Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də İran İslam Respublikası



Yüklə 203,47 Kb.
səhifə4/4
tarix25.06.2018
ölçüsü203,47 Kb.
#51822
1   2   3   4

4

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21, Faks: 544-52-52

E-mail: serqqapisi@nakhchivan.az

Nömrəyə məsul: Əli Cabbarov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və

Əcəmi NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 1490. Sifariş № 411

Baş redaktor:

MEHRİBAN SULTANOVA

    Muxtar respublikaya səfər edən

turistlər ölkələrinə qayıtdıqdan son-

ra sosial şəbəkələrdə Naxçıvan haq-

qında xoş təəssüratlar paylaşırlar.

Bu ilin may ayında Naxçıvan Muxtar

Respublikasında səfərdə olmuş Ame-

rika Birləşmiş Ştatlarının vətəndaşı

Erik  Olson  ölkəsinə  qayıtdıqdan

sonra səyahətçilərin istifadə etdiyi

“TripAdvisor” internet şəbəkəsində

və “Facebook”  sosial şəbəkəsindəki

səhifəsində  Naxçıvan  barədə  mə-

lumatlar paylaşmışdır. 

    “TripAdvisor” internet şəbəkə-

sindəki  “Naxçıvan  inanılmaz  də-

rəcədə gözəl bir məkandır” payla-

şımında Erik Olson yazır: “Çoxlu

sayda insanlar Naxçıvana səfər et-

məlidir. Son bir-iki ildə səfər etdi-

yim  ərazilər  içərisində  Naxçıvan

ən gözəlidir. Əminəm ki, Bakı və

digər rayonlar ilə müqayisədə Nax-

çıvan tarixi əraziləri ilə Azərbay-

canın  ləl-cəvahiratıdır.  Bələdçim

Emil  Paşalı,  həqiqətən,  ərazinin

tarixini çox əla bilir və yaxşı yol-

daşlıq  etməyi  bacarır.  Naxçıvana

səfər  etsəniz,  bu  bələdçilər  sizə

biletlərin alınmasında və mehman-

xanalarda yerləşməkdə də hərtərəfli

köməklik göstərəcəklər. Naxçıvan-

da olmağı hər kəsə tövsiyə edirəm!”  

     Erik Olson “Facebook” sosial şə-

bəkəsində  isə  aşağıdakı  fikirlərini

paylaşmışdır:  “Son  bir  neçə  günü

Naxçıvan  Muxtar  Respublikasında

keçirdim.  Naxçıvan  1990-cı  ildə  –

70 il Sovet hakimiyyətinin idarəçili-

yindən  sonra Azərbaycanın  müstə-

qillik hərəkatının mərkəzinə çevril-

mişdi. Sovet İttifaqının dağılmasından

sonra  Ermənistan  və  Azərbaycan

arasında müharibə baş verdi. Hazırda

Naxçıvanın Ermənistan, İran və Tür-

kiyə ilə sərhədləri var. Mən Naxçıvan

şəhərindəki gözəl “Təbriz” otelində

qaldım.  Bələdçim  məni  ərazi  ilə

tanış etdi. Naxçıvan, həqiqətən, Azər-

baycanın  mədəniyyət  paytaxtıdır!

Qafqaz  regionunun  isə  ən  maraqlı

tarixi ərazisidir. Əgər kimsə Naxçı-

vana  səfər  etmək  istəsə,  bələdçim

Emil  Paşalı  onun  üçün  Naxçıvan

şəhərinə turlar təşkil edə bilər. Çünki

onun işlədiyi “Natiq Travel”  şirkəti

ən  yaxşı turizm şirkətidir”. 



Nuhçıxan İnformasiya Agentliyi

Amerika Birləşmiş Ştatlarının vətəndaşı Erik Olson: 

“Naxçıvan Azərbaycanın mədəniyyət paytaxtıdır”

    Türkiyəli sənətçi, rəssam və jur-



nalist Hülya Sezginin  “Ortaq səs”

qəzetində  “İki  dövlət,  bir  millət  –

qardaş  Naxçıvan”  sərlövhəli  mə-

qaləsi dərc edilib.

      Ümummilli lider Heydər Əliyevin

anadan olmasının 95 illiyi müna-

sibətilə keçirilən “Naxçıvan – bəşə -

riyyətin  beşiyi”  IV  Beynəlxalq

Rəsm  Festivalında  iştirak  edən

Hülya Sezgin muxtar respublikadan

aldığı  zəngin  təəssüratlarını  oxu-

cularla bölüşüb. O məqaləsinə belə

başlayır: “Naxçıvan və naxçıvan-

lılar mənə çox doğmadır. Bundan

əvvəlki  iki  festivalda  da  Naxçı-

vanda olmuşam. Ona görə də fes-

tivalda iştirak edən rəssamlara Nax-

çıvan haqqında məlumat verirdim.

Naxçıvanı əvvəl Azərbaycanın bir

rayonu sanırdım. Cahilmişəm. Çün-

ki  İqdırla  sərhəd  olan  Naxçıvan

Azərbaycandan  ayrı  düşmüş  və

onun  tərkib  hissəsi  olan  muxtar

dövlətdir....  Naxçıvanda  kənd  tə-

sərrüfatı  və  sənaye  inkişaf  edir.

Zəngin tarixi-mədəni irsi var. Sahib

çıxıb qorumağı da çox yaxşı bilirlər.

Hər  tərəf  tər-təmiz,  yaşıllıqlarla

və gül-çiçəklə əhatə olunub. Ona

görə  də  bu  gözəl  diyarı  hər  kəs

gəzmək, görmək istəyir. Turizmin

inkişafı isə iqtisadiyyata ciddi töhfə

verir. Naxçıvanda bu sahədə mü-

hüm  işlər  görülür,  malik  olduğu

zəngin  mədəniyyət  təbliğ  edilir,

sənətə və sənətkara qiymət verilir,

gözəl  festivallar  keçirilir.  Düşü-

nürəm  ki,  Türkiyənin  turizm  şir-

kətləri öz marşrutlarına Naxçıvanı

əlavə etməlidirlər”. 

    Naxçıvanın son zamanlar böyük

iqtisadi və mədəni yüksəliş əldə et-

diyini  yazan  müəllif  bu  uğurların

yüksək səviyyəli beynəlxalq tədbir

və festivalların keçirilməsi sahəsində

özünü göstərdiyini qeyd edib: “Ona

görə də bu ənənəvi rəsm festivalına

maraq daha da artır. Bu il festivalda

14 ölkədən 60-dan artıq rəssam iş-

tirak edirdi”.

    Hülya  Sezgin  Naxçıvanda  sə-

nətkarlığın,  eləcə  də  rəssamlığın

böyük qayğı  ilə əhatə olunduğunu

vurğulayaraq  yazıb:  “Naxçıvan

Muxtar Respublikası Ali Məclisinin

Sədri hörmətli Vasif Talıbov sənətə

və sənətçilərə böyük qiymət verir,

Azərbaycana  xas  mədəni  və  milli

dəyərlərin qorunub yaşadılması is-

tiqamətində sistemli iş aparır. Ona

görə  də  Naxçıvanda  son  illər

 görkəmli  fırça  ustası  Bəhruz

Kəngərlinin davamçıları olan onlarla

istedadlı gənc rəssam yetişib. 

    Naxçıvanın tarixi binaları ilə ya-

naşı, yeni tikililəri də estetik görü-

nüşə  malikdir.  Yəni  ruhsuz  beton

yığını deyil. Sənətə, elmə, idmana

çox  mühüm  əhəmiyyət  verirlər.

Görkəmli  teatrları,  kitabxanaları,

idman obyektləri, şahmat mərkəzi,

konservatoriyası, müxtəlif ixtisaslar

üzrə təhsil verən universitetləri var.

Gələcəyin sənət adamları, xüsusilə

rəssamlar bu ali təhsil ocaqlarında

yetişir. İki gün müddətində Naxçı-

vanın çox yerini gəzdik, amma   bu

qədim diyarın gözəlliklərindən doy-

madıq. Möhtəşəm sənət əsəri olan

Möminə xatın türbəsi sanki Naxçı-

vanın Tac-Mahalıdır. Xalça Muze-

yində çox dəyərli xalçalar saxlanır

və toxunur. Burada xalçaçı-rəssamlar

da  var.  Xalça  toxumaqla  və

 muncuqla tablo yaradılması böyük

marağıma səbəb oldu”.

    Müəllif  yazır: “Keçən festivalda

açılışı olan Bəhruz Kəngərli adına

Rəssamlar  Parkını  gəzdik.  Azər-

baycanın ən məşhur realist rəssamı

olan Bəhruz Kəngərli öz rəsm əsər-

lərini  sataraq  əldə  etdiyi  qazancı

yetim uşaqların oxumasına xərclə-

yən xalq qəhrəmanıdır. Onun əsər-

lərində Naxçıvanın tarixini oxumaq

mümkündür.  Məhz  Bəhruz  Kən-

gərlinin  əsərindən  yola  çıxılaraq

Nuh  Peyğəmbərin  türbəsi  bərpa

olunmuşdur”.

    Hülya Sezgin Naxçıvan mətbə-

xinə, xüsusilə mürəbbələrinə heyran

qaldığını  da  vurğulayır:  “Burada

hər şey yerli və təbiidir. Geni dəyi-

şilmiş  toxuma  yer  yoxdur!..  Çox

ləzzətli və məşhur mürəbbələri var.

Xüsusilə də cəviz mürəbbəsinin da-

dına doyum yoxdu”.

    “Çox gözəl qaydaları var. Yolda

qarşıdan-qarşıya geçərkən Türkiyə-

dən fərqli olaraq avtomobillər piya-

daya yol verir”, – qeydlərini paylaşan

müəllif  daha  sonra  əlavə  edir  ki,

“dörd  il  əvvəl  festivalın  Möminə

xatın  türbəsinin  ətrafındakı  açılış

mərasimində milli geyimli gənc qız

“Sarı gəlin” mahnısının sədaları al-

tında rəqs etdi. Çox duyğulanmışdım.

Bu il həmin səhnəni canlandıran bir

əsər yaratdım. Naxçıvanın hər tərəfi

güllərlə əhatə olunduğu üçün də rəs-

min alt hissəsini güllərlə bəzədim”.

    Məqaləni səmimi notlarla bitirən

Hülya Sezgin yazır: “Bu qədər çox

rəssam qrupunu bu qədər möhtəşəm

qonaq etmək, onların qayğısına qal-

maq asan məsələ deyil. Bunun ar-

xasında  böyük  əmək,  sədaqət  və

sevgi  durur.  Bütün  bunlara  görə

Naxçıvan Muxtar Respublikası Ali

Məclisinin  Sədrinə  minnətdarlıq

edirəm... Biz Naxçıvanı dostca, qar-

daşca gəzib gördük,  gözəl rəsmlər

çəkdik…  Sənət  dostluqdur,  sənət

sülhdür, sənət bəşəridir…”

Türkiyəli sənətçi, rəssam və jurnalist 

Hülya Sezgin Naxçıvandan yazdı

    Burada olarkən kəndin ziyalı ağ-

saqqalarından Nahas Səfərovla söh-

bət zamanı dedi ki, Naxçıvan Muxtar

Respublikası Ali Məclisi Sədrinin

diqqət və qayğısı nəticəsində qədim

diyarımızda  tarixi abidələrin mü-

hafizəsi və tədqiqi, maddi-mənəvi

irsimizin qorunaraq gələcək nəsillərə

çatdırılması istiqamətində əhəmiy-

yətli işlər görülüb. Qarabağlar kən-

dindəki orta əsrlərdən qalma digər

memarlıq  abidələri  ilə  birgə Asnı

pirində də yenidənqurma işləri apa-

rılıb.  Əvvəllər  pirin  yахınlığındа

möhrədən tikilmiş dördkünc fоrmаlı

köhnə  tikili  hаzırdа  mоnumеntаl

quruluşa malik mеmаrlıq аbidəsilə

əvəz olunub. Binanın künc divarları

uca çıxıntılarla hörülərək milli na-

xışlarla bəzədilib. Burada zəvvarlar

üçün mədəni-məişət şəraiti yaradılıb,

həyətyanı sahədə geniş abadlıq işləri

aparılıb,  yaşıllıq  zolaqları  salınıb,

oturacaqlar  quraşdırılıb.  Pirin  ya-

xınlığında  sıldırım  qayaların  ara-

sından çıxan gursulu bulaq da in-

sanların  inanc  yerinə  çevrilib  və

хаlq tərəfindən müqəddəsləşdirilib. 

    Asnı pirinə, adətən, yenicə nikah

bağlamış gənc ailələr ziyarətə gəlir,

burada  qurbanlar  kəsirlər.  Özləri

ilə  bulaq  suyundan  aparır,  xeyir-

bərəkətli və xoşbəxt gələcək diləyilə

həmin sudan xəmir yoğurub çörək

bişirirlər. Bulаğın ətrаfındаkı аğаclаr

dа  insanlar  tərəfindən  müqəddəs

hеsаb еdilir, orada yabanı qaraçalı,

həmərsin, yemişan kolları ilə bəra-

bər,  cır  armud,  alma,  alça  kimi

meyvə ağacları bitib. Sonradan bu-

rada su arxı boyunca söyüd və iydə

ağacları da əkilib. 

    Pirin içərisində оrtа əsrlərə аid

iki qəbir, qəbirlərdəki sinə dаşlа-

rının üzərində isə ərəb əlifbаsı ilə

yazılı kitаbələr vаrdır. Kitаbələrə

əsаsən  qəbir  аbidələri  XIV  əsrə

аid edilir. Lаkin pirin tаriхi Аzər-

bаycаn türklərinin dаğ, su və аğаc

inаncı  ilə  bаğlı  оlub  dаhа  qədim

dövrə gedib çıxır. 

    Pirin  tarixi  haqqında  da  kənd

ağsaqqallarının söhbətləri maraqlıdır.

Nahas  Səfərov  deyir  ki,  bu  pirlə

bağlı  хаlq  аrаsındа  əfsаnələr  söy-

lənilir.  Əfsаnələrin  birində  dеyilir

ki,  Asnı  dağındakı  bulağın  suyu

Göyçə gölünün suları ilə əlaqədardır.

Keçmiş vaxtlarda uzaq Göyçə ma-

halından gəlmiş bir tacir karvan ilə

daşduz aparmaq üçün Qalaçıq şə-

hərindəki (indiki Qarabağlar kəndi)

bazarda  dayanmalı  olur.  O,  bir

şəxsin əlində özünün əvvəllər itirdiyi

naxışlı əlağacını görərək tanıyır və

sevincək on il əvvəl başına gəlmiş

bir hadisəni xatırlayır. Bir zamanlar

Göyçə gölündən qayıqla keçən za-

man qəflətən yaranan tufan nəticə-

sində qayıq çevrilir və tacir sudan

çətinliklə üzüb çıxır. O, hadisədən

sonra suda batan mallarından çox,

qaraağacdan  yonulmuş  naxışlı  əl-

ağacının suda batmasına heyifsilənir.

Tacir əlağacını özününkü olduğunu

sübut edib qalaçıqlı şəxsdən almaq

üçün yivli baş hissəsini burub açır

və içərisində gizlətdiyi qızıl sikkə -

ləri yerə tökür. Camaat təəccüblə-

nərək tacirin əlağacı ilə qızıllarını

özünə  qaytarır.  Tacir  isə  halallıq

kimi qızılların yarısını itmiş əlağacı -

nı tapan şəxsə verərək onu haradan

tapdığını soruşur. Ağacı tapan şəxs

Allaha şükür edərək, əlağacını tə-

pədəki  Asnı  bulağından  tapdığını

söyləyir. Həmin əhvalatı eşidən qa-

laçıqlılar (qarabağlarlılar) Asnı bu-

lağını Allahın möcüzəsi kimi mü-

qəddəs bilib, oranı ziyarətgaha çe-

virirlər.  Tacir  isə  qalan  qızılları

xərcləyərək Asnı bulağında min baş

erkək qurbanlıq quzu kəsdirməklə

əhaliyə ehsan verir.

    Yurdumuzun bütün bölgələrində

özündə yerli türk ənənələrini sax-

lamaqla yanaşı, İslami xarakter da-

şıyan, türk-islam mədəniyyəti abi-

dələrimiz, dini inanc yerlərimiz var.

Onların  hər  biri  xalqımızın  etnik

tarixinin, maddi və mənəvi dəyər-

lərinin, qədim dünyagörüşünün öy-

rənilməsində  mühüm  əhəmiyyət

kəsb edir. 

    Ulularımızın fəlsəfi düşüncəsində

dərin iz buraxmış bu inanclar əha-

linin mənəvi həyatının tam mənzə-

rəsini təsəvvür etməyə imkan verir.

Xalqımızın  bu  mənəvi  etiqadları

göstərir ki, əsrlərin sınağından keç-

miş  belə  qədim  inanclarla  bağlı

olan  adətlər  xalqımız  tərəfindən

unudulmayıb, ulularımızdan qalan

belə dəyərlər bu günədək qorunub

saxlanılıb. 



Gülcamal TAHİROVA

İtmişdir

Şərur rayonunun Zeyvə kənd sakini Əliyev

Arif  Müzəffər  oğlunun  adına  verilmiş  JN-1755

nömrəli torpağa mülkiyyət hüququna dair dövlət



aktı itdiyindən etibarsız  sayılır.

Asnı piri 

Dini ziyarətgahlarımız

    Doğma  diyarımız  islami  dəyərləri  özündə  qoruyub  yaşadan  türk-

islam mədəniyyəti nümunələri, tarixi-dini abidələrlə zəngindir. Kəngərli

rayonunun qədim yaşayış məskənlərindən olan Qarabağlar kəndi də

əsrlərə şahidlik edən abidələri ilə özünə şöhrət qazanmış yurd yerləri-

mizdəndir. Burada hələ eramızdan əvvəl II-I minilliklərə aid edilən və

bu  günümüzə  qədər  qorunub  yaşadılan  qədim  tikililər  tariximizin

izlərini  özündə  saxlayan  daş  kitabələrdir.  Qarabağlar  kəndindəki

Pələng qayası dağının cənub ətəklərində yerləşən, əsrlərdən bəri in-

sanların inanc yerinə, müqəddəs ziyarətgahına çevrilən belə tikililərdən

biri də Asnı piridir. 

Yüklə 203,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə