Azərbaycan Respublikasının Meşə Məcəlləsi



Yüklə 231,93 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix18.04.2018
ölçüsü231,93 Kb.
#39328
1   2   3   4   5   6   7   8   9   10

 

qırılma üçün ayrılmış ağacları tam kəsib götürmək, oduncağın tədarükü və 



daşınmasını müəyyən edilmiş müddətdə başa çatdırmaq; 

 



oduncaq tədarükü ilə bir vaxtda sahələri qırma qalıqlarından təmizləmək; 

 



meşə fondu sahələrinin (torpaqlarının) icarəsi barədə müqavilədə, meşəqırma 

biletində, orderdə, meşə biletində göstərilmiş müddətdə və şərtlərlə meşəbərpa 

tədbirlərini həyata keçirmək; 

 



istifadəyə verilmiş meşə fondu sahələrini (torpaqlarını) öz hesabına meşə fondu 

sahələrinin icarəsi barədə müqavilədə, meşəqırma biletində, orderdə, meşə 

biletində göstərilmiş vəziyyətə gətirmək; 

 



meşə fondu sahələrində işlər başa çatdıqdan sonra onları müvafiq meşə təsərrüfatı 

müəssisələrinə təhvil vermək; 

 

meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəmək; 



 

meşə fondundan istifadə üçün haqları vaxtında ödəmək; 



 

meşələrdə sanitariya qaydalarına riayət etmək, müvafiq icra hakimiyyəti orqanı 



[«Azərbmeşə» İstehsalat Birliyi]

 tərəfindən müəyyən edilmiş digər rəsmi tələbləri 

yerinə yetirmək; 

 



başqa meşə istifadəçilərinin hüquqlarını pozmamaq; 

 



meşə fondundan istifadə barədə, habelə meşə fondundan istifadəyə görə 

ödəmələrin miqdarını müəyyən etmək üçün lazımi məlumatları müəyyən edilmiş 

qaydada meşə təsərrüfatı müəssisələrinə, dövlət statistika orqanlarına vermək; 

 



Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri 

yerinə yetirmək. 



Maddə 51. Meşə fondu istifadəçilərinin hüquqlarının müdafiəsi  

Meşə fondu istifadəçilərinin pozulmuş hüquqları bərpa olunmalı və onlara vurulan zərər 

ödənilməlidir. Zərərin ödənilməsi ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 

Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün meşə fondu torpaqlarının 

özgəninkiləşdirilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və «

Torpaqların 

dövlət ehtiyacları üçün alınması haqqında

» Azərbaycan Respublikasının Qanununda 

nəzərdə tutulmuş hallarda və şərtlərlə yol verilir. (

3



4

6





Maddə 52. Meşə təsərrüfatına dəyən zərər və itkinin ödənilməsi  

Meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra 

hakimiyyəti orqanının 

[Azərbaycan Respublikasının Nazirlər Kabineti]

 müəyyən etdiyi 

qaydada ödənilir. 



Maddə 53. Fiziki şəxslərin meşələrdə olması  

Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmadıqda, fiziki 

şəxslər haqqı ödənilmədən meşələrdə olmaq, şəxsi istifadələri üçün yabanı meyvə, 

giləmeyvə, göbələk, qərzəklilər və digər meşə sərvətləri, dərman bitkiləri, texniki 

xammal yığmaq, mədəni-sağlamlaşdırma, turizm və idman tədbirlərində iştirak etmək 

hüququna malikdirlər. 

Azərbaycan Respublikasının Qırmızı kitabına düşmüş bitki və göbələk növlərinin, habelə 

təbii narkotik tərkibli bitki və digər xammalın yığılması, tədarükü qadağandır. 

Fiziki şəxslər meşədə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, ağacların və 

kolların zədələnməsinə, sındırılmasına, kəsilməsinə, meşə əkinlərinin korlanmasına, 




meşələrin zibillənməsinə, qarışqa və quş yuvalarının dağılmasına yol verməməyə, habelə 

Azərbaycan Respublikası qanunvericiliyinin digər tələblərinə riayət etməyə borcludurlar. 

Fiziki şəxslərin ov etmək məqsədi ilə meşələrdə olması bu Məcəllə və Azərbaycan 

Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. 

Fiziki şəxslərin meşədə olması və meşə sərvətləri yığması Azərbaycan Respublikasının 

qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yanğın təhlükəsizliyi, meşə toxumçuluğu, 

yabanı meyvə və digər meşə sərvətləri tədarükü ilə əlaqədar olaraq qoruq meşələrində, 

milli parklarda və xüsusi mühafizə edilən ərazilərdə isə onlar üçün müəyyən edilmiş 

xüsusi qaydaya müvafiq olaraq məhdudlaşdırıla və qadağan edilə bilər. 

VI fəsil. Meşələrin bərpası və meşəsalma 

Maddə 54. Meşələrin bərpasının və meşəsalmanın məqsədi  

Meşələrin bərpasının məqsədi meşə ilə örtülü olmayan torpaqlarda meşələrin vaxtında 

bərpa olunmasından, onların cins tərkibinin yaxşılaşdırılmasından, məhsuldarlığının 

artırılmasından, meşə fondu torpaqlarından səmərəli istifadə etməkdən ibarətdir. 

Meşəsalmanın məqsədi qeyri-meşə torpaqlarında meşələr salmaqdan, meşə fondunun 

məhsuldar olmayan torpaq sahələrini minimuma endirməkdən, meşə fonduna daxil 

olmayan torpaqlarda qoruyucu əkinlər yaratmaqdan ibarətdir. 

Maddə 55. Meşəbərpa qaydası  

Meşəbərpa işlərinin həcminin, onların aparılma üsullarının və bərpa olunacaq ağac 

cinslərinin müəyyənləşdirilməsi, həmçinin meşəbərpa tədbirlərinin, meşə toxumları 

tədarükü və əkin materialları yetişdirilməsi işlərinin aparılması, meşə fondunda baş 

vermiş dəyişiklikləri nəzərə almaqla meşə quruluşu layihələrinə uyğun olaraq meşə 

təsərrüfatı müəssisələri tərəfindən yerinə yetirilir. 



Maddə 56. Meşələrin məhsuldarlığının artırılmasına qoyulan əsas 

tələblər  

Meşələrin məhsuldarlığının artırılması meşə fondu sahələrindən səmərəli istifadə və meşə 

təsərrüfatı işlərinin məqsədyönlü aparılması yolu ilə təmin edilir. 

Meşələrin məhsuldarlığının artırılması elmi cəhətdən əsaslandırılmış qırma sisteminin 

tətbiqi, meşələrin bərpası, onların cins tərkibinin yaxşılaşdırılması, seleksiya-genetika 

əsasında daimi meşə toxumçuluğu bazasının yaradılması və ondan səmərəli istifadə

hidromeşəmeliorasiya tədbirləri, meşələrə qulluq, digər meşə təsərrüfatı işləri aparmaq 

yolu ilə həyata keçirilir. 

Meşələrin məhsuldarlığının artırılması tədbirləri meşə quruluşu layihələrinə uyğun olaraq 

meşə təsərrüfatı müəssisələri tərəfindən görülür. 



Maddə 57. Meşələrin məhsuldarlığının artırılması  

Meşələrin məhsuldarlığının artırılması məqsədi ilə aşağıdakılar həyata keçirilməlidir: 




Yüklə 231,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə