1
Azərbaycan Respublikasının Təhsil İnstitutunun
Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin 85 illiyinə ithaf olunur
ELMİ ZİRVƏYƏ APARAN YOL
1931-ci ildə yaradılmış indiki Azərbaycan Respublikasının Təhsil
İnstitutunun əsası 1932-ci ildə Aspirantura şöbəsi kimi yaradılan hazırki Elmi-
pedaqoji kadr hazırlığı şöbəsi öz işini “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa (2009-cu il), Elm haqqında Azərbaycan
Respublikasının Qanununa (2016), Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 01 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş Doktoranturaların
yaradılması və doktoranturaya qəbul qaydalarına, İnstitutun Nizamnaməsinə,
şöbənin əsasnaməsi və illik fəaliyyət planına əsasən qurur.
Qloballaşma
insanların
təfəkkürünün
varlığın
yeni
reallıqlarına
uyğunlaşmasını irəli sürür, geniş miqyaslı informasiyanı təhlil edə bilərək operativ
qərar qəbul edən, dövlətin bir çox vacib sahələrinin gələcəyini müəyyən edə bilən
yeni nəsil kadrların hazırlanmasını diktə edir. Bu şəraitdə ali təhsil sistemi xüsusi
funksiya yerinə yetirir, çünki təhsil siyasəti elə şəkildə yenidən qurulmalı olur ki,
informasiya-texnoloji, texniki, mədəni sahələrdə innovasion proseslərin artan sürəti
şəraitində düzgün istiqamət götürmək qabiliyyətinə malik olan mütəxəssislər
hazırlana bilsin.
İnformasiya texnologiyalarının güclü inkişafı ümumilikdə keçmişə
münasibətdə hadisələrin başvermə sürətinin yüksək səviyyədə artması ilə bağlıdır.
Ümummilli lider Heydər Əliyev hələ keçən əsrin 70-ci illərində informasiya
texnologiyalarının inkişafının insan həyatında mühüm dəyişikliklərə səbəb
olacağını hiss edərək bu sahəyə xüsusi diqqət yetirmiş və bugünkü inkişafın
təməlini qoymuşdur. Heydər Əliyev demişdir ki, dövlət müstəqilliyinin xalqımıza
bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın,
millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğrudur, bu
proses çox mürəkkəb prosesdir. Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir.
Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil
müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil
sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail
olsunlar.
XXI əsrin başlanğıc illərində siyasi və iqtisadi sahələrdə Azərbaycanın
potensialının güclənməsi əhalinin rifahının yüksəlməsinin əsas şərtlərindən biri
oldu. Qloballaşma yolu ilə gedən müasir dünya qarşısında duran beynəlxalq
rəqabətə tez uyğunlaşmaq bacarığı, onun uğurlu və davamlı inkişafı da mühüm
əhəmiyyət kəsb edən amillərdən biridir. Yüksək səviyyədə inkişaf etmiş ölkələrin
2
rəqabət üstünlüyü başlıca olaraq təhsillə müəyyənləşən insan potensialının inkişafı
ilə bağlıdır. İndiki zamanda ölkəmizin iqtisadi inkişafının təminatı məhz bu sahə
ilə sıx əlaqəlidir. Hazırda ölkəmizin bütün sahələrində olduğu kimi, təhsil
sahəsində də sürətli dəyişikliklər baş verir. Lakin hələ həll olunmalı bir sıra
problemlər qalmaqdadır. Onların həlli yollarını əvvəlcədən görmək çətindir. Çünki
əldə olunan bilik sürətli dəyişikliklərə görə tez bir zamanda köhnəlir, bu səbəbdən
bilik və təhsilin paradiqması dəyişilir. Məhz bu deyilənləri nəzərə alıb deyə bilərik
ki, insanların əldə etdiyi ali təhsil bilikləri də müəyyən dəyişikliklərə uğrayır.
Aktual məsələlərdən biri də indiki dövrdə universitetlərdə müasir tələblərə uyğun
yeniliklər və beynəlxalq rəqabətə dözümlülük yaratmaqdır. Bunu nəzərə alan
dövlətimiz dünyanın bir çox nüfuzlu ölkələrində olduğu kimi, ali təhsil sahəsinə
diqqəti daim artırır.
Azərbaycanın vahid Avropa təhsil məkanına daxil olması bir tərəfdən tədris-
təhsil modellərinin müasir tələblərə uyğunlaşdırılması, digər tərəfdən isə
Azərbaycanın formalaşmış təhsil sisteminin etik-mədəni özünəməxsusluğunun
saxlanmasını bir zərurət kimi irəli sürdü. Bu məqsədlə təhsil sisteminin bütün
sahələrində vəziyyətin təhlili, mühüm faktorların nəzərə alınması qloballaşma
proseslərinin intensivləşdiyi şəraitdə Azərbaycanın ali təhsil sisteminin
modernləşdirilməsinin əsas zəmini oldu.
III minilliyin əvvəllərində planetin ictimai-siyasi, iqtisadi, elmi və mədəni
həyatının müxtəlif sahələrində dünyada yaranmış situasiyanın bütün ciddi təhlilləri,
bir çox aparıcı alimlərin fikrincə, dövrün əsas məzmununu təşkil edən qloballaşma
kontekstində aparılır. Söhbət artıq sosial mövcudluğun ənənəvi milli dövlət
qurumları çərçivələrinə sığmayan, keyfiyyətcə yeni ümumiliyindən gedir.
Təhsil xərclərinin ilbəil artması Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə
birbaşa bağlıdır. “Təhsil əsri” elan edilən XXI əsrdə yüksək intellektə malik insan
kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç
vaxt indiki qədər aktual olmamışdır. Prezident bununla bağlı belə deyir: “Biz
maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təhsilə
diqqəti və qayğısı sayəsində hazırda təhsil sistemində əsaslı islahatlar həyata
keçirilir, müxtəlif problemlər üzrə Dövlət Proqramları yerinə yetirilir. Bunların
içərisində 31 yanvar 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına
inteqrasiyası”, 22 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş “2009-2013-
cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət
Proqramı”, “Təhsil sisteminin informasiyalaşdırılması Proqramı (2008-2012-ci
illər)”, 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş “Elmin inkişafı üzrə
3
Milli strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı (2009-2015-ci
illər)” xüsusi yer tutur.
Təhsilin və elmin inkişafı proqramları sahəsi üzrə fəaliyyət “Təhsil
haqqında”,”Elm haqqında” Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan
Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnaməyə və digər normativ-hüquqi
aktlara əsaslanır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13
nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tədbirlərin həyata keçirilməsi
istiqamətində fəaliyyətin aparılması, təşkilati-hüquqi və mülkiyyət formasından
asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün tipdən olan
təhsil müəssisələrində təhsilin keyfiyyətinin qiymətləndirilməsinə dövlət
nəzarətinin həyata keçirilməsi, fəaliyyət sahəsinə aid normativ–hüquqi sənədlərin
işlənilib hazırlanmasında iştirak edilməsi, dövlət təhsil standartlarına uyğun olaraq
monitorinq və qiymətləndirmələrin həyata keçirilməsi, təhsilin keyfiyyətinin
qiymətləndirilməsi texnologiyasının işlənməsi və təkmilləşdirilməsi təhsilin
inkişafı proqramları sahəsi üzrə mühüm vəzifələrdəndir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları demişdir ki,
qloballaşma təbii prosesdir və yəqin ki, bu proses müəyyən düzəlişlərlə davam
edəcəkdir. Xüsusilə belə olan halda milli dəyərlərə önəm vermək, gənc nəsli milli
dəyərlər əsasında tərbiyə etmək xüsusi əhəmiyyət daşıyır. Mən çox şadam ki,
Azərbaycanda milli ənənələr güclənir, möhkəmlənir və bu prosesləri daha da
sürətləndirmək üçün kompleks tədbirlər görülməlidir. Əlbəttə, təhsil bu işlərdə ən
prioritet məsələdir.
Son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
cənablarının apardığı sosial siyasət bunu təsdiq edir ki, yaxın zamanlarda bizim
müəllimlərin sosial vəziyyəti digər qabaqcıl ölkələrin müəllimlərinin vəziyyətinə
bərabərləşəcək. Ölkəmizin dinamik inkişaf edən iqtisadi potensialı bunu həyata
keçirməyə real zəmin yaradır. Son illərdə hökumətimiz tərəfindən pedaqoji
işçilərin əmək haqlarının sistemli və mütəmadi şəkildə artırılması dediklərimizi bir
daha təsdiq edir.
Akademik R. Ə. Mehdiyev “İctimai və humanitar elmlər: zaman
konteksində baxış” məqaləsində yazır: “Qloballaşma, informasiya texnologiyaları,
internetin hökmranlığı əsrində təlim-tədris prosesini köhnəlmiş meyarlarla qurmaq
mümkün deyildir. Müasir reallıq aparıcı dövlətlərdə ictimai-siyasi və humanitar
sahələrdə islahatların fəlsəfəsini, cəmiyyətdə rolunu və statusunu köklü surətdə
dəyişmiş, bu sahədə potensial artıq strateji resursa çevrilmişdir”.
4
Təhsilin modernləşdirilməsi milli ənənələr kontekstində müstəqil düşüncə
predmeti idisə, yeni mərhələdə islahatların parametrləri müəyyən dərəcədə Avropa
təhsil sistemi tərəfindən müəyyən olunur.
Ali təhsilin modernləşdirilməsinin əsas məqsədi ölkənin ali təhsilinin
Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Boloniya prosesinin
prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabət qabiliyyətinin təmin edilməsi,
ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın
ödənilməsi, habelə (həmçinin) informasiya cəmiyyətinin və biliklərə əsaslanan
iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması, əhalinin
müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün
iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır.
Azərbaycanda pedaqogika elminin inkişafını şərtləndirən, onun inkişafını təmin
edən əsas amillərdən biri də elmi-pedaqoji kadr hazırlığıdır. Elmi-pedaqoji kadr
hazırlığının əsas məqsədi təhsil işçilərinə pedaqogika, didaktika, psixologiya,
defektologiya üzrə yenilikləri çatdırmaqla, təhsilin elmi əsaslar üzrə idarə
olunmasını təmin etmək və ali məktəblərin professor-müəllim heyətinin peşəkarlıq
səviyyəsini yüksəltməkdən ibarətdir. Ali təhsil islahatının yaxın və uzaq
perspektivdə
həyata
keçirilməsi
keyfiyyətli
elmi-pedaqoji
kadrların
hazırlanmasından asılıdır. Buna görə də elmi-pedaqoji kadrların hazırlanması üçün
lazımi şərait yaradılır, professor-müəllim heyətinin yeniləşməsinə və
gəncləşməsinə diqqət yetirilir. Nəticədə təhsil sahəsində çalışan professor-müəllim
heyətinin peşəkarlıq səviyyəsi yüksəlir. Ali pedaqoji məktəblərin pedaqogika
kafedralarını, Azərb. ETPEİ-nin (indiki Təhsil İnstitutu) müvafiq şöbələrini zəruri
səriştəyə malik elmi və elmi-pedaqoji kadrlarla təchiz etmək yüksək ixtisaslı kadr
hazırlığının mühüm tərkib hissəsi kimi həmişə diqqət mərkəzində olmuşdur.
Azərbaycanda elmi-pedaqoji kadr hazırlığının ilkin mərhələsi XX əsrin 20-ci
illərinin ikinci yarısına təsadüf edir, ancaq o dövrdə elmi-pedaqoji kadr hazırlığının
qaydasını, formalarını və müddətini dəqiq müəyyən edən normativ sənədlər
olmadığından "elmi əməkdaş", "elmi işçi", "aspirant" kimi anlayışlar arasında
dəqiq fərq qoyulmamış, onların hüquq və vəzifələri müəyyən edilməmişdir. O
zamanlar elmi işçilərin hazırlanması üçün maliyyə vəsaiti də ayrılmırdı.
1929-cu il mayın 18-də respublika XMK nəzdində Dövlət Elm Şurası elmi
işçilərin hazırlanması haqqında əsasnamə təsdiq etdi. Əsasnamədə göstərilirdi ki,
aspiranturada təhsil müddəti 3 ildir. Aspirant həmin müddət ərzində elmi işini
hazırlamalı və fakültənin açıq iclasında onu müdafiə etməlidir.
1
Aspirant elmi işlə
1
İki il müddətində aspirant xüsusi proqram və fərdi plan əsasında fəlsəfəni öyrənməli, 1-2 sınaq mühazirəsi
oxumalı, əgər pedaqogika üzrə tədqiqat aparırsa, pedaqoji mövzuda 2 məruzə hazırlamalı idi. Aspiranturanın ikinci
ilinin sonunda o, dövlət aspirantura imtahanı verməli, üçüncü ildə bütün gücünü dissertasiyanın hazırlanmasına sərf
etməli idi. Aspirantın dissertasiya mövzusu birinci ilin sonu, ikinci ilin əvvəlində təsdiq olunurdu.
5
yanaşı, təhsil illərində rus dilini, azərbaycanlı olmadığı təqdirdə Azərbaycan dilini,
həm də milliyətindən asılı olmayaraq xarici dillərdən birini öyrənməli idi. 30-cu
illərə kimi Azərbaycanda pedaqoji elmlər üzrə yüksək ixtisaslı mütəxəssislər
hazırlayan müəssisə olmadığından, müəllim kadrları hazırlayan ali məktəblər
pedaqogika elminin qarşısında duran vəzifələri yerinə yetirə bilmirdi. Gənc nəslin
təlim-tərbiyəsi
ilə
məşğul
olan
qabaqcıl
müəllimlərin
təcrübəsini
ümumiləşdirməyə, pedaqogikanın elmi-nəzəri problemlərini, tərbiyə nəzəriyyəsini
və didaktikanın mühüm problemlərini araşdırmağa ciddi ehtiyac duyulurdu. Bunun
üçün həmin problemlə məşğul olan xüsusi elmi-tədqiqat müəssisəsinin yaradılması
vacib idi.
1931-ci ildə təsdiq olunan Azərbaycan Elmi-Tədqiqat Pedologiya
İnstitutunda 1932-ci ildə aspirantura yaradıldı.
Azərbaycan Respublikası Bakı şəhəri Xalq Maarifi Şöbəsinin 1930-cu il 30
iyun tarixli 30 nömrəli və Xalq Maarifi Komissarlığının 1931-ci il 29 iyun tarixli
87 nömrəli əmrinə əsasən 1931-ci il iyulun 1-də təhsil sahəsində ilk elmi tədqiqat
institutu Azərbaycan Elmi-Tədqiqat Pedologiya İnstitutu yaradılmışdır. İnstitutun
adı, onun fəaliyyət istiqamətləri bir neçə dəfə dəyişdirilmişdir:
1931-ci il iyulun 1-dən 1932-ci ilin oktyabr ayınadək “Azərbaycan Elmi-
Tədqiqat Pedologiya İnstitutu”;
1932-ci il oktyabr ayından 1934-cü ilin oktyabr ayınadək “Azərbaycan
Pedologiya və Pedaqogika İnstitutu”;
1934-cü il oktyabr ayından 1934-cü ilin dekabr ayınadək “Azərbaycan
Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu”;
1934-cü ildən 1936-cı il avqust ayınadək “Azərbaycan Pedologiya və
Pedaqogika İnstitutu”;
1936-cı il avqust ayından 1937-ci ilin dekabr ayınadək “V.İ.Lenin adına
Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu”;
1938-ci il yanvar ayından 1938-ci ilin iyun ayınadək “Azərbaycan Elmi-
Tədqiqat Pedaqogika İnstitutu”;
1938-ci il iyun ayından 1946-cı ilin yanvar ayınadək “Azərbaycan SSR
Maarif Nazirliyinin Azərbaycan Dövlət Elmi-Tədqiqat Məktəblər İnstitutu”;
1946-cı ilin yanvar ayından 1951-ci ilin yanvar ayınadək “Azərbaycan Elmi-
Tədqiqat Pedaqogika İnstitutu”;
1951-ci ildən 1977-ci ilin mart ayınadək ”Azərbaycan Dövlət Elmi-Tədqiqat
Pedaqogika İnstitutu”;
1977-ci ilin mart ayından 2000-ci ilin iyun ayınadək “Azərbaycan Elmi-
Tədqiqat Pedaqoji Elmlər İnstitutu”;
6
Azərbaycan Respublikasının Prezidentinin 13 iyun 2000-ci il tarixli 349
nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdindəki Elmi-
Metodik Mərkəz və Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun bazasında
Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidentinin 16 noyabr 2016-cı il tarixli
Fərmanı ilə "Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli
13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"na əsaslanaraq, Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan
Respublikasının Təhsil Problemləri İnstitutunun adı dəyişdirilərək Azərbaycan
Respublikasının Təhsil İnstitutu adlandırılmışdır.
İlk dövrdən aspiranturaya ən bacarıqlı, istedadlı gənclər (Əhməd Seyidov,
Mehdi Mehdizadə, Məmmədsəlim Tahirli, Zümrüd Axundova, Qulam Hüseynov
və b.) qəbul olunmuşdur. Sonralar (məsələn, 1935-ci ildə) aspiranturaya, əsasən,
bir neçə il İnstitutda fəaliyyət göstərmiş şəxslər (Mərdan Muradxanov, Vəlixan
Mustafazadə, Əliş Həsənov, Əmir Tağıyev, İsmayıl Mərdəliyev, Surxay Hacıyev,
Mirzəağa Quluzadə və b.) qəbul edilmişlər. Həmin şəxslər alimlik dərəcəsi
aldıqdan sonra pedaqoji elmlərin, ədəbiyyatın inkişafında böyük xidmət
göstərmişlər. Elə həmin ildə İnstitut əməkdaşlarından Qulam Məmmədov, İsgəndər
Novruzov, Aleksey Loqinov və b. qiyabi aspiranturaya qəbul olunmuşlar.
İlk aspirantlardan Ə. Seyidov, M. Mehdizadə və başqalarına keçmiş SSRİ-
nin mərkəzi şəhəri olan Moskva alimləri rəhbərlik edirdilər. 1935-ci ildə Əli
Abdullayev Moskva Elmi-Tədqiqat Fiziologiya İnstitutunun aspiranturasına
göndərildi. 1936-cı ildə aspirant O. M. Çeqlakova Moskvada psixologiya üzrə
namizədlik dissertasiyasını müdafiə etdi.
Keçən əsrin 30-40-cı illərində pedaqogika ixtisası üzrə aspirantura xətti ilə
elmi və elmi-pedaqoji kadr hazırlığında obyektiv və subyektiv xarakterli çətinliklər
mövcud idi. Belə ki, aspirantların bəzilərinin təhsil hazırlığının kifayət qədər
olmaması, rus və xarici dilləri zəif bilməsi başqa dillərdəki ədəbiyyatlardan
istifadəni çətinləşdirir, onların ixtisas səviyyələrinə mənfi təsir göstərməklə, fərdi
hazırlıq planlarının yerinə yetirilməməsi ilə nəticələnirdi. Başqa bir çətinlik isə
pedaqoji elmlər üzrə yüksək ixtisaslı elmi rəhbərlərin - elmlər doktorlarının,
professorların yoxluğu ilə bağlı idi.
1939-cu ildə aspirantura xətti ilə elmi kadrların hazırlanmasına diqqət daha
da artırıldı. Aspirantların bəziləri (M. Muradxanov, V. Mustafazadə, Ə. Tağıyev,
Ə. Həsənov və b.) bir il müddətinə Leninqrada, A. İ. Gertsen adına Pedaqoji
İnstitutun aspiranturasına göndərilmişdilər. Onların yüksək ixtisaslı alimlərin
rəhbərliyi altında yetişdirilmələri üçün hər cür şərait yaradılmışdı. Leninqradın
görkəmli pedaqoqlarından Ş.İ. Qanelin, Y.Y. Qolant, L.Y. Raskin, İ.V. Svadkovski
7
və M.M. Rubinşteynin rəhbərliyi və yaxından köməyi həmin aspirantların bacarıqlı
tədqiqatçı kimi yetişmələrinə güclü təsir göstərdi. Onlar Leninqraddan qayıtdıqdan
sonra ciddi tədqiqata girişdilər və ilk növbədə pedaqogikanın nəzəri problemlərini,
o cümlədən kommunist tərbiyəsi və Azərbaycan pedaqoji fikrin tarixi məsələlərini
işləməyə başladılar. Həmin dövrlərdə sovet rus alimlərinin köməyindən daha çox
istifadə edilmişdir.
Aspiranturaya, bir qayda olaraq, ən azı iki il maarif sahəsində iş stajına
malik olan, elmi axtarışlara böyük həvəs göstərən səriştəli müəllimlər, ali məktəbi
fərqlənmə diplomu ilə bitirən tələbələr qəbul edilirdilər. Onlar pedaqogikanın tarixi
və nəzəriyyəsi, psixologiya, defektologiya, sosiologiya və xüsusi metodikaların
aktual problemləri üzrə tədqiqat aparırdılar.
Aspirantlara rəhbərlik işinə İnstitutun bir sıra təcrübəli əməkdaşları ilə
yanaşı, Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət
Pedaqoji Universiteti və digər ali təhsil müəssisələrinin görkəmli alimləri cəlb
edilmişdilər.
Aspirant və dissertantlar üçün İnstitutda gənc alimlər şurası fəaliyyət
göstərirdi. Bu şuranın məşğələlərində elmi-tədqiqatın metodoloji əsasları, pedaqoji
tədqiqatın metodları, təcrübi materialların işlənməsi, alınmış nəticələrin təcrübədə
sınaqdan keçirilməsi və s. məsələlər üzrə mühazirələr oxunmuş, həmçinin, işgüzar
söhbətlər təşkil edilmişdi. Bu mühazirə və məsləhətlərə respublikanın görkəmli
pedaqoq, psixoloq və metodistləri cəlb olunmuşdular.
II dünya müharibəsindən sonra respublikamızda getdikcə inkişaf edən
pedaqoji institutların və pedaqoji elmin tələbatını təmin etmək məqsədilə pedaqoji
elmlər sahəsində kadr hazırlanması sürətlə genişləndi, pedaqoji elmlər
namizədlərinin sayı ildən-ilə artdı, pedaqoji elmlər üzrə doktorların yetişməsinə
şərait yarandı. Dövlət və hökumət orqanları elmi və elmi-pedaqoji kadr hazırlığını
genişləndirmək məqsədilə müvafiq qərar və sərəncamlar qəbul etdilər. 1944-cü il
yanvarın 2-də SSRİ Xalq Komissarları Soveti yanında Ümumittifaq Ali Məktəb
İşləri Komitəsinin “Ali məktəblərdə aspirantlar hazırlanmasını yaxşılaşdırmaq
tədbirləri haqqında” əmrində aspirantların müsabiqə yolu ilə seçilməsi, müttəfiq və
muxtar respublikaların ali məktəblərinin aspiranturasına yerli millətdən olan
şəxslərin qəbuluna üstünlük verilməsi məqsədəuyğun hesab olundu.
Ötən əsrin 60-cı illərin ikinci yarısında respublikada pedaqoji elmlər üzrə
elmi-pedaqoji kadr hazırlığında ixtisaslaşdırılmış müdafiə şuralarının yaradılması
və ADU-nun müdafiə şurasına pedaqoji elmlərin müvafiq problemləri üzrə
doktorluq dissertasiyalarının müdafiəsini təşkil etmək hüququnun verilməsi
pedaqoji elmlərin inkişafını şərtləndirən əsas amillərdən birinə çevrilməklə,
respublikanın elmi-pedaqoji həyatında böyük canlanma yaratdı, elmi-pedaqoji kadr
hazırlığının yeni sistemi formalaşmağa başladı. 60-cı illərdə və 70-ci illərin birinci
8
yarısında elmi və elmi-pedaqoji kadrların hazırlanmasının müxtəlif problemləri ilə
əlaqədar rəsmi dövlət orqanlarının diqqət və qayğısını ifadə edən mühüm qərarlar
qəbul edildi. Bu qərarların məntiqi nəticəsi olaraq elmi və elmi-pedaqoji kadr
hazırlamağın əsas vasitəsi olan aspiranturada təhsil alanların sayı artdı, kadr
hazırlığı respublikanın ali pedaqoji məktəblərinin tələbatına uyğun davam etdirildi.
Doktorant və dissertant hazıtlığında mühüm mərhələ onların dissertasiya
mövzularının düzgün seçilməsi ilə bağlıdır. Düzgün tərtib olunan plan dissertasiya
işinin vacib tərkib hissəsidir. Təkrar tədqiqat mövzularına yol verilməməsi
məqsədi ilə 1970-80-ci illərdə Azərbaycan ETPEİ-də Pedaqoji və Psixoloji elmlər
üzrə Elmi-Tədqiqatları Əlaqələndirmə Şurası yaradıldı. Bu, pedaqoji elmlərin
inkişafında və elmi-pedaqoji kadr hazırlığında xüsusi mərhələ hesab olunmalıdır.
1974-cü ildə yaradılan həmin Şuranın ilk sədri prof. Nürəddin Kazımov, sonra
prof. Zahid Qaralov olmuşdur. Müxtəlif illərdə prof. Y.Ş. Kərimov, Ş. Mikayılov,
A.O. Mehrabov Şuraya rəhbərlik etmişlər. Qısa müddətdə Şuranın işində fasilə
əmələ gəlmiş və Şuranın İnstitutdan alınması təhlükəsi yaranmışdı. Lakin Təhsil
Problemləri İnstitutunun direktoru olmuş Qulu Novruzovun gərgin əməyi
nəticəsində Şura İnstituta qaytarıldı. Hazırda Təhsil Tədqiqatları üzrə Problem
Şurasına pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov rəhbərlik
edir.
Elmi dərəcə və elmi adların verilməsini təsdiq edən SSRİ AAK-sı 1932-ci
ildə yaradılmış, 1934-cü ildə fəaliyyətə başlamışdı. SSSR AAK 1974-cü ilədək
SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi yanında olmuş, Sov. İKP MK-nın və
SSRİ Nazirlər Sovetinin “Elmi və elmi-pedaqoji kadrların attestasiyasını daha da
təkmilləşdirmək tədbirləri haqqında” qərarına əsasən SSRİ Nazirlər Soveti yanında
AAK-na çevrilmişdi. SSRİ AAK-sı 1992-ci ilə kimi Azərbaycanın ali məktəb və
elmi-tədqiqat institutları elmi şuralarının qərarına əsasən alimlik dərəcələrini təsdiq
etmiş,
respublikamızda
yaradılan
şuralara
doktorluq
və
namizədlik
dissertasiyalarını müdafiə etmək hüququ vermiş, onların tərkibini təsdiq etmişdir.
Hazırda bu işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyası həyata keçirir.
Pedaqoji və psixoloji elmlər üzrə elmi tədqiqatların əlaqələndirilməsində
Şura faydalı işlər görmüş, sistematik olaraq hər il respublikanın ali pedaqoji
məktəbləri, universitetləri, Azərbaycan ETPEİ (hazırki Təhsil İnstitutu), MMTİ
(keçmiş Azərbaycan Müəllimlər İnstitutu) və digər institutlarda işlənilən yüzlərlə
elmi-tədqiqat mövzularını əlaqələndirərək onların vahid planını tərtib etmiş, mövzu
seçmək işində tez-tez təsadüf olunan təsadüfiliyə, paralelçiliyə, təkrarçılığa yol
verilməməsinə çalışmış, namizədlik və doktorluq dissertasiyalarının mövzularının
aktuallığına, nəzəri və praktik əhəmiyyətinə nəzarət etmiş, kollektiv və kompleks
tədqiqatlar şəbəkəsini genişləndirmişdir.
9
Elmi-pedaqoji kadr hazırlığında, aspirant və dissertantların elmi hazırlıq
səviyyəsinin yüksəldilməsində 1978-ci ildən başlayaraq hər il keçirilən ali məktəb
aspirantlarının respublika elmi konfransı da böyük rol oynayır. Gənc
tədqiqatçıların elmi yaradıcılıqlarının hesabatına çevrilən belə ənənəvi konfranslar
elmin başqa sahələri ilə yanaşı, pedaqogikanın nəzəriyyəsi və tarixinin müxtəlif
istiqamətləri və problemləri üzrə geniş elmi fikir mübadiləsinə meydan açır.
İnstitutun aspirant (doktorant) və dissertantları həmin tədbirlərdə fəal iştirak
edirlər.
Müəllimlərin və alimlərin diqqətini cəlb edən, iş təcrübəsi qazanmış, elmi
axtarışlara ciddi maraq göstərən qabaqcıl müəllimlər, məktəb rəhbərləri beş il
müddətinə İnstitutun müvafiq şöbələrinə təhkim olunur, elmi məsləhətçilərin
köməyi ilə müəyyən problem üzrə tədqiqat aparır və müvəffəqiyyətlə namizədlik
dissertasiyasını müdafiə edirlər. İndiyə qədər bu yolla namizədlik dissertasiyasını
müdafiə edənlərin sayı 250-ni keçmişdir. Hal-hazırda 100 nəfər qabaqcıl müəllim,
tərbiyəçi, məktəb rəhbəri, elmi işçi İnstitutun dissertantıdır.
Aspirant və dissertantların səmərəli fəaliyyət göstərmələrinə elmi rəhbərlər
faydalı məsləhətləri ilə yaxından kömək göstərirlər. Xüsusilə Azərbaycan Milli
Elmlər Akademiyasından akademik R.M. Əliquliyev, M.M. Abbasov, Rusiya
Təhsil Akademiyasından akademik Ş.A. Amonaşvili, H.H. Əhmədovun, İnstitutun
professorlarından Y.Ş. Kərimov, Ş.A. Mikayılov, V.C. Xəlilov, A.N. Abbasov,
P.B. Əliyev, İ.H. Cəbrayılov, R.İ. Əliyev; Bakı Dövlət Universitetinin
professorlarından H.Ə. Əlizadə, M.Ş. Babayev, Ə.Ə. Əliyev, K.İ. Xudaverdiyev,
A.C. Hacıyev; Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorlarından F.A.
Rüstəmov, M.S. Cəbrayılov, Ə.T. Baxşəliyev, S.M. Quliyev, S.S. Həmidov, A.S.
Adıgözəlov, Q.E. Əzimov, M. Əmirov, M.İ. İlyasov, R.L. Hüseynzadənin,
dosentlərindən
Ə.M. Abbasov, A.Hacıyev və başqalarının yetirmələri
dissertasiyalarını vaxtında və uğurla müdafiə etmiş, digərləri isə tədqiqatlarını
davam etdirirlər.
Hazırda İnstitutda çalışan elmi işçilərin əsas hissəsi onun aspiranturasının
yetişdirməsidirlər. İnstitutun hazırladığı yüksək ixtisaslı kadrlar eyni zamanda
respublikamızın müxtəlif pedaqoji və elmi müəssisələrində, eləcə də Azərbaycan
Respublikasının Təhsil Nazirliyində çalışırlar, həmçinin, AMEA-da akademiya
üzvü kimi təmsil olunurlar.
İnstitutun yetirmələri respublikanın müxtəlif elmi və pedaqoji təhsil
müəssisələrində elmi işçi, baş müəllim, dosent, professor, kafedra müdiri,
prorektor və rektor kimi fəaliyyət göstərirlər.
Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli sərəncamı
ilə yaradılan Təhsil Problemləri İnstitutunun (AR TPİ) keçmiş aspirantura
şöbəsinin bazasında yeni yaradılmış Elmi-pedaqoji kadrların hazırlanması
10
şöbəsinin adı 2014-cü ildə İnstitutda aparılan struktur dəyişikliyindən sonra
redaktə olunur və Elmi-pedaqoji kadr hazılığı şöbəsi kimi fəaliyyətini uğurla
davam etdirir. Elmi-pedaqoji kadr hazılığı şöbəsi Azərbaycan Respublikasının
Təhsil İnstitutunun struktur vahidi olub, onun nizamnaməsində formalaşmış
ümumi və öz əsasnaməsinə uyğun vəzifələrin yerinə yetirilməsində mühüm rol
oynayır. Şöbə işini İnstitutun nəzdində olan bütün şöbələrin müvafiq əməkdaşları,
elmi müxbirləri, doktorant və dissertantları ilə əlaqələndirir, fəlsəfə və elmlər
doktoru proqramları üzrə doktorant və dissertant hazırlığına rəhbərlik edir.
Elmi-pedaqoji kadr hazırlığı şöbəsi AR Tİ-nin struktur şöbəsi olaraq ölkənin
ali təhsil müəssisələri, AMEA-nın institutları, təhsil mərkəzləri və qurumları ilə
yaxın əməkdaşlıq edir. Həmçinin, yerli və xarici (dövlət və özəl olmaqla) təhsil
sisteminin idarəetmə strukturlarının doktorantura şöbələri ilə əməkdaşlığını qurur,
müvafiq sahə üzrə təhsil sahəsində maarifləndirmə mexanizmini hazırlayır.
Şöbədə beynəlxalq əməkdaşlıq əsasən universitetlərarası və qurumlararası ikitərəfli
razılaşmalar, anlaşma memorandumları, əməkdaşlıq protokolları və digər bu kimi
hüquqi vasitələr çərçivəsində həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli
235 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda
fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktorant və dissertant
hazırlığına icazə verilmişdir.
İnstitutun adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14
dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş doktoranturalar yaradılan
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların
siyahısında da yer almışdır.
Azərbaycan
Respublikasının
Prezidenti
yanında
Ali
Attestasiya
Komissiyasının fəaliyyətini tənzimləyən müvafiq hüquqi aktların təsdiq edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857
nömrəli Fərmanı ilə təsdiq edilmiş, 2008-ci il 5 iyun tarixli 769 nömrəli və 2011-ci
il 15 fevral tarixli 381 nömrəli Fərmanları ilə əlavələr və dəyişikliklər edilmiş
(əlavə II) və qeyd edilmişdir ki, doktorantura hazırlığı ali təhsilin üçüncü
səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq
edilmiş doktorantura ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq
ixtisaslar üzrə geniş profilli alim və mütəxəssis hazırlığının həyata keçirilməsini
təmin edir.
Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə
həyata keçirilir. Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında
Əsasnamənin 2-ci, 4-cü və 38-ci bəndlərinə əsasən fəlsəfə doktoru elmi dərəcəsi
iddiaçılarına dissertasiyalarının müdafiəsindən sonra dissertasiya şuralarının
təqdim etdiyi vəsatət əsasında, 4-6 ay ərzində baxılaraq, Azərbaycan
11
Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən
müəyyən edilmiş nümunədə diplom verilir.
Hazırda doktorantlarımız öz tədqiqatlarını internet vasitəsilə dünyaya təqdim
edə bilirlər. Son iki ildə onlarla doktorant və dissertant təhsil müddətindən xeyli
əvvəl dissertasiyalarını tamamlayaraq müdafiə şuralarına təqdim etmiş, müdafiə
etmiş və diplomlarını almışlar. Onlar xarici dillərə yiyələnərək yaxın və uzaq xarici
ölkələrdə Azərbaycan xalqını, onun elminin inkişafını, milli-mənəvi dəyərlərini,
tolerantlıq və multikultural dəyərlərini, adət-ənənələrinin bəşəri xüsusiyyətlərini
şərəflə təqdim və təbliğ edirlər. Bu elmi zəfərlərə aparan şərəfli yolda bütün
tədqiqatçılara yeni yaradıcılıq uğurları ilə yanaşı əzmkar olmağa çağırırıq.
Hümeyir Əhmədov
pedaqogika üzrə elmlər doktoru, akademik
əməkdar elm və təhsil xadimi
Dostları ilə paylaş: |