Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə8/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   4   5   6   7   8   9   10   11   ...   190

48.1. Hüquqi şəxs 

müvafiq icra hakimiyyəti orqanında

 dövlət qeydiyyatına alınmalıdır. 

Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı 

ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. 

48.2. Hüquqi şəxsin dövlət qeydiyyatına alınmasından imtina edilməsinə «Hüquqi 



şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının 

Qanununda nəzərdə tutulan hallarda yol verilir. Hüquqi şəxsin yaradılmasının 

məqsədəuyğun olmaması mülahizələrinə görə qeydiyyatdan imtinaya yol verilmir. Dövlət 

qeydiyyatına almaqdan imtina edilməsindən, habelə qeydiyyatdan yayınmaqdan 

məhkəməyə şikayət verilə bilər. 

48.3. Hüquqi şəxs yalnız qanunla müəyyənləşdirilmiş hallarda yenidən qeydə alınmalıdır. 

(

10





Maddə 49. Hüquqi şəxsin orqanları 

49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz 

orqanları vasitəsi ilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. 

Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə ilə 

müəyyənləşdirilir. 

49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsi ilə mülki hüquqlar əldə edə 

bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 

49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə 

orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs 

təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, 

peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının 

maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq 

və ehtiyatlı olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına 

uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin iştirakçılarının 

tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin 

əvəzini ödəməlidir. (

29



Maddə 50. Hüquqi şəxsin adı 

50.1. Hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. Qeyri-kommersiya 

təşkilatının adında hüquqi şəxsin fəaliyyətinin xarakteri göstərilməlidir. 

50.1-1. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət 

orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından 

(onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz. 

50.2. Kommersiya təşkilatı olan hüquqi şəxsin firma adı olmalıdır. Firma adı qanunla 

müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə 



müstəsna hüququ vardır. Firma adlarının qeydiyyatı və işlədilməsi qaydası 

qanunvericiliklə müəyyənləşdirilir. 

50.3. Başqa hüquqi şəxsin firma adı ilə hüquqlar və vəzifələr əldə etməyə yol verilmir. 

Özgəsinin qeydə alınmış firma adından haqsız istifadə edən şəxs firma adına hüququ 

olanın tələbi ilə ondan istifadəyə son qoymalı və vurduğu zərərin əvəzini ödəməlidir. (

38



Maddə 51. Hüquqi şəxsin olduğu yer 

Hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının 



qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. (

48



Maddə 52. Hüquqi şəxsin məsuliyyəti 

52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 

52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna 

olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs 

isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. 

Maddə 53. Nümayəndəliklər və filiallar 

53.1. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil 

və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. 

53.2. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və 

ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi 

filial sayılır. 

53.3. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi 

əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi 

şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. 

Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının 

filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının 

vətəndaşları olmalıdır. (

38



Maddə 54. İdarə 

54.1. Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli 

funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. 

54.2. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət 

göstərir. 



54.3. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz 

fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun 

sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. 

54.4. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. 

54.5. Dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin 

xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir. 



Maddə 55. Hüquqi şəxsin yenidən təşkili 

55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) 

onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş 

orqanının qərarı ilə həyata keçirilə bilər. 

55.2. Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir 

və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə 

həyata keçirilir. 

55.3. Məhkəmə hüquqi şəxsin kənar idarəçisini təyin edir və ona hüquqi şəxsi yenidən 

təşkil etməyi tapşırır. Kənar idarəçinin təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə 

etmək səlahiyyətləri ona keçir. Kənar idarəçi məhkəmədə hüquqi şəxsin adından çıxış 

edir, bölünmə balansını tərtib edib baxılmaq üçün onu yenidən təşkil nəticəsində yaranan 

hüquqi şəxslərin nizamnamələri ilə birlikdə məhkəməyə verir. Məhkəmənin qanuni 



qüvvəyə minmiş qərarı, qanunvericiliyin tələblərinə riayət edilməklə yeni yaranan hüquqi 

şəxslərin dövlət qeydiyyatına alınması üçün əsasdır. 

55.4. Qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs yeni yaranan 

hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır. 

55.5. Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən 

qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin 

dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. 

(

10





Maddə 56. Hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi 

56.1. Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına 

uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. 

56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və 

vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. 

56.3. Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq 

yeni yaranmış hüquqi şəxslərə keçir. 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə