Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə8/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   78

çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir‐biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul 
etmiş məhkəməyə göndərilməlidir. 
31 
43.2.  Bir‐biri  ilə  əlaqəli  olan  işlərin  bir  icraatda  birləşdirilməsi  həm işdə  iştirak  edən 
şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 
32 
M a d d  ə  4 4 .  Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi 
44.1.  Aidiyyət  qaydalarına  riayət  edilməklə  məhkəmənin  öz  icraatına  qəbul  etdiyi  iş, 
sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 
44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 
44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə 
vermək haqqında vəsatət verərsə; 
44.2.2.  iş  həmin  məhkəmədə  baxıldığı  zaman  onun  aidiyyət  qaydalarının  pozulması  ilə 
icraata qəbul edildiyi aşkar olarsa; 
44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də 
digər  ciddi  səbəblərdən həmin  məhkəmədə  onları  əvəz  etmək və  ya  işə  baxmaq  mümkün 
olmazsa; 
44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 
33 
44.2.5.  hər  iki  tərəf işə  sübutların  əksər  hissəsinin  olduğu  yerin  məhkəməsində  baxılması 
barədə vəsatət vermişdirsə;
34 
44.2.6. bu Məcəllənin 43‐cü maddəsində nəzərdə tutulmuş hallarda. 
M a d d  ə  4 5 .   İşlərin  başqa  məhkəməyə  verilməsi  və  aidiyyət məsələlərindən  şikayət 
vermə qaydası 
45.1.  Mübahisənin  məhkəməyə  aidiyyəti  ilə  əlaqədar  məsələlər  ərizənin  məhkəmənin 
icraatına  qəbul  edilməsi  və  ya  işin  hakim  tərəfindən  baxılmağa  hazırlanması  mərhələsində, 
yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. 
45.2.  Mübahisənin  məhkəməyə  aid  olmaması  və  ya  işin  başqa  məhkəməyə  verilməsi 
məsələləri  barədə  hakim  bu  Məcəllənin  21‐ci  fəslinin  qaydalarına  uyğun  olaraq  qərardad 
çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) 
andan 10 gün ərzində şikayət verilə bilər. 
35 
45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə 
müddəti başa çatdıqdan sonra icra edilir. 
45.4.  Bir  məhkəmədən  digərinə  göndərilən iş,  onun  göndərildiyi  məhkəmə  tərəfindən 
baxılmağa qəbul  edilməlidir.  Məhkəmələr  arasında  ərazi  aidiyyətinə  dair  mübahisələrə  yol 
verilmir. 
Məhkəmələr  arasında  fikir  ayrılığı  olduğu  hallarda  apellyasiya  instansiyası  məhkəməsi 
tərəfindən iş bir məhkəmədən başqasına verilir. 
45.5.  İşin  bu  Məcəllənin  44.2.3  və  44.2.4‐cü  maddələrində  nəzərdə  tutulmuş  hallarda  aid 
olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. 
45.6.  Fövqəladə  vəziyyətin  tətbiq  edildiyi  ərazidə  ədalət  mühakiməsinin  birinci  instansiya 
məhkəməsi  tərəfindən həyata  keçirilməsi  qeyri‐mümkün  olduqda  bu  səlahiyyət  Azərbaycan 
Respublikasının Ali Məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilə bilər. 
36 
F ə s i l   5 


İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏR VƏ PROSESİN DİGƏR İŞTİRAKÇILARI 
M a d d  ə  4 6 .  İşdə iştirak edən şəxslərin tərkibi 
Tərəflər,  üçüncü  şəxslər,  ərizəçilər,  maraqlı  şəxslər,  pozulmuş  və  ya  mübahisə  edilən 
hüquqlarının  müdafiəsi  üçün  məhkəməyə  müraciət  etmək  hüququ  olan  ictimai  təşkilatlar, 
dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər. 
M a d d  ə  4 7 .  İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 
47.1.  İşdə  iştirak  edən  şəxslər  prosessual  qanunvericiliklə  onlara  verilmiş  prosessual 
hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 
47.2. İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və 
surət  çıxarmaq,  etirazlar  vermək,  sübutlar  təqdim  etmək və  onların  tədqiqində  iştirak  etmək, 
işdə  iştirak  edən  digər  şəxslərə,  şahidlərə,  ekspertlərə  və  mütəxəssislərə  suallar  vermək, 
vəsatətlər,  o  cümlədən də  əlavə  sübutların  tələb  edilməsi  barədə  vəsatətlər  vermək, 
məhkəməyə  şifahi  və  yazılı  izahatlar  vermək,  məhkəmə  prosesinin  gedişi  vaxtı  ortaya  çıxan 
bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə 
etiraz  etmək,  məhkəmə  qərarlarından  şikayət  etmək və  mülki  məhkəmə  icraatı  barədə 
qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. 
47.3.  İşdə  iştirak  edən  şəxslər,  mülki  məhkəmə  icraatı  barədə  qanunvericiliklə  nəzərdə 
tutulan, icra olunmaması nəticə yarada bilən hallarda prosessual vəzifələr daşıyırlar. 
M a d d  ə  4 8 .  Mülki_prosessual_hüquq_qabiliyyəti'>Mülki prosessual hüquq qabiliyyəti 
Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən 
mülki  prosessual  hüquqlar  əldə  etmək və  vəzifələr  daşımaq  qabiliyyətinə  (mülki‐prosessual 
hüquq qabiliyyəti) malikdir. 
M a d d  ə  4 9 .  Mülki prosessual fəaliyyət qabiliyyəti 
49.1.  Öz  fəaliyyəti  ilə  məhkəmədə  hüquqlarını  həyata  keçirmək və  vəzifələrini  yerinə 
yetirmək,  işin  aparılmasını  nümayəndəyə  tapşırmaq  qabiliyyəti  (mülki‐prosessual  fəaliyyət 
qabiliyyəti)  tam  həcmdə  yetkinlik  yaşına  çatmış  hər  bir  fiziki  şəxsə  və  qanunvericiliklə 
müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 
49.2. On altı yaşı olan yetkinlik yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli elan edildiyi 
halda (emansipasiya) o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər. 
49.3.  Yetkinlik  yaşına  çatmayan  on  dörd  yaşından  on  səkkiz  yaşınadək  şəxslərin,  habelə 
məhdud  fəaliyyət  qabiliyyətli  hesab  edilən  şəxslərin  hüquq,  azadlıq  və  qanunla  qorunan 
mənafeləri  məhkəmədə  onların  qanuni  nümayəndələri  tərəfindən  qorunur.  Lakin  məhkəmə 
yetkinlik  yaşına  çatmayanların  və  ya  məhdud  fəaliyyət  qabiliyyətli  hesab  edilən  şəxslərin 
özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. 
49.4.  On  dörd  yaşınadək  yetkinlik  yaşına  çatmayanların,  habelə  fəaliyyət  qabiliyyəti 
olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla  qorunan mənafelərini məhkəmədə 
onların qanuni nümayəndələri qoruyurlar. 
49.5.  Qanunla  nəzərdə  tutulan  hallarda  mülki,  ailə,  əmək,  inzibati  və  digər  hüquq 
münasibətlərindən  əmələ  gələn və  alınmış  əmək  haqqı  və  ya  sahibkarlıq  fəaliyyətindən  əldə 
edilən gəlirə  sərəncam  verməklə  əlaqədar  olan  əqdlər  üzrə  öz  hüquq,  azadlıq  və  qanunla 
qorunan mənafelərini yetkinlik yaşına çatmayanlar məhkəmədə şəxsən özləri müdafiə edirlər. 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə