Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İ. Kərimovun



Yüklə 98,47 Kb.
tarix10.05.2018
ölçüsü98,47 Kb.
#43447


Azərbaycan Respublikasının Prezidenti yanında

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə

Dövlət Agentliyinin sədri İ.Kərimovun

04” dekabr 2013-cü il tarixli



9/11-92 nömrəli

əmri ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə daxil olan ideya və təkliflərin reyestri haqqında

Qaydalar

  1. Ümumi müddəalar



    1. Bu Qaydalar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (bundan sonra – Dövlət Agentliyi) daxil olan ideya və təkliflərin qiymətləndirilməsi, istifadəsi və mühafizəsi qaydalarını müəyyən edir.

    2. İdeya və təkliflərin reyestrinin (bundan sonra reyestr) məqsədi ideyaların və təkliflərin cəlb edilməsi, istifadə edilməsi, təşviqi, ideya sahibinin hüquqlarının qorunması və bu sahəyə olan ictimai etimadın artırılmasıdır.

    3. İdeya və təkliflərin reyestri - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə daxil olan ideya və təkliflərin qeydiyyata alınması barədə məlumatları əks etdirən mərkəzləşdirilmiş məlumat bankıdır.

    4. İdeya və təkliflərin reyestrinin sahibi (bundan sonra - reyestr sahibi) - Dövlət Agentliyi.

    5. İdeya müvəkkili – reyestr sahibinin hüquq və vəzifələrinin həyata keçirilməsini təmin edən, ideyaların toplanması, qeydiyyatı, təkmilləşdirilməsi, tətbiqi mexanizminin iştirakçısı və rəhbərlik qarşısında hesabatçısı.

    6. İdeya – Dövlət Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı yeni üsul, vasitə və ya tətbiq forması haqqında düşüncə, fikir və ya plan.

    7. Təklif – Dövlət Agentliyinin fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı təqdim edilən müxtəlif təcrübələrdə mövcud olmasına baxmayaraq o günə qədər Dövlət Agentliyi tərəfindən tətbiq edilməmiş olan üsul, vasitə və ya digər tətbiq forması haqqında düşüncə, fikir və ya plan.

    8. İdeya (təklif) sahibi – Dövlət Agentliyinə öz ideyasını (təklifini) təqdim etmiş (göndərmiş) və reyestrdə qeydiyyatdan keçirilmiş şəxs.

    9. İdeya və təklifin daxilolma formaları – elektron və ya kağız daşıyıcılarda.



  1. İdeya reyestri





    1. Dövlət Agentliyinə daxil olmuş ideya (təklif)lər müəyyən olunmuş xüsusi nömrələrdə reyestrdə qeydə alınır və daxil olduğuna dair ideya göndərən şəxsə avtomatik olaraq təsdiq məktubu göndərilir. Şifahi formada verilən ideya (təklif)lər də ideya müvəkkili tərəfindən internet səhifəsi üzərindən elektron formada daxil edilir və reyestrə salınır. (Əlavə1).

    2. Hər bir nömrədə yalnız bir ideya (təklif) qeydə alınır.

    3. Bu nömrə ilə bağlı ideya (təklif) sahibinə məlumat verilir.

    4. Nömrə verilərkən və ideya (təklif) qeydə alınarkən, ideya (təklif)in daxil olma forması (üsulu), ideya (təklif) sahibinin e-poçt ünvanı, qrupu (təsnifatı) və istifadəçi cinsi, adı, soyadı, telefonu və ünvanı (əgər bəllidirsə), ideya (təklif)in daxil olma vaxtı (saat qeyd olunmaqla) reyestrdə qeyd olunur.

    5. Qeydiyyat zamanı ideya (təklif)lərin təsnifatı aşağıdakı qruplar üzrə müəyyən edilir:

      1. Dövlət Agentliyinin əməkdaşları;

      2. Dövlət Agentliyində fəaliyyət göstərən digər dövlət orqanlarının əməkdaşları və könüllülər;

      3. Digər hüquqi və fiziki şəxslər.

    6. Reyestrdə həmçinin ideya (təklif)in nəticəsi barədə məlumatlar qeyd olunur.

    7. Reyestrə daxil olmuş ideya (təklif) əvvəllər də təqdim olunmuşsa, eyni ideyanı (təklifi) göndərən şəxsə (bu istiqamətdə tələbi olduğunda) bu barədə yazılı məlumat verilir, məlumatda əvvəlki ideya (təklif) müəllifinin reyestr nömrəsi göstərilir. Təkrar ideya (təklif) tətbiq olunduqda birinci ideya (təklif) müəllifinin müəllif hüququ müvafiq qanunvericilik ilə qorunmaqla eyni ideya (təklif) müəllifləri reyestrdə qeyd olunur.

    8. Daxil olan ideya (təklif)in elektron forması ideya (təklif) sahibinin adı, soyadı, göndərmə tarixi və reyestr nömrəsi ilə arxivdə saxlanılır.

    9. Reyestrə Dövlət Agentliyinə daxil olmuş ideyanın (təklifin) yazılı çıxarışı əlavə olunur və ona müvafiq ideyanın(təklifin) nömrəsi verilir.



  1. Reyestr sahibinin vəzifələri





    1. Dövlət Agentliyinə daxil olmuş hər bir ideya (təklif)i qeydə almaq.

    2. İdeya müvəkkilini müəyyən etmək

    3. Reyestrə daxil olan məlumatları qorumaq və o məlumatların konfidensiallığını təmin etmək.

    4. Şəxslərin ideya (təklif)lərlə bağlı Dövlət Agentliyinə daxil olmuş müraciətlərinə cavab vermək.

    5. Reyestrdə qeydiyyata alınmış ideya (təklif)lər reallaşdığı təqdirdə bu barədə ideya müəllifinə məlumat vermək.

    6. İdeya (təklif) sahibinin müəlliflik hüquqlarının qorunmasını təmin etmək.



  1. İdeya və təkliflərin qiymətləndirilməsi

4.1. İdeya və təkliflərin qiymətləndirilməsini həyata keçirmək üzrə reyestr sahibi tərəfindən Komissiya yaradılır.

4.2. Komissiya sədr və 4 nəfər üzvdən təşkil olunur. Komissiyaya Dövlət Agentliyinin sədri rəhbərlik edir.

4.4. Komissiya ideya müvəkkilinin təqdimatı və sədrin razılığı ilə toplanır və həmin müddət ərzində toplanmış ideya (təklif)lərin qiymətləndirilməsini həyata keçirir və yekun qərar çıxarır.

4.5. Qiymətləndirmə iki mərhələdə həyata keçirilir:

4.5.1. İlkin mərhələdə İdeya müvəkkili ideya reyestrinə daxil olan və qiymətləndirməyə uyğun ideya (təklif)ləri müəyyən edir.

4.5.2. İkinci mərhələdə həmin ideya (təklif)lər bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun olaraq aşağıdakı meyarlar üzrə Komissiya üzvləri tərəfindən 5 ballıq sistem ilə qiymətləndirilir:

4.5.2.1. orijinallıq;

4.5.2.2. sosial əhəmiyyətlilik;

4.5.2.3. səmərəlilik;

4.5.2.4. əhatə dairəsinin genişliyi;

4.5.2.5. kreativlik.

4.5.3. Qiymətləndirmə bu Qaydalara uyğun olaraq, elektron mühitdə də təşkil oluna bilər.

4.5.4. İdeya müvəkkili hər iki aydan bir ayın ilk həftəsi toplanan ideya (təklif)lər haqqında bu Qaydaların 4.5.2-ci bəndinə uyğun aparılan qiymətləndirmə nəticələrini ümumiləşdirir, nəticələr və bu Qaydaların 2.5-ci bəndi üzrə müəyyən edilmiş hər qrup üzrə ən yaxşı qiymət almış 3 ideya ilə bağlı rəhbərliyə təqdimat verir.

4.5.5. Rəhbərlik qiymətləndirmə nəticələrini nəzərə alaraq hər qrup üzrə ideya (təklif) sahibinə mükafat və ya digər hədiyyələrin verilməsi ilə bağlı qərar qəbul edə bilər.

4.5.6. Təqdimata əsasən sədr Dövlət Agentliyi qəbul edilmiş ideya (təklif)lərin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edir və icraçıları müəyyən edir.


  1. İdeya (təklif) sahibinin hüquq və vəzifələri





    1. Heç bir say məhdudiyyəti olmadan ideya (təklif)lərini göndərmək;

    2. Reyestrdə qeydə alınmış ideya (təklif)ləri ilə bağlı məlumat almaq;

    3. Reyestr sahibinin təklifi ilə ideya (təklif)in realizəsi prosesinə cəlb olunmaq;

    4. Reallaşmış ideya (təklif) ilə bağlı məlumat almaq;

    5. İdeya (təklif) ilə bağlı verilən mükafatdan imtina etmək;

    6. Digər şəxslərin ideya (təklif)lərlə bağlı ona bəlli olan fikirlərindən sui-istifadə etməmək (mənimsəməmək).



  1. İdeya müvəkkilinin hüquq və vəzifələri



    1. Reyestr sahibinin vəzifələrini həyata keçirmək;

    2. Reyestrə daxil olan ideya (təklif)lərin ilkin nəzərdən keçirilməsini və qiymətləndirməyə hazırlanmasını həyata keçirmək;

    3. İdeya (təklif)lərin toplanması ilə bağlı tədbirlər təklif etmək və onların həyata keçirilməsini təşkil etmək;

    4. Bu Qaydaların 4.5.4-cü yarımbəndinə uyğun olaraq rəhbərliyə müvafiq təqdimatları vermək;

    5. İdeya (təklif)lərin təkmilləşdirilərək tətbiq edilməsi ilə bağlı təkliflər vermək;

    6. Qiymətləndirmə aparılmış ideyalar haqqında təqdimat, reallaşmış ideyalar ilə bağlı rəhbərliyə hesabat təqdim etmək.



  1. İdeyaların icrası



    1. Qəbul edilən ideya (təklif)lərin həyata keçirilməsinə bu Qaydaların 4.5.6-cı yarımbəndinə əsasən müəyyən edilən icraçılar məsuliyyət daşıyır.

    2. İdeya (təklif)lər nəticəsində tətbiq edilən yeniliklər və mükafatlandırılan ideya (təklif) sahibləri haqqında ictimaiyyətə mütəmadi məlumat verilir.

    3. Tətbiqinə qərar verilən ideya (təklif)lərin icrasına ümumi nəzarəti Agentliyin aparatının rəhbəri həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti yanında



Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar

üzrə Dövlət Agentliyində daxil olan ideya və təkliflərin

reyestri haqqında Qaydalar”a

1 nömrəli Əlavə

 

 

 

 

 

 

 

 

 




 




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

 

 

 

 

 

 




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İdeya Bankı































 

 

 

 

 

 

 

 

 

394057_445558362148526_1460178971_n


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




 

 

 

 

 

 

 

 

 

 

#

Reyestr nömrəsi

Ad

Soyad

İdeya

Məqsəd

Tarix

Saat

Sosial Status

İş yeri

Şöbə

E-poçt

Tel

Mob

İdeyanı çatdırma metodu

İdeyanın artıq mövcudluğu

Qeyd

Mükafat

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




 

 

 

 




 

 

 

 

 

 

 

 

 

 

 




 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında



Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar

üzrə Dövlət Agentliyində daxil olan ideya və təkliflərin

reyestri haqqında Qaydalar”a

2 nömrəli Əlavə
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə daxil olan

İDEYA VƏ TƏKLİFLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ
Tarix “____” “_________” 2013

Qiymətləndirən şəxsin adı, soyadı, imzası:



1. ___________________________________________


  1. ___________________________________________




  1. ___________________________________________



  1. ___________________________________________



Qiymətləndirmə şkalası: 1 = Uyğun deyil 2= Çox zəif 3= Zəif 4=Standart 5= Standartdan yüksək

Meyarlar

1-ci üzv

2-ci üzv

3-cü üzv

4-cü üzv

Orijinallıq













Sosial əhəmiyyətlilik













Səmərəlilik













Əhatə dairəsinin genişliyi













Kreativlik













Cəmi













Yekun bal ___________________(cəmlərin toplamı/4)


Yüklə 98,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə