Azərbaycan Respublikasının Meşə Məcəlləsi



Yüklə 231,93 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix18.04.2018
ölçüsü231,93 Kb.
#39328
1   2   3   4   5   6   7   8   9   10

Dövlət meşə kadastrı göstəricilərinin siyahısı və meşələrin iqtisadi qiymətləndirilməsinin 

metodikası müvafiq icra hakimiyyəti orqanı 

[Azərbaycan Respublikasının Nazirlər 

Kabineti]

 tərəfindən müəyyən edilir. 

Dövlət meşə kadastrının aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra 

hakimiyyəti orqanı 

[Azərbaycan Respublikasının Nazirlər Kabineti]

 müəyyən edir. 

Maddə 40. Meşələrin monitorinqi  

Meşələrin monitorinqi meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və 

meşələrin bərpası, onların ekoloji funksiyalarının artırılması sahəsində dövlət idarəetməsi 

məqsədi ilə meşə fondunun vəziyyətinin və dinamikasının qiymətləndirilməsi və 

proqnozlaşdırılması sistemindən ibarətdir. 

Meşələrin monitorinqinin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı 

[Azərbaycan Respublikasının Nazirlər Kabineti]

 tərəfindən müəyyən edilir. 



Maddə 41. Meşə fondundan istifadənin, onun mühafizəsinin, 

qorunmasının və meşələrin bərpasının dövlət proqramları  

Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası üçün dövlət 

proqramları hazırlanır. 

Meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının 

dövlət proqramları müvafiq icra hakimiyyəti orqanı 

[Azərbaycan Respublikasının 

Nazirlər Kabineti]

 tərəfindən hazırlanır və həyata keçirilir. 



Maddə 42. Məcburi sertifikatlaşdırılan meşə ehtiyatları  

Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatları məcburi sertifikatlaşdırılır. 

Göstərilən ehtiyatların məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması Azərbaycan 

Respublikası müvafiq icra hakimiyyəti orqanının 

[Azərbaycan Respublikasının Nazirlər 

Kabineti]

 müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 

Maddə 43. Meşə quruluşu işləri və onun aparılması  

Meşə quruluşu işləri meşə fondundan səmərəli istifadə, meşə təsərrüfatının effektli 

aparılması, bu sahədə vahid elmi-texniki siyasətin həyata keçirilməsini təmin etməyə 

yönəldilmiş tədbirlər sistemindən ibarətdir. 

Meşə quruluşu işləri aparılan zaman aşağıdakılar həyata keçirilir: 

 



müəyyən edilmiş qaydada meşə təsərrüfatlarının, milli parkların, dövlət təbiət 

qoruqlarının, digər meşə təsərrüfatı müəssisələrinin, meşə fondu sərhədlərinin və 

ərazilərinin təsərrüfatdaxili təşkilinin müəyyən edilməsi

 



topoqrafiya-geodeziya işlərinin görülməsi və meşənin xüsusi xəritələrinin 

hazırlanması; 

 

meşələrin cins və yaş tərkibini, vəziyyətini, habelə meşə ehtiyatlarının keyfiyyət 



və kəmiyyət göstəricilərini müəyyən etməklə meşə fondunun inventarlaşdırılması; 

 



relikt (qədim dövrdən dəyişməmiş) meşə bitkilərinin, xüsusi qoruyucu və xüsusi 

qorunan meşə sahələrinin aşkara çıxarılması; 




 

meşələrin bərpası və aralıq istifadə üçün qırılmasını, meşəsalma, meliorasiya, 



meşələrin mühafizəsi, qorunması, digər meşə təsərrüfatı tədbirlərinin görülməsini 

tələb edən meşə fondu sahələrinin aşkara çıxarılması, habelə bu tədbirlərin 

aparılması qaydaları və üsullarının müəyyən edilməsi; 

 



meşələrin qoruyucu kateqoriyalara aid edilməsinin və bir qoruyucu kateqoriyadan 

digərinə keçirilməsinin əsaslandırılması, meşə ilə örtülü olmayan torpaqların 

meşə ilə örtülü olan torpaqlara, qeyri-meşə torpaqlarının meşə torpaqlarına 

keçirilməsi; 

 

hesablanmış meşəqırma və aralıq istifadə üçün qırma həcminin müəyyən 



edilməsi; 

 



meşəbərpa, meşəsalma, meşələrin mühafizəsi və qorunması tədbirlərinin, 

həmçinin digər meşə təsərrüfatı işlərinin həcminin müəyyən edilməsi; 

 

meşədən əlavə istifadənin və ikinci dərəcəli meşə ehtiyatları tədarükü miqdarının, 



meşə fondundan ovçuluq təsərrüfatının ehtiyacları, mədəni-sağlamlaşdırma, 

turizm və idman məqsədləri üçün istifadənin müəyyən edilməsi

 

meşə-bioloji və digər xüsusi müayinələrin aparılması; 



 

meşə quruluşu layihələrinin həyata keçirilməsinə nəzarət; 



 

digər meşə quruluşu işləri. 



Meşə quruluşu işləri zamanı meşə fondunun meşə quruluşu layihələri tərtib edilir. 

Layihələrdə ötən dövr ərzində meşə təsərrüfatının aparılması və meşə fondundan istifadə 

qiymətləndirilir, onun təşkilinin və aparılmasının əsas müddəaları hazırlanır. Həmin 

layihələr, ona əlavələr müvafiq icra hakimiyyəti orqanı 

[Azərbaycan Respublikasının 

Nazirlər Kabineti]

 tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilir və meşə 

təsərrüfatının aparılması, onun cari və perspektiv proqnozlaşdırılması, habelə meşə 

təsərrüfatı işlərinin maliyyələşdirilməsi üçün məcburi normativ texniki sənəd sayılır. 

Meşə quruluşu işləri meşə fondu ərazisində müvafiq icra hakimiyyəti orqanının 

[Azərbaycan Respublikasının Nazirlər Kabineti]

 müəyyən etdiyi qaydada vahid sistem 

üzrə aparılır. 

Meşə quruluşu işləri aparılmadan meşə təsərrüfatı və meşədən istifadə işlərinin həyata 

keçirilməsi qadağandır. 

Maddə 44. Meşə fondu haqqında məlumat  

Meşə fondu haqqında məlumat meşələrin dövlət uçotu, dövlət meşə kadastrı, meşələrin 

monitorinqi, meşə quruluşu işləri göstəricilərindən və sairdən ibarətdir. 

Meşə fondu haqqında məlumat Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti 

orqanının 

[Azərbaycan Respublikasının Nazirlər Kabineti]

 xüsusi sərəncamında olmaqla, 

onun müəyyən etdiyi qaydada fiziki və hüquqi şəxslərə verilir. 



Maddə 45. Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, 

qorunmasına və meşələrin bərpasına dövlət nəzarəti  

Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə qorunmasına və meşələrin 

bərpasına dövlət nəzarətinin vəzifəsi fiziki və hüquqi şəxslər tərəfindən meşə fondundan 

istifadənin, köküstə oduncaq buraxılışını, meşəbərpa və aralıq istifadə qırmaları və digər 

qırma qaydalarını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təmin etməkdən 

ibarətdir. 




Yüklə 231,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə