Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi


AZƏRBAYCAN RESPUBLİKASININ



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə2/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   78

AZƏRBAYCAN RESPUBLİKASININ  
MÜLKİ PROSESSUAL MƏCƏLLƏSİ 
1  
BİRİNCİ BÖLMƏ 
ÜMUMİ QAYDALAR 
F ə s i l   1 
ƏSAS QAYDALAR 
M a d d  ə  1 .  Mülki məhkəmə icraatı haqqında qanunvericilik 
1.1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və iqtisadi mübahisələr üzrə 
məhkəmə  icraatının  qaydası  Azərbaycan  Respublikasının  Konstitusiyası,  «Məhkəmələr və 
hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə 
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. 
1.2.  Azərbaycan  Respublikası  Konstitusiyasının  normaları  Azərbaycan  Respublikasının 
bütün  ərazisində  ali  hüquqi  qüvvəyə  və  birbaşa təsirə  malikdir.  Azərbaycan  Respublikası 
Konstitusiyasının  normaları  və  məhkəmə  icraatı  qaydasını  tənzimləyən  normalar  arasında 
ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. 
1.3.  Mülki  prosessual  fəaliyyət  sahəsində  insan  və  vətəndaşın  hüquq  və  azadlıqlarını  ləğv 
edən və  ya  məhdudlaşdıran,  habelə  ədalət  mühakiməsinin  həyata  keçirilməsi  zamanı 
məhkəmənin  müstəqilliyini  və  tərəflərin  çəkişmə  prinsipini  pozan,  eləcə  də  sübutlara 
əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz. 
1.4.  Digər  qanunlarda  olan  prosessual  hüquq  normaları  bu  Məcəllənin  müddəalarına 
uyğunlaşdırılmalıdır. 
1.5.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə  prosessual 
qanunvericilikdən fərqli  qaydalar  müəyyən  edilərsə,  beynəlxalq  müqavilənin  qaydaları  tətbiq 
edilir. 
M a d d  ə  2 .  Mülki məhkəmə icraatının vəzifələri 
2.1. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və 
yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər 
normativ  hüquqi  aktlarından  irəli  gələn  hüquq  və  mənafelərinin  məhkəmədə  təsdiq 
olunmasıdır. 
2.2.  Mülki  məhkəmə  icraatı  qanunçuluğun  və  ictimai  qaydanın  bərqərar  edilməsinə, 
vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 
M a d d  ə  3 .  Mülki prosessual qanunvericiliyin zamana və məkana görə qüvvəsi 
3.1. Məhkəmə icraatı işə baxılan, ayrı‐ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud 
məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 
3.2.  Azərbaycan  Respublikasının  ərazisində  hər  hansı  haldan  asılı  olmayaraq,  Azərbaycan 
Respublikasının mülki prosessual qanunvericiliyi qüvvədə olur. 
3.3.  Azərbaycan  Respublikasının  ərazisindən kənarda  Azərbaycan  Respublikası  mülki 
prosessual  qanunvericiliyinin  müddəaları  Azərbaycan  Respublikasının  bayrağını  daşıyan  və 


yaxud  tanınma  nişanı  olan  dəniz,  çay  və  yaxud  hava  gəmilərində  və  ya  onların  olduğu 
limanlarda tətbiq olunur. 
3.4.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrlə  Azərbaycan 
Respublikası  mülki  prosessual  qanunvericiliyinin  məkana  görə  tətbiqinin  digər  qaydaları  da 
müəyyən oluna bilər. 
M a d d  ə  4 .  Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 
4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə 
də  maraqlarını  qorumaq  və  təmin  etmək məqsədi  ilə  qanunla  müəyyən  edilmiş  qaydada 
məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 
4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. 
4.3.  Əgər  qanunla  müəyyən  kateqoriya  iqtisadi  mübahisələr  üçün  məhkəməyə  qədər 
nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə 
nəzərdə  tutularsa,  mübahisə  həmin  qaydaya  riayət  edildikdən  sonra  iqtisad  məhkəməsinin 
həllinə verilə bilər. 
M a d d  ə  5 .  Məhkəmədə mülki işə başlama 
5.1.  Hər  hansı  fiziki  və  yaxud  hüquqi  şəxs  öz  hüququnun  və  ya  qanunla  qorunan 
mənafeyinin  müdafiəsi  və  yaxud  təsdiqi  üçün  məhkəməyə  müraciət  etdiyi  hallarda 
məhkəmədə iş başlanılır. 
5.2.  Qanunda  nəzərdə  tutulmuş  hallarda  başqa  şəxsin,  yaxud  şəxslərin  hüquq  və 
mənafelərinin,  yaxud  dövlətin  mənafeyinin  müdafiəsi  üçün  şəxsin  və  ya  orqanların  ərizəsinə 
əsasən də iş başlana bilər. 
5.3.  Həmin  şəxslər  mövcud  qanunvericiliyə  uyğun  olaraq  ərizə  və  ya  şikayət  əsasında  iş 
başlaya bilərlər. 
5.4. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi 
ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. 
5.5.  Bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla  hər  hansı  instansiya 
məhkəməsinin icraatında olan iş tələb oluna bilməz. 
M a d d  ə  6 .  Ədalət mühakiməsinin məhkəmə tərəfindən həyata keçirilməsi 
Mülki  işlər və  iqtisadi  mübahisələr  üzrə  ədalət  mühakiməsi  yalnız  məhkəməyə  aiddir  və 
məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 
M a d d  ə  7 .  Hakimlərin müstəqilliyi 
7.1. Ədalət mühakiməsini həyata keçirərkən hakimlər müstəqildirlər. 
7.2. Hakimlər mülki işləri və iqtisadi mübahisələri kənar müdaxilə təsirindən azad şəraitdə 
həll edirlər. 
7.3.  Başqası  tərəfindən
məhkəmə  icraatının  bilavasitə  və  yaxud  dolayısı  ilə 
məhdudlaşdırılması,  qanunsuz  təsir,  hədə‐qorxu,  müdaxilə  yolverilməzdir  və  qanunla 
müəyyən olunmuş məsuliyyətə səbəb olur. 
M a d d  ə  8 .  Qanun və məhkəmə qarşısında bərabərlik 
8.1.  Mülki  işlər və  iqtisadi  mübahisələr  üzrə  ədalət  mühakiməsi  hamının  qanun  və 
məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə