Azərbaycan Respublikasının Təhsil nazirliyi azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci


Mikroprosessorlarin proqram modeli



Yüklə 38,21 Kb.
səhifə9/28
tarix08.04.2022
ölçüsü38,21 Kb.
#85189
1   ...   5   6   7   8   9   10   11   12   ...   28
mikro murad hazr

Mikroprosessorlarin proqram modeli

Proqramla müraciət edilən reqistrlər. İntel 8086-80486 və Pentium MP-lərinin proqram modeli əsasən əmrlərdə istifadə edilən reqistrlərdə təyin edilir. Belə reqistrlər proqramla müraciət edilən adlanir. Eləcə də proqramla müraciət edilməyən reqistrlər də mövcuddur. Onlar əmrin kodunda aşkar şəklində verilmir və sistemli proqramlarda daha cox istifadə edilir. Proqramla müraciət edilməyən reqistrlər yalnız 80286-80486 və Pentium MP-nin arxitekturunda vardır .İntel 8086, 8088 və 80286 MP-ri 16 mərtəbəli daxili arxitektura malikdirlər. 80386, 80486 və Pentium isə tamamilə 32 mərtəbəlidir. 8 mərtəbəli reqistrlərə AH, AL, BH, BL, CH, CL, DH, DL daxildir. Məsələn, ADD AL, AH əmri ilə AL reqistrlərinin məzmununa AH-dakı kod əlavə edilir.16 mərtəbəli reqistrlər: AX, BX, CX, DX, SP, BP. DI. SI. IP. FLAGS. CS, DS, ES, SS, FS, GS. Məsələn, ADD DX, CX əmri yerinə yetirərkən DX reqistrinin məzmununa CX- dakı ədəd əlavə edilir.32 mərtəbəli EAX, EBX, ECX, EDX, ESP, EBP, EDI, ESI, EIP, EFLAGS və 16 mərtəbəli FS, GS reqistrləri yalnız 80386, 80486 və Pentium arxitekturalarında mövcuddur.Proqramla müraciət edilə biməyən reqistrlərdən bir qrupu universal, digər qrupu isə xüsusi təyinatlıdır.EAX, EBX, ECX, EDX, EBP, EDI, ESI – 32 mərtəbəli arxitekturda universal reqistrlərdir. Onlar baytı, sözü və ikiqat uzunluqlu sözü yadda saxlamaqla aşagıdakı kimi təyinatlanır:EAX – akkumlyator funksiyasını yerinə yetirməklə 32 mərtəbəli (EAX), 16 mərtəbəli (AX) və ya 2 ədəd 8 mərtəbəli (AL, AH) reqistrləri kimi tətbiq edilir. Akkumlyator əsasən vurma, bölmə və digər əmrlərdə istifadə edilir.EBX – baza indeksi rolunu oynayır və EBX, BX, BH, BL reqistrləri kimi tətbiq edilir. Bunlar 80386, 80486 və Pentium arxitekturlarında verilənlərin yaddaşdakı ünvanı üçün istifadə edilir.ECX – saygac funksiyasını yerinə yetirməklə proqramda növbəti yerinə yetiriləcək əmrin ünvanını göstərir. 32 mərtəbəli MP-də eləcə də verilənlər yaddaşını ünvanlaşdırır.EDX – verilənlər ücün reqist olmaqla vurma əməliyyatında hasil kodunun bir hissəsini, bölmədə isə bölünənin bir hissəsini yadda saxlayır. 32 mərtəbəli arxitekturlarda EDX reqistri eləcə də verilənlər yaddaşının ünvanı üçün istifadə edilir.EBP – baza gostəricisidir və verilənlərin ötürüldüyü yaddaş oyugunun ünvanını göstərir. Bu reqistr BP və EBP kimi tətbiq edilir.EDI – təyinat indeksi olmaqla, verilənlər zəncirinin təyin olundugu (göndərildiy) oyuqlarının ünvanını göstərir. EDI 32 mərtəbəli (EDI) və ya 16 mərtəbəli (DI) kimi istifadə edilir.ESI – məlumat mənbəyinin indeksi funksiyasını yerinə yetirir və zəncirvari məlumat mənbəyinin ünvanını göstərir. ESİ və SI reqistrləri kimi tətbiq edilir.Xüsusi təyinatlı reqistrlərə EIP, ESP, EFLAGS və seqment reqistrləri – CS, DS, ES, SS, FS, GS – daxildir.
Proqramla müraciət edilməyən reqistrlər. İNTEL 80286, 80386, 80486 və Pentium MP-də qlobal və lokal deskriptorlar cədvəllərindən deskriptorların seçilməsi və bu cədvəllərin ünvanlaşdırılması prosesində proqramla müraciət edilə bilməyən reqistrlərdən istifadə edilir. Bu reqistrlərin bir neçəsi sistemli proqramlar tərəfindən seçilir. Şək. 3-də80286, 80386, 80486 və Pentium MP üçünproqramla müraciət edilməyən reqistrlər göstərilmişdir. Bu reqistrlər yaddaşın mühafizə olunan rejimində emal prosesini idarə edir.Hər bir seqment reqistri proqramla müraciət edilə bilməyən sahəyə malikdir ki, bu sahə keş yaddaş kimi işləyir. Keş-yaddaşa baza ünvanı, onun sərhədləri və seçmə qaydası haqqında seqment reqistrinin hər bir dəyişməsi halı üçün məlumat daxil edilir. Seqment reqistrinə yeni nömrəsi yazıldıqda MP deskriptor cədvəlini seçir və keş-yaddaşı hissəsinə uygun deskriptoru yükləyir. Bu məlumat keş –yaddaşda seqmentin yeni ünvanını təyin edilənə qədər saxlanılır. Bu, deskriptorlar cədvəlinə təkrar müraciət ehtiyacını aradan qaldırır.Qlobal deskriptorlar cədvəli reqistri GDTR və kəsilmə üçün deskriptorlar cədvəli reqistri IDTR baza ünvanını və onların sərhədlərini yadda saxlayır.80286 – 80486 və Pentium MP üçün deskriptorlar cədvəlinin sərhədləri 16 mərtəbəli kodla göstərilir, çünki cədvəlin maksimal həcmi 64 KB-dir. Mühafizə olunan rejimdə istifadə edilməsi üçün LDTR və IDTR reqistrinə əvvəlcədən məlumat yüklənməlidir. TR reqistr hər bir məsələ üçün deskriptoru seçir. Məsələ dedikdə prosedur və ya tətbiqi proqram nəzərdə tutulur. MP- nin bir məsələdən digər məsələnin yerinə yetirilməsinə keçməsinə sərf edilən vaxt 17 mks-dir.


Yüklə 38,21 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə