Azərbaycan Respublikasının Meşə Məcəlləsi



Yüklə 231,93 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix18.04.2018
ölçüsü231,93 Kb.
#39328
1   2   3   4   5   6   7   8   9   10

 

meşə təsərrüfatının aparılması üzrə elmi tədqiqat və layihə axtarış işlərini təşkil 



edir və əlaqələndirir 

[«Azərbmeşə» İstehsalat Birliyi]



 



meşələrin dövlət uçotunun, dövlət meşə kadastrının, meşələrin monitorinqinin və 

meşə quruluşu işlərinin aparılması qaydalarını müəyyən edir 

[Azərbaycan 

Respublikasının Nazirlər Kabineti]



 



meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası 

sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirir, müqavilələr bağlayır və onların 

yerinə yetirilməsini təşkil edir 

[Azərbaycan Respublikasının Nazirlər Kabineti və 

öz səlahiyyətləri hüdudunda «Azərbmeşə» İstehsalat Birliyi]



 

meşə təsərrüfatı sahəsində dövlət statistika hesabatının aparılması qaydasını 

müəyyən edir 

[Azərbaycan Respublikasının Nazirlər Kabineti]



 



meşə fondu sahələrindən istifadə hüququnu, habelə meşələrin vəziyyətinə və 

bərpasına təhlükə yaradan işləri dayandırır, məhdudlaşdırır, bunlara xitam verir 

[«Azərbmeşə» İstehsalat Birliyi]



 

meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan 

məqsədlər üçün meşə torpaqlarını qeyri-meşə torpaqlarına keçirir, meşə fondu 

torpaqlarını geri alır 

[Azərbaycan Respublikasının Nazirlər Kabineti]



 

meşə fondu sahələrini fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonaları elan 

edir 

[Azərbaycan Respublikasının Prezidenti]



 



qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir; 

 



meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası 

sahəsində dövlət idarəetməsi aşağıdakı prinsiplərə əsaslanır: 

 

iqtisadiyyatın inkişafı; 



 

ətraf mühitin mühafizəsi; 



 

ölkənin mənafeyinə uyğun olaraq meşə fondundan səmərəli istifadə 



edilməsi. 

Maddə 28. Naxçıvan Muxtar Respublikasının meşə fondundan istifadə, 

onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində fəaliyyəti  

Naxçıvan Muxtar Respublikasının meşə fondundan istifadə, onun mühafizəsi, qorunması 

və meşələrin bərpası sahəsində həyata keçirdiyi fəaliyyət bu Məcəllə ilə tənzimlənir. 

Maddə 29. Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və 

meşələrin bərpası sahəsində yerli özünüidarənin səlahiyyətləri  

Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində 

yerli özünüidarənin səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və 

Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. 



IV fəsil. Meşə təsərrüfatının təşkili 

Maddə 30. Meşə təsərrüfatının təşkilinə qoyulan əsas tələblər  

Meşə təsərrüfatının təşkili və meşə fondundan istifadə ətraf mühitə, təbii ehtiyatlara və 

insanların sağlamlığına zərər gətirməyən prinsiplərə əsasən həyata keçirilməlidir. 

Meşə təsərrüfatı işləri aparılarkən aşağıdakılar təmin olunmalıdır: 




 

insanların sağlamlığı naminə meşələrin mühityaradıcı, suyu mühafizə, qoruyucu, 



sanitariya-gigiyena, sağlamlaşdırıcı və digər faydalı təbii xüsusiyyətlərinin 

saxlanılması və gücləndirilməsi; 

 

oduncaq və başqa meşə sərvətlərinin tədarükü üçün meşə fondundan məqsədli və 



səmərəli istifadə; 

 



meşələrin bərpası, onların cins tərkibinin, keyfiyyətinin yaxşılaşdırılması, 

məhsuldarlığın yüksəldilməsi, mühafizəsi və qorunması; 

 

meşə fondu torpaqlarından səmərəli istifadə; 



 

meşə təsərrüfatı işlərinin səmərəliliyinin vahid siyasət, elm, texnika və qabaqcıl 



təcrübənin nailiyyətlərindən istifadə əsasında yüksəldilməsi; 

 



bioloji müxtəlifliyin saxlanılması; 

 



tarix-mədəniyyət və təbii irs obyektlərinin qorunması. 

Maddə 31. Meşə fondunun meşə qrupuna və qoruyucu kateqoriyalara aid 

edilməsi  

Azərbaycan Respublikasının meşə fondu dağ və düzən meşələrindən ibarətdir. 

İqtisadi və ekoloji əhəmiyyətinə, yerləşməsinə və yerinə yetirdiyi funksiyalara görə 

ölkənin meşə fondu birinci qrup meşələrə aid olub aşağıdakı qoruyucu kateqoriyalara 

bölünür: 

 



qoruq meşələri

 



kurort meşələri; 

 



xüsusi qiymətli meşə massivləri; 

 



şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının 

meşələri; 

 

yabanı meyvə meşələri; 



 

dövlət qoruyucu meşə zolaqları; 



 

sair meşələr. 



Zəruri hallarda göstərilən kateqoriyalara aid edilmiş meşələrdə xüsusi qoruyucu meşə 

sahələri (eroziyadan mühafizə meşələri, çayların, göllərin və digər su obyektlərinin 

sahillərində olan meşə sahələri, dəmir yollarının və avtomobil yollarının kənarlarındakı 

meşələr və s.) və xüsusi qorunan meşə sahələri (elmi və mədəni-tarixi əhəmiyyət kəsb 

edən meşələr və meşə-parklar, seyrək arid meşələri, ziyarət edilən yerlərdəki meşələr və 

s.) müəyyən edilir. 

Meşələrin qoruyucu kateqoriyalara aid edilməsi, habelə bir qoruyucu kateqoriyadan 

başqa qoruyucu kateqoriyaya keçirilməsi Azərbaycan Respublikasının müvafiq icra 

hakimiyyəti orqanı 

[Azərbaycan Respublikasının Nazirlər Kabineti]

 tərəfindən müəyyən 

olunmuş qaydada meşə quruluşu işləri və ya xüsusi müşahidə materialları əsasında həyata 

keçirilir. 

Maddə 32. Qoruyucu kateqoriyalara görə meşə torpaqları hüdudlarının 

müəyyən edilməsi  

Meşələri qoruyucu kateqoriyalara aid edərkən eyni zamanda meşə fondu sahəsinin hər bir 

kateqoriya üzrə hüdudları bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilir. 

Xüsusi qoruyucu meşə sahələrinin göstəriciləri meşə quruluşu işləri və ya xüsusi 

müşahidə materiallarına əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 



Yüklə 231,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə