Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Avrasiya Universiteti



Yüklə 29,34 Kb.
tarix05.06.2022
ölçüsü29,34 Kb.
#88873
Danabaş kəndinin əhvalatları Budaqova Aygül


Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Bakı Avrasiya Universiteti

Fənnin adı -Ölkə Ədəbiyyatı tarixi 4
Sərbəst iş növünün adı -Esse
Mövzusu- C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povestinin mövzusu, ideya-bədii xüsusiyyətləri
Təhsilin səviyyəsi-Bakalavr
Təhsilalan- Budaqova Aygül
Qrup - B02AZE20/02
Müəllim - Hüseynova Çiçək Rövşən (Baş müəllim)
Təhvilvermə tarixi -29.04.2022
Qiymət: “____”________________

XX əsr Azərbaycan ədəbiyyatında mühüm rol oynayan, Azərbaycan tənqidi realizminin banisi, istedadlı yazıçı, dramaturq, ədəbi tənqidçi, tərcüməçi, şair Cəlil Məmmədquluzadə (1869-1932) olubdur. Onun həm lirik şeirlərindəki mövzular, həm də nəsr əsərlərində ortaya qoyduğu problemlər bugünkü gündə də öz aktuallığını qoruyub saxlayır. O, Azərbaycan ədəbi-ictimai fikir tarixində böyük yazıçı, görkəmli publisist, mütəfəkkir və ictimai xadim kimi tanınmışdır. Cəlil Məmmədquluzadə böyük ədəbi məktəb yaratmış, Azərbaycan ədəbiyyatında yeni cığır açmış sənətkardır. Yeni ədəbiyyatın ən qüdrətli ədəbi cərəyanı olan realizm üslubunun şəkil və məzmun xüsusiyyətlərinin dürüst müəyyən edilməsində onun əsərləri əvəzsiz və tükənməz mənbədir.


Cəlil Məmmədquluzadə ədəbi yaradıcılığa «Çay dəsgahı» adlı alleqorik pyesi ilə başlamışdır. Az sonra o, «Kişmiş oyunu» hekayəsini qələmə almış, 1894-cü ildə isə ilk irihəcmli nəsr əsəri olan «Danabaş kəndinin əhvalatları» povestini yazmışdır. Yazıçının ədəbi irsində yüksək səviyyəli əsərlər çoxdur. Onun kiçik hekayələrindən tutmuş irihəcmli dramlarına qədər bütün əsərləri Azərbaycan ədəbiyyatı xəzinəsinin əvəzsiz inciləridir.
Mirzə Cəlil realizminin ən bariz təcəssümlərindən biri «Danabaş kəndinin əhvalatları» povestidir. Əsərdə XIX əsrin sonları üçün Azərbaycan kəndinin feodal-patriarxal mühiti, zülm və özbaşınalıqlar, xalqı cəhalətdə saxlayan mövhumat və xürafat əks etdirilmişdir. Bu kəndə verilən Danabaş xüsusi adı da mənalı və simvolik bir addır. Bu ad yalnız Xudayar bəy kimi kəndxudaları, pul üçün islam qanunlarını ayaqlayan qazıları, qlava və kərbəlayıları deyil, bütövlükdə zülmət və qaranlığa bələnmiş feodal-patriarxal bir mühiti və bu mühitin cəhalət və nadanlıq girdabında saxladığı kəndliləri də səciyyələndirir.
Əsərin mövzusunu bir cümlə ilə demək mümkündür. Lakin bu cümlənin altında onlarla gizli məna yatır. Əsərin mövzusu Kərbəla ziyarətinə getmək üçün özünə eşşək alan Məhəmmədhəsən əminin eşşəyinin itməsidir. Əslində burada təəccüblü məqam yoxdur. Bunu Mirzə Cəlil bu cümlələrlə vurğulayır:
Miladiyyә tarixinin min sәkkiz yüz doxsan dördünсü ilindә avqust ayının әvvәllәrindә Danabaş kәndindә bir qәribә әhvalat olubdu. Әhvalat budu ki, Mәhәmmәdhәsәn әminin eşşәyi oğurlanıb. Söz yox, o kәsin ki, bu әhvalatdan xәbәri yoxdu, mәnim sözümә inanmayaсaq; çünki doğrudan da eşşәyin itmәkliyi bir elә tәәссüblü şey deyil ki, bundan bir qәribә әhvalat çıxsın. Hәr kәnddә vә hәr şәhәrdә gün olmaz ki, eşşәk itmәsin. Amma xeyr, Mәhәmmәdhәsәn әminin eşşәyinin itmәkliyinin özgә eşşәklәrin itmәkliyinә bir tük qәdәr dә oxşarı yoxdu. Vallahi, billahi, Mәhәmmәdhәsәn әminin eşşәyinin itmәkliyi bir qәribә әhvalatdı ki, nağıl edim, siz dә qulaq verib lәzzәt aparasız”
Mirzə Cəlilin vurğuladığı qəribəlik ondadır ki Məhəmmədhəsən əminin eşşəyi itməyib, oğurlanıb. Əsərdə eşşək və oğurluq hadisəsi Danabaş kəndinin kəndxudası Xudayar bəyin adı ilə paralel işlənir. Müəllif müəyyən ştrixlərlə göstərir ki, Xudayar bəy başqa kəndxudalar kimi kəndxuda olmayıb, adət bu idi ki, kəndxudanı camaat seçər. Amma Xudayar bəyin kəndxudalığı özgə tövr olubdu, yəni çox asan həll edilib. Qlava onun anasını özünə siğə edib və əvəzində Xudayar bu vəzifəni ondan alıb.
Yazıçı Xudayar bəyi oxucusuna ilk tanışlıqdanca oğru (eşşək oğrusu) kimi göstərir. Və onu tanıtma məqamı çox incə sarkazmla qələmə alınıb. Məhəmmədhəsən əmi pəyədən eşşəyi çıxarmağa gedəndə, o dar macalda müəllif bu “fürsəti”, eşşəyi gözləmə zamanını Xudayar bəyi xarakterizə işinə sərf edir:
Xudayar bəyin ancaq otuz yeddi, otuz səkkiz sinni olar; artıq olmaz, bəlkə əskik ola. Boyu ucadı, çox ucadı. Bunun ucalığından ötrü keçən vaxtda Xudayar bəyə bir ayama deyirdilər. Amma mən söz verdim ki, onun keçəcəyindən danışmayım. Qorxuram yalançı olam. Bəli, boyu ucadı, saqqalı, qaşları tünd qaradı. Üzü də qaradı, çox qaradı. Gözləri lap qaradı, bir tikə ağ yoxdu gözlərində.”

Biz bu məqamda Xudayar bəyin portretini “oxuyuruq”. Müəllif Xudayar bəy haqda danışarkən müsbət fikirlər söyləmir. Onun haqqında sətiraltı məlumatlar verir. Diqqət edin, hansı faciəni, hansı bədbəxtliyi düşünürüksə, mütləq o vaqeədə eşşək və Xudayar katda qoşa iştirakçı kimi canlandırılır. Məhəmmədhəsən əminin Kərbəla ziyarətini alt-üst edən, Əhmədin və anası İzzətin, Şərəfin (Xudayar bəyin arvadı), Fizzənin (Zeynəbin qızı) ölümünə bais, Zeynəbi və oğlu Vəliqulunu ac-yalavac duruma gətirən və onlarla digər bədbəxtliklərə səbəb olan da məhz Danabaş kəndini o baş, bu baş dolaşan, əldən-ələ gəzən eşşək və həmin kəndin kəndxudası Xudayar bəydir.


Әhmәd dә ölübdü, Mәhәmmәdhәsәn әminin övrәti dә ölübdü. Әhmәdi bildir boğaz ağrısı tutub öldü. Anası onun iki ay qüssәsini eylәyib, axırı bir dәrdә mübtәla oldu vә ömrünü bağışladı Mәhәmmәdhәsәn әmiyә. Amma Mәhәmmәdhәsәn әmi indiyәdәk and içir ki, Әhmәdi dә, övrәtini dә eşşәyin dәrdi öldürdü”.


Əsl faciə qəhrəmanına çevrilmiş Məhəmmədhəsən əmi əsərin sonunda dəli olmuş qoca kimi təqdim edilir. Onu da eşşək əhvalatı dəli edir. Və Məhəmmədhəsən əmi qalan ömrünü ona saysız-hesabsız bədbəxtliklər gətirən həmin eşşəyi axtarmağa sərf edir. Sonda qocalmış, əldən-ələ keçib həqiqi sahibini itirmiş eşşək tapılır. Amma gecdir. Xudayar katdanın xoşbəxtliyinə, namuslu, ədalətli adamların isə bədbəxtliyinə səbəb olan eşşək əsərin finalında “çallaşmış bəla” şəklində, qiyafəsində mühakimə meydanına gətirilir. Məmmədhəsən əmi eşşək sahibindən soruşur: “Qardaş oğlu, bu eşşәyi sәn kimdәn almısan?”
Məmmədhəsən əmi nə qədər müti, aciz və utancaq adam olsa da, onun içində, şüuraltında bir Xudayar qəzəbi, intiqamı var. Lakin artıq olan olub keçən keçib. Məhəmmədhəsən əmi baş verən hadisələri dəyişə bilməz. Özü də bunun anlayır. Biz bundan sonra onun dialoqlarında kədər hissini görəcəyik.
“Danabaş kəndinin əhvalatları” əsəri haqqında danışanda adətən qadın hüquqsuzluğu məsələsinə də toxunurlar. Lakin əsərdəki Zeynəb, İzzət, Şərəf kimi cəsarətli, ərləri ilə kəskin mübahisələr edən, onlardan daha tədbirli, sözünü deməyi bacaran obrazların olması və onların dialoqları başqa söz deyir. Yəni, bu mühitdə, “Danabaş” adlı kənddə bütün insanlar eyni cür istismar edilir. Hər kəsin haqqı tapdalanır. Bu prosesdə qadın və ya kişi fərqi yoxdur. Əsərdə Zeynəb də, Məhəmmədhəsən əmi də cins ayrı-seçkiliyi olmadan zorun, eyni cür idarəetmənin qurbanına çevrilir.
Molla və Kərbalayilər köməksiz bir qadına qarşı din adından yalan, şər, böhtan dolu moizə oxuyurlar. Onu zor gücünə Xudayarın evinə göndərirlər və bütün bu işlərin gedişatını müəllif elə realistik üsulla təsvir edir ki, qaraguruh həddinə çatmış din adamlarının əməlləri və düşüncə tərzi təəccüb doğurmur. Din adına alver edən mollalar, kərbəlayilər insanlıq adına ləkə gətirən bir sosial təbəqə kimi əks olunur. Əsərdə başqa bir absurd vəziyyətlə də tanış oluruq. Şahidsiz məzlumlar və yalançı şahidləri olan zalımlar kontrastı bütün əsər boyu oxucunu gərginlikdə saxlayır. Nə Zeynəbin, nə Məhəmmədhəsən əminin, nə acından ölən körpə Fizzənin, nə də Şərəfin şahidi var. Xudayar katdanın isə bir dəstə imtiyazlı şahidi var. C.Məmmədquluzadə bir müəllif kimi öz obrazlarından uzaqda deyildi. O, Xudayar bəy, Zeynəb, Vəliqulu, Məhəmmədhəsən əmi, Şərəf, İzzət, Kərbəlayilər və başqa surətləri vasitəsilə ictimai-siyasi, sosial mühitin xarakterini, real mənzərəsini canlandırırdı.
Bir digər məsələ Xudayar bəy erməni Karapetlə mübahisə yaşamasıdır. Qazı üçün qənd almaq istəyən kəndxuda erməni Karapetlə mübahisə yaşayır. Ən sonda isə buranın Danabaş kəndi olmadığını, şəhər olduğunu xatırlayıb mübahisəni sonlandırır. Karapet epizodik surətdir. Yəni əsas məqsədi baş obrazı oxucularla daha yaxından tanış etməkdir. Mirzə Cəlil burada da istədiyinə nail olur. Xudayar bəy Karapetin dediyi ilə razılaşır. Təbəqələşmə problemi burada özünü göstərir. Biz anlayırıq ki həmin dövrdə bərabər hüquqa malik olmaq asan məsələ deyildi.
XX əsrin sosial vəziyyətini isə Xudayar bəyin evində də müşahidə edə bilirik. Xudayar bəy, övrəti və oğlu axşam yeməyi olaraq soğan, çörək yeyirlər. Buna şikayətlənmir, hətta bunu yeyə bildikləri üçün sevinirlər. Bu çətin zamanlarda Xudayar bəy kimi kəndxudaların olması real həyatla əlbəttə ki, əlaqəlidir.
 


Əsərdə üç ailənin faciəsi göstərilir ki, bunların üçünün də səbəbkarı əslində iki eşşəyin arpasını bölə bilməyən, lakin alçaq bir yolla kalta seçilən əli dəyənəkli Xudayar bəydir. Onun əlinə bu dəyənək verən isə qanunsuz ictimai quruluş, zülmət və istismar dünyasıdır. Əsərdə də müəllifin əsas tənqid hədəfi ictimai quruluş və onun yetişdirdiyi özbaşınalıq və yaramazlıqlar mövhumat və xurafatdır.
C. Məmmədquluzadənin «Danabaş kəndinin əhvalatları» povesti realist nəsrimizin ən kamil nümunələrindən biri kimi bu gün də oxucuların diqqət mərkəzindədir və indi də sevilə-sevilə oxunur.
Ədəbiyyat siyahısı
1. Ağayev İslam Ədəbiyyat qəzeti.-2009.-26 iyun.-S.1, 2.
2. Məmmədquluzadə C. Əsərləri. 4 cilddə I cild. Bakı, 2004
Yüklə 29,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə