Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də İran İslam Respublikası



Yüklə 203,47 Kb.
səhifə2/4
tarix25.06.2018
ölçüsü203,47 Kb.
#51822
1   2   3   4

2

    Naxçıvan  Muxtar  Respubli-

kası Təhsil Nazirliyi və Heydər

Əliyev Uşaq-Gənclər Yaradıcılıq

Mərkəzinin  təşkilatçılığı  ilə

AMEA  Naxçıvan  Bölməsi  Bio-

resurslar  İnstitutunun  Nəbatat

bağında mərkəzin rəsm dərnəyi

üzvlərinin iştirakı ilə etüd dərsi

keçilib. 

    5 iyun – Ətraf Mühitin Mü-

hafizəsi Günü ilə bağlı keçirilən

tədbirdə Naxçıvan Muxtar Res-

publikası  Təhsil  Nazirliyinin

əməkdaşı  Rasim  Rüstəmov  və

Heydər  Əliyev  Uşaq-Gənclər

Yaradıcılıq Mərkəzinin direktoru

Namiq Novruzov  çıxış edərək

bildiriblər ki, dərsin keçilməsində

əsas məqsəd yeniyetmə və gənc -

lərin ekoloji maarifləndirilməsi,

onların asudə vaxtlarının səmə-

rəli  təşkili  və  təbiət  qoynunda

rəsm əsərləri çəkmək vərdişlərinə

yiyələnməkdir. 

    Tədbirdə mərkəzin şöbə mü-

diri, Naxçıvan Muxtar Respub-

likasının  Əməkdar  rəssamı

 Səyyad  Bayramov  bildirib  ki,

mərkəzin yeniyetmə və gənclə-

rinin iştirakı ilə təbiət qoynunda

etüd  dərsi  ilk  dəfədir,  keçilir.

Onların  təbiətin  gözəlliklərini

həvəslə  tabloda  əks  etdirmələ-

rindən  görünür  ki,  belə  dərslər

yeniyetmə və uşaqların maarif-

lənməsində, təbiətə xoş münasi-

bətində əhəmiyyətli rol oynayır.

    Qeyd  edək  ki,  etüd  dərsdə

27 istedadlı uşaq və yeniyetmə

iştirak  edib.  Sonra  mərkəzin

rəsm  dərnəyinin  üzvləri  fərdi

qaydada  təbiət  mənzərələrinin

rəsmlərini çəkiblər.



G.TAHİROVA



Etüd dərsi  

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin

Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə

Naxçıvan Muxtar Respublikasının Gənclər və

İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər

Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan

Partiyası Naxçıvan Muxtar Respublika Təşki-

latının  Heydər  Əliyev  adına  Gənclər  Birliyi

tərəfindən gənclərin iştirakı ilə Naxçıvan Muxtar

Respublikasının şəhər və rayonlarındakı “Gənc -

lər  bağı”nda  “Gənclər  ətraf  mühitin  çirklən-

məsinə yox deyir” devizi altında “Yaşıllıqlara

qulluq” aksiyası keçirilib. Ağaclara aqrotexniki

qulluq  göstərilib,  ətraf  ərazilər  tullantılardan

təmizlənib. 

    Sonda Naxçıvan şəhərindəki “Gənclər bağı”nda

tullantıların yandırıldığı tonqalın ətrafında Nax-

çıvan Dövlət Texniki Kollecinin tələbəsi Natəvan

İmaməliyeva gənclərin muxtar respublika sakin-

lərinə  müraciətini  səsləndirib.  Aksiyada,  ümu-

milikdə, 400 nəfərə yaxın gənc iştirak edib.

           



Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

“Yaşıllıqlara qulluq” aksiyası “Gənclər bağı”nda başa çatıb

    Birləşmiş Millətlər Təşkilatı Baş

Assambleyasının 1972-ci il 15 dekabr

tarixli Qərarına əsasən hər il iyunun

5-i Ümumdünya Ətraf Mühitin Mü-

hafizəsi Günü kimi qeyd olunur.

    Azərbaycanda ekologiyaya dövlət

səviyyəsində münasibətin göstəril-

məsi  ümummilli  liderimiz   Heydər

Əliyevin adı ilə bağlıdır. Ötən əsrin

70-ci illərində ulu öndərin rəhbərliyi

ilə ekoloji problemlərin həlli istiqa-

mətində mühüm qərarlar qəbul edil-

miş, ictimaiyyətin diqqəti ətraf mü-

hitin mühafizəsinə yönəldilmiş, geniş

yaşıllaşdırma tədbirləri aparılmışdır.

Dahi  rəhbər  demişdir:  “Təbii  sər-



vətlərə qayğı ilə yanaşılması, pla-

netin  genofondunun  qorunması,

ekoloji  sağlamlıq  və  digər  qlobal

problemlər ayrılıqda hər bir dövləti

ciddi düşündürsə də, onları yalnız

birgə səylərlə həll etmək mümkün-

dür”.  Ümummilli  lider  ölkəmizdə

yenidən  siyasi  hakimiyyətə  qayıt-

dıqdan sonra da ekoloji problemlərin

həlli diqqətdə saxlanılmış, bu sahədə

dövlət siyasətini tənizmləyən zəngin

qanunvericilik  bazası  yaradılmış,

“Ekoloji  təhlükəsizlik  haqqında”,

“Ətraf mühitin mühafizəsi haqqın-

da”, “Xüsusi mühafizə olunan təbiət

əraziləri  və  obyektləri  haqqında”

Azərbaycan Respublikasının qanun-

ları qəbul olunmuşdur. 



    “Azərbaycanda elə bir sahə yox-

dur ki, sürətli inkişaf etməsin...Bü-

tövlükdə  ölkəmiz  yeniləşir,  müa-

sirləşir, zənginləşir, bununla bərabər

təbii ki, sürətli inkişaf istər-istəməz

ətraf  mühitə  təsir  göstərə  bilir.

Məhz buna görə də biz çalışırıq ki,

öz ekoloji tədbirlərimizi geniş kon-

tekstdə  həyata  keçirək”– deyən

Azərbaycan Respublikasının Prezi-

denti cənab İlham Əliyev də bu sa-

hənin inkişafına xüsusi diqqət gös-

tərir. Ölkə başçısının rəhbərliyi ilə

Azərbaycanda  ekoloji  məsələlərə

dair  müşavirələrin  keçirilməsi,

beynəl xalq  ekologiya  sərgilərinin

təşkil olunması bu sahəyə göstərilən

diqqətin real ifadəsidir. 

    Ulu öndərin muxtar respublikaya

rəhbərliyi dövründə əsasını qoyduğu

təbiəti  mühafizə  tədbirləri  bu  gün

Naxçıvan Muxtar Respublikasında

uğurla  davam  etdirilir.  Naxçıvan

Muxtar  Respublikası  Ali  Məclisi

Sədrinin  müvafiq  sərəncamları  ilə

muxtar respublikada əlverişli ekoloji

mühitin yaradılması məqsədilə dövlət

proqramları  qəbul  edilmiş,  ardıcıl

tədbirlər görülmüşdür. Muxtar res-

publika ərazisinin 27 faizdən çoxu-

nun xüsusi mühafizə olunması, fauna

ehtiyatlarının qorunması məqsədilə

ova  qadağaların  qoyulması,  yaşıl-

lıqların artırılması sahəsində görülən

işlər  nüfuzlu  təşkilat  və  ekspertlər

tərəfindən nümunə kimi qəbul edilir. 

    Muxtar respublika ərazisində təbii

iqlim və torpaq xüsusiyyətləri nəzərə

alınaraq yaşıllıqların qorunması və

artırılmasına xüsusi diqqət yetirilir.

Meşələrin qorunması ilə yanaşı, yeni

yaşıllıqların salınması istiqamətində

də mühüm işlər görülür. Bu tədbir-

lərin əsası ulu öndərimizin Naxçıvan

Muxtar Respublikası Ali Məclisinin

Sədri vəzifəsində işlədiyi dövrdə qo-

yulmuşdur.  Həmin  illərdə  blokada

çətinliklərinə  baxmayaraq,  ümum-

milli  liderimizin  səyi  nəticəsində

muxtar  respublikada  iməciliklərin

keçirilməsinə  başlanılmış,  təbiətin,

yaşıllığın  qorunması  və  bərpası  iş-

lərinə diqqət artırılmışdır. Son illər

muxtar respublikada 17 min hektar-

dan  çox  sahədə  yaşıllaşdırma  təd-

birləri həyata keçirilmiş, yaşıllıqların

sahəsi 10 dəfədən çox artmışdır. Mux-

tar  respublikamızda  aparılan  yaşıl -

laşdırma  tədbirlərində  ekoloji  əhə-

miyyətlə bərabər, iqtisadi səmərəlilik

də əsas götürülərək meyvə bağlarının

salınması sahəsində də tədbirlər gö-

rülmüşdür.  Naxçıvan  Muxtar  Res-

publikası Ali Məclisi Sədrinin qəbul

etdiyi  Naxçıvan  Muxtar  Respubli-

kasında meyvəçiliyin və tərəvəzçi-

liyin  inkişafı  üzrə  dövlət  proqram-

larına uyğun olaraq muxtar respublika

ərazisində 4927 hektar sahədə meyvə

bağları salınmışdır. Ərazilərin torpaq

ehtiyatlarının  münbitliyinin  qorun-

ması,  relyef  xüsusiyyətləri  nəzərə

alınaraq və sudan səmərəli istifadə

edilməsi məqsədilə 1100 hektardan

çox sahədə damcı yolu ilə suvarma

sistemləri qurulmuşdur.

    Yaşıllaşdırma tədbirlərinin yalnız

kənd təsərrüfatı əkinləri üçün yararsız

olan ərazilərdə aparılması torpaqların

münbitliyinin bərpa olunmasında da

xüsusi  amilə  çevrilmişdir.  Hazırda

muxtar respublikanın ümumi ərazi-

sinin  14  faizə  qədəri  yaşıllıqlarla

örtülmüşdür. Müqayisə üçün bildirək

ki, ötən əsrin 90-cı illərinin əvvəl-

lərində bu göstərici yalnız 0,6 faizə

bərabər idi.

    Naxçıvan  Muxtar  Respublikası

Ali  Məclisinin  Sədri  cənab  Vasif

Talıbov  demişdir:  “Ekoloji  təhlü-



kəsizliyin təmin olunmasında meşə

fondunun  zənginləşdirilməsi  mü-

hüm rol oynayır. Son dövrlər mux-

tar respublikanın artan sənaye po-

tensialı,  yeni  istehsal  sahələrinin

yaradılması həyata keçirilən ekoloji

siyasətin əsas istiqaməti kimi yaşıl -

laşdırma tədbirlərinin əhəmiyyətini

daha da artırır”.

    Əlverişli  ekoloji  mühitin  yara-

dılmasında  mühüm  amillərdən  biri

də təbiət abidələrinin, bitki və heyvan

ehtiyatlarının  qorunması  və  bərpa

edilməsidir ki, bu da xüsusi mühafizə

olunan təbiət ərazilərinin yaradılması

hesabına  mümkündür.  Muxtar  res-

publikada bu sahədə də mühüm təd-

birlər  görülmüş,  xüsusi  mühafizə

olunan  təbiət  ərazilərinin  şəbəkəsi

xeyli  genişlənmişdir.  1969-cu  ildə

Ordubad  Dövlət  Təbiət  Yasaqlığı,

2003-cü ildə Akademik Həsən Əliyev

adına Ordubad Milli Parkı və Şahbuz

Dövlət Təbiət Qoruğu, 2005-ci ildə

“Arazboyu” Dövlət Təbiət Yasaqlığı,

2009-cu ildə “Arpaçay” Dövlət Təbiət

Yasaqlığı yaradılmışdır. Ölkə rəhbərinin

2009-cu il 25 noyabr tarixli Sərən-

camı  ilə  Akademik  Həsən   Əliyev

adına Zəngəzur Milli Parkının yara-

dılması təbiəti mühafizə ilə yanaşı,

ekoturizmin inkişafına da geniş im-

kanlar açmışdır.

     Naxçıvan təbiətinin zənginliyi bu-

rada nadir bitki və heyvan növlərinin

mövcudluğuna  imkan  verir.  Xüsusi

mühafizə  olunan  təbiət  ərazilərinin

yaradılması, ekoloji maarifləndirmə

tədbirlərinin keçirilməsi muxtar res-

publikanın fauna və flora müxtəlifli-

yinin qorunmasına və zənginləşdiril-

məsinə  öz  müsbət  təsirini  göstərir.

Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisi Sədrinin 2006-cı il 15 avqust

tarixli  Sərəncamına  əsasən  ilk  dəfə

olaraq  Naxçıvan  Muxtar  Respubli-

kasının  flora  və  faunasına  dair  iki

cilddən  ibarət  “Qırmızı  kitab”  çap

edilmişdir. Xüsusi gözəlliyi ilə seçilən

təbiət guşələri, yüzillik yaşı olan ağac-

lar, şəlalələr, mağaralar, elmi-təcrübi,

tarixi əhəmiyyətə malik olan obyektlər,

təbiət  kompleksləri  təbiət  abidələri

kimi qeydiyyata alınaraq pasportlaş-

dırılmışdır.  Müasir  dünyamızda  tu-

rizmin  ən  çox  inkişaf  sahəsi  olan

eko turizmin  və  kənd  yaşıl  turizmin

əsasını da məhz bu təbii zənginliklər

təşkil edir. Bu baxımdan təbiət abidə -

lərinin  qorunması  həm  də  mühüm

iqtisadi əhəmiyyətə malikdir.

    Muxtar  respublika  ərazisində

mövcud olan təbii zənginliklərin qo-

runması və səmərəli istifadəsi məq-

sədilə  həyata  keçirilən  ekoloji  təd-

birlərin  əsasında  elmi-tədqiqat  və

elmi-təcrübi  işlər  dayanır.  AMEA

Naxçıvan  Bölməsinin  Bioresurslar

və  Təbii  Ehtiyatlar  institutları  ilə

birgə elmi ədəbiyyatlar hazırlanmış-

dır.  Elmi-tədqiqat  müəssisələri  ilə

birlikdə  ixtisaslı  kadrların  hazır -

lanması sahəsində də birgə iş aparılır.

Böyük  təbiətşünas  alim  akademik

Həsən Əliyev deyirdi ki, təbiətin ke-

şiyində durmaq üçün sözün gücündən

istifadə etmək lazımdır. Əgər insan

bilsə ki, təbiətə vurduğu ziyan hansı

fəlakətlərə səbəb olur, onda bu işləri

heç vaxt görməz. Naxçıvan Muxtar

Respublikası  Ekologiya  və  Təbii

Sərvətlər Nazirliyi tərəfindən bu is-

tiqamətdə də ardıcıl tədbirlər həyata

keçirilir, teleradio verilişləri və qəzet

materialları hazır lanır, əhali arasında

maarifləndirici söhbətlər aparılır.

    Görülən  işlərin  nəticəsi  olaraq

muxtar respublikanın fauna ehtiyat-

ları müxtəlif növlər üzrə 15-20 faiz

artmışdır.  Bunlarla  yanaşı,  muxtar

respublika  ərazisində  18  dəstə,  51

fəsilə  və  142  cinsə  daxil  olan  241

növ quş, Azərbaycan Respublikasının

ərazisində yayılmış 107 məməli hey-

van  növünün  62  növü  məskunlaş-

mışdır. Həmçinin muxtar respubli-

kada  ali  sporlu  və  çılpaqtoxumlu

bitkilərin 2895 növünə rast gəlinir.



    Muxtar respublikada fauna ehtiyatlarının qorunması məqsədilə  ova

qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən  işlər

Beynəlxalq  Ekoloji  təşkilatlar  tərəfindən  nümunə  kimi  qəbul    edilir.

Ümumdünya  Vəhşi Təbiəti  Mühafizə Fondunun Qafqaz Təmsilçiliyinin

muxtar respublikamızda  təbiəti  mühafizə sahəsində  görülən  işləri  çox

yüksək  qiymətləndirməsi bunu bir daha təsdiq edir. 

Naxçıvan Muxtar Respublikası

                              Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

    Muxtar  respubli-

kamızda ekoloji prob-

lemlərin  həlli,  ətraf

mühitin  qorunması,

təbiətin  zənginləşdi-

rilməsi diqqət mərkə-

zində saxlanılır. Cari

ildə  də  bu  tədbirlər

mütəşəkkilliklə  da-

vam  etdirilir,  meyvə

bağlarına, yaşıllıq zolaqlarına, gülkarlıq

sahələrinə aqrotexniki qulluq göstərilir,

yeni yaşıllıqların salınması, ağac və gül

kolları əkilməsi qayğısına qalınır.

    İyunun 2-də keçirilən iməciliklər də

yüksək səviyyədə təşkil olunub. Həmin

gün  iməciliklərdə  22  min  823  nəfər

iştirak edib.

    İməcilik zamanı Naxçıvan şəhərinin

sakinləri  Uzunoba  Su Anbarının  aşağı

hissəsindəki  ərazidə  yaşıllıqlara  aqro-

texniki  qulluq  göstərib,  suvarma  işləri

aparıblar.

    Şərur  rayonunun  sakinləri  Danyeri,

Xanlıqlar və Aşağı Daşarx kəndlərindəki

yaşıllıqlarda, “Gənclər bağı”nda və kənd

qəbiristanlıqlarında  ağacların  diblərini

alaq otlarından təmizləyib, budama, su-

varma və ağartma işləri keçiriblər.

    İməcilik  günü  babəklilər  “Gənclər

bağı”nda, Yarımca-Qahab kəndləri ara-

sındakı yolun kənarlarındakı yaşıllıqlara

qulluq ediblər.  

    Bağlar diyarı Ordubad rayonunda da

iməciliklər mütə-

şəkkilliklə keçiri-

lib. Əylis düzün-

dəki üzüm və qı-

zılgül bağlarında,

həmçinin “Gənc -

lər bağı”nda aqro -

texniki  tədbirlər

həyata  keçirilib,

Dəstə  və  Dırnıs

kəndləri arasındakı yolun kənarları alaq

otlarından təmizlənib. 

    Həmin  tədbirlər  Culfa  rayonunun

kəndlərindəki  yaşıllıq  ərazilərində  də

həyata keçirilib.  

    Kəngərli rayonunda Naxçıvan-Sədərək

magistral yolunun Böyükdüz kəndi his-

səsində,  Qıvraq  qəsəbəsində  yol  kəna-

rındakı yaşıllıqlarda və “Gənclər bağı”nda

ağaclara  aqrotexniki  qulluq  göstərilib,

ağartma və suvarma işləri həyata keçirilib.  

    Şahbuzlular da iməcilik günü həmin

işləri görüblər. 

    Sədərəklilər  Naxçıvan-Sədərək  ma-

gistral yolunun sol hissəsindəki ərazidə,

“Gənclər  bağı”nda  və  Sədərək  kənd

1 nömrəli tam orta məktəbin həyətində

ağacların  diblərini  alaq  otlarından  tə-

mizləyib, ağartma və suvarma  tədbirləri

həyata keçiriblər.

    Həmin  gün  muxtar  respublikamızın

bütün bölgələrində ahıl vətəndaşların hə-

yətlərində təmizlik, abadlıq işləri aparılıb.

Xəbərlər şöbəsi

İməciliklər mütəşəkkilliklə keçirilib

5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür

Muxtar respublikada sağlam ekoloji 

mühit yaradılıb



Yüklə 203,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə