsi bu Məcəllə və Azərbaycan Respublikasının 

müvafiq qanunvericilik aktları ilə tənzimlənir. 



Maddə 23. Meşə fondu torpaqlarının icarə müqaviləsinin şərtləri  

Meşə fondu torpaqlarının icarə müqavilələrində aşağıdakılar göstərilir: 

 

icarəyə verilən sahənin sərhədləri; 



 

işin həcmi (ölçüləri); 



 

icarənin müddəti; 



 

icarə haqqının miqdarı və onun ödənmə qaydası; 



 

icarəyə verilən sahənin mühafizəsi, qorunması və bərpası sahəsində tərəflərin 



öhdəlikləri; 

 



Azərbaycan Respublikasının meşə qanunvericiliyi və tərəflərin razılığı ilə nəzərdə 

tutulmuş başqa şərtlər. 



Maddə 24. Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası  

Meşə fondu torpaqlarının icarəyə verilmə qaydası Azərbaycan Respublikasının müvafiq 

icra hakimiyyəti orqanı 

[Azərbaycan Respublikasının Nazirlər Kabineti]

 tərəfindən 

müəyyən edilir. 

Meşə fondu torpaqlarının icarəyə verilməsi aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan 

əhalinin mənafeyini nəzərə almaqla həyata keçirilməlidir. 



Maddə 25. Meşəqırma bileti, order və meşə bileti  

Meşəqırma bileti oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması 

üçün hüquq verən sənəddir. Meşəqırma biletində meşə quruluşu layihələri əsasında meşə 

fondundan istifadə üçün ayrılmış sahənin yeri, oduncağın və ikinci dərəcəli materialların 

miqdarı, keyfiyyəti, onların qiyməti, işin aparılma müddəti, qırma yerlərinin 

təmizlənməsi, meşənin bərpa edilməsi şərtləri və qaydaları göstərilir. 

Order özü yıxılmış və (və ya) qurumuş ağaclardan oduncaq hazırlamaq, ağac tör-

töküntüsü və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçüq hüquq verən 

sənəddir. Order meşəqırma bileti əsasında verilir. 

Meşə bileti onun sahibinə əlavə meşə istifadələri üçün hüquq verən sənəddir. Meşə 

biletində meşə fondundan istifadənin növü, yeri, miqdarı, vaxtı, şərtləri və qiyməti 

göstərilir. 




Meşəqırma biletinin, orderin və meşə biletinin formaları, onların uçotu, saxlanılması, 

doldurulması və verilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra 

hakimiyyəti orqanı 

[Azərbaycan Respublikasının Nazirlər Kabineti]

 tərəfindən müəyyən 

edilir. 


Maddə 26. Meşə fondu sahələrinin qısamüddətli istifadəyə verilmə 

qaydası  

Meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə verilməsi Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanının 

[Azərbaycan Respublikasının 

Nazirlər Kabineti]

 müəyyən etdiyi qaydada həyata keçirilir. 



III fəsil. Meşə fondundan istifadə, onun mühafizəsi, 

qorunması və meşələrin bərpası sahəsində dövlət 

idarəetməsi 

Maddə 27. Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və 

meşələrin bərpası sahəsində dövlət idarəetməsi və onun əsas prinsipləri  

Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində 

dövlət idarəetməsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata 

keçirir. Bu məqsədlə: 

 

meşə təsərrüfatının aparılması sahəsində dövlət siyasətinin əsas istiqamətlərini 



müəyyənləşdirir 

[Azərbaycan Respublikasının Nazirlər Kabineti]



 



meşə qanunvericiliyinə riayət edilməsinə, həmçinin meşə fondundan istifadəyə, 

onun mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətini həyata 

keçirir 

[«Azərbmeşə» İstehsalat Birliyi]

, onun aparılması qaydalarını müəyyən 

edir 


[Azərbaycan Respublikasının Nazirlər Kabineti]



 

meşə fondundan istifadə və meşə fondu barəsində sərəncam verir 

[Azərbaycan 

Respublikasının Nazirlər Kabineti]



 



investisiya siyasətini həyata keçirir 

[Azərbaycan Respublikasının Nazirlər 

Kabineti]



 

meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin 

bərpasının dövlət proqramlarını təsdiq edir 

[Azərbaycan Respublikasının Nazirlər 

Kabineti]



 

meşə fondundan istifadənin norma və qaydalarını müəyyənləşdirir 

[Azərbaycan 

Respublikasının Nazirlər Kabineti]



 



hesablanmış meşəqırma həcmini müəyyənləşdirir və təsdiq edir 

[Azərbaycan 

Respublikasının Nazirlər Kabineti]



 

meşə fondundan istifadəyə görə ödəniş növlərini, habelə köküstə buraxılan 

oduncağın minimum ödəniş tarifini, ayrı-ayrı meşə istifadəçiləri üçün tədiyə 

güzəştlərinin həcmini və onların ödəmə qaydalarını müəyyən edir. Meşə 

materiallarına qiymət qoyur 

[Azərbaycan Respublikasının Nazirlər Kabineti]



 



meşələrin qorunub saxlanılması və təkrar istehsalı üzrə respublika fondunu 

yaradır, ondan istifadə qaydalarını müəyyən edir 

[Azərbaycan Respublikasının 

Nazirlər Kabineti]



 



köküstə oduncaq buraxılması, meşəqırma, meşə fondunun mühafizəsi, qorunması 

və meşələrin bərpası qaydalarını təsdiq edir 

[Azərbaycan Respublikasının 

Nazirlər Kabineti]




Yüklə 231,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə