Azərbaycan Respublikasının Meşə Məcəlləsi



Yüklə 231,93 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix18.04.2018
ölçüsü231,93 Kb.
#39328
1   2   3   4   5   6   7   8   9   10

orqanı 

[Azərbaycan Respublikasının Nazirlər Kabineti]

 tərəfindən təsdiq edilir. Xüsusi 

qoruyucu meşə sahələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 

edilir. 

Maddə 33. Meşənin qırma yaşının təyini  

Meşənin qırma yaşı meşələrin əhəmiyyətindən, məhsuldarlığından, yerinə yetirdiyi 

funksiyalardan, habelə orada bitən ağac cinslərinin bioloji xüsusiyyətlərindən asılı olaraq 

müəyyən edilir. 

Meşənin qırma yaşı meşə quruluşu işləri aparılarkən və ya elmi tədqiqat işlərinin nəticəsi 

ilə əsaslandırılır. 

Qırma yaşı müvafiq icra hakimiyyəti orqanı 

[«Azərbmeşə» İstehsalat Birliyi]

 tərəfindən 

müəyyən edilir. 



Maddə 34. Hesablanmış meşəqırma həcmi və onun təsdiq edilməsi 

qaydası  

Hesablanmış meşəqırma həcmi meşə fondundan səmərəli, uzunmüddətli istifadənin 

zəruriliyi nəzərə alınmaqla meşə quruluşu işləri aparılarkən müəyyən edilir. 

Təbiəti mühafizə orqanı ilə razılaşdırılmış meşəqırma həcmi müvafiq icra hakimiyyəti 

orqanı 

[Azərbaycan Respublikasının Nazirlər Kabineti]



 tərəfindən təsdiq edilir. 

Meşə fondunun sərhədi, meşənin qırma yaşı, meşə kateqoriyası dəyişdikdə və meşə 

fondunda digər dəyişikliklər baş verdikdə hesablanmış meşəqırma həcmi müəyyən 

edilmiş qaydada yenidən təsdiq edilir. 



Maddə 35. Meşə təsərrüfatının idarə edilməsi və meşə fondundan 

istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarının qeyri-

meşə torpaqlarına keçirilməsi və (və ya) meşə fondu torpaqlarının geri 

alınması  

Meşə təsərrüfatının idarə edilməsi və meşə fondundan istifadə ilə əlaqədar olmayan 

məqsədlər üçün meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və (və ya) 

meşə fondu torpaqlarının geri alınması Azərbaycan Respublikasının müvafiq icra 

hakimiyyəti orqanı 

[Azərbaycan Respublikasının Nazirlər Kabineti]

 tərəfindən həyata 

keçirilir. 

Bu halda meşə fondundan torpaq ayrılan fiziki və hüquqi şəxslər həmin torpaqların 

kadastr qiyməti əsasında hesablanmış dəyəri müvafiq meşə təsərrüfatına ödəyirlər. 

Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyan 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 

[Azərbaycan 

Respublikasının Nazirlər Kabineti]

 tərəfindən müəyyən edilmiş qaydada tam həcmdə 

ödənilir. 



Maddə 36. Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin 

tikinti yerlərinin razılaşdırılması  


Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin tikinti yerləri dövlət ekoloji 

ekspertizasından keçirilməklə müvafiq icra hakimiyyəti orqanı 

[«Azərbmeşə» İstehsalat 

Birliyi]


 ilə razılaşdırılır. 

Maddə 37. Meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən 

istifadə ilə əlaqədar olmayan işlərin görülməsi qaydası  

Meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan 

tikinti və mədən işlərinin aparılmasına, kommunikasiyaların çəkilməsinə və digər işlərin 

yerinə yetirilməsinə icazə (meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi 

və (və ya) meşə fondu torpaqlarının geri alınması tələb olunmadıqda) müvafiq icra 

hakimiyyəti orqanı 

[Azərbaycan Respublikasının Nazirlər Kabineti]

 tərəfindən verilir. 

İcazədə görülən işlərin adı, müddəti və yerinə yetirilmə şərtləri, ətraf mühitin mühafizəsi 

barədə tələblər göstərilir. 

Bu işlərin yerinə yetirilməsi qırma ilə əlaqədar olduqda meşə təsərrüfatı müəssisəsi 

meşəqırma bileti yazır. 

Göstərilən işlərin yerinə yetirilməsində tətbiq olunan üsullar meşə fondunun vəziyyətinə 

və meşələrin bərpasına mənfi təsir göstərməməlidir. 



Maddə 38. Meşə fondunun dövlət uçotu  

Meşə fondunun dövlət uçotu meşə fondundan səmərəli istifadəni, onun mühafizəsini

qorunmasını və meşələrin bərpasını təşkil etmək, meşə fondunun kəmiyyət və keyfiyyət 

dəyişmələrinə müntəzəm nəzarət etmək, dövlət orqanlarını, bələdiyyələri, əlaqədar fiziki 

və hüquqi şəxsləri meşə fondu barədə məlumatla təmin etmək məqsədi ilə aparılır. 

Meşə fondunun dövlət uçotunun məlumatları dövlət meşə kadastrının aparılmasında 

istifadə edilir. 

Meşə fondunun dövlət uçotu göstəricilərinin siyahısını, habelə müvafiq sənədlərin 

formalarını müvafiq icra hakimiyyəti orqanı 

[Azərbaycan Respublikasının Nazirlər 

Kabineti]

 müəyyən edir. 

Meşə fondunun dövlət uçotunun aparılma qaydası Azərbaycan Respublikasının 

qanunvericiliyinə əsasən müəyyən edilir. 



Maddə 39. Dövlət meşə kadastrı  

Meşələrin dövlət kadastrı meşə fondunun qeydiyyatı, onun ekoloji, iqtisadi, kəmiyyət və 

keyfiyyət cəhətdən qiymətləndirilməsidir. 

Dövlət meşə kadastrı meşə təsərrüfatının idarə edilməsində, onun təşkilində və meşə 

fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarının qeyri-meşə 

torpaqlarına keçirilməsində və (və ya) meşə fondu torpaqlarının geri alınmasında, meşə 

fondundan istifadə üçün ödəmələrin miqdarının müəyyən edilməsində, meşə 

istifadəçilərinin və meşə təsərrüfatı işləri aparan şəxslərin təsərrüfat fəaliyyətinin 

qiymətləndirilməsində istifadə olunur. Dövlət meşə kadastrının aparılmasını müvafiq icra 

hakimiyyəti orqanı 

[«Azərbmeşə» İstehsalat Birliyi]

 həyata keçirir. 




Yüklə 231,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə