Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının "15" may 2014-cü IL tarixli



Yüklə 53,16 Kb.
tarix08.10.2017
ölçüsü53,16 Kb.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin

Kollegiyasının “15” may 2014-cü il tarixli,

“24/3” nömrəli qərarı ilə təsdiq edilmişdir.

3 nömrəli Əlavə

 


 

Dərman vasitələrinin idxalına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə

 

İNZİBATİ REQLAMENT

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Dərman vasitələrinin idxalına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət dərman vasitələrinin idxalına icazə verilməsi üçün bu reqlamentə əlavədə göstərilən ərizənin və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.2.3-cü maddəsi;

1.3.2. “Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin “İdxal” bölməsinin üçüncü abzası;

1.3.3. “ “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin  2007-ci il 06 fevral tarixli 528 nömrəli Fərmanının 2.2-ci bəndi;

1.3.4. “ “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.5. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.16-cı bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra - Nazirlik) Analitik Ekspertiza Mərkəzi (bundan sonra – Mərkəz).

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 30 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Dərman vasitələrinin idxalına icazə verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: interaktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: İstehsal və ya topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr, humanitar məqsədlər üçün sahibkarlar.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://www.health.gov.az;

http://www.e-gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı:        http://www.health.gov.az;

http://www.e-gov.az ;

http://www.pharma.az

Elektron poçt:            office@e-health.gov.az

Telefon:                      (+99412) 5960520



2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Sahibkarlar üçün (yalnız humanitar məqsədlərlə)

2.6.1.1. ərizə (əlavə №1);

2.6.1.2. ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənəd;

2.6.1.3. yük göndərənin  yük alıcısı ilə müqaviləsi;

2.6.1.4. istehsalçı tərəfindən verilmiş keyfiyyət sertifikat(lar)ı və ya analız protokol(lar)ı (yalnız dərman preparatları üçün);

2.6.1.5. mənşə sertifikatı.

2.6.2. Müəssisələr üçün

2.6.2.1. Ərizə (əlavə №2);

2.6.2.2. Ərizəçinin vergi uçotuna alınmasını təsdiq edən şəhdətnamənin surəti;

2.6.2.3. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

2.6.2.4. yük göndərənin  yük alıcısı ilə müqaviləsi və ya bunu evəzedən sənəd;

2.6.2.5. istehsalçı tərəfindən verilmiş keyfiyyət sertifikat(lar)ı və ya analız protokol(lar)ı (yalnız dərman preparatları üçün);

2.6.2.6. mənşə sertifikatı.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar



 

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi, bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarına daxil olub şəxsiyyət vəsiqəsinin nömrəsini və fin kodunu daxil edir və qeydiyyatdan keçir. Bundan sonra istifadəçi, internet səhifəsində elektron ərizə formasını doldurur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədləri ərizəyə əlavə kimi həmin internet səhifəsinə yükləyir.

3.1.2. Sorğunun qəbulu: Sorğu, internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən ərizə forması tam doldurulmadıqda,  bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlər internet səhifəsinə yüklənmədikdə və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçiyə 5 gündən gec olmayaraq məlumat verilir. Elektron xidmətin göstərilməsindən imtina, istifadəçinin bu elektron xidmət növünə yenidən müraciət etməsinə mane olmur.

3.3. Sorğunun icrası:

3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

3.3.1.1. Müraciətin qəbul edilməsi – mərkəzin Ümumi şöbəsi;

3.3.1.2. Ekspert rəyinin verilməsi – mərkəzin Dərman ekspertiza şöbəsi;

3.3.1.3. İdxala razılıq məktubunun verilməsi – mərkəz.

3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

3.3.2.1. İstifadəçi, mərkəzə müraciət edilməsi üçün bu reqlamentə əlavədə göstərilən ərizə formasını doldurub, tələb olunan sənədləri ərizəyə əlavə kimi yükləyib onlayn rejimdə göndərir, müraciətin qeydiyyata götürülməsi haqqında avtomatik rejimdə istifadəçiyə bildiriş göndərilir. Avtomatik rejimdə müraciət, mərkəzin Ümumi şöbəsi üçün hazırlanmış proqram təminatına daxil olur;

3.3.2.2. Mərkəzin Ümumi şöbəsi proqram təminatına düşmüş müraciəti qəbul edir, ərizəyə əlavə kimi yüklənmiş sənədləri yoxlayır. Müraciət və sənədlər qəbul edildikdən sonra dərman vasitələrinin ekspertizanın keçirilməsi üçün göndərilir dərman ekspertiza şöbəsinə;

3.3.2.3. Mərkəz Dərman ekspertiza şöbəsinin rəyinə əsasən müvafiq qərar qəbul edir. Şəhadətnamə ərizəçiyə birbaşa, poçt rabitəsi vasitəsilə və ya rəsmiləşdirilərək, qeydiyyat zamanı göstərilən elektron poçt ünvanına göndərilməklə təqdim olunur.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: yoxdur.

3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Sorğuya və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müvafiq qərar qəbul edilir. 

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada xidmətin yerinə yetirilməsinə nəzarət nazirliyin ümumi şöbəsi həyata keçirir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi  elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət edə bilər.

3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət, kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayət, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74.2-ci maddəsinin tələblərinə uyğun olmalıdır.

3.5.3. şikayətin baxılma müddəti: İnzibati qaydada şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və qərar verilir.

 

 



Dərman vasitələrinin idxalına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentə

 

Əlavə №1

 

Sahibkarlar üçün



Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə

 

Dərman və tibbi vasitələrinin idxalı edilməsi məqsədilə



 

_______________________________________________________________________tərəfindən

(fiziki şəxsin  adı, soyadı, atasının adı)

 

Ə  R  İ  Z  Ə

 


Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı)

 

Yaşayış ünvan:

(şəhər, rayon (indeks), küçə, ev)

 

telefon, faks,

elektron ünvanı

 

VÖEN-i

 

Fəaliyyət növü

 

 

 

 



 

 


Dərman vasitələrinin idxalına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentə

 

Əlavə №2

 

Müəssisələr üçün



 

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə

 

Dərman və tibbi vasitələrinin idxalı edilməsi məqsədilə



 

__________________________________________________________________tərəfindən

(müəssisənin rəhbəri)

 

Ə  R  İ  Z  Ə



 

Hüquqi şəxsin adı və VÖEN-i

 

Təşkilati-hüquqi forması

 

Hüquqi ünvan:

(şəhər, rayon (indeks), küçə, ev)

 

telefon, faks,

elektron ünvanı

 

Hesablaşma-hesabının nömrəsi və bankın adı

 

Obyektin təyinatı və ünvanı

 

 

 

: uploads -> media -> 2014
2014 -> "Təsdiq edirəm"
media -> Sözleşme Makamı: Avrupa Birliği Türkiye Delegasyonu Teklif Çağrısının Başlığı: Demokrasi ve İnsan Hakları İçin Avrupa Aracı (Dİhaa)
media -> Profilaktik peyvəndlərin vaxtı barədə sms vasitəsilə xəbərdarlıq verilməsi Xidmətin yaradılmasının əsası
media -> Logická SÉmantika a (VŠeobecná) teória prekladu
2014 -> Daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə
media -> S z a b a d i d ő
2014 -> Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının "15" may 2014-cü IL tarixli
2014 -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının "01" iyul 2013-cü IL tarixli
2014 -> Tibbi arayışların verilməsi


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə