Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə5/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   78

M a d d  ə  2 0 .   Ekspertə,  mütəxəssisə, tərcüməçiyə, məhkəmə  iclasının  katibinə  etiraz 
etmək üçün əsaslar 
20.1.  Etiraz  etmək  üçün  bu  Məcəllənin  19‐cu  maddəsində  göstərilən  əsaslar  eyni  ilə 
ekspertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə iclasının katibinə də aiddir. 
20.2.  Ekspert  və  ya  mütəxəssis,  bunlardan  başqa  aşağıdakı  hallarda  da  işə  baxılmasında 
iştirak edə bilməz: 
20.2.1. o, işdə iştirak edən şəxslərdən və ya onların nümayəndələrindən qulluq mövqeyinə 
görə və ya sair cəhətdən asılıdırsa, yaxud asılı olmuşsa; 
20.2.2. o, məhkəməyə müraciət etməyə əsas verən materiallar üzrə təftiş aparmışsa və ya bu 
materiallardan həmin işin baxılmasında istifadə edilirsə; 
20.2.3. onun səlahiyyəti olmadığı müəyyən edilərsə. 
20.3. Ekspertin, mütəxəssisin, tərcüməçinin və məhkəmə iclası katibinin, həmin işə əvvəllər 
baxılmasında müvafiq olaraq ekspert, mütəxəssis, tərcüməçi və məhkəmə iclası katibi qismində 
iştirak etmələri onlara etiraz edilməsi üçün əsas deyildir. 
M a d d  ə  2 1 .  Özü özünə etiraz və etiraz etmə haqqında ərizələr 
21.1.  Bu  Məcəllənin  19  və  20‐ci  maddələrində  göstərilən  hallar  olduqda  hakim,  ekspert, 
mütəxəssis,  tərcüməçi,  məhkəmə  iclasının  katibi  özü  özünə  etiraz  etməyə  borcludur.  İşdə 
iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. 
21.2.  Etiraz  etmə  və  ya  özü  özünə  etiraz  etmə  yazılı  formada  əsaslandırılmalı  və  işə 
mahiyyəti  üzrə  baxılmağa  başlanana  qədər  edilməlidir.  Sonradan  etiraz  etməyə  və  ya  özü 
özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə 
işə baxılmağa başlanandan sonra məlum olsun. 
21.3.  Məhkəməyə  etiraz  edən tərəf  etirazın  əsaslarını  sübut  etməlidir.  Etirazın  əsaslarına 
dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. 
21.4. Əgər etiraz məhkəmə iclasında tərəflərin çıxışından sonra edilmişsə, bu halda o, etiraz 
üçün səbəblərin sonradan məlum olduğunu sübut etməlidir. 
21.5. Əgər etiraz məhkəmə prosesini ləngitmək məqsədi ilə edilmişsə və ya etirazın dəlilləri 
uydurma olaraq həqiqətə uyğun deyildirsə, bu halda, etirazı vermiş yüz on manatadək cərimə 
edilə bilər.
11 
21.6.  Eyni  hakimə,  ekspertə,  mütəxəssisə, tərcüməçiyə  və  ya  məhkəmə  iclasının  katibinə 
eyni əsaslar üzrə eyni şəxs, onun nümayəndəsi və ya vəkili tərəfindən məhkəməyə təkrar etiraz 
verilə bilməz. 
12 
M a d d  ə  2 2 .  Edilmiş etirazın həll edilmə qaydası 
22.1.  Etiraz  edilmişsə, məhkəmə  işdə  iştirak  edən  şəxslərin  fikrini,  həmçinin  etiraz  olunan 
şəxs izahat vermək istəyirsə, onun izahatını dinləməlidir. 
22.2. İşə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll 
edilir. 
22.3. Məhkəmədə işlərə  kollegial baxıldığı zaman hakimlərdən birinə edilmiş etiraz, etiraz 
edilənin  iştirakı  olmadan  digər  hakimlər tərəfindən həll  edilir.  Etirazın  lehinə  və  əleyhinə 
verilən səslərin  sayı  bərabər  olduqda,  hakim  kənar  edilmiş  hesab  edilir.  Apellyasiya  və 
kassasiya qaydasında işə baxan bir neçə hakimə və ya bütün məhkəmə tərkibinə edilən etiraz 
apellyasiya və ya kassasiya instansiyası məhkəmələrinin sədrləri tərəfindən həll edilir. 


22.4.  Eskpertə,  mütəxəssisə, tərcüməçiyə  və  məhkəmə  iclasının  katibinə  etiraz  haqqında 
məsələ işə baxan hakim və məhkəmə tərəfindən həll edilir. 
22.5.  Əgər  etiraz  birinci  instansiya  məhkəməsində  işə  baxan  məhkəmə  sədrinə,  yaxud 
təktərkibli  məhkəmənin  hakiminə  edilmişsə,  bu  halda  etiraz,  baxılmaq  üçün  apellyasiya 
instansiyası məhkəməsinə göndərilir.
13 
22.6.  Etiraz  etmə  və  ya  özü  özünə  etiraz  etmə  məsələləri  barədə  məhkəmə  qərardadı 
çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. 
M a d d  ə  2 3 .  Etirazın və ya özü özünə etirazın təmin edilməsinin nəticələri 
23.1.  Birinci  instansiya  məhkəmələrində  işə  baxan  hakimə  etiraz  və  ya  özü  özünə  etiraz 
təmin edildiyi halda bu işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. 
23.2.  Birinci  instansiya  məhkəməsinin  bütün  tərkibinə  və  ya  təktərkibli  məhkəmənin 
hakiminə  edilmiş  etiraz  və  ya  özü  özünə  etiraz  təmin  edilmişsə,  bu  halda  iş  apellyasiya 
instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir.
14 
23.3.  Kollegial  tərkibdə  işə  baxan  məhkəmənin  bütün  tərkibinə  edilmiş  etiraz  və  ya  özü 
özünə etiraz təmin olunduqda iş həmin məhkəmədə başqa tərkibə verilir. 
23.4.  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məhkəməsində  birinci  instansiya  qaydasında 
işlər  üzrə  hakimə  etiraz  və  ya  özü  özünə  etiraz,  yaxud  məhkəmənin  bütün  tərkibinə  etiraz 
edilərsə, bu halda iş başqa hakim və ya başqa tərkib tərəfindən həmin məhkəmədə baxılır. 
15 
F ə s i l   3 
MƏHKƏMƏ AİDDİYYƏTİ 
16 
M a d d  ə  2 4 .  Mübahisələrin məhkəməyə aidiyyəti 
24.1.  Azərbaycan  Respublikasının  məhkəmələri,  bu  Məcəlləyə  və  ya  digər  qanunlara 
müvafiq  olaraq  onların  müdafiəsi  məhkəmədən kənar  digər  qaydada  həyata  keçirilmirsə, 
pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. 
24.2.  Mübahisənin  ümumi  məhkəməyə  və  ya  iqtisad  məhkəməsinə  aidiyyəti  işdə  iştirak 
edən  şəxslərin  subyektiv  tərkibi,  yaxud  mübahisənin  predmeti  və  ya  hüquq  münasibətlərinin 
xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 
M a d d  ə  2 5 .  Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 
25.1.  Mülki  məhkəmə  icraatı  qaydasında  mülki,  ailə,  əmək,  mənzil,  torpaq  münasibətləri, 
təbii  ehtiyatlardan  istifadə  olunması  və  ya  ətraf  mühitin  qorunması,  vergi,  inzibati  və  digər 
münasibətlərdən  əmələ  gələn  mübahisələr  üzrə  tərəflərdən  heç  olmasa  biri  fiziki  şəxsdirsə  və 
onun  fərdi  sahibkar  statusu  yoxdursa  və  ya  belə  statusu  olsa  da,  mübahisə  onun  sahibkarlıq 
fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi 
məhkəmələr baxır. 
25.2.  Ümumi  məhkəmələr  bu  Məcəllənin  24—29‐cu  fəsillərində  göstərilən  xüsusi  iddia 
icraatı işlərinə baxırlar. 
25.3. Ümumi məhkəmələr bu Məcəllənin 305‐ci maddəsində göstərilən xüsusi icraat işlərinə 
baxırlar. 
25.4.  Ümumi  məhkəmələr  qanunla  onların  səlahiyyətlərinə  aid  edilən  digər işlərə  də 
baxırlar. 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə