Azərbaycan Respublikasının Təhsil nazirliyi azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci


Asinxron mikroprosessorlarda hər sonrakı əməliyyatın başlanğıcı əvvəlki əməliyyatın sonunu göstərən siqnala görə müəyyən olunur.İcra edilən proqramların sayına görə



Yüklə 38,21 Kb.
səhifə3/28
tarix08.04.2022
ölçüsü38,21 Kb.
#85189
1   2   3   4   5   6   7   8   9   ...   28
mikro murad hazr

Asinxron mikroprosessorlarda hər sonrakı əməliyyatın başlanğıcı əvvəlki əməliyyatın sonunu göstərən siqnala görə müəyyən olunur.İcra edilən proqramların sayına görə birproqramlı və çoxproqramlı mikroprosessorlar mövcuddur.

Birproqramlı MP-da yalnız bir proqram icra oluna bilər. Başqa proqramına keçid yalnız bunun icrası başa çatdıqdan sonra əmələ gəlir, ya da şərti və şərtsiz keçidə xüsusi əmrlərə və ya da kəsilməyə əsasən olur.

Çox və ya multiproqramlı qurğularda eyni zamanda bir neçə proqram icra olunur. Multiproqramlı işin təşkili çoxlu miqdarda məlumat mənbələrinin və onları idarə etmək imkanı verir.Struktur əlamətinə görə dərəciliyi müəyyən edilmiş və dərəcəliyi artırılmış mikroprosessorlar olur.

Dərəcəliyi müəyyən edilmiş MP-da emal olunan sözün dəqiq müəyyən edilmiş dərəcəliyi vardır, onun da kamiyyəti MP-un dərəcəliyi ilə təyin edilir.Dərəcəliyi müəyyən edilmiş mikroprosessorların əsasında seksiyalarla mikroprosessor sisteminin dərəcilik sayını tələb olunan kamiyyətə qədər artmasına imkan yaradır. Bu da bir qayda olaraq mini EHM-da və böyük tipli EHM-da istifadə olurlar.

İdarəedici qurğunun işinin alqoritminin növünə görə mikroprosessorlar iki növə bölünürlər:-sxem vasitəsi ilə realizə edilən sərt idarəedilən alqoritmli mikroprosessorlar;-idarəetmə alqoritmi proqram yolu ilə ardıcıl mikroəməliyyatlar şəklində realizə edilən mikroprosessorlar. Burada əmrlər sistemi sərt təyin edilməyib, amma idarəetmə qurğusunun tərkibinə daxil edilən, sabit yaddaş qurğusuna yazılmış mikroproqramdan asılıdır. Mikroproqramlı idarəetmənin istifadəsi tələb olunan əmrlər dəstini almasına imkan yaradır.Emal olunan informasiyanın dərəcəliyinə görə mikroprosessorlar 4,8,12,16,32,64- dərəcəli olurlar. Ən çox istifadə olunanı 32-dərəcəlidir. Son zamanlar 64-dərəcəli mikroprosessorlar da istifadə olunurlar.


Yüklə 38,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə