Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə-nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı



Yüklə 274,59 Kb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü274,59 Kb.
#66324


“Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə“nin 

təsdiq edilməsi barədə 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 

Azərbaycan  Respublikasının  Müəllif  Hüquqları  Agentliyinin  fəaliyyətinin  normativ  hüquqi 

əsaslarını təkmilləşdirmək məqsədilə qərara alıram: 

1.  “Azərbaycan  Respublikasının  Müəllif  Hüquqları  Agentliyi  haqqında  Əsasnamə“ təsdiq 

edilsin (əlavə olunur). 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin. 

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir. 



İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 30 avqust 2005‐ci il  

№ 287  

Azərbaycan Respublikası Prezidentinin  



2005‐ci il 30 avqust tarixli 287 nömrəli Fərmanı ilə 

TƏSDİQ EDİLMİŞDİR  



Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında 

Ə S A S N A M  Ə 

I. ÜMUMİ MÜDDƏALAR 

1.  Azərbaycan  Respublikası  Müəllif  Hüquqları  Agentliyi  (bundan  sonra  ‐Agentlik)  müəlliflik 

hüququ,  əlaqəli  hüquqlar,  Azərbaycan  folkloru  nümunələrinə,  inteqral  sxem  topologiyalarına  və 

məlumat  toplularına  əqli  mülkiyyət  hüquqları  (bundan  sonra  ‐ əqli  mülkiyyət  hüquqları) 

sahəsində  dövlət  siyasətini  həyata  keçirən,  normativ  hüquqi  tənzimlənməni,  əqli  mülkiyyət 

sahəsinin  inkişafını  təmin  edən,  bu  sahədə  fəaliyyəti  əlaqələndirən mərkəzi  icra  hakimiyyəti 

orqanıdır. 

2.  Agentlik  öz  fəaliyyətində  Azərbaycan  Respublikasının  Konstitusiyasını,  Azərbaycan 

Respublikasının  qanunlarını,  Azərbaycan  Respublikası  Prezidentinin  fərman  və  sərəncamlarını, 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərar  və  sərəncamlarını  və  bu  Əsasnaməni  rəhbər 

tutur. 

3.  Agentlik  öz  fəaliyyətini  digər mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanları,  yerli 



özünüidarəetmə orqanları, habelə ictimai birliklər və digər hüquqi şəxslərlə əlaqəli şəkildə qurur. 

4.  Agentlik  müstəqil  balansa,  dövlət  mülkiyyətində  olan  əmlaka,  müvafiq  xəzinə  hesablarına, 

habelə  bank  hesablarına,  Azərbaycan  Respublikasının  dövlət  gerbinin  təsviri  və  öz  adı  əks 

olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. 

5.  Agentliyin  fəaliyyəti  Azərbaycan  Respublikasının  dövlət  büdcəsinin  vəsaiti  hesabına 

maliyyələşdirilir. 

6. Agentlik Bakı şəhərində yerləşir. 

II. AGENTLİYİN VƏZİFƏLƏRİ 

7. Agentliyin əsas vəzifələri aşağıdakılardır: 




7.1. əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətini həyata keçirmək, bu sahədə müvafiq 

konsepsiya və məqsədli proqramlar hazırlamaq və onların  icrasını təmin etmək; 

7.2.  əqli  mülkiyyət  hüquqlarının  qorunmasına  və  təmin  edilməsinə  dair  qanunvericilikdə 

nəzərdə  tutulan  tənzimlənməni  həyata  keçirmək,  əqli  mülkiyyət  sahəsində  dövlət və  yerli 

özünüidarəetmə  orqanlarının  və  bu  sahənin  subyektləri  olan  hüquqi  şəxslərin  fəaliyyətinin 

əlaqələndirilməsi işində köməklik göstərmək; 

7.3. əqli mülkiyyət hüquqları sahəsində qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti 

həyata keçirmək; 

7.4.  elm,  ədəbiyyat  və  incəsənət  sahəsində  çalışan  yaradıcı  şəxslərin  və  digər  hüquq 

sahiblərinin işgüzar fəaliyyəti üçün daha əlverişli hüquqi şəraitin və əqli mülkiyyətdən cəmiyyətin 

tələblərinə  uyğun  kütləvi  istifadə  yolu  ilə  sosial  və  iqtisadi  fəaliyyətin  yeni  formalarının 

yaradılması və əqli mülkiyyəti əmtəəyə çevirmək məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə 

aid təkliflər hazırlamaq və lazımlı tədbirlər görmək; 

7.5.  əqli  mülkiyyətin  müasir  iqtisadiyyatda  artan  roluna  əsaslanan  və  əqli  mülkiyyət 

sənayesinin  inkişafına  yönəldilmiş  investisiya  mühitini  yaxşılaşdırmaq  məqsədilə  müasir  elmi‐

texniki potensiala və beynəlxalq təcrübəyə uyğun olaraq əqli mülkiyyət sahəsinə aid olan normativ 

sənədləri  öz  səlahiyyətləri  daxilində  müntəzəm  şəkildə  təkmilləşdirmək və  bu  istiqamətdə 

müvafiq tədbirlər görmək; 

7.6.  rəqəmli  informasiya  texnologiyalarının  və  elektron  ticarətin  inkişafının  tənzimlənməsi 

məqsədilə  əqli  mülkiyyətin  bu  istiqamətdən  irəli  gələn  yeni  obyektlərinə  olan  hüquqların 

qorunmasına  aid  mexanizmlərin  yaradılmasına  dair  təkliflər  hazırlamaq  və  müvafiq  tədbirlər 

görmək; 


7.7. əqli mülkiyyət hüquqlarının həyata keçirilməsini təmin etmək, əmlak hüquqlarını kollektiv 

əsasda  idarə  edən və  dövlət  qeydiyyatına  alınmış  təşkilatların  uçotunu  aparmaq,  onların 

fəaliyyətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəzarət etmək;

1 

7.8. əqli mülkiyyət obyektlərinin dövlət qeydiyyatını aparmaq, hüquq sahibləri və istifadəçilər 

haqqında  milli  informasiya  sistemini  yaratmaq  və  onun  müntəzəm təkmilləşdirilməsi  üçün 

müvafiq tədbirlər görmək; 

7.9.  tərkibində  əqli  mülkiyyət  obyektləri  olan  mallar  gömrük  sərhədindən  keçirilərkən  onlara 

qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  və  gömrük  orqanlarının  müraciəti  əsasında  gömrük 

nəzarətinin həyata keçirilməsinə yardım göstərmək; 

7.9‐1.  öz  fəaliyyəti  haqqında  əhalinin  məlumatlandırılmasını,  internet  saytının 

yaradılmasını,  malik  olduğu və  siyahısı  qanunvericiliklə  müəyyən  edilmiş  açıqlanmalı 

olan  ictimai  informasiyanın  həmin  saytda  yerləşdirilməsini  və  bu  informasiyanın  daimi 

yeniləşdirilməsini təmin etmək;

7.10.  öz  səlahiyyətləri  daxilində  əqli  mülkiyyətin  beynəlxalq  mübadiləsini  və  bu  sahədə 



əməkdaşlığı təmin etmək; 

7.11.  Azərbaycan  Respublikası  qanunvericiliyində  nəzərdə  tutulmuş  digər vəzifələri  yerinə 

yetirmək. 

III. AGENTLİYİN FUNKSİYALARI 

8.  Agentlik  bu  Əsasnamə  ilə  müəyyən  edilmiş  vəzifələrə  uyğun  olaraq  aşağıdakı  funksiyaları 

həyata keçirir: 

8.1.  əqli  mülkiyyət  hüquqları  sahəsində  sistemli  proqnozlar  əsasında  inkişaf  konsepsiyasını 

hazırlayır və onun həyata keçirilməsini təmin edir; 



8.2.  əqli  mülkiyyət  sahəsinin  müxtəlif  istiqamətləri  üzrə  dövlət  proqramları  hazırlayır  və 

onların yerinə yetirilməsi üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görür; 

8.3. əqli mülkiyyət hüquqları sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq və 

regional  konvensiyalar,  müqavilələr və  sazişlər nəzərə  alınmaqla  qanunvericilik  aktlarının 

təkmilləşdirilməsi ilə bağlı təkliflər və rəylər hazırlayır; 

8.4. əqli mülkiyyət hüquqlarını tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak 

edir; 

8.5.  əqli  mülkiyyət  hüquqlarının  qorunması,  həyata  keçirilməsi  və  təmin  edilməsi  ilə  bağlı  öz 



səlahiyyətlərinə  aid  olan  normativ  hüquqi  aktları,  sahə  standartlarını,  metodik  və  praktik 

tövsiyələri hazırlayıb təsdiq edir və həyata keçirir; 

8.6.  əqli  mülkiyyət  hüquqlarının  mədəni,  sosial  və  iqtisadi  rolunun  təhlilini  aparır,  onun 

inkişafına dair təkliflər və sənədlər hazırlayır və müvafiq qaydada aidiyyəti orqanlara təqdim edir; 

8.7.  əqli  mülkiyyət  sahəsində  ənənəvi  və  qeyri‐ənənəvi  əqli  mülkiyyət  obyektlərinə  olan 

hüquqların qorunmasına dair tələblərin və normativlərin işlənib hazırlanmasını, qəbul edilməsini, 

beynəlxalq  qorunma  standartlarına  uyğunlaşdırılmasını  və  əqli  mülkiyyət  hüquqları  ilə  qorunan 

obyektlərin təsnifatının tərtib edilməsini həyata keçirir; 

8.8.  əqli  mülkiyyət  hüquqları  sahəsində  digər mərkəzi  və  yerli  icra  hakimiyyəti,  yerli 

özünüidarəetmə  orqanlarının,  ictimai  birliklərin,  o  cümlədən  əmlak  hüquqlarını  kollektiv  əsasda 

idarə  edən təşkilatların  və  digər  hüquqi  şəxslərin  fəaliyyətini  öz  səlahiyyətləri  daxilində 

əlaqələndirir; 

8.9. əqli mülkiyyət hüquqlarının həyata keçirilməsini təşkil edir, hüquq sahiblərinə keyfiyyətli 

və səmərəli xidmətlər göstərmək üçün öz səlahiyyətləri daxilində tədbirlər görür; 

8.10. əqli mülkiyyət hüquqlarının qorunması sahəsində qanunvericiliyə əməl edilməsinə və öz 

səlahiyyətləri daxilində əmlak hüquqlarının kollektiv əsasda həyata keçirilməsinə nəzarət edir, bu 

sahənin subyektləri ilə qarşılıqlı əlaqələr yaradır və tədbirlər görür; 

8.11.  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  əqli  mülkiyyət  hüquqları  sahəsində 

beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının qoşulması barədə təkliflər verir, Azərbaycan 

Respublikasının bu sahədə iştirakı ilə bağlı materiallar toplayır, onları ümumiləşdirir, təhlil edir və 

müvafiq təkliflər verir; 

8.12.  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  əqli  mülkiyyət  sahəsinə  aid  ikitərəfli  və 

çoxtərəfli  beynəlxalq  müqavilələrin  hazırlanması  üzrə  müvafiq  işlər  görür,  öz  səlahiyyətləri 

daxilində bağlanmış müqavilələrin həyata keçirilməsində iştirak edir; 

8.13.  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  əqli  mülkiyyət  sahəsində  beynəlxalq 

təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir və əməkdaşlığı həyata keçirir; 

8.14.  Ümumdünya  Əqli  Mülkiyyət Təşkilatı  və  YUNESKO‐nun  əqli  mülkiyyət  üzrə  qərar  və 

tövsiyələrinin müvafiq fəaliyyət sahəsində nəzərə alınması üçün qanunvericiliklə müəyyən edilmiş 

qaydada  tədbirlər  görür,  əqli  mülkiyyətə  aid  beynəlxalq  təşkilatların  sorğularını  cavablandırır, 

onlarla  təcrübə  mübadiləsi  aparır  və  beynəlxalq  təcrübə  nəzərə  alınmaqla  sistemli  təhlillər  aparır 

və öz səlahiyyətləri daxilində tədbirlər həyata keçirir; 

8.15. Azərbaycan müəlliflərinin və digər hüquq sahiblərinin əsərlərinin və digər əqli mülkiyyət 

obyektlərinin  xaricdə  istifadəsi  zamanı  onların  hüquqlarının  qorunması  və  xarici  müəlliflərin 

əsərlərindən  Azərbaycan  Respublikasında  istifadə  olunarkən  qanunvericiliyin  tələblərinə  əməl 

olunması ilə bağlı tədbirlərin görülməsi barədə təkliflər verir; 

8.16. qanunvericiliyə uyğun olaraq Agentliyin fəaliyyət sahəsinə aid olan məsələlərə dair tarif 

siyasətinin formalaşmasında iştirak edir, bu sahədə əqli mülkiyyət obyektlərinin istifadəsi ilə bağlı 



dövlət tərəfindən tənzimlənən  qonorar  tarifləri  barədə  təkliflər  verir  və  onların  tətbiqi  üçün  öz 

səlahiyyətləri daxilində zəruri işlər görür; 

8.17. dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün əqli mülkiyyətlə 

bağlı peşəkar tövsiyələrin və rəylərin hazırlanması məqsədilə öz səlahiyyətləri daxilində tədbirlər 

həyata keçirir; 

8.18.  qanunvericiliyə  uyğun  olaraq  hüquqi  və  fiziki  şəxslərlə  bağlanmış  müqavilələrə  əsasən 

əqli mülkiyyət sahəsi üzrə işlər görür və xidmətlər göstərir; 

8.19. əqli mülkiyyət hüquqlarının tanınması barədə vəsatətlərə baxır və qanunvericiliyə uyğun 

olaraq müvafiq qərarlar qəbul edir; 

8.20.  əqli  mülkiyyət  hüquqları  obyektlərinin  qeydiyyatı  ilə  bağlı  zəruri  hallarda  ekspertiza 

təşkil  edir,  müəlliflik  hüququ  obyektlərinin  orijinallığının  müəyyən  edilməsi  ilə  bağlı  müvafiq 

tədbirlər görür; 

8.21.  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  əqli  mülkiyyət  hüquqları  obyektlərinin 

dövlət qeydiyyatını təşkil edir, əqli mülkiyyət hüquqları obyektlərinin qeydiyyatdan keçirilməsi və 

ya  qeydiyyatından  imtina  edilməsi  barədə  müvafiq  qərarlar  qəbul  edir,  əqli  mülkiyyət  hüquqları 

obyektləri  və  hüquq  sahibləri  barədə  məlumatları  mövcud  qaydalara  uyğun  olaraq  dövlət 

reyestrlərinə daxil edir; 

8.22. qeydiyyatdan keçirilmiş əqli mülkiyyət hüquqları obyektlərinin hüquq sahiblərinə dövlət 

qeydiyyatı  haqqında  müvafiq  şəhadətnamə  verir,  bu  obyektlərin  uçotunu,  inventarlaşmasını  və 

saxlanılmasını təmin edir; 

8.23.  əqli  mülkiyyət  hüquqları  sahəsində  milli  informasiya  sistemini  yaradır,  onun 

operativliyini  və  beynəlxalq  mübadiləsini  təmin  edir,  qeydiyyatdan  keçirilmiş  əqli  mülkiyyət 

hüquqları  obyektləri  və  onların  hüquq  sahibləri  haqqında  elektron  məlumat  bazasını  müntəzəm 

olaraq təkmilləşdirir və dövlət reyestrlərinin elektron surətinin yeniləşdirilməsini təmin edir; 

8.24.  əqli mülkiyyət  hüquqları obyektlərinə hüquqların keçməsi və verilməsi  barədə sənədləri 

qeydiyyata  alır  və  müvafiq  dəyişikliklərin  müəyyən  edilmiş  qaydada  dövlət  reyestrlərinə  daxil 

edilməsini həyata keçirir; 

8.25.  dövlət  reyestrlərinə  daxil  edilmiş  əqli  mülkiyyət  hüquqları  obyektlərinin  qeydiyyatı 

haqqında informasiyaları dərc edir; 

8.26. dövlət qeydiyyatından keçirilmiş əqli mülkiyyət obyektləri, dövlət reyestrlərində edilmiş 

dəyişikliklər və  qorunma  müddətləri  bitmiş  əqli  mülkiyyət  obyektləri,  həmçinin  müvafiq 

orqanların  sorğularına  əsasən  bu  obyektlərin  Agentlikdə  qeydiyyata  alınması  haqqında  zəruri 

məlumatlar verir; 

8.27.  qanunvericiliyə  uyğun  olaraq  qeydiyyat  üçün  təqdim  edilmiş  inteqral  sxem 

topologiyalarının  qorunma  müddətlərinin  başlanğıcını  müəyyənləşdirir  və  istehsalatda  istifadə 

olunan inteqral sxem topologiyalarının və onların istifadəçilərinin uçotunu aparır; 

8.28.  folklor  nümunələrindən  satış,  yayım  obyektlərində,  kütləvi  tamaşa  yerlərində,  kabel  və 

efir yayımı təşkilatlarında və rəqəm şəbəkələrində yayım, dərc olunma, kütləvi ifa və digər istifadə 

hallarının  monitorinqini  təşkil  edir  və  uçotunu  aparır,  folklor  nümunələrindən  istifadə  zamanı 

qanunvericiliyin tələblərinə zidd olan halları müəyyənləşdirir, müvafiq tədbirlər görür və bununla 

əlaqədar məhkəmələrdə dövlətin maraqlarını müdafiə edir; 

8.29. qanunvericiliyə uyğun olaraq qeydiyyata təqdim olunmuş məlumat toplularının müvafiq 

meyarlara  əsasən  müəlliflik  hüququ  və  (və  ya)  xüsusi  qorunma  hüquqları  ilə  qorunmasını 

müəyyənləşdirir,  rəsmi  qeydiyyatdan  keçirilmiş  xüsusi  qorunma  hüququ  ilə  qorunan 

açıqlanmamış  məlumat  toplusu  qorunduğu  müddətdə  açıqlandığı,  həmçinin  xüsusi  qorunma 



hüququ ilə qorunan məlumat toplusuna sonradan əhəmiyyətli dəyişikliklər və əlavələr aparıldığı 

hallarda bu toplulara qorunma müddətini dəqiqləşdirir; 

8.30.  Azərbaycan  folkloru  nümunələrindən və  müəllif  əsərlərindən  xaricdə  istifadə  olunarkən 

qanun  pozuntularının  aşkar  edildiyi  hallarda  bunun  qarşısının  alınması  üçün  öz  səlahiyyətləri 

daxilində beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırır, digər zəruri tədbirləri görür; 

8.31. Azərbaycan folklor nümunələrinin qeyri‐qanuni istifadə edildiyi hallarda məhkəmələrdə 

dövlətin maraqlarını qoruyur, qanun pozuntuları nəticəsində dəymiş maddi ziyanı müəyyən edir 

və iddia sənədində göstərir; 

8.32. qorunma müddəti bitmiş və ictimai varidata keçmiş müəlliflik hüququ və əlaqəli hüquqlar 

obyektlərinin  müəyyənləşdirilməsi  və  uçotu  üzrə  iş  aparır,  ictimai  varidata  keçmiş  əsərlərdən 

əlaqədar dövlət orqanları və yaradıcılıq  birlikləri ilə razılaşdırmaqla  dövlət  varidatına keçirilməsi 

məqsədilə  əsərlərin  seçilməsi  və  müvafiq  qaydada  dövlət  varidatı  elan  olunması  üçün  təkliflər 

verir; 

8.33. dövlət varidatına keçmiş əsərlərdən istifadə zamanı müəlliflik hüquqlarının pozulmasına 



və  onların  məzmununun  təhrif  olunmasına  qarşı  müvafiq  tədbirlər  görür,  dövlət  varidatı  elan 

olunmuş əsərlərdən istifadəyə görə xüsusi ödənişlərin yığımını və dövlət büdcəsinə köçürülməsini 

təmin edir; 

8.34.  əmlak  hüquqlarını  kollektiv  əsasda  idarə  edən  dövlət  qeydiyyatına  alınmış  təşkilatların 

Agentlikdə  qeydiyyata  alınması  ilə  bağlı  qeydiyyat  sənədlərinin  tərkibini  və  təqdim  olunma 

formasını müəyyənləşdirir, onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək üçün sənədlərin 

siyahısını hazırlayır, 

dövlət  qeydiyyatından  keçmiş  belə  təşkilatları  Agentlikdə  qeydiyyata  alır,  əks  halda,  onların 

qeydiyyata alınmaması ilə bağlı əsaslandırılmış irad və təkliflərini müvafiq qaydada təqdim edir; 

8.35.  əmlak  hüquqlarını  kollektiv  əsasda  idarə  edən

təşkilatların  müəllifhüquq 

münasibətlərinin  subyekti  kimi  fəaliyyətinin  müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  haqqında 

qanunvericiliyə  uyğunluğunun  yoxlanılması  məqsədilə  monitorinqlər  aparır,  nəticələri 

ümumiləşdirir və həmin təşkilatların fəaliyyəti ilə bağlı müvafiq qaydada təkliflər verir; 

8.36.  müəlliflər və  digər  hüquq  sahibləri  ilə  əmlak  hüquqlarını  kollektiv  əsasda  idarə  edən 

təşkilatların  mübahisəli  hallarda  münasibətlərini  tənzimləyir,  bu  təşkilatların  ictimai  birliklərinin 

təmsil etdikləri müəlliflərin və digər hüquq sahiblərinin ərizə və şikayətlərinə baxır, istifadəçilərlə 

bağlı  yaranan  mübahisəli  hallarda  əmlak  hüquqlarını  kollektiv  əsasda  idarə  edən təşkilatların 

fəaliyyət dairələrini öz səlahiyyətləri daxilində müəyyənləşdirir; 

8.37.  əmlak  hüquqlarını  kollektiv  əsasda  idarə  edən təşkilatların  qanunvericiliklə  müəyyən 

edilmiş qaydada ödəyəcəyi illik haqqın məbləğini müəyyənləşdirir, bu məbləğin dövlət büdcəsinə 

köçürülməsini təmin edir, bu təşkilatların illik balansı, illik hesabatı, fəaliyyətinin audit yoxlanması 

haqqında və digər zəruri sənədlərini qəbul edir, müəllif‐hüquq qanunvericiliyi ilə uyğunsuzluqlar 

və qanun pozuntuları aşkar edildiyi hallarda müvafiq tədbirlər görür; 

8.38.  hüquq  sahiblərinin  mənafelərinə  və  iradələrinə  uyğun  olaraq  əmlak  hüquqlarının 

kollektiv əsasda idarəçiliyini təşkil edir, qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və 

digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsini həyata keçirir, belə 

hallarda  istifadəyə  görə  qonorarı  müvafiq  qaydada  yığır  və  hüquq  sahiblərinə  çatdırır,  xarici 

ölkələrin  müəlliflərinin  və  əlaqəli  hüquq  sahiblərinin  əmlak  hüquqlarının  kollektiv  əsasda  idarə 

edilməsi  üzrə  müvafiq  təşkilatları  ilə  əlaqələrin  qurulmasını,  bu  sahədə  əməkdaşlıq  haqqında 

sazişlərin bağlanmasını və Azərbaycan müəlliflərinin və digər hüquq sahiblərinin əsərlərindən və 



əlaqəli  hüquqların  obyektlərindən  xaricdə  istifadəyə  görə  qonorarın  alınmasını  və  aidiyyəti  üzrə 

çatdırılmasını təmin edir; 

8.39.  müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  haqqında  qanunvericilik  barəsində  hüquqi 

maarifləndirmə  işi  aparır,  beynəlxalq  və  milli  seminarlar,  disputlar  və  simpoziumlar  keçirir, 

müəlliflərə  və  digər  hüquq  sahiblərinə,  onların  varislərinə  pozulmuş  hüquqların  bərpası  ilə  bağlı 

hüquqi məsləhətlər verir; 

8.40. bazarda sağlam rəqabət prinsiplərinin təmin edilməsi, əqli mülkiyyətə əsaslanan sənayedə 

sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin mənafelərinin qorunması məqsədilə əqli mülkiyyət 

obyektlərinin qeyri‐qanuni istifadəsi ilə bağlı öz səlahiyyətləri daxilində zəruri tədbirlər görür; 

8.41. 


pirat 

məhsulların  və  müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  haqqında  qanunvericiliyin 

tələblərinin  pozulması  ilə  məhsul  buraxan  istehsalçıların  müəyyən  edilməsi  məqsədilə  digər 

səlahiyyətli  dövlət  orqanları  ilə  birgə  müvafiq  iş  aparır,  o  cümlədən  monitorinq‐baxışlar  keçirir, 

əqli  mülkiyyət  sahəsində  qanun  pozuntuları  üzrə  məlumatları  toplayır  və  aidiyyəti  orqanlara 

çatdırır;



3 

8.42. pozulmuş hüquqlarının bərpası ilə bağlı hüquq sahiblərinin təşəbbüsü ilə və digər zəruri 

hallarda  müvafiq  məhkəmələrdə  iddia  qaldırır  və  hüquq  sahiblərinin  mənafelərini  müdafiə  edir, 

müəllif‐hüquq  pozuntuları  ilə  mübarizə  üçün  məhkəmə  və  digər  müvafiq  orqanların  sorğuları 

əsasında  qanunvericilikdə  nəzərdə  tutulan  qaydada  ekspert  rəyləri  hazırlayır,  məhkəmədə  və 

digər səlahiyyətli orqanlar tərəfindən keçirilən tədbirlərdə ekspert və nümayəndə qismində iştirak 

edir,  müəllif‐hüquq  sahəsində  qanun  pozuntuları  ilə  əlaqədar  işlərin  uçotunu  və  təhlilini  aparır, 

toplanmış məlumatları sistemləşdirir; 

8.43.  əqli  mülkiyyət  hüquqları  ilə  qorunan  beynəlxalq  və  milli  informasiya  texnologiyalarının 

təhlilini  aparır,  informasiya  texnologiyalarının  əqli  mülkiyyət  obyektləri  kimi  qorunması 

vəziyyətini  müşahidə  edir  və  milli  səviyyədə  qorunması  vəziyyətini  araşdırır,  onların 

qorunmasının  beynəlxalq  standartlara  uyğun  olması  üçün  öz  səlahiyyətləri  daxilində  tədbirlər 

görür  və  yeni  informasiya  texnologiyaları  obyektlərinin  qorunmasına  dair  müvafiq  qaydada 

təkliflər verir; 

8.44. qanunla qorunan əqli mülkiyyət obyektlərinin qlobal rəqəmli şəbəkələrdə istifadəsinə aid 

monitorinqlər aparır, arayışlar hazırlayır və müvafiq qaydada səlahiyyətli orqanlara təqdim edir; 

8.45.  elektron  ticarət  sahəsinə  aid  qanunvericilikdə  əqli  mülkiyyət  hüquqları  obyektlərinə 

hüquqların qorunmasının təkmilləşdirilməsi məqsədilə təkliflər verir və öz səlahiyyətləri daxilində 

tədbirlər görür; 

8.46. əqli mülkiyyət hüquqlarına əsaslanan milli iqtisadiyyat sahələrinin iqtisadi göstəricilərinin 

daimi  müşahidəsini  aparır,  onların  inkişafı  zamanı  meydana  gələn  problemləri  müəyyən  edir, 

ümumi  daxili  məhsulda  əqli  mülkiyyətə  əsaslanan  sənayenin  payını  daha  dəqiq  dəyərləndirmək 

üçün öz səlahiyyətləri daxilində müvafiq işlər görür və təkliflər hazırlayır; 

8.47.  əqli  mülkiyyət  aktivlərinin  dəyərləndirilməsində  fiziki  və  hüquqi  şəxslərə  metodiki 

yardım göstərir; 

8.48.  əqli  mülkiyyət  hüquqlarının  pozulması  ilə  bağlı  zərərin  iqtisadi  dəyərləndirilməsi  üzrə 

işlər  görür  və  zəruri  hallarda  müvafiq  dövlət və  məhkəmə  orqanlarının  sorğusu  əsasında  rəylər 

hazırlayır; 

8.49.  əmlak  hüquqlarını  kollektiv  əsasda  idarə  edən  ictimai  təşkilatların  fəaliyyəti  müəlliflik 

hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin tələblərinə uyğun olmadığı hallarda onların 

Agentlikdəki qeydiyyatını ləğv edir; 



8.50.  əmlak  hüquqlarının  idarəçiliyini  kollektiv  əsasda  idarəetmə  təşkilatlarına  verməmiş 

müəlliflərin  əsərlərinin  həmin  təşkilatlar  tərəfindən  istifadəyə  verilməsinin  aşkar  edildiyi  və 

müəlliflər  üçün  yığdıqları  qonorardan  ayırmalar  barədə  qəbul  etdiyi  qərarların  müəlliflərin 

maraqlarına  zidd  olduğu  hallarda  həmin  hərəkətlərin  dayandırılmasını  və  qərarların  ləğv 

edilməsini tələb edir; 

8.51.  gömrük  sərhədindən  keçirilən,  tərkibində  əqli  mülkiyyət  obyektləri  olan  mallarda  əqli 

mülkiyyət  hüquqlarının  pozulmasının  müəyyənləşdirilməsində  gömrük  orqanları  ilə  əməkdaşlıq 

edir,  müəyyən  olunmuş  qaydada  onlarla  əlaqəli  şəkildə  belə  faktları  ümumiləşdirir,  onların 

təsnifatını  aparır,  gömrük  orqanlarının  sorğusu  əsasında  əqli  mülkiyyət  hüquqlarının  pozulub‐

pozulmaması ilə bağlı rəylər verir; 

8.52.  gömrük  sərhədində  əqli  mülkiyyət  obyektlərinə  olan  hüquqların  pozulmasının 

müəyyənləşdirilməsi  üçün  gömrük  orqanının  müraciəti  əsasında  gömrük  orqanı  ilə  birlikdə 

tərkibində əqli mülkiyyət obyektləri olan malların identifikasiyasının həyata keçirilməsində iştirak 

edir,  zəruri hallarda tərkibində əqli mülkiyyət  obyektləri olan malların gömrük orqanı tərəfindən 

reyestrə daxil edilməsi üçün təkliflər verir; 

8.53.  Agentlikdə  mövcud  olan  daxili  informasiya‐kommunikasiya  sistemi  çərçivəsində 

informasiyanın  fasiləsiz  alınmasını,  işlənməsini  və  ötürülməsini  təşkil  edir.  Ümumdünya  Əqli 

Mülkiyyət Təşkilatının  korporativ  rəqəm  şəbəkəsinin  Azərbaycan  dayaq  məntəqəsi  vasitəsilə 

əlaqələri  genişləndirir,  bu  sahədə  informasiya  mübadiləsini  təşkil  edir  və  şəbəkənin  rəqəm 

kitabxanalarından istifadə etməklə yeniliklər barədə informasiyalar hazırlayır; 

8.54.  kargüzarlığı,  vətəndaşların  qəbulunu,  onların  təklif,  ərizə  və  müraciətlərinə  baxılmasını 

normativ  hüquqi  aktların  tələblərinə  uyğun  təşkil  edir  və  kadrların  əlavə  təhsilinə  və 

peşəkarlığının yüksəldilməsinə dair tədbirlər görür; 

4 

8.55.  əqli  mülkiyyət məsələləri  üzrə  ixtisaslı  mütəxəssislərin  hazırlanması  və  tədris 

proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində iştirak edir; 

8.56. qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir. 

9. Bu Əsasnamənin 8‐ci bəndində nəzərdə tutulmuş funksiyaların yerinə yetirilməsi nəticəsində 

əldə olunan gəlirlər bütövlükdə dövlət büdcəsinə köçürülür. 



IV. AGENTLİYİN HÜQUQLARI 

10.  Agentliyin  öz  vəzifələrini  və  funksiyalarını  həyata  keçirmək  üçün  aşağıdakı  hüquqları 

vardır: 

10.1.  əqli  mülkiyyət  hüquqları  sahəsində  normativ  hüquqi  aktların  hazırlanmasına  və 

təkmilləşdirilməsinə  dair  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə  təkliflər  vermək, 

həmçinin  bu  sahənin  vəziyyəti  və  inkişafı  ilə  əlaqədar  analitik  materiallar  və  təkliflər təqdim 

etmək; 

10.2.  öz  səlahiyyətləri  daxilində  qanunvericiliklə  müəyyənləşdirilmiş  qaydada  müəllif 



hüquqları sahəsində müvafiq normativ hüquqi aktlar qəbul etmək; 

10.3. səlahiyyətləri daxilində dövlət orqanlarından və qeyri‐hökumət təşkilatlarından müəyyən 

olunmuş qaydada  sorğu əsasında müvafiq  məlumat  və sənədlər almaq, əqli mülkiyyət  hüquqları 

ilə  bağlı  məhsulların,  işlərin  və  xidmətlərin  mövcud  tələblərə  uyğunluğunu  müəyyən  etmək 

məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görmək; 

10.4.  səlahiyyətlərinə  aid  edilmiş  məsələlərin  işlənib  hazırlanması  və  yerinə  yetirilməsi  üçün 

qanunvericiliklə müəyyən edilmiş qaydada xarici və yerli ekspertləri və məsləhətçiləri cəlb etmək, 

onlarla müqavilələr (kontraktlar) bağlamaq; 




10.5.  səlahiyyətlərinə  aid  edilmiş  sahələrdə  dövlət  orqanları  və  hüquqi  şəxslərlə,  beynəlxalq 

təşkilatlarla  əməkdaşlıq  etmək,  müəyyən  edilmiş  qaydada  beynəlxalq  təşkilatlarda  Azərbaycan 

Respublikasını  təmsil  etmək,  beynəlxalq  müqavilələrin  (sazişlərin)  layihələrini  hazırlamaq, 

qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  idarələrarası  beynəlxalq  müqavilələr  (sazişlər) 

bağlamaq; 

10.6.  əqli  mülkiyyət  hüquqlarının  qorunması  sahəsində  mütəxəssislərin  hazırlanması,  əlavə 

təhsili üçün tədbirlər görmək və bu sahədə beynəlxalq əməkdaşlıq etmək; 

10.7.  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  tabeliyində  idarə  və  təşkilatlar  yaratmaq, 

onları yenidən təşkil etmək və ləğv etmək; 

10.8.  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  dövri  mətbuat  orqanları  təsis  etmək,  xüsusi 

bülletenlər və digər nəşrlər buraxmaq; 

10.9.  əqli  mülkiyyət  sahəsində  çalışan  işçiləri  dövlət təltiflərinə  və  digər  mükafatlara  təqdim 

etmək,  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq  olaraq  onların  həvəsləndirilməsi 

üçün tədbirlər görmək; 

10.10. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

V. AGENTLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ 

11.  Agentliyin  fəaliyyətinə  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən vəzifəyə  təyin 

edilən və vəzifədən azad edilən sədr rəhbərlik edir. 

12.  Agentliyin  sədri  Agentliyə  həvalə  edilmiş  vəzifələrin  yerinə  yetirilməsi  və  funksiyaların 

həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. 

12‐1.  Agentliyin  strukturu  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  müəyyən  edilir. 

Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və 

sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. 



5 

13. Agentliyin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən 

və vəzifədən azad edilən bir müavini vardır. 

14. Agentliyin sədri: 

14.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; 

14.2. sədr müavininin vəzifə səlahiyyətlərini müəyyən edir; 

14.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin 

aparatının  və  tabeliyində  olan  qurumların  strukturunu,  ştat  cədvəlini  və  ayrılmış  büdcə  təxsisatı 

daxilində onların xərclər smetasını təsdiq edir; 

14.4.  Agentliyin  aparatının  struktur  bölmələrinin  və  tabeliyində  olan  qurumların 

əsasnamələrini təsdiq edir, tabeliyində olan  hüquqi şəxslərin nizamnamələrini isə  təsdiq  edilməsi 

üçün müəyyən olunmuş qaydada təqdim edir;

14.5. Agentliyin mərkəzi aparatının və tabeliyində olan qurumların işçilərini vəzifəyə təyin edir 



və  vəzifədən  azad  edir,  onların  barəsində  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

həvəsləndirmə və intizam tənbeh tədbirləri görür; 

14.6.  səlahiyyətləri  daxilində  Agentliyin  mərkəzi  aparatının  və  tabeliyində  olan  qurumların 

fəaliyyətinə  dair icrası  məcburi  olan  əmrlər,  sərəncamlar,  göstərişlər  verir, təlimatlar  və normativ 

hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

14.7.  Agentliyin  fəaliyyət  dairəsinə  daxil  olan  məsələlərlə  əlaqədar  səlahiyyətləri  daxilində 



qanunvericiliklə müəyyən edilmiş qaydada xarici ölkələrin dövlət orqanları və hüquqi şəxsləri ilə, 

beynəlxalq  təşkilatlarla  danışıqlar  aparır,  əqli  mülkiyyət  sahəsində  idarələrarası  sazişlər  bağlayır, 

beynəlxalq tədbirlərdə iştirak edir; 



14.8. Agentliyin səlahiyyətlərinə daxil olan məsələlər üzrə hazırlanmış qanunvericilik aktlarının 

layihələrini  müəyyən  edilmiş  qaydada  baxılmaq  üçün  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabinetinə təqdim edir; 

14.9.  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  digər səlahiyyətləri  həyata 

keçirir. 

15.  Agentlikdə  sədrdən  (kollegiya  sədri),  sədr  müavinindən,  Agentliyin  aparat  rəhbərindən, 

struktur bölmələrinin və tabeliyində olan qurumların rəhbər işçilərindən ibarət kollegiya yaradılır. 

Agentliyin  kollegiyasının  tərkibinə  həmçinin  müəlliflər,  mütəxəssislər və  alimlər də  daxil  edilə 

bilər. 

16.  Agentliyin  kollegiyasının  üzvlərinin  sayı  və  şəxsi  tərkibi  Azərbaycan  Respublikasının 



Nazirlər Kabineti tərəfindən təsdiq olunur. 

17. Agentliyin kollegiyası öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir 

və həmin məsələlər haqqında müvafiq qərarlar qəbul edir. 

18.  Agentliyin  kollegiyasının  iclasları  kollegiya  üzvlərinin  yarısından  çoxu  iştirak  etdikdə 

səlahiyyətlidir. 

19.  Agentliyin  kollegiyasının  qərarları  onun  üzvlərinin  sadə  səs  çoxluğu  ilə  qəbul  edilir, 

protokollarla rəsmiləşdirilir və bir qayda olaraq sədrin əmrləri və sərəncamları ilə həyata keçirilir. 

20. Agentliyin kollegiyasının iclaslarında baxılan məsələlərə bilavasitə aidiyyəti olduqda, zəruri 

hallarda  digər  icra  hakimiyyəti  orqanlarının,  idarə,  müəssisə  və  təşkilatların  rəhbərləri,  habelə 

ictimai təşkilatların nümayəndələri iştirak etmək üçün dəvət edilə bilərlər.

21.  Əqli  mülkiyyət  sahəsində  elmi‐texniki  nailiyyətlərin,  yeni  texnologiyaların  tətbiqinin  və 



mədəni  sənayedə  əqli  mülkiyyət  hüquqlarının  təmin  olunması  üzrə  qabaqcıl  dünya  təcrübəsinin 

öyrənilməsi, habelə dövlət qeydiyyatına alınmaq üçün təqdim olunan əqli mülkiyyət obyektlərinin 

orijinallığının müəyyən edilməsi üçün Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən və tərkibində 

sahələr üzrə  ekspert  komissiyaları  olan  mütəxəssislərdən və alimlərdən ibarət Elmi‐metodik  Şura 

yaradılır. Elmi‐metodik Şura haqqında Əsasnamə Agentliyin sədri tərəfindən təsdiq edilir. 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 

1.  

11  noyabr  2008‐ci  il  tarixli  14  nömrəli  Azərbaycan  Respublikasının  Prezidentinin  Fərmanı 

(“Azərbaycan”  qəzeti  21  noyabr  2008‐ci  il,  №  261,  Azərbaycan  Respublikasının  Qanunvericilik 

Toplusu, 2008‐ci il, № 11, maddə 970

2.  

31  avqust  2009‐cu  il  tarixli  154  nömrəli  Azərbaycan  Respublikasının  Prezidentinin  Fərmanı 



(“Azərbaycan” qəzeti  03 sentyabr 2009‐cu il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik 

Toplusu, 2009‐cu il, № 08, maddə 630) 

3.  

30  oktyabr  2009‐cu  il 

tarixli  176  nömrəli  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı 

(“Azərbaycan”  qəzeti  1  noyabr  2009‐cu  il,  №  244,  Azərbaycan  Respublikasının  Qanunvericilik 

Toplusu, 2009‐cu il, № 10, maddə 789) 

4.  

21  dekabr  2009‐cu  il  tarixli  195  nömrəli  Azərbaycan  Respublikasının  Prezidentinin  Fərmanı 



(“Azərbaycan” qəzeti  27 dekabr  2009‐cu il, № 289) 

5.   15 fevral 2011‐ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” 

qəzeti,  18  fevral  2011‐ci  il,  №  38,  “Azərbaycan”  qəzeti,  20  fevral  2011‐ci  il,  №  40, Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85

) 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 


1 

31 avqust 2009‐cu il tarixli 154 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” 



qəzeti  03 sentyabr 2009‐cu il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il, № 

08,  maddə  630)  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasının  Müəllif  Hüquqları  Agentliyi  haqqında 

Əsasnamə”nin  7.7‐ci  bəndində  “qeydiyyatını  aparmaq”  sözləri  “uçotunu  aparmaq”  sözləri  ilə  əvəz 

edilmişdir. 

21 dekabr 2009‐cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” 



qəzeti  27 dekabr  2009‐cu il, № 289) ilə «Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında 

Əsasnamə»yə 7.9‐1‐ci bənd əlavə edilmişdir. 



3 

30  oktyabr  2009‐cu  il 

tarixli  176  nömrəli  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı  (“Azərbaycan” 

qəzeti 1 noyabr 2009‐cu il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il, № 10, 

maddə  789)  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasının  Müəllif  Hüquqları  Agentliyi  haqqında 

Əsasnamə”nin 8.41‐ci bəndində “kontrafakt” sözü “pirat” sözü ilə əvəz edilmişdir. 



4 

15 fevral 2011‐ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” 



qəzeti,  18  fevral  2011‐ci  il,  №  38,  “Azərbaycan”  qəzeti,  20  fevral  2011‐ci  il,  №  40, Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85

)  ilə  54‐cü  bəndində  “ixtisaslarının 

artırılmasına”  sözləri  “əlavə  təhsilinə”  sözləri  ilə,  10.6‐cı  bəndində  “ixtisasının  artırılması”  sözləri  “əlavə 

təhsili” sözləri ilə əvəz  edilmişdir. 

5 

11  noyabr  2008‐ci  il  tarixli  14  nömrəli  Azərbaycan  Respublikasının  Prezidentinin  Fərmanı 

(“Azərbaycan” qəzeti 21 noyabr 2008‐ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 

2008‐ci  il,  №  11,  maddə  970)  ilə  «Azərbaycan  Respublikasının  Müəllif  Hüquqları  Agentliyi  haqqında 

Əsasnamə»yə yeni məzmunda 12‐1‐ci bənd əlavə edilmişdir. 

21 dekabr 2009‐cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan”  



qəzeti  27 dekabr  2009‐cu il, № 289) ilə «Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında  

Əsasnamə»nin 14.3‐cü və 14.4‐cü bəndlər yeni redaksiyada verilmişdir.  

Əvvəlki redaksiyada deyilirdi:  

14.3. müəyyən edilmiş qaydada əməyin ödənilməsi fondunu və işçilərin say həddi daxilində Agentliyin 

mərkəzi aparatının strukturunu və ştat cədvəlini təsdiq edir; 

14.4. Agentliyin struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini (nizamnamələrini) 

təsdiq edir; 

21 dekabr 2009‐cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” 



qəzeti  27 dekabr  2009‐cu il, № 289) ilə «Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında 

Əsasnamə»nin 14.5‐ci və 14.6‐cı bəndlərdən «mərkəzi» sözü çıxarılmışdır. 

21 dekabr 2009‐cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” 



qəzeti  27 dekabr  2009‐cu il, № 289) ilə «Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında 

Əsasnamə»nin 20‐ci bənddən «rəhbərləri» sözü çıxarılmışdır. 



Document Outline

  • Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında ƏSASNAMƏ
    • I. ÜMUMİ MÜDDƏALAR
    • II. AGENTLİYİN VƏZİFƏLƏRİ
    • III. AGENTLİYİN FUNKSİYALARI
    • IV. AGENTLİYİN HÜQUQLARI
    • V. AGENTLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

Yüklə 274,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə