Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli


Maddə 18. Mülki hüquqların müdafiəsi üsulları



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə3/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   2   3   4   5   6   7   8   9   ...   190

Maddə 18. Mülki hüquqların müdafiəsi üsulları 

Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna

ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 

Maddə 19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının aktının etibarsız 

sayılması 

Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə 

uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan 

mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla 

bilər. 

Maddə 20. Mülki hüquqların özümüdafiəsi 

20.1. Şəxslərin öz mülki hüquqlarını qanunvericiliklə qadağan edilməyən bütün üsullarla 

özümüdafiə etmək hüququ vardır. 

20.2. Mülki hüquqların özümüdafiəsi üsulları mülki hüquq pozuntusuna mütənasib olmalı 

və onun qarşısının alınması üçün zəruri hərəkətlərdən kənara çıxmamalıdır. (

12



Maddə 21. Zərərin əvəzinin ödənilməsi (

km4


) 

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş 

zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə 

zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 

21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün 

çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının 

zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə 

şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 



21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı 

zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü 

şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması 

nəzərə alınmalıdır. (

12



Maddə 22. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının vurduqları 

zərərin əvəzinin ödənilməsi 

Dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının və ya həmin orqanların 

vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi), o cümlədən dövlət hakimiyyəti 

orqanının və ya yerli özünüidarə orqanının qanunvericiliyə uyğun gəlməyən qeyri-

normativ aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə dəyən zərərin əvəzi 

Azərbaycan Respublikasının və ya müvafiq bələdiyyənin hesabına ödənilməlidir. (

12




Maddə 23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi (

km4


) 

23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə 

həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə 

qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs 

onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc 

edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna 

toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və 

ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 

23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və 

ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində 

yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər 

göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu 

barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını 

məhkəmə müəyyənləşdirir. 

23.3. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə 

toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz 

cavabının dərc edilməsi hüququ vardır. 

23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki 

şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş 

zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 

23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları 

yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar 

yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar 

sayılmasını tələb etsin. 

23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq 

olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. (

20



İkinci bölmə. Şə

xsl

ə



3-cü f

əsil. Fiziki şə

xsl

ə



Maddə 24. Fiziki şəxs anlayışı 

24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 

24.2. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının 

ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan 

şəxslər fiziki şəxslərdir. 

Maddə 25. Fiziki şəxsin mülki hüquq qabiliyyəti 



25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və 

mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq 

qabiliyyəti eyni dərəcədə tanınır. 

25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm 

edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. 

25.3. Vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata 

keçirilməsi isə yalnız doğumdan sonra mümkündür. 

25.4. Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. 



Maddə 26. Ad hüququ 

26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ 

vardır. 

26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. 

26.3. Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma 

addan) istifadə edə bilər. 

26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı 

vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və 

vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə 

öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin 

şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını 

dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz 

hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. 

26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti 

aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. 

26.6. Başqa şəxsin adı ilə hüquq və vəzifələr əldə edilməsinə yol verilmir. 

26.7. Fiziki şəxsin adından qanunsuz istifadə nəticəsində ona vurulmuş ziyanın əvəzi bu 

Məcəlləyə müvafiq surətdə ödənilməlidir. 

26.8. Fiziki şəxsin adı onun şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunan üsullarla 

və ya formada təhrif edildikdə və ya istifadə olunduqda bu Məcəllənin 23-cü maddəsində 

nəzərdə tutulan qaydalar tətbiq edilir. 

Maddə 27. Fiziki şəxsin yaşayış yeri 

27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış 

yeri ola bilər. 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə