mayaraq, müasir ingilis həyatını, doğma xalqını təsvir edirdi. Buna
görə də hamı, hətta rəqibləri belə onu istedadlı dramaturq kimi
tanıyırdılar.
Şekspir 1612-ci ildə Stratforda qayıdır və ömrünün axırına qədər
burada yaşayır. O, 1616-cı il aprel ayının 23-də (anadan olduğu
gündə) 52 yaşında vəfat etmiş və burada da dəfn olunmuşdur.
Şekspirin ədəbi irsi iki poema, 154 sonet və 37 pyesdən ibarətdir.
İllər keçdikcə əsərlərindəki hadisələrin ümumbəşəri olması, insan
xarakterlərinin yetkinliyi, həyat hadisələrinin dərinliyinə vara bilmək
bacarığı tədqiqatçılarda Şekspir şəxsiyyətinə dərin maraq oyatdı.
Ədibin həyatı haqqmda məlumatların azlığı və bəzən qeyri- dəqiqliyi,
onun Stratfordda doğulması, sadə ailədən olması, universitet təhsili
görmədiyi halda, məşhur əsərlər yazması şübhə oyatmağa başlamışdı.
Bəziləri belə bir fikir irəli sürürdülər ki, o zaman kübar ailədən çıxan,
saray tərbiyəsi görən, universitet təhsilli adamlar üçün dram əsəri
yazmaq əskiklik sayılırmış. Guya, kübarlar öz əsərlərini anonim
şəkildə teatra təqdim edir, aktyorlar üçün rolları köçürməklə məşğul
olan Şekspir isə bu əsərləri öz adma çıxırmış. Bir də deyirlər ki, guya,
bu dram əsərlərini köçürən eyni adam olmamışdır. Çünki bu
əsərlərdə “Şekspir” sözü müxtəlif şəkildə yazılmışdır. Bu fikir düz ola
bilməz. O zaman Şekspirlə eyni vaxtda yaşamış Kristofor Marlonun
adının yazılışına da in- giliscədə on bir şəkildə rast gəlmək olur.
İngiltərədə Şekspirin həyatı, kimliyi, ailəsi və yaradıcılığı ilə
əvvəl maraqlananlar olmuşsa da, onun bioqrafiyasım ilk dəfə Niko-
las Rou yazmışdır. 1709-cu ildə o, Şekspirin altıcildlik əsərlərini
hazırlamış və bioqrafiyası ilə birlikdə çap etdirmişdir. N.Rou, əvvəlki
uydurmalardan və rəvayətlərdən fərqli olaraq, daha dəqiq məlumat-
lara istinad edir. Onun xahişi ilə aktyor Betterton Stratforda gedir və
Şekspir haqqmda daha ətraflı məlumat toplayır. Rounun yazdığı
oçerk əvvəlki yazılara nisbətən daha dəqiq faktlarla zəngin idi.
Rounun yazdığına görə, Şekspir, Tomas Lyusun Stratford yaxınlığın-
da olan meşəsində maral ovladığı üçün torpaq sahibi onu cəzalandır-
mışdır. Şekspir bu cənaba bir həcv yazmış və buna görə də ser Tomas
Lyus tərəfindən daim təqib olunduğundan Londona qaçmışdır. Lakin
Şekspirin Tomas Lyusun meşəsində maral ovladığı haqqmda rəvayət,
ona yazdığı həcv sonradan Şekspir tədqiqatçıları tərəfindən bir- birinə
zidd fikirlər kimi rədd edilir.
downloaded from KitabYurdu.org
Uilyam Şekspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
XVIII
əsrin sonunda şekspirşünaslığın təməlini qoymuş bir alim
kimi tanınan E.Melon (1741-1812) Şekspirin həyatma aid olan faktları
uydurmalardan təmizlədi.
Şekspirin Londona gəldikdən sonra teatr tamaşasına baxmağa
gələnlərin atlarını saxlaması haqqında rəvayət çox geniş yayılmışdı.
Melon isə bu rəvayətə əsla inanmır. Melona görə, Şekspir hələ
Stratfordda ikən oraya gələn teatr truppalarından biri ilə yaxm olmuş
və buna görə də Londonda dərhal özünə iş tapa bilmişdir. Bəzi
bioqraflar Şekspirin atasının savadsız olduğunu söyləyir və qeyd
edirlər ki, o, sənədlərə imza əvəzinə “Con Şekspir” kimi cızıq çə-
kərmiş. Başqa bir tədqiqatçı - Smart bu fikri yalana çıxarıb qeyd edir ki,
belə olsaydı, bu adama şəhər bələdiyyəsində iki dəfə xəzinədar
vəzifəsi tapşırılmazdı.
XIX
əsrin əvvəlindən başlayaraq Şekspir haqqında olan əfsa-
nələrin təhlili məsələsinə son qoyuldu. Şekspirin bioqrafiyasını
yazanlar onun həyatının bəzi faktlarını şərti olaraq qəbul etdilər.
Şekspir haqqındakı məlumatların bəzilərinə şübhə edənlər olsa da,
onların qəbul edilməsini lazım bildilər. Sonralar Şekspirin ailə həyatı
haqqında da bəzi yeni məlumatlar üzə çıxmışdır. Onun “qarabəniz
xanıma” məhəbbəti faktı tam aydınlaşdırılmamışdır. Müəyyən
edilmişdir ki, onun ictimai vəziyyəti kifayət qədər yüksək olmuşdur.
Yaxın tanışları içərisində təkcə qrafların deyil, hətta kraliça
Yelizavetanın adını çəkənlər də var.
XIX əsrdə Şekspiri romantik bir şəxsiyyət kimi öyrənənlərlə
yanaşı, elmi şekspirşünaslığın da təməli qoyulur. Almaniyada və
Fransada bir neçə ədəbi məktəb Şekspirin həyat və fəaliyyəti ilə
məşğul olmağa başlayır. İngiltərədə C.O.Holivel-Fillipe, S.Lİ ədib
haqqında irihəcmli əsərlər yazdılar. Rusiyada N.Storojenko onun
əsərlərini tədqiq etdi. V.Çuyko və V.İvanov dramaturqun bioqra-
fiyasım yazıb nəşr etdirdilər.
XVII-XVIII əsrlərdə Şekspirin həyatı haqqmda yazanların heç biri
onun adı ilə bağlı əsərlərin stratfordlu Uilyam Şekspirə aid olduğuna
şübhə etmirdi. Birdən-birə XIX əsrdə Şekspirin şəxsiyyətinə şübhə
oyandı. Bu fikri ara-sıra indi də təkrar edənlər var. Şekspirin
şəxsiyyətinə şübhə edən ilk tədqiqatçı Amerika alimi Deliya Bekondur.
O, “Şekspir pyeslərinin fəlsəfəsinin açılması” eserində bu pyeslərin
filosof və dövlət xadimi Frensis Bekon tərəfindən yazıldığım sübut
etməyə çalışdı. Deliya Bekonun fərziyyəsinə N.Qotom,
ıo
downloaded from KitabYurdu.org
T.Karleyl kimi alimlər də tərəfdar çıxdılar. Getdikcə Bekon nəzə-
riyyəsinin tərəfdarlarının sayı artdı. Bəziləri hətta inandırmağa
çalışırdılar ki, F.Bekon təkcə Şekspirə aid edilən əsərlərin deyil, hətta
K.Marlo və B.Consonun da əsərlərinin müəllifidir. “Bəs nə üçün
Bekon öz əsərlərini başqalarına verirdi?” sualını belə cavab-
landıradılar ki, guya, F.Bekon rütbəli bir adam kimi adını hörmətdən
salmaq istəmirdi. Halbuki Bekon vəzifədən kənar edildikdən,
cəmiyyətdə nüfuzdan düşdükdən sonra bircə əsər də yazmamışdır.
Bekon haqqında olan bu uydurma 1810-cu ilə kimi davam etdi. Bəzən
Şekspirin əsərlərini daha böyük rütbəli adamlara aid edənlər də
tapıldı. Yeni nəzəriyyəçilər indi bu əsərlərin müəllifinin qraf Derbi,
qraf Retlend, qraf Oksford və nəhayət, kraliça Yelizaveta olduğunu
sübuta yetirməyə çalışdılar.
“Şekspir-Retlend” nəzəriyyəsini bir zaman rus alimləri də
müdafiə edirdilər. 1924-cüildəF.Şipulinski, 1926-cıildə V.Friçe, 1931 -ci
ildə P.Koqan yazılarında bu nəzəriyyəni əsas götürürdülər. Vulqar
sosioloqlar o fikirdə idilər ki, Şekspirin adı ilə tanınan əsərlərdə
zadəganların həyat mövqeyi tərənnüm edilir, buna görə də bu əsərləri
sadə bir ailədən çıxmış adam deyil, məhz zadəgan yaza bilərdi. Belə
bir fikir də söyləyirdilər ki, guya, K.Marlo öldürülməmiş, Avropa
ölkələrində yaşayıb pyeslər yazırmış. Aktyor Şekspirin müəllifliyinə
şübhə edənlərin de əksəriyyəti o dövrün xüsusiyyətlərini bilməyən
jurnalistlər, hüquqşünaslar, istefaya çıxmış siyasət- pərəstlər idi. Qeyd
etmək lazımdır ki, Şekspiri danmaq istəyənlər çoxaldıqca onun dövrü,
yaradıcılığı daha dərindən öyrənilmiş, bu da Şekspir yaradıcılığının
çoxcəhətliliyini, şəxsiyyətini dəqiq öyrənməyə kömək etmişdir.
A.Smimov, M.Morozov, A.Anikst, M. və D.Umovlar kimi bir çox
görkəmli rus alimləri, Azərbaycanda isə M.Rəfili, Ə.Sultanlı,
C.Cəfərov, Ə.Ağayev kimi mahir tədqiqatçılar Şekspirin yaradıcılığı
haqqında maraqlı və orijinal fikirlər söyləmişlər.
Tədqiqatçılar Şekspir yaradıcılığım, əsasən, üç dövrə bölürlər.
Yaradıcılığının birinci dövründə (1591-1601) o, “Venera və Adonis”,
“Lukresiya” poemalarını, sonetlərini, “VIII Henri” pyesindən başqa,
bütün tarixi dramlarını, “Tit Andronik”, “Romeo və Cülyetta”, “Yuli
Sezar” faciələrini, bu dövr üçün səciyyəvi olan şən və nikbin “Səhvlər
komediyası”, “Şıltaq qızın yumşalması”, “İki veronalı əsilzadə”,
“Məhəbbətin əbəs səyi”, “Yay gecəsində yuxu”,
11
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |