Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
24-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun
seçkiləri müşahidə missiyasının rəhbəri xanım Tana de Zuluetanı qəbul
etmişdir.
Görüşdə Azərbaycanda qarşıdan gələn prezident seçkiləri üzrə görülən
hazırlıq işlərinin vəziyyəti və seçkilərin keçirilməsi ilə bağlı məsələlər
ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Rəsmi xronika
Øß Ã
Ð
Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır
Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti
www.serqqapisi.az
Qiyməti 20 qəpik
Gündəlik ictimai-siyasi qəzet
qapısı
Qəzet 1921-ci
ildən çıxır
Sayı: 179 (20.833)
25 sentyabr 2013-cü il, çərşənbə
Sentyabrın 24-də Naxçıvan
Muxtar Respublikası Mərkəzi Seç-
ki Komissiyasında muxtar res-
publikada yerləşən dairə seçki ko-
missiyalarının sədrlərinin, Nax-
çıvan şəhəri üzrə 37 məntəqə seçki
komissiyasının sədr, katib və üzv-
lərinin, həmçinin seçkilərə 5 gün
qalmış yaradılacaq 24 qapalı seçki
məntəqəsi sədrlərinin iştirakı ilə
səsvermə prosesi, seçki bülletenləri
və səsvermə protokollarının dol-
durulması qaydaları ilə bağlı se-
minar-treninq keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan
Muxtar Respublikası Mərkəzi Seç-
ki Komissiyasının sədri Məhərrəm
Qasımov açaraq çıxış etmişdir.
Bildirilmişdir ki, seçki günü mən-
təqə seçki komissiyası üzvlərinin
öz vəzifələrini düzgün icra etməsi
və səsvermə protokollarının qa-
nunauyğun doldurulması, səsver-
mənin nəticələrinin müəyyən olun-
ması baxımından seminar iştirak-
çıları bu treninqlərdə toxunulan
məsələlərə diqqətlə yanaşmalı,
daim öz üzərlərində işləməli və
qanunvericiliyi mənimsəməlidirlər.
Qeyd edilmişdir ki, məntəqə seçki
komissiyasının sədri komissiyanın
işinə ümumi rəhbərlik edir, ko-
missiya üzvləri arasında iş bölgüsü
aparır, səsvermənin başlanmasını
və qurtarmasını elan edir, seçki
məntəqəsində səsvermə qaydala-
rına əməl olunmasını təmin edir
və qanunla onun üzərinə qoyulmuş
digər vəzifələri icra edir. Katiblər
komissiya sədrinin göstərişlərini
və onlara verilən səlahiyyətləri
icra edir. Məntəqə seçki komissi-
yası sədrinin tapşırığına əsasən,
katib beynəlxalq və yerli müşahi-
dəçilərin siyahısını tərtib edir, sədr
seçki məntəqəsində olmadıqda,
onun tapşırığı ilə səsvermə yerində
qayda-qanuna və ümumi vəziyyətə
nəzarəti həyata keçirir. Səsvermə
günü seçki məntəqəsində yalnız
məntəqə seçki komissiyasının üzv-
ləri, Mərkəzi Seçki Komissiyası
və dairə seçki komissiyasının nü-
mayəndələri, seçki komissiyasının
məşvərətçi səs hüquqlu üzvləri,
akkreditasiyadan keçmiş yerli və
beynəlxalq müşahidəçilər, qeydə
alınmış namizədlər, onların səla-
hiyyətli nümayəndələri və vəkil
edilmiş şəxsləri, siyasi partiya, si-
yasi partiyalar blokunun səlahiy-
yətli nümayəndələri və vəkil edil-
miş şəxsləri, o cümlədən KİV nü-
mayəndələri, xidməti geyim for-
masında olan polis işçiləri (yalnız
məntəqə seçki komissiyası sədrinin
dəvəti ilə ictimai asayişi bərpa et-
mək üçün), müvafiq mütəxəssislər
(məntəqə seçki komissiyası səd-
rinin dəvəti ilə texniki problemləri
həll etmək üçün; onlar vəzifələrini
icra edən kimi seçki məntəqəsini
tərk etməlidirlər) və seçicilər ola
bilərlər.
Müşahidəçilərin məntəqə seçki
komissiyası işə başladığı vaxtdan
səslərin hesablanması prosesi də
daxil olmaqla, səsvermənin nəti-
cələri haqqında protokolun rəsmi-
ləşdirilməsi başa çatanadək seçki
məntəqəsindəki bütün hərəkətləri,
o cümlədən seçki komissiyasının
iclaslarını müşahidə etmək, seçici
siyahıları ilə tanış olmaq, seçki
məntəqəsi açılmazdan əvvəl gözlə
görünməyən mürəkkəbin və ul -
trabənövşəyi lampanın yoxlanma-
sında iştirak etmək, qeydə alınmış
namizədlərlə, onların nümayəndə-
ləri və vəkilləri ilə görüşmək, da-
şınan seçki qutusunu müşayiət et-
mək, səslərin sayılmasını müşahidə
etmək, səsvermənin nəticələri haq-
qında məntəqə seçki komissiyasının
və dairə seçki komissiyasının rəsmi
protokolunun təsdiq olunmuş su-
rətini almaq, həmçinin seçki ko-
missiyasına təklif və iradlarla mü-
raciət etmək, seçki sənədlərinin
məntəqə seçki komissiyasından
dairə seçki komissiyasına və oradan
Mərkəzi Seçki Komissiyasına apa-
rılmasını müşahidə etmək hüququ
vardır.
Vurğulanmışdır ki, əgər seçici
seçki bülletenini korlayıbsa, ona
yeni bülleten verilməsini xahiş edə
bilər. Seçki bülleteninin verilməsinə
məsul olan məntəqə seçki komis-
siyasının üzvü korlanmış seçki
bülletenini seçicidən almalı, kor-
lanmış seçki bülletenini yarı kəs-
məklə ləğv etməli, bülleteni kor-
lanmış seçki bülletenləri üçün nə-
zərdə tutulmuş ayrıca zərfə qoy-
malı, seçiciyə yeni seçki bülleteni
verməli və bu barədə seçicilər si-
yahısında seçicinin soyadından
sağda müvafiq qeyd etməlidir.
Seçki bülletenini almaq və ya
doldurmaq üçün yardıma ehtiyacı
olan seçici kömək üçün məntəqə
seçki komissiyasının üzvləri və
müşahidəçilər istisna olmaqla, aktiv
seçki hüququ olan başqa şəxsə
müraciət edə bilər. Seçiciyə seçki
bülletenini almaqda və ya doldur-
maqda kömək edən şəxs öz ini-
sialını və soyadını göstərməklə se-
çici siyahısının “seçicinin seçki
bülletenini alması haqqında imza”
qrafasında imza etməlidir.
Seçki günü Azərbaycan Res-
publikasının vətəndaşları şəxsiyyət
və ya müvəqqəti şəxsiyyət vəsiqəsi
ilə, vətəndaşlığı olmayan şəxslər
vətəndaşlığı olmayan şəxsin
şəxsiy yət vəsiqəsi ilə, qaçqın və
məcburi köçkünlər qaçqın və məc-
buri köçkünlərin vəsiqəsi ilə, hərbi
xidmətdə olan əsgərlər hərbi bi-
letlə, zabitlər isə zabitin şəxsi və-
siqəsi ilə səs verə bilərlər. Azər-
baycan Respublikasının diplomatik
və xidməti pasportu ilə isə yalnız
Azərbaycan Respublikasının hü-
dudlarından kənarda səs vermək
mümkündür.
İclasda 6 saylı Culfa-Babək
Seçki Dairəsi dairə seçki komis-
siyasının sədri Əzim Əzimov səs-
vermə protokollarının doldurulması
qaydalarını slaydlarla izah etmişdir.
Sonra 4 saylı Naxçıvan Şəhər
Seçki Dairəsi dairə seçki komis-
siyasının katibi Ramal Salmanov
çıxış edərək Azərbaycan Respub-
likası Mərkəzi Seçki Komissiya-
sının Bakı şəhərində təşkil etdiyi
treninqdə keçilmiş mövzular barədə
məlumat vermişdir.
Tədbirə Naxçıvan Muxtar Res-
publikası Mərkəzi Seçki Komis-
siyasının sədri Məhərrəm Qasımov
yekun vurmuşdur.
Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
Mərkəzi Seçki Komissiyasında seminar-treninq keçirilmişdir
Sentyabrın 24-də Naxçıvan Muxtar Res-
publikası Ali Məclisinin Sədri Vasif Talıbov
Serbiya Respublikasının ölkəmizdəki föv-
qəladə və səlahiyyətli səfiri Zoran Vayoviçlə
görüşmüşdür.
Qonağı səmimiyyətlə salamlayan Ali
Məclisin Sədri onu Azərbaycanın ayrılmaz
tərkib hissəsi olan Naxçıvanda görməkdən
məmnunluğunu bildirmişdir. Qeyd olunmuşdur
ki, Naxçıvan Muxtar Respublikası Ermənistanın
hərbi təcavüzü nəticəsində uzun müddətdir,
blokada şəraitində yaşayır. Lakin buna baxmaya -
raq, muxtar respublikada iqtisadiyyatın bütün
sahələri inkişaf etdirilir. Kənd təsərrüfatı, sənaye,
təhsil, səhiyyə, mədəniyyət sahələrində mühüm
uğurlar qazanılmış, ərzaq təhlükəsizliyi təmin
olunmuşdur. Eyni zamanda elm və təhsil müəs-
sisələrinin maddi-texniki bazası möhkəmlən-
dirilmiş, dünya təhsil sisteminə inte qrasiya is-
tiqamətində mühüm addımlar atılmışdır.
Ali Məclisin Sədri Zoran Vayoviçin səfə-
rinin Azərbaycanın Naxçıvan Muxtar Res-
publikası ilə Serbiya arasında əlaqələrin
inkişafı baxımından mühüm əhəmiyyət daşı-
dığını bildirmiş, ona ölkəmizdəki diplomatik
fəaliyyətində uğurlar arzulamışdır.
Səmimi qəbula görə minnətdarlıq edən
Zoran Vayoviç muxtar respublikada ilk dəfə
olduğunu, qədim Azərbaycan torpağı olan
Naxçıvanın sürətlə inkişaf etdiyini bildirmişdir.
Səfir ulu öndər Heydər Əliyev tərəfindən
Naxçıvanda əsası qoyulan inkişaf xəttinin
Azərbaycanı tərəqqiyə qovuşdurduğunu, siyasi
və iqtisadi qüdrətinin durmadan artırdığını
qeyd etmişdir. Azərbaycan və Serbiya arasında
iqtisadi, mədəni və digər sahələrdəki müna-
sibətlərin məmnunluq doğurduğunu bildirən
qonaq fəaliyyəti dövründə Naxçıvan Muxtar
Respublikası ilə də qarşılıqlı əlaqələrin inki-
şafında səyini əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikasında
ödəniş sistemlərinin təkmilləşdirilməsi,
nağdsız ödəmələrin azaldılması istiqa-
mətində həyata keçirilən tədbirlər davam
etdirilir. Bu tədbirlərin yüksək sürətlə
həyata keçirildiyi bölgələrimizdən biri
də Babək rayonudur.
Rayon Vergilər Şöbəsindən aldığımız
məlumata görə, 24 sentyabr tarixə rayonda
17 POS-terminal, 86 nəzarət-kassa aparatı
fəaliyyət göstərir. Ciddi hesabat blankları
tətbiq edilmiş obyektlərin sayı isə 33-ə
çatdırılıb. Əhali arasında nağdsız ödənişlərin
üstünlükləri barədə məlumatlandırma işləri
sürətləndirilib, nağd puldan istifadə edən
zaman pul itkisi ilə üzləşmə hallarının qa-
çılmaz olduğu vətəndaşların diqqətinə çat-
dırılıb. Əhalidə yüksək ödəniş mədəniy-
yətinin formalaşdırılması, insanlara elektron
ödəniş xidmətlərindən və nağdsız ödəniş
alətlərindən istifadə vərdişlərinin aşılanması,
ödəniş kartlarının üstünlükləri və imkanları,
habelə kredit təşkilatlarının, pərakəndə ti-
carət, iaşə və digər xidmət müəssisələrinin
və kart sahiblərinin hüquq və öhdəlikləri
haqqında ictimaiyyətə daha ətraflı məlu-
matın təqdim edilməsi keçirilən görüşlərin
əsas məqsədlərindən olub.
Məlumatda o da bildirilir ki, dövlət və
özəl müəssisələrdən 1629 vergi ödəyicisinin
qeydə alındığı rayonda aparılan operativ
vergi nəzarəti tədbirləri zamanı əhali ilə
pul hesablaşmalarının aparılması qaydalarına
riayət olunması ilə bağlı 4 vergi ödəyicisinə
maliyyə sanksiyası tətbiq edilib. Vergi or-
qanlarında uçotda durmadan sahibkarlıq
fəaliyyəti ilə məşğul olan bir şəxs aşkar
edilib. Fərqlənmə nişanı olmadan avtomobil
nəqliyyatı ilə sərnişin və yük daşımalarını
həyata keçirən 3 vətəndaşa cərimə tətbiq
olunub. Cari ildə rayon Vergilər Şöbəsi tə-
rəfindən valyuta sərvətlərinin ictimai yer-
lərdə alınıb-satılması və ya dəyişdirilməsi
faktları aşkar edilməyib. Vergi nəzarəti təd-
birləri davam etdirilir.
Xəbərlər şöbəsi
Nağdsız ödənişlərin üstünlükləri
ilə bağlı maarifləndirmə
tədbirləri aparılır