Azərbaycan Respublikasının Mülki Məcəlləsi
54-cü fəsil.
Qiymətli kağızlar
§ 1. Qiymətli kağızlar haqqında ümumi müddəalar
Maddə 987. Qiymətli kağız anlayışı
987.1. Qiymətli kağız onun mülkiyyətçisi və emitenti arasında müqavilə münasibətlərinin
mövcudluğunu və mülkiyyətçinin həmin müqavilədən irəli gələn hüquqlarını təsdiqləyən
sənəddir. Emitent qiymətli kağızı emissiya etmiş, buraxmış və ya vermiş şəxsdir.
987.2. Qiymətli kağızların növləri, məcburi rekvizitləri, onlara aid tələblər, qiymətli
kağızlar və qiymətli kağız bazarı ilə bağlı münasibətlər bu Məcəllə və “Qiymətli kağızlar bazarı
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
i[398]
987.3. Qiymətli kağızın məcburi rekvizitlərinin olmaması və ya qiymətli kağızın
onun üçün müəyyənləşdirilmiş formaya uyğun gəlməməsi onun əhəmiyyətsizliyinə
səbəb olur.
Maddə 988. Qiymətli kağız üzrə öhdəliklər və onların icrası
988.1. Qiymətli kağızda emitentə qarşı təsbit edilmiş hər hansı tələb həmin qiymətli kağızla
təsdiqlənir. Belə tələbin etibarlılığı onu əmələ gətirən əqdin mövcudluğundan və ya
etibarlılığından asılı deyildir. Qiymətli kağızla təsdiqlənmiş öhdəliyin icrasından onun əsasının
olmamasına və ya onun etibarsızlığına istinadla imtina edilməsinə yol verilmir.
ii[399]
988.2. Qiymətli kağız üzrə borclu icranı yalnız qiymətli kağızın ona verilməsi ilə
eyni vaxtda həyata keçirməlidir.
Emitent qiymətli kağızın mülkiyyətçisinə icranı hansı
həcmdə həyata keçirmişdirsə, öz öhdəliyindən də həmin həcmdə azad edilir.
iii[400]
988.3. Qiymətli kağızı vermiş emitent və onu indossament etmiş bütün şəxslər
onun
mülkiyyətçisi qarşısında birgə məsuliyyət daşıyırlar. Qiymətli kağızın
mülkiyyətçisinin tələbi qiymətli kağız üzrə öhdəlik götürmüş bir və ya bir neçə şəxs
tərəfindən yerinə yetirildikdə, o (onlar), qiymətli kağız üzrə öhdəlik götürmüş qalan
şəxslər qarşısında geriyə tələb (reqres) hüququ əldə edir.
iv[401]
988.4. Qiymətli kağızla təsdiqlənmiş öhdəliyin icrasından onun əsasının
olmamasına və ya onun etibarsızlığına istinadla imtina edilməsinə yol verilmir.
v[402]
988.5. Qiymətli kağızın mülkiyyətçisi qiymətli kağızda aldatma və ya saxtalaşdırma
aşkar etdikdə kağızı ona vermiş borcluya qarşı qiymətli kağızla təsdiqlənmiş öhdəliyin
lazımınca yerinə yetirilməsi və zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilər.
vi[403]
Maddə 989. Adlı qiymətli kağızlar
vii[404]
989.1. Mülkiyyətçisinin adı üzərində təsbit edilən və ya mülkiyyət hüququ mərkəzi
depozitarda qeydiyyata alınmış qiymətli kağız adlı qiymətli kağızdır.
989.2. Adlı qiymətli kağız üzrə borclu icranı yalnız özünün adına qiymətli kağız verilmiş
və ya digər qaydada qiymətli kağıza mülkiyyət hüququnu əldə etmiş şəxs kimi, yaxud həmin
şəxsin hüquq varisi kimi təsdiq edən şəxs həyata keçirməlidir. Əgər borclu icranı bu cür təsdiq
olmadan həyata keçirsə, o, qiymətli kağıza dair öz hüququnu sübut edəcək üçüncü şəxs
qarşısında öhdəliyindən azad edilmir.
Maddə 990. Adsız qiymətli kağızlar
990.1. Qiymətli kağız o halda adsız sayılır ki, ona əsasən emitent öhdəliyi bu
qiymətli kağızı təqdim edən istənilən şəxsə icra etməyi öz üzərinə götürür.
990.2. Əgər məhkəmənin qərarı ilə və ya başqa qanuni göstəriş əsasında qadağan
edilərsə, emitent adsız qiymətli kağız üzrə sonrakı ödənişləri icra etməməlidir.
viii[405]
Maddə 991. Sənədli qiymətli kağızlar
ix[406]
991.1. Sənədli qiymətli kağız saxtalaşdırma imkanlarını aradan qaldırmaq məqsədi ilə
xüsusi qaydada hazırlanmış kağız blanklarda (sertifikatda) çap edilmiş qiymətli kağız formasıdır.
991.2. Sənədli qiymətli kağız blanklarına və onları hazırlayan şəxslərə aid tələblər müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 992. Qiymətli kağızların dövlət qeydiyyatı
x[407]
Qiymətli kağızlar (investisiya fond payı istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı
tərəfindən dövlət qeydiyyatına alınır.
Maddə 992-1. Qiymətli kağızlar bazarı və qiymətli kağızlar bazarının
iştirakçıları
xi[408]
992-1.1. Qiymətli kağızlar bazarı qiymətli kağızların emissiyası, buraxılması,
tədavülü, ödənilməsi, sahibliyi, saxlanılması, onlarla əqdlərin bağlanması, digər
əməliyyatların aparılması üzrə subyektlər arasında olan hüquqi və iqtisadi
münasibətlərin məcmusudur.
992-1.2. Qiymətli kağızlar bazarının iştirakçıları qiymətli kağızların emissiyasında,
tədavülündə, ödənilməsində, sahibliyində, saxlanılmasında, qiymətli kağızlarla
əməliyyatların aparılmasında subyekt və ya tərəf kimi çıxış edən şəxslər, habelə
qiymətli kağızlar bazarının tənzimlənməsini həyata keçirən dövlət və qeyri-
kommersiya təşkilatları olan qiymətli kağızlar bazarının iştirakçılarının özünü
tənzimləyən təşkilatlarıdır.
992-1.3. Emitent qiymətli kağızların emissiyasını qanunvericiliklə müəyyən
edilmiş qaydada həyata keçirən şəxs, müvafiq icra hakimiyyəti orqanı və müvafiq
qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı və ya bələdiyyədir.
992-1.4. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət hüquqi və ya fiziki şəxslər
tərəfindən qiymətli kağızlar bazarında xüsusi razılıq (lisenziya) əsasında həyata
keçirilən sahibkarlıq fəaliyyətidir.
992-1.5. Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları qiymətli kağızlar
bazarında xüsusi razılıq (lisenziya) əsasında sahibkarlıq fəaliyyətini həyata keçirən
hüquqi şəxslərdir.
xii[409]
992-1.6. Qiymətli kağızların nominal saxlayıcısı hüquq sahibinin tapşırığı ilə və
onun xeyrinə qiymətli kağız sahiblərinin reyestrində qeydə alınmış və bu qiymətli
kağızların hüquqi mülkiyyətçisi olmayan şəxsdir.