Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də İran İslam Respublikası



Yüklə 203,47 Kb.
səhifə1/4
tarix25.06.2018
ölçüsü203,47 Kb.
#51822
  1   2   3   4


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də İran İslam Respublikası

Prezidenti Aparatının rəhbəri Mahmud Vaezini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli

münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, Prezident Həsən Ruhaninin Azərbaycana

son səfərini məmnunluqla xatırlayıb və səfərin çox uğurlu olduğunu, əldə edilmiş razılaşmalar

və imzalanmış sənədlərin böyük önəm daşıdığını deyib. Bu səfərdən keçən dövr ərzində əla-

qələrimizin yeni dinamika aldığını qeyd edən Prezident İlham Əliyev uzun illər həll olunmamış

məsələlərin birgə səylərlə öz həllini tapdığını bildirib.

Mahmud Vaezi qeyd edib ki, İran-Azərbaycan ikitərəfli münasibətləri müxtəlif sahələrdə

uğurla  inkişaf  edir.  Azərbaycan  ilə  İran  arasında  keçid  məntəqəsi  24  saatlıq  iş  rejimində

çalışır, Azərbaycanda  avtomobil  istehsalı  zavodu  fəaliyyətə  başlayıb, Azərbaycandan  İrana

enerji  ixracı  həyata  keçirilir.  Nəqliyyat  sahəsində  əməkdaşlıq  durmadan  genişlənir, Astara-

Astara dəmir yolunun tikintisi uğurla başa çatıb, yük terminallarının inşası davam edir.

Söhbət  zamanı  humanitar-mədəni  əlaqələrin  və  turizm  sahəsində  uğurlu  əməkdaşlığın

həyata keçirildiyi qeyd olunub. 

Rəsmi xronika

    Xəbər verdiyimiz kimi, Hindistan



Respublikasının  ölkəmizdəki  föv -

qəladə və səlahiyyətli səfiri Sanjay

Rana mayın 31-də Naxçıvan Muxtar

Respublikasına səfər edib. İyunun

3-dək davam edən səfər çərçivəsində

diplomat muxtar respublikanın təh-

sil, mədəniyyət müəssisələri, tarixi

abidələri və gəzməli-görməli yerləri

ilə tanış olub.

     Naxçıvan Muxtar Respublikası

Ali  Məclisi  Sədrinin  2014-cü  il

11 fevral tarixli Sərəncamına əsasən

bərpa  olunan  “Əlincəqala”  tarixi

abidəsi  və  muzeyi  səfirdə  böyük

maraq doğurub. Burada qonağa mə-

lumat verilib ki, Əlincəqalanın iki

min ildən çox tarixi var. Qala I-VI

əsrlərdə  yerli  hökmdarların  əsas

iqamətgahlarından biri olub, qala-

şəhər kimi formalaşıb. 14 il Əmir

Teymurun qoşunlarına müqavimət

göstərib.  “Əlincəqala”  tarixi  abi-

dəsindəki  qala  divarları,  bürc  və

giriş qapıları, qədim yaşayış evləri,

təsərrüfat binaları, su hovuzları və

təndirlər, səngər və mühafizə yerləri

ilkin  forması  saxlanılaraq  bərpa

edilib.  Qala  divarları  və  bürclər

əzəmətli görkəmi ilə Naxçıvan me-

marlıq  məktəbinin  qədim  izlərini

özündə yaşadır.

     Culfa rayonunun ərazisində yer-

ləşən Gülüstan türbəsilə tanışlıq za-

manı Hindistanın ölkəmizdəki sə-

firinə məlumat verilib ki, Naxçıvan

Muxtar  Respublikası  Ali  Məclisi

Sədrinin 2015-ci il 7 oktyabr tarixli

Sərəncamına əsasən dünya əhəmiy-

yətli Gülüstan türbəsi elmi və tarixi

əsaslarla  bərpa  olunub.  Türbənin

bərpa edilməsi xalqımızın çoxəsrlik

tarixi-mədəni irsinin gələcək nəsil-

lərə çatdırılması və tanıdılması ba-

xımından mühüm əhəmiyyətə ma-

likdir.  XII  əsrə  aid  olan  Gülüstan

türbəsi  ölkəmizin  tarixi  abidələri

içərisində memarlıq həllinə və hən-

dəsi  ornamentlərinə  görə  seçilir.

Buna görə də türbənin bərpası za-

manı  hər  bir  detala  xüsusi  diqqət

yetirilib,  abidənin  orijinallığı  qo-

runub saxlanılıb. Beləliklə, Gülüstan

türbəsinə ikinci həyat verilib. 

    “Əshabi-Kəhf Ziyarətgahı” Dini-

Mədəni Abidə Kompleksi ilə tanışlıq

zamanı  Əshabi-Kəhfin  sirli  tarixi

barədə  öyrəndikləri  səfirin  hədsiz

marağına səbəb olub.  

    Sanjay Rana Batabat iqlim-kurort

zonasında da olub. Burada bildirilib

ki, dəniz səviyyəsindən 2450 metr

yüksəklikdə  olan  Batabat  yaylağı

ərazisindəki 3139 hektar sahəni əhatə

edən  Şahbuz  Dövlət  Təbiət  Qoru-

ğunda hazırda 32 növ vəhşi heyvan,

127 növ quş, 1580 növ bitki qorunur.

Səfir Batabat yaylağındakı göllərlə

yaxından maraqlanıb. Diqqətə çat-

dırılıb ki, bu hidroloji abidələr eyni -

adlı 3 su hövzəsindən ibarətdir. Ümu-

mi  su  tutumu,  təqribən,  3  milyon

kubmetrdir. Məşhur Üzən ada, Zor-

bulaq da burada yerləşir.

    Ağbulaq  İstirahət  Mərkəzi  öl-

kəmizdə kənd turizminin tətbiqi sa-

həsində həyata keçirilən ilkin təd-

birlərin  nəticəsi  kimi  diqqəti  cəlb

edən bu istirahət mərkəzi qonaqda

xoş təəssürat yaradıb. Bildirilib ki,

2013-cü ildə istifadəyə verilib. 3,5

hektar ərazisi olan mərkəz 2 yaşayış

korpusundan  və  yeməkxana  bina-

sından ibarətdir. İkimərtəbəli və 56

yerlik korpuslarda, ümumilikdə, 38

otaq mövcuddur.

    Bununla  da,  Hindistan  Respub-

likasının ölkəmizdəki fövqəladə və

səlahiyyətli  səfiri  Sanjay  Rananın

Naxçıvan  Muxtar  Respublikasına

səfəri başa çatıb.

    Muxtar respublikadan xoş ovqatla

ayrılan səfir Sanjay Rana “Şərq qa-

pısı” qəzetinə müsahibəsində səfərinin

məqsədi  və  Naxçıvan  təəssüratları

barədə  danışıb.  Diplomat   deyib:

– Səfərimin əsas məqsədi əlaqələri-

mizi inkişaf etdirmək, mədəni, təhsil,

iqtisadi sahələrdə əlaqələrin stimul-

laşdırılmasına  şərait  yaratmaqdır.

Biz  bütün  sahələrdə  qarşılıqlı  əla-

qələrin inkişafını istəyirik. Muxtar

respublikaya səfərim zamanı bir sıra

yüksək səviyyəli görüşlər keçirdim.

Bu görüşlərdə ikitərəfli əməkdaşlığı

inkişaf etdirmək haqqında müzaki-

rələr  apardıq.  İkitərəfli  əlaqələrin

inkişaf etdirilməsi üçün əlimdən gə-

ləni əsirgəməyəcəyəm.  

    “Muxtar  respublikada  sənaye,

kənd təsərrüfatı, özəl sektor sürətlə

inkişaf edir. Bir sözlə, Naxçıvan iq-

tisadiyyatı günü-gündən güclənir”, –

deyən Sanjay Rana muxtar respub-

likadakı bütün tarixi abidələrin mü-

kəmməl şəkildə bərpa edildiyini də

vurğulayıb. Onun ən çox diqqətini

çəkən isə “Əlincəqala” tarixi abidəsi

olub.  Çünki  yüksəklikdə  yerləşən

bu abidənin bərpası hər bir insanda

təəccüb doğurur. Bu barədə danışan

səfir deyib: – İlk dəfədir ki, Əlincə -

qalanı  ziyarət  edirəm.  Çox  qədim

tarixə malik olan qalaya yeni həyat

verilib  və  bərpa  edilib.  Bura  çox

maraqlı bir yerdir və turistlərin qədim

tarixi, möhtəşəm mənzərəni görməsi

üçün ideal bir məkandır. Çox şadam

ki, ailəmlə bura gəlmək mənə qismət

oldu. Pillələrlə bura qalxmaq insana

ayrıca  bir  zövq  verir.  Göstərilən

 diqqətə  və  xoş  qarşılanmaya  görə

minnətdarlığımı bildirirəm. 



Nail ƏSGƏROV

Tural AĞAYEV

Sanjay Rana: “Muxtar respublikada sənaye, kənd təsərrüfatı, 

özəl sektor sürətlə inkişaf edir”

    Azərbaycan  Respublikasının  Prezidenti

cənab İlham Əliyev demişdir: “Heydər Əliyev

siyasəti bu gün Azərbaycanda yaşayır, davam

edir, əbədi yaşamalıdır və yaşayacaqdır. Biz

bu  siyasətin  gözəl  nəticələrini  ölkəmizin

hər bir yerində görürük, o cümlədən Nax-

çıvan Muxtar Respublikasında”. 

    Ulu öndərin siyasi xəttinin uğurla davam

etdirilməsi Naxçıvan Muxtar Respublikasının

hərtərəfli inkişafını təmin etmişdir. Muxtar

respublikada  iqtisadi  inkişafın  başlıca  şərt-

lərindən və sosialyönümlü  tədbirlərdən biri

də müasir yol infrastrukturunun  yaradılma-

sıdır. Naxçıvan şəhərdaxili avtomobil yolla-

rının yenidən qurulması da bu sahədə görülən

işlərin davamıdır.  

    İyunun 2-də Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan

şəhərdaxili avtomobil yollarının yenidən qu-

rulması layihəsinə baxmışdır. 

    Məlumat verilmişdir ki, layihə Naxçıvan

şəhərinin Heydər Əliyev prospektini, o cüm-

lədən 20 küçə və məhəlləni əhatə edəcəkdir.

Yenidən  qurulacaq  avtomobil  yollarının

ümumi  uzunluğu  25  kilometrdir.  Dörd  və

altı  hərəkət  zolağından  ibarət  şəhərdaxili

yollara keyfiyyətli və dayanıqlı yeni asfalt

örtük  salınacaq,  piyadaların  və  nəqliyyat

vasitələrinin  rahat  və  təhlükəsiz  hərəkəti

təmin ediləcəkdir. Eyni zamanda yenidən-

qurma işləri aparılarkən yol-tikinti qaydaları

diqqətdə saxlanılacaq, yollarda lazım olan

bütün infrastruktur yaradılacaq, yol nişanları

yenilənəcəkdir. 

    Ali Məclisin Sədri tikinti işlərinə başlan-

ması,  mühəndis-texniki tələblərə əməl olun-

ması və keyfiyyətə diqqət yetirilməsi barədə

tapşırıqlar vermişdir.



Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Naxçıvan şəhərdaxili avtomobil yolları 

yenidən qurulacaq

Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 105 (23.016)

5 iyun 2018-ci il, çərşənbə axşamı


Yüklə 203,47 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə