Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə4/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   78

13.7.  Azərbaycan  Respublikası  Konstitusiyasının  və  qanunlarının  şərhi  məhkəmə  üçün  o 
halda  məcburidir  ki,  bu  şərh  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  qərarında 
verilmiş olsun. 

M a d d  ə  1 4 .  İş üzrə məhkəmə baxışının prinsipləri 
14.1. Məhkəmə həqiqətə nail olmaq üçün,  işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi 
şərait  yaradır.  Bunun  üçün  məhkəmə: işdə  iştirak  edən  şəxslərə  onların  prosessual  hüquq  və 
vəzifələrini  izah  edir,  görüləcək,  yaxud  görülməyəcək hərəkətlərin  nəticələri  barədə  onları 
xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə 
etməlidir. 
14.3.  Məhkəmə  tərəflərə  məhkəmə  baxışını  barışıq  sazişi  ilə  tamamlamağı təklif  etməyə 
borcludur  və  tərəflər  qanunda  nəzərdə  tutulan  hallar  istisna  edilməklə,  iddianı  etiraf  edə  və 
yaxud ondan imtina edə bilərlər. 
14.4.  İşdə  iştirak  edən  şəxslər,  qanunla  onların  nümayəndəliyi  zəruri  olan  hallar  istisna 
edilməklə,  özləri  öz  hüquq  və  mənafelərini  müdafiə  edə  bilərlər.  Onlar  maraqlarının  təmsil 
olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq 
məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. 
14.5.  Bu  Məcəllə  ilə  vəkilin  prosesdə  məcburi  iştirakı  tələb  olunduğu  hallarda  işdə  iştirak 
edən  şəxslərin  vəkilin  xidmətlərini  ödəmək  üçün  kifayət qədər vəsaiti  olmadıqda,  onlar 
maraqlarının  təmsil  olunması  və  prosessual  hüquqlarının  həyata  keçirilməsi  üçün  pulsuz 
(dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. 
7 
M a d d  ə  1 5 .  Məhkəmə aktlarının məcburiliyi 
15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 
15.2.  Məhkəmələrin  qanuni  qüvvəyə  minmiş  qətnaməsi,  qərardadı,  qərarı,  əmri  bütün 
dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi 
partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün 
məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 
15.3.  Məhkəmə  aktının  icra  olunmaması,  habelə  məhkəməyə  digər  hörmətsizlik  halları 
qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 
15.4.  Məhkəmə  aktları  maraqlı  şəxslərin  mənafelərinə  toxunduqda  bu  aktların  məcburiliyi 
işdə  iştirak  etməyən  maraqlı  şəxslərin  öz  hüquqlarının  və  qanunla  qorunan  mənafelərinin 
müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. 
15.5.  Azərbaycan  Respublikası  ərazisində  xarici  dövlətlərin,  beynəlxalq  məhkəmələrin  və 
iqtisad  məhkəmələrinin  aktlarının  məcburiliyi  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 
beynəlxalq müqavilələrlə və bu Məcəllə ilə müəyyən olunur. 
M a d d  ə  1 6 .  Beynəlxalq məhkəmələrin səlahiyyətləri 
Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  müvafiq  olaraq 
tərəflər,  habelə  işdə  iştirak  edən  digər  şəxslər,  bu  Məcəllədə  nəzərdə  tutulan  hüquqi  müdafiə 
vasitələri  bitərsə,  insan  hüquq  və  azadlıqlarının  müdafiəsi  üçün  beynəlxalq  məhkəmələrə 
müraciət edə bilərlər. 
F ə s i l   2 


MƏHKƏMƏNİN TƏRKİBİ. ETİRAZLAR 
M a d d  ə  1 7 .  Məhkəmənin tərkibi 
17.1.  Mülki  işlər və  iqtisadi  mübahisələr  üzrə  ədalət  mühakiməsinin  qanunla  müəyyən 
olunmuş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər. 
17.2. İşə təkbaşına baxan və ya prosesin digər məsələlərini həll edən hakim və ya kollegial 
tərkibli məhkəmə məhkəmənin adından fəaliyyət göstərir. İşə təkbaşına baxan hakim prosesdə 
sədrlik edir. 
17.3. İşlərə baxılması zamanı bütün hakimlər bərabər hüquqlara malikdirlər. 
M a d d  ə  1 8 .  Məhkəmələrdə kollegial tərkibdə məsələlərin həll edilmə qaydası 
18.1.  Kollegial  tərkibdə  işlərin  baxılması  və  həll  edilməsi  zamanı  meydana  çıxan  bütün 
məsələlər  hakimlər tərəfindən səs  çoxluğu  ilə  həll  edilir.  Hər  bir  məsələ  həll  edilərkən 
hakimlərdən heç biri səsvermədə bitərəf qalmağa haqlı deyildir. Sədrlik edən axırıncı səs verir. 
18.2.  Əksəriyyətin  qəbul  etdiyi  qərar  ilə  razılaşmayan  hakim  həmin  qərarı  imza  etməyə 
borcludur.  O,  öz  rəyini  yazılı  şəkildə  şərh  edə  bilər və  rəy işə  əlavə  olunur,  lakin,  məhkəmə 
iclasında elan edilmir. 
18.3.  Hakimlər  müşavirə  və  səsvermə  zamanı,  habelə  qulluq  vəzifələrinin  icrası  başa 
çatanadək müşavirənin və səsvermənin gizliliyini saxlamağa borcludur. 
M a d d  ə  1 9 .   Hakim  tərəfindən işə  baxılmasına  yol  verilməməsi  və  hakimə  etiraz 
etmək üçün əsaslar 

19.1. Hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: 
19.1.1. o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim 
vəzifəsinə təyin edilməmişsə; 
19.1.2. o, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün 
nəzərdə tutulmuş hakim deyildirsə; 
19.1.3.  o,  əvvəllər  hakim  kimi,  birinci  instansiya  məhkəməsində,  apellyasiya  və  kassasiya 
instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə. 
19.2. Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: 
19.2.1. o, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, 
mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; 
19.2.2.  o,  tərəflərdən  biridirsə  və  ya  tərəflərdən  birinin  və  yaxud  onun  nümayəndəsinin 
qohumudursa və ya qohumu olmuşsa; 
9 
19.2.3.  o,  şəxsən,  bilavasitə  və  ya  dolayı  yolla  işin  nəticəsində  maraqlıdırsa,  ya  da  onun 
obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. 
19.3.  Bir‐biri  ilə  qohum  olan  şəxslərin  işə  baxan  məhkəmə  tərkibində  iştirakına  yol 
verilmir.
10 
Qeyd: Bu Məcəllədə “qohum” dedikdə, babaya  və nənəyə qədər  əcdadları ümumi olan şəxslər, ər‐
arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və 
bacının,  uşağın,  övladlığa  götürənin  və  ya  nəvənin  əri  (arvadı)  və  ya  onların  yaxın  qohumları  nəzərdə 
tutulur.  Yaxın  qohumlara babalar,  nənələr,  valideynlər,  övladlığa  götürənlər, doğma  və ögey  qardaşlar 
və bacılar, ər‐arvad, uşaqlar, övladlığa götürənlər, nəvələr aiddirlər. 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə