Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə4/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   2   3   4   5   6   7   8   9   ...   190

27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş 

valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə 

qəyyumun yaşayış yeri sayılır. 

27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, 

yaşayış yerini itirmir. 

Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 

28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki 

hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra 

etmək qabiliyyətidir. 

28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz 

yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 

28.3. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti 

yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət 

qabiliyyəti vardır. 

28.4. On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə 

və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq 

fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, 

övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik 

orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına 

çatmayan tam fəaliyyət qabiliyyətli sayılır (emansipasiya). 

28.5. Valideynlər, övladlığa götürənlər və himayəçi tam fəaliyyət qabiliyyətli sayılmış 

yetkinlik yaşına çatmayanın öhdəlikləri üçün, o cümlədən onun ziyan vurması 

nəticəsində əmələ gəlmiş öhdəliklər üçün məsuliyyət daşımırlar. 

28.6. On səkkiz yaşına çatanadək nikaha girməyə qanunun yol verdiyi halda, on səkkiz 

yaşına çatmamış fiziki şəxs nikaha girdiyi vaxtdan tam həcmdə fəaliyyət qabiliyyəti əldə 

edir. Nikah bağlanması nəticəsində əldə edilmiş fəaliyyət qabiliyyəti nikahın on səkkiz 

yaşına çatanadək pozulduğu halda da tam həcmdə saxlanılır. 

28.7. Nikah etibarsız sayıldıqda məhkəmə yetkinlik yaşına çatmayan ərin (arvadın) tam 

fəaliyyət qabiliyyətini məhkəmə tərəfindən müəyyənləşdirilən andan itirməsi barədə 

qərar qəbul edə bilər. 

28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa 

düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən 

fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 

Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu 

bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun 



razılığı ilə etibarlı hesab edilə bilər. 


28.9. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq 

vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun 

üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. (

12



Maddə 29. 14 yaşınadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti 

29.1. Bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı 

tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız 

valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik 



yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və 

qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. 

29.2. 7 yaşından 14 yaşınadək olan şəxslərin aşağıdakı əqdləri müstəqil bağlamaq ixtiyarı 

vardır: 

29.2.1. xırda məişət əqdləri; 

29.2.2. əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər ki, onlardan əmələ 

gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına 

alınması tələb olunmur; 

29.2.3. qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin 

müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində 

sərəncam üzrə əqdlər. 

29.3. 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil 

bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya 

qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən 

pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların 

vurduqları ziyan üçün də cavabdehdirlər. (

12



Maddə 30. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti 

30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci 

maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin—

valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu 

cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər 

və ya himayəçi tərəfindən yazılı surətdə bəyənildikdə də etibarlıdır. 

30.2. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların ixtiyarı vardır ki, 

valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı olmadan müstəqil 

surətdə: 

30.2.1. öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam versin; 




30.2.2. elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan 

digər əqli fəaliyyət nəticəsinin müəllifi hüquqlarını həyata keçirsin; 

30.2.3. qanuna uyğun olaraq kredit idarələrinə əmanətlər qoysun və onlar 

barəsində sərəncam versin; 

30.2.4. xırda məişət əqdləri və bu Məcəllənin 29.2-ci maddəsində nəzərdə tutulan 

digər əqdlər bağlasın. On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayanların 

kooperativ üzvü olmaq ixtiyarı da vardır. 

30.3. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.1 və 

30.2-ci maddələrinə uyğun bağladıqları əqdlər üzrə müstəqil surətdə əmlak məsuliyyəti 

daşıyırlar. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar vurduqları ziyana 

görə bu Məcəlləyə uyğun məsuliyyət daşıyırlar. 

30.4. Yetərli əsaslar olduqda məhkəmə valideynlərin, övladlığa götürənlərin və ya 



himayəçinin və ya qəyyumluq və himayəçilik orqanının vəsatəti ilə 14 yaşından 18 

yaşınadək olan yetkinlik yaşına çatmayanın (əgər o, tam həcmdə fəaliyyət qabiliyyəti 

əldə etməyibsə) öz qazancı, təqaüdü və ya digər gəlirləri barəsində müstəqil sərəncam 

vermək hüququnu məhdudlaşdıra və ya ala bilər. (

12



Maddə 31. Fiziki şəxsin hüquq qabiliyyətindən və fəaliyyət qabiliyyətindən məhrum 



edilməsinin və bunların məhdudlaşdırılmasının yolverilməzliyi 

31.1. Fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin 

hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və 

qaydada məhdudlaşdırıla bilər. 

31.2. Fiziki şəxslərin fəaliyyət qabiliyyətinin və ya onların sahibkarlıq fəaliyyəti və ya 

başqa fəaliyyətlə məşğul olmaq hüququnun məhdudlaşdırılmasının qanunla 

müəyyənləşdirilmiş şərtlərinin və qaydasının gözlənilməməsi müvafiq məhdudiyyəti 

qoymuş dövlət orqanının və ya digər orqanın aktının etibarsızlığına səbəb olur. 

31.3. Fiziki şəxsin hüquq qabiliyyətindən və ya fəaliyyət qabiliyyətindən tamamilə və ya 

qismən imtina etməsi və hüquq qabiliyyətinin və ya fəaliyyət qabiliyyətinin 

məhdudlaşdırılmasına yönəldilmiş digər əqdlər əhəmiyyətsizdir. 

Maddə 32. Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması 

32.1. Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə 

etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan 

fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin 

üzərində himayəçilik təyin edilir. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. O 

yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya və 

digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər. Lakin bu cür fiziki 

şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak məsuliyyəti 




Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə