Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə6/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   2   3   4   5   6   7   8   9   ...   190

37.1. Qəyyumluqda və ya himayədə olanın daşınar və qiymətli daşınmaz əmlakının daimi 

idarə edilməsi zərurəti yarandıqda qəyyumluq və himayəçilik orqanı özünün 

müəyyənləşdirdiyi idarəçi ilə həmin əmlakın etibarnamə ilə idarə edilməsinə dair 

müqavilə bağlayır. Bu halda qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə 

olanın etibarnamə ilə idarəetməyə verilməmiş əmlakı barəsində öz səlahiyyətlərini 

saxlayır. Qəyyumluqda və ya himayədə olanın əmlakının etibarnamə ilə idarə edilməsi 

səlahiyyətlərini həyata keçirərkən idarəçiyə bu Məcəllənin 36.2 və 36.3-cü maddələrində 

nəzərdə tutulan qaydalar tətbiq edilir. 

37.2. Qəyyumluqda və ya himayədə olanın əmlakının etibarnamə ilə idarə edilməsinə 

əmlakın etibarnamə ilə idarə edilməsinə dair müqaviləyə xitam verilməsi üçün 

qanunvericilikdə nəzərdə tutulan əsaslar üzrə, habelə qəyyumluğa və ya himayəçiliyə 

xitam verildiyi hallarda xitam verilir. 



Maddə 38. Qəyyumların və himayəçilərin öz vəzifələrinin icrasından azad və kənar edilməsi. 

Qəyyumluğa və himayəçiliyə xitam verilməsi 

38.1. Yetkinlik yaşına çatmayan şəxs valideynlərinə qaytarıldıqda və ya övladlığa 

götürüldükdə qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini öz 

vəzifələrinin icrasından azad edir. 

38.2. Qəyyumluqda olan müvafiq tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi 

müəssisəsinə və ya digər oxşar müəssisəyə yerləşdirildikdə qəyyumluq və himayəçilik 

orqanı bundan əvvəl təyin edilmiş qəyyumu və ya himayəçini, əgər bu, qəyyumluqda 

olanın mənafelərinə zidd deyilsə, öz vəzifələrinin icrasından azad edir. 

38.3. Üzrlü səbəblər olduqda (xəstəlik, əmlak vəziyyətinin dəyişməsi, qəyyumluqda 

olanla qarşılıqlı anlaşmanın yoxluğu və i.a.) qəyyum və ya himayəçi öz xahişi ilə 

vəzifələrinin icrasından azad edilə bilər. 

38.4. Qəyyum və ya himayəçi onun üzərinə düşən vəzifələri gərəyincə yerinə 

yetirmədikdə, o cümlədən qəyyumluqdan və ya himayəçilikdən tamah məqsədi ilə 

istifadə etdikdə və ya qəyyumluqda olanı nəzarətsiz və lazımi köməksiz qoyduqda 

qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini bu vəzifələrin icrasından 

kənar edə bilər və təqsirli fiziki şəxsin qanunla müəyyənləşdirilmiş məsuliyyətə cəlb 

olunması üçün zəruri tədbirlər görə bilər. 

38.5. Qəyyumun, himayəçinin və ya qəyyumluq və himayəçilik orqanının ərizəsinə 

əsasən məhkəmə qəyyumluqda olanın fəaliyyət qabiliyyətli sayılması və ya onun 

fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasının ləğv edilməsi haqqında qərar çıxardıqda 

yetkinlik yaşına çatmış fiziki şəxs üzərində qəyyumluğa və himayəçiliyə xitam verilir. 

38.6. Qəyyumluqda olan azyaşlı on dörd yaşına çatdıqda onun üzərində qəyyumluğa 

xitam verilir, qəyyum vəzifələrini həyata keçirmiş fiziki şəxs isə bu barədə əlavə qərar 

çıxarılmadan yetkinlik yaşına çatmayanın himayəçisinə çevrilir. 




38.7. Qəyyumluqda olan yetkinlik yaşına çatmayanın on səkkiz yaşına çatdığı, habelə 

nikaha girdiyi və yetkinlik yaşına çatanadək tam fəaliyyət qabiliyyəti əldə etdiyi digər 

hallarda yetkinlik yaşına çatmayan üzərində himayəçiliyə xüsusi qərarsız xitam verilir. 

Maddə 39. Fəaliyyət qabiliyyətli fiziki şəxs üzərində patronaj 

39.1. Sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və 

müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış 

fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilə bilər. 

Patronaj təyin edilməsi fiziki şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur. 

39.2. Yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin patronu (köməkçisi) 

həmin fiziki şəxsin razılığı ilə qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin edilir. 

39.3. Patron (köməkçi) fiziki şəxslə bağlanmış tapşırıq və ya etibarnamə ilə idarəetmə 

müqaviləsinə əsasən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsə mənsub 

əmlak barəsində sərəncam verir. Məişət tələbatının saxlanmasına və ödənilməsinə 

yönəldilən məişət əqdlərini və başqa əqdləri patron (köməkçi) fiziki şəxsin razılığı ilə 

bağlayır. 

39.4. Bu Məcəllənin 39.1-ci maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmış fəaliyyət 

qabiliyyətli fiziki şəxs üzərində təyin edilmiş patronaja patronajda olan fiziki şəxsin 

tələbi ilə xitam verilir. Patronajda olan fiziki şəxsin patronu (köməkçisi) bu Məcəllənin 

38-ci maddəsində nəzərdə tutulan hallarda öz vəzifələrini yerinə yetirməkdən azad edilir. 



Maddə 40. Fiziki şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi 

40.1. Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində 

görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin 

düşmüş hesab edə bilər. 

40.2. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün 

olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş 

haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı 

müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. 

40.3. Xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən 

sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş 

əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu 

əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və 

borclar ödənilir. 

40.4. Xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti 

yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak 

qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla 

bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə