Azərbaycan Respublikasının Təhsil Nazirliyi baki döVLƏt universiteti


Azərbaycanın tarixi mədəni qoruqlarının səciyyəsi



Yüklə 48,53 Kb.
səhifə4/6
tarix31.12.2021
ölçüsü48,53 Kb.
#81502
1   2   3   4   5   6
Sənəd 1-3

2.Azərbaycanın tarixi mədəni qoruqlarının səciyyəsi

Azərbaycan SSR-in rəngarəng təbiətini, nadir bitki və heyvan növlərini, eləcə də landşaftın digər komponentlərini qoruyub saxlamaq məqsədi ilə 16 qoruq təşkil olunmuşdur. Bunların ümumi sahəsi 125212 ha olub, respublika ərazisinin 1,52 %-ni təşkil edir.Bəzi qoruqlar (Şirvan, Zaqatala və İsmayıllı) nadir heyvan növlə-rini, bəziləri (Qızılağac, Ağgöl) köçəri quşları, yerdə qalan qoruqlar isə endemik və relikt floranı və həmçinin landşaftın bütün komponentlərini qoruyub saxlamaq üçün təşkil olunmuşdur.Respublikamızın qoruqları həm landşaft tipləri üzrə qey-ri-bərabər paylanmışdır.Bütün qoruqlar yarımsəhra, quru çöl, arid meşə-kol, enli-yarpaqlı meşə və meşədən sonrakı çəmən-kol, meşə-çəmən, dağ-çəmən, nival və subnival landşaft tipləri daxilində yerləşmişdir. Yarımsəhra landşaft tipində ümu-mi sahəsi 64205 ha olan 3 qoruq yaradılmışdır. Bunlar: Qızılağac, Şirvan və Ağ-göl qoruqlarıdır. Respublikada qorunan ümumi ərazinin 51,3 %-ni təşkil etməsinə baxmayaraq göstərilən landşaft tipinin ancaq 1,5 %-i mühafizə olunur.Yarımsəhra landşaft tipinin ümumi sahəsi 4054,0 min ha olub respublika ərazisinin təqribən yarısını əhatə edir.Quru çöl landşaft tipində Qarayazı qoruğu təşkil olunub.Onun ümumi sahəsi 6000 ha-dır. Bu da bütün qorunan ərazinin 4,7 %-dir. Həmin land-şaft tipinin respublika ərazisində sahəsi 737,4 min ha-dır. Bu tipin cəmi 0,8 %-i mühafizə olunur. Yarımsəhra və quru çöl landşaft tipləri daxilində yaradılmış qo-ruqlar yüksəkliklərinə görə düzənlik qoruqları hesab olunur. Düzənlik qoruqları - 28 m-lə 400 m arasında yerləşir. Ümumi sahəsi 70205 ha-ya malik olub, bütün qorunan ərazinin 56 % düzənlik qoruqlarının hesabına düşür.Arid-meşə kol land-şaft tipində Türyançay və Bəsitçay qoruqları yaradılmışdır ki, onların da ümumi ərazisi 12356 hektardır. Bu, respublikanın mühafizə olunan ərazisinin 10 %- ni əhatə edir. Buna baxmayaraq, göstərilən landşaft tipinin (həmin tipin ümumi sahə-si 258,6 min ha-dır) 4,9 %-i mühafizə olunur.Alçaq dağlığın meşə-çəmən landşaft tipində Hirkan qoruğu yaradılmışdır. Ümumi sahəsi 2904 ha olan bu qoruğun 80 hektarı düzənliyə,qalan sahəsi isə (2824 ha) alçaq dağlığa düşür. Bütün qorunan ərazinin 2,4 %-i bu landşaft tipinə düşdüyü halda, həmin tipin (ümumi sahəsi 5578 ha) 0,05 %-i qorunur.Enliyarpaqlı meşə və meşədən sonrakı çəmən-kol landşaf-tında Pirqulu və Göy-göl qoruqlan təşkil olunmuşdur. Bu iki qoruğun cəmi ərazisi 8652 ha-dır. Ümumi qorunan ərazinin 6,9 %-ni təşkil edir. Bu landşaft tipinin sa-həsi 1011,5 min ha olduğu halda, onun az sahəsi (0,8 %-i) mühafizə olunur. Bu landşaft tipinin respublikanın müxtəlif yerlərində,unikal mənzərəli və təkrar olun-maz təbii komplekslərinə rast gəlinir. Azərbaycan SSR-in şimal-şərqində Nabran meşələri, Kiçik Qafqazın cənub yamacının (Azərbaycan SSR daxilində) meşələri buna misal ola bilər. Həmin meşələr həddindən artıq antropogen təsirə məruz qa-lır. Meşələri qoruyub saxlamaq məqsədi ilə respublikamızda meşə qoruqlarının yaradılması vaxtı çatmışdır.Xüsusilə Nabran meşələrini bütünlüklə qoruğa çevir-mək vacib tədbirlərdən biridir. Bunu Xəzər sahili zolaqdan kurort-turizm məqsədi ilə səmərəli istifadə olunması, mənimsənilməsi və mühafizəsi probleminin həllin-də görüləsi işlərin vacibi hesab etmək olar.Respublikamızda elə qoruqlar yaradıl-mışdır ki, coğrafi şəraitdən asılı olaraq onların ərazisində bir neçə landşaft tipi mövcuddur. Zaqatala və İsmayıllı qoruqları buna misal ola bilər. Bu qoruqların ümumi ərazisi 30978 ha olub, bütün qorunan sahəsinin 24,7 %-ni təşkil edir. Orta və alçaq dağlığı əhatə edən enliyarpaqlı meşə landşaftı respublikada 301,32min ha-dır. Onun ancaq 22317 hektarı (yəni 7,5 %-i) qorunur. Zaqatala və İsmayıllı qoruqlarında enliyarpaqlı meşə landşaftından yuxarıda dağ-çəmən landşaftı möv-cuddur. Bu landşaft tipi respublikamızda 237,7 min ha olduğu halda, həmin land-şaft tipinin təqribən 5 min hektarı (2,1 %-i) mühafizə olunur. Bu qoruqların ərazi-sində nisbətən az sahəni əhatə edən üçüncü landşatt tipi nival və subnıval qurşaq-dır.Göstərilən landşaft tipinin Azərbaycan SSR-də sahəsi 601,1min ha-dır.Bunun 3778 hektarı (0,6%-i) mühafizə olunur.Azərbaycan SSR-in qoruqları yüksəklik qurşaqlarına görədə müxtəlif paylanmışdır.Bütün mühafizə olunan ərazisinin ya-rıdan çoxu (56%-i) ovalıq və düzənlik qoruqlarının (Ağgöl,Qızılağac,Şirvan, Qa-rayazı) hesabına düşür.Alçaq dağlıqda üç qoruq (Bəsitçay, Türyançay və Hirkan) təşkil olunub. Ümumi sahələri 15374 ha olub, bütün qorunan ərazinin 12,4 %-ni təşkil edir. Orta dağlıqda ümumi sahələri 8652 ha olan «Göy-göl» və Pirqulu qo-ruqlan təşkil olunmuşdur. Bu da respublikanın qorunan ərazisinin 6,9 %- dir.Elə qoruqlar var ki, onların ərazisi həm alçaq, orta, həm də yüksək dağlığa (Zaqatala 630-3648 m, İsmayıllı 1500-2435 m) düşür.Tədqiqat göstərir ki, respublika ərazi-sində mövcud olan bəzi landşaft tipləri daxilində hələ indiyədək qoruq yaradılma-mışdır. Naxçıvan MR-in bütün landşaft qurşaqları Böyük Qafqazın cənub yamacı-nın (Azərbaycan daxilində) orta parçalanmış dağarası çökəkliyin və düzənliyin çəmən-meşə landşaftı, Kiçik Qafqazın dağ-çəmən, nival-subnival landşaft tipləri və s.buna misal ola bilər.Talış dağlarının füsunkar təbiətini qoruyub saxlamaq üçün tək Hirkan qoruğu azlıq edir. Ona görə də onun bütün landşaft tiplərində müxtəlif məqsədli qoruq yaradılması məqsədəuyğundur. Yeni qoruq növlərindən olan biosfer qoruqlarının təşkil etmək ideyası YUNESKO Beynəlxalq proqramı-nın («insan və biosfer») MAB bölməsinin işində təklif olunmuşdur. Bu ideyaya dünyanın bir çox ölkələri tərəfdar çıxmış və onu müdafiə etmişlər. Hal-hazırda MAB-ın proqramı çərçivəsində dünyanın 50 ölkəsində 193 biosfer qoruğu yara-dılmışdır. Keçmiş SSRİ-də 7 belə qoruq (Berezin, Qafqaz, Okasahili-Terras, Re-petek, San-Çelek, Sixote-Alin, Mərkəzi Qaratorpaq) təşkil olunmuşdur.Bu cür qo-ruq formasını-biosfer qoruğunu Azərbaycanda mövcud qoruqların və mühafizəsi vacib olan ərazilərin hesabına təşkil etmək zəruridir.Bunun üçün Zaqatala və Qı-zılağac dövlət qoruqları daha münasibdir.Azərbaycanda qoruqlar şəbəkəsinin ge-nişlənməsində başlıca diqqət qoruqların mövcud olmadığı ərazi və landşaft tipləri-nə verilməlidir. Təbii komplekslərin sistemli müşahidəsi, nadir ekzotik ərazilərin və fauna, flora növlərinin mühafizəsi üçün Naxçıvan MR-in bütün landşaft tip-lərində (Şahbuz yasaqlığı da həmçinin), Kiçik Qafqazın dağ-çəmən, nival və sub-nival landşaftlarında (Gədəbəy və Kəlbəcər rayonlarında),Talış dağlarında (Zü-vənd yasaqlığında), Nabran meşələrinin əhatə etdiyi bütün düzənlik meşə kom-pleksində ekoloji monitorinqlərin yaradılması zəruridir.16

Mövcud qoruqların fəaliyyətini təkmilləşdirmək,qorunan obyektlərin bərpasını yaxşılaşdırmaq üçün bir sıra praktiki tədbirlər həyata keçirmək vacibdir.

1. Qızılağac dövlət qoruğunun sahillərində gedən abraziya prosesinin qarşısını al-maq üçün Sanqamış kəndindən Kürdilinin sonuna qədər sahilbərkidici işlər görül-məlidir. Burada ekoloji şəraiti yaxşılaşdırmaq üçün qoruğun kənarında 8-10 km enində (qorunan sahəni antropogen təsirlərdən mühafizə etmək üçün) xüsusi bufer zona yaradılması və ümumiyyətlə Qızılağac qoruğunu biosfer qoruğuna çevirmək məqsədəuyğundur.

2. Şirvan dövlət qoruğu ərazisindən qış otlaqları kimi istifadə edilməsi burada qo-ruq rejimini pozur. Bu da öz növbəsində ceyranların qanunsuz ovlanmasına səbəb olur.Belə vəziyyət Bəndovan yasaqlığında da müşahidə edilir. Şirvan qoruğunu, Bəndovan yasaqlığı ilə birləşdirmək,onların kənarında lazımi sərhəd (5-7 m.Enin-də kollektor) təşkil etmək, həmin ərazidən qış otlaqları kimi istifadə edilməsini məhdudlaşdırmaq vacibdir.

3.Zaqatala qoruğu ərazisində geoloji kəşfiyyat işlərinin daim genişləndirilməsi ilə əlaqədar olaraq burada yaşayan dağıstan turlarının azalmasına səbəb olur. Ona gö-rə də, respublikamızın ərazisində bu növün arealını qoruyub saxlamaq məqsədilə İsmayıllı yasaqlığının yüksək dağlıq hissəsini şimal-qərbə tərəf (Badadağ-Tufan-dağ arası) genişləndirib, qoruq təşkil olunması məqsədəuyğundur.

4. Qoruqlarda mal-qaranın otarılması, ağacların qanunsuz qırılması və başqa an-tropogen təsirlərin artması respublikada təbiəti mühafizə işlərinin praktiki həllinə maneçilik edir. Bunun qarşısını almaq üçün bütün qoruqlarda ciddi mühafizə sis-temi yaradılmalı, qoruqların qarşısında duran əsas məqsəd və vəzifələr dəqiqləş-məlidir.

İnsanın təbiətin durumuna müdaxiləsi, həmçinin heyvanların ovlanması yalnız

təbiətdə tarazlığı saxlamaq, təbiət kompleksinin çatışmayan hissəsini bərpa etmək üçün mümkündür.

Qoruqlarda təbiətdən istifadə etmənin əsas və fərqləndirici xüsusiyyətləri təbiət resurslarından xammal kimi yox, məlumat (informasiya) mənbəyi kimi istifadə etməkdir. Qoruq işçilərinin yaşayış yerləri və ekskursiyaçılar üçün mehmanxana-lar qoruq ərazisindən kənarda yerləşdirilməlidir.

Azərbaycanda 9 milli park,13 dövlət təbiət qoruğu,19 dövlət təbiət yasaqlığı,ya-şı 100-dən yuxarı 2083 ağac, 37 geoloji və paleontoloji obyektlər və 15 min hektar endemik və qiymətli meşə növü sahələri vardır. Respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 594939,1 hektardır və ümumi ərazinin 7%-ni təşkil edir. Bununla yanaşı bir Qobustan dövlət tarixi-bədii qoruğu və Bakı Də-nizkənarı Milli Park (ərazisi 80 hektar) fəaliyyət göstərirlər. Respublika rəhbərli-yinin Azərbaycanın təbii sərvətlərinin mühafizəsinə və inkişafına dair tələblərin həyata keçirilməsi ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin və həmin ərazidəki bioloji müxtəlifliyin qorunması sahəsində ardıcıl, məqsədyön-lü və intensiv iş aparılır. Artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin mü-vafiq sərəncamları ilə Türyançay Dövlət Təbiət Qoruğu, Pirqulu Dövlət Təbiət Qoruğu, İsmayıllı Dövlət Təbiət Qoruğu, Qarayazı Dövlət Təbiət Qoruğu və İlisu Dövlət Təbiət Qoruğu əraziləri 36,6 min ha. genişləndirilmiş və həmin qoruqların ümumi sahəsi 70,7 min ha çatdırılmışdır, Naxçıvan MR-da Ordubad Milli Parkı (12131 ha) və Şahbuz Dövlət Təbiət Qoruğu (3139 ha.), Şirvan Milli Parkı (54374 ha), Ağgöl Milli Parkı (17924 ha), Hirkan Milli Parkı (21435 ha), Altıağac Milli Parkı (11035 ha), Abşeron Milli Parkı (784 ha), Eldar Şamı Dövlət Təbiət Qoruğu (1686 ha), Qax rayonunda Qax dövlət təbiət yasaqlığı (36836 ha.) yaradılmışdır.




Yüklə 48,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə