Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sloveniya Respublikasına rəsmi səfəri Ali qonağın şərəfinə



Yüklə 14,17 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü14,17 Kb.
#50220


“Xalq qəzeti”.- 2011.- 9 iyun.-№ 126.-S.1. 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sloveniya Respublikasına rəsmi səfəri 

Ali qonağın şərəfinə 

 

Bakı, 9  iyun  (AzərTAc).  Xəbər  verdiyimiz  kimi,  iyunun  9-da  Azərbaycan  Respublikasının 

Prezidenti İlham  Əliyevin  Sloveniya Respublikasına rəsmi səfəri çərçivəsində Prezident Danilo Türkün 

adından dövlətimizin başçısının şərəfinə rəsmi ziyafət verilmişdir.  

Prezidentlər rəsmi ziyafətdə çıxış etmişlər.  

 

Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:  

- Hörmətli cənab Prezident!  

Xanımlar və cənablar!  

İlk  növbədə  mənə  və  nümayəndə  heyətinə  göstərdiyiniz  qonaqpərvərliyə  görə,  cənab  Prezident, 

Sizə  minnətdarlığımı  bildirirəm.  Gözəl  ölkənizi  ikinci  dəfə  ziyarət  etməyimdən  çox  məmnunam.  

Mən ikitərəfli əlaqələrimizin genişlənməsi və keyfiyyətcə yeni mərhələyə qalxması məqsədi ilə qarşılıqlı 

səfərlərin həyata keçirilməsini vacib hesab edirəm. Bu baxımdan Sizin 2009-cu ildə Azərbaycana uğurlu 

səfərinizi xüsusi qeyd etmək istəyirəm.  

Bu  gün  əlaqələrimizin  yeni  mərhələsində  ölkələrimiz  arasında  sənaye,  energetika,  nəqliyyat, 

informasiya  texnologiyaları,  turizm,  ticarət,  sərmayə  qoyuluşu  və  digər  sahələrdə  əməkdaşlığın  inkişafı 

üçün geniş perspektivlər mövcuddur.  

Lakin etiraf etmək lazımdır ki, iqtisadi münasibətlərimizin göstəriciləri ölkələrimizin potensialına 

cavab vermir. İki ölkə arasında ticarət dövriyyəsi və sərmayə qoyuluşunun həcmi arzu olunan səviyyədə 

deyildir. İnanıram ki, səfərim zamanı keçirdiyimiz görüşlər, apardığımız fikir mübadiləsi və müzakirələr 

ölkələrimiz arasında münasibətlərin yeni müstəviyə yüksəlməsinə təkan verəcəkdir.  

Azərbaycan  və  Sloveniya  xalqları  çətin  günlərdə  bir-birinə  dayaq  olmuşlar.  İkinci  Dünya 

müharibəsi illərində faşizmə qarşı mübarizədə burada qəhrəmancasına həlak olmuş “Mixaylo” təxəllüsü 

ilə tanınan Mehdi Hüseynzadə daim hər iki xalqın xatirələrində yaşayır.  

Sloveniya  xalqı  bu  gün  də  öz  qəhrəmanlarını  unutmur.  Novo  Qoritsa  şəhərində  müxtəlif  ictimai 

qurumların  nümayəndələrinin,  xüsusilə  Mehdi  Hüseynzadənin  silahdaşlarından  ibarət  80-ə  yaxın 

sloveniyalının yeni yaranmış Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinə üzv olması xalqlarımızın bir-

birinə olan hörmətini və diqqətini nümayiş etdirir.  

Azərbaycan ilə Sloveniyanın beynəlxalq və regional təşkilatlarda – xüsusilə BMT, ATƏT, Avropa 

İttifaqı,  Avropa  Şurasında  əməkdaşlığı  böyük  məmnunluq  doğurur.  Azərbaycanın  xarici  siyasətində 

Avropa  İttifaqı  və  Avratlantik  strukturlarla  əlaqələr  mühüm  yer  tutur.  Azərbaycan  ilə  Avropa  İttifaqı 

arasında  2006-cı  ildə  imzalanmış  “Enerji  sahəsində  strateji  tərəfdaşlıq  haqqında  Anlaşma 

Memorandumu”,  eləcə  də  bu  ilin  yanvar  ayında  imzalanan  “Cənub  qaz  dəhlizi  haqqında  Birgə 

Bəyannamə”  bunun  bariz  nümunəsidir.  Artıq  regionun  əsas  iqtisadi  mərkəzinə  çevrilmiş  Azərbaycan 

Avropa  ölkələrinin enerji  təhlükəsizliyinin  təmin  olunması  üçün  bundan  sonra da  öz  töhfəsini  verməyə 

hazırdır.  

Biz  enerji  resurslarımızın  bütün  istiqamətlərdə  dünya  bazarlarına  çıxarılmasında  maraqlıyıq  və 

istehsal  etdiyimiz  neftin  və  qazın  Avropaya  nəqli  üçün  irəli  sürülən  təşəbbüsləri  nəzərdən  keçirməyə 

hazırıq. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı neft-qaz layihələri bizim etibarlı tərəfdaş olduğumuzu 

sübut edir və bundan sonra da bütün maraqlı tərəflərlə əməkdaşlıq etməyə imkan verir.  

Yuxarıda  qeyd  edilənlərlə yanaşı, regionun  inkişafı  üçün  ən  böyük  təhlükə  mənbəyi  Ermənistan-

Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  öz  həllini  tapmamasıdır.  Bildiyiniz  kimi,  Azərbaycanın 

Dağlıq Qarabağ regionu və 7 digər rayon 20 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal olunmuşdur. Bu, 

Azərbaycanın  ümumi  ərazisinin  təxminən  20  faizini  təşkil  edir.  Ermənistanın  həyata  keçirdiyi  etnik 

təmizləmə  siyasəti  nəticəsində  bir  milyondan  artıq  azərbaycanlı  qaçqın  və  məcburi  köçkün  vəziyyətinə 

düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, İKT, ATƏT, Avropa Şurası, 

NATO  və  digər  beynəlxalq  təşkilatların  qərar  və  qətnamələri  vardır.  Bu  münaqişə  ancaq  beynəlxalq 

hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.  

Hörmətli  cənab  Prezident,  icazə  verin,  bu  badələri  Sizin  şərəfinizə,  Azərbaycan  ilə  Sloveniya 

arasında səmimi dostluq və faydalı əməkdaşlıq əlaqələrinin inkişafı şərəfinə qaldırım.  

 

 



Yüklə 14,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə