Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə1/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
  1   2   3   4   5   6   7   8   9   ...   190


Azərbaycan Respublikasının Mülki Məcəlləsi 

(28 dekabr 1999-cu il tarixli, 

779-IQ nömrəli

 Qanun ilə təsdiq edilmişdir) 

(26 may 2000-ci il tarixli

886-IQ nömrəli

 Qanuna əsasən 2000-ci il sentyabr ayının 1-dən 

qüvvəyə minir) 

Ümumi hissə 

Birinci bölm

ə. Giriş müddəaları

 

1-ci f

ə

sil. Mülki hüquq sah

ə

sind

ə

 qanunvericilik 

Maddə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin məqsəd və vəzifələri 

1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki 

dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. 

1.2. Bu Məcəllənin vəzifələri aşağıdakılardır: 

 

mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini 



tənzimləmək;  

 



mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək;  

 



fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi 

toxunulmazlığının müdafiəsi hüququnu qorumaq;  

 

mülki dövriyyəni təmin etmək;  



 

sahibkarlıq fəaliyyətini dəstəkləmək;  



 

sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq. (



20

)  


Maddə 2. Azərbaycan Respublikasının mülki qanunvericiliyi 

2.1. Azərbaycan Respublikasının mülki qanunvericiliyi 

Azərbaycan Respublikasının 

Konstitusiyasına

 əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul 

edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan 

ibarətdir. 

2.2. Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini

mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata 

keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə 

sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini 

tənzimləyir. 

2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, 

müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, 




təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə 

tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 

2.4. İnsanın özgəninkiləşdirilməyən hüquq və azadlıqlarının, digər qeyri-maddi 

nemətlərin gerçəkləşdirilməsi və müdafiəsi ilə bağlı münasibətlər, əgər bu münasibətlərin 

mahiyyətindən ayrı qayda irəli gəlmirsə, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə 

tənzimlənir. 

2.5. Əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və 

başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə 

əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə 

tətbiq edilmir. 

2.6. Qanundan aşağı qüvvəli normativ hüquqi aktlar mülki münasibətlərin tənzimlənməsi 

üçün yalnız o halda tətbiq edilir ki, onlar bu Məcəlləyə uyğun gəlsin və ona zidd olmasın. 



Maddə 3. Mülki qanunvericilik və beynəlxalq hüquq aktları 

3.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə 

ilə tənzimlənən mülki hüquq münasibətlərinə (beynəlxalq müqavilədən onun tətbiqi üçün 

dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna 

edilməklə) birbaşa tətbiq edilir. 

3.2. Əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə 

müəyyənləşdirilən normalar mülki qanunvericilikdə nəzərdə tutulan normalardan 

fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları tətbiq edilir. 



Maddə 4. Mülki hüquq münasibətlərinin obyektləri 

Əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış 

maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. 

Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri 

5.1. İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki 

və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. 

5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə 

mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki 

qanunvericiliklə tənzimlənir. 

5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata 

keçirməyə borcludurlar. 



Maddə 6. Mülki qanunvericiliyin prinsipləri 


6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 

6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 

6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 

6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 

6.1.4. mülkiyyətin toxunulmazlığı; 

6.1.5. müqavilələr azadlığı; 

6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 

6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 

6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 

6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 

6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün 

iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq 

və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə 

şərtləri qoymaqda sərbəstdirlər. 

6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və 

mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz 

adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla 

bilər. 


6.4. Mallar, xidmətlər və maliyyə vəsaiti Azərbaycan Respublikasının bütün ərazisində 

sərbəst hərəkət edir. Əgər insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının və 

sağlamlığının müdafiəsi, təbiətin və mədəniyyət sərvətlərinin qorunması üçün zəruridirsə, 

malların və xidmətlərin hərəkəti üçün məhdudiyyətlər qanuna müvafiq surətdə tətbiq 

edilə bilər. (

20



Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 

7.1. 


Azərbaycan Respublikası Konstitusiyasının

 149-cu maddəsinin VII hissəsində 

nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi 

yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 

7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola 

bilər. 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə