Azərbaycan Respublikasının Təhsil Nazirliyi Dövlət



Yüklə 84,12 Kb.
tarix08.09.2018
ölçüsü84,12 Kb.
#67156

logotahoma.jpg Aurea mediocritas



Azərbaycan Respublikasının Təhsil Nazirliyi Dövlət

İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi çərçivəsində Təhsil Nazirliyi və “Allianz Consult” MMC-nin arasında 20 iyul 2011-ci il tarixində imzalanmış № 4595AZ-CQ-051 saylı müqaviləyə əsasən

Əmək qanunvericiliyi” mövzusunda təşkil olunmuş təlim üzrə




YEKuN hesabat

hazırlandı: logotahoma.jpg
Tapşırıq və Məqsəd
Təlimin əsas məqsədi Əmək Qanunvericiliyinin mexanizmləri, habelə Əmək Qanunvericiliyinin müddəalarının şərhi barədə təlim iştirakçılarına biliklər vermək və həmçinin Əmək Qanunvericiliyinin tələblərinin icrası və müvafiq sənədlərin hazırlanması üzrə təlim iştirakçılarının bacarıqlarını artırmaqdan ibarətdir.
Tapşırığın Vəzifələri
Kursun vəzifəsi təklif olunan proqramda öz əksini tapmış məsələlər üzrə tam həcmdə informasiyanın dinləyicilərə çatdırılması və onlarda müvafiq pеşə vərdişlərinin formalaşdırılmasıdır. Bu vəzifənin yеrinə yеtirilməsi aşağıdakı еlеmеntləri nəzərdə tutur:

  • dinləyicilərin təklif olunan proqramda öz əksini tapmış məsələlər üzrə nəzəri və tətbiqi biliklərə yiyələnməsi;

  • dinləyicilərin əmək qanunvеriciliyini tənzimləyən normativ-hüquqi sənədlərlə işləmək qaydalarına, o cümlədən qanunvеricilik normalarının təhlili, izahı, tətbiqi, mümkün kolliziyaların həlli üsullarına yiyələnməsi;

  • dinləyicilərin əmək qanunvеriciliyinin tətbiqi zamanı praktikada yarana biləcək mübahisələrin həlli üsullarına yiyələnməsi;

dinləyicilərin əmək qanunvеriciliyinin tətbiqi ilə bağlı sənədləşmə, müvafiq faktların sənədləşdirilməsi, sənəd dövriyyəsi, karэüzarlıq işinin aparılması qaydalarına yiyələnməsi.
Iştirakçılar
Dövlət qurumları təmsil edən nümayəndələr.

Təlimin proqramı
ƏMƏK HÜQUQU VƏ HÜQUQİ RİSKLƏR

  • Əmək münasibətləri və onun mülki münasibətlərlə nisbəti

  • Əmək hüquq normaları

  • Əmək hüququ və hüquqi riskin anlayışı

  • Əmək hüquqü uzrə risklərin idarə edilməsi


ƏMƏK QANUNVERICILIYININ SISTEMI

  • Əmək

  • MəcəlləsiQanunlar

  • Qanun qüvvəli aktlar

  • Beynəlxalq sənədlər

  • Kollektiv müqavilələr və sazişlər

  • Qanunvericilik və müqavilələr


DÖVLƏT QULLUQÇULARININ ƏMƏK FƏALYYƏTİNİNİN İDARƏ OLUNMASININ HÜQUQİ MEXANİZMLƏRİ

  • Dövlət qulluğunun anlayışı və prinsipləri

  • Dövlət orqanları və vəzifələrinin təsnifatı

  • Dövlət qulluqçularının ixtisas dərəcələri (İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilmə)

  • Dövlət qulluqçusunun əsas hüquq və vəzifələri

  • Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər

  • Dövlət qulluqçuları üçün təminatlar

  • Dövlət qulluqçularının mükafatlandırılması və məsuliyyəti

  • Dövlət qulluğuna qəbul və qulluğun şərtləri

  • Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi və Dövlət qulluqçusunun attestasiyası

  • Dövlət qulluğunda olmanın yaş həddi və Dövlət qulluğuna xitam verilməsi


ƏMƏK ŞƏRAITINININ ŞƏRTLƏRI

  • Əmək şəraitinin əsas və əlavə şərtləri

  • İşçinin əmək funksiyası

  • Əvəzçilik üzrə əmək münasibətləri

  • Başqa işə keçirmə, başqa işçinin əmək funksiyasının icrası (müvəqqəti əvəzetmə) və peşələr (vəzifələr) üzrə əvəzetmə


ƏMƏK MÜNASİBƏTLƏRİNDƏ ÜSTÜNLÜKLƏR

  • Qadınların əmək hüququ

  • Yaşı 18-dən az olan işçilərin əmək hüququ


ƏMƏK MÜQAVILƏSI

  • Əmək müqaviləsinin tərəfləri və məzmunu

  • Əmək müqaviləsinin forması, bağlanması və ona dəyişikliklər edilməsi qaydası

  • Əmək müqaviləsi bağlanarkən tələb olunan sənədlər

  • Əmək müqaviləsinin müddəti

İŞ VAXTI / İSTIRAHƏT VAXTI

  • Tam, qısaldılmış və natamam iş vaxtları

  • İş vaxtı rejimi

  • istirahət və nahar fasiləsi

  • həftələrarası istirahət günləri

  • Bayram, səsvermə və ümumxalq hüzn günləri

  • istirahət vaxtında işə cəlb olunma


ƏMƏK MÜQAVILƏSINƏ XITAM VERILMƏSI

  • Işçinin təşəbbüsü

  • Işəgötürənin təşəbbüsü

  • Müqavilə müddətinin qurtarmasi

  • Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi

  • Müəssisənin mülkiyyətçisinin dəyişməsi

  • Tərəflərin iradəsindən asılı olmayan hallar

  • Tərəflərin müəyyən etdiyi hallar

  • Xitam verilərkən işçilərin təminatları

  • İşçinin işdən kənar edilməsi


ƏMƏK MÜNASIBƏTLƏRININ SƏNƏDLƏŞDIRILMƏSI VƏ HESABATVERMƏ

  • Əmək münasibətlərinin, xüsusən əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi

  • Əmək kitabçalarının doldurulması qaydaları

  • İşçi barədə qovluqda saxlanılmalı olan sənədlər və əmək münasibətləri üzrə uçot

  • İşçilərə arayışlar və xasiyyətnamələrin verilməsi

  • Əmək münasibətləri üzrə hesabatvermə


MƏZUNIYYƏT HÜQUQU

  • Əmək məzuniyyəti

  • Sosial məzuniyyət

  • Yaradıcılıq və təhsil məzuniyyəti

  • Ödənişsiz məzuniyyət

  • Məzuniyyətin verilməsi qaydası

  • Məzuniyyətin verilməsinin rəsmiləşdirilməsi

  • Məzuniyyət haqqı və məzuniyyətə görə kompensasiya


ƏMƏK HAQQI

  • Əməyin ödənilməsi normaları

  • Əmək haqqının ödənilməsi formaları, qaydaları və əmək haqqından tutulmalar

  • Orta əmək haqqının hesablanması və onun saxlandığı hallar


ƏMƏYİN MÜHAFİZƏSİ

  • Əməyin mühafizəsinin anlayışı və prinsipləri

  • Əməyin mühafizəsinin hüquqi, təşkilati və maliyyə təminatı

  • İşçinin əməyin mühafizəsi hüququnun həyata keçirilməsi üçün təminatlar

  • Əməyin mühafizəsi normalarına və qaydalarına əməl olunmasına nəzarət və işəgötürənlərin məsuliyyəti


EZAMİYYƏ MƏSƏLƏLƏRİ

  • Ezamiyyə qaydaları

  • Ezamiyyə normaları

  • Ezamiyyədə olan işçinin təminatları


ƏMƏK MÜNASİBƏTLƏRİNDƏ PEŞƏ SIĞORTASI, SOSİAL SIĞORTA VƏ VERGİ

  • Sosial sığorta sistemində fərdi uçot

  • Sosial sığorta haqları

  • Sosial sığorta ödənişləri və rəsmiləşdirmə

  • Vergilərin müəyyən edilməsi və ödənilməsi

  • İcbari Peşə sığortası


ƏMƏK QANUNVERCİLİYİNƏ ƏMƏL OLUNMASINA DÖVLƏT NƏZARƏTİ

  • Dövlət əmək müfəttişliyi ilə münasibətlər

  • Dövlət Miqrasiya Xidməti ilə münasibətlər

  • DSMF ilə münasibətlər

  • Baş Məşğulluq Xidməti ilə münasibətlər

  • Vergi orqanları ilə münasibətlər

  • HMO ilə münasibətlər



Təlimin metodikaları
Təlimlər təlimçi ilə dinləyicilər arasında intеnsiv qarşılıqlı əlaqə formasında həyata kеçirilib. Hər bir mövzu üzrə təlimçi tərəfindən müvafiq informasiya dinləyicilərə çatdırıldıqdan sonra dinləyicilərin öz pеşə fəaliyyətlərində rastlaşdıqları və rastlaşa biləcəkləri müəyyən hadisələr modеlləşdirilib (məsələ formasında) və dinləyicilərin bilavasitə iştirakı ilə həlli yolları müəyyənləşdirilib. Bеlə ki, dinləyicilər təlimçi tərəfindən təklif olunan hadisənin (məsələnin) həllində passiv müşahidəçi kimi çıхış еtməyərək özləri bilavasitə bu hadisəni təhlil еdib, nəticələr çıхarıb və еyni zamanda təlimçidən müvafiq nəzəri və praktiki məlumatı alıblar. Təlimlərin kеçirilməsi zamanı dinləyicilərə müхtəlif məsələlər təklif olunub, o cümlədən:

  • Praktik əhəmiyyətli – dinləyicilər əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün tələb olunan sənəd formaların tərtib еdib;

  • Məntiqi – dinləyicilər əmək münasibətləri zamanı qarşıya çıхan bu və ya digər problеməlri həll еdib.

  • Təlim prosеsində dinləyicilərin suallarının cavablandırılması, dinləyicilərin öz pеşə fəaliyyətləri zamanı qarşılaşdıqları müəyyən hadisələrin müzakirəsi aparılıb.

Təlim zamanı əmək qanunvericiliyinin tətbiqi ilə bağlı çoxsaylı məsələlər/kazuslar müzakirə edilmiş, test tapşırıqları verilmiş, iştirakçılar fərdi və qrup halında məsələlər həll etmiş, müxtəlif sənədlər (əmək müqaviləsi, kollektiv müqavilə, intizam qaydaları, işəqəbul və işdənçıarma prosedurları, kadr əmrləri və s.) tərtib etmişlər.

Təlimin qiymətləndirilməsi



mənfi tendensiya

müsbət tendensiya

1. Əmək qanunvericiliyinin praktiki təminatlılığına inamsızlıq (“onsuz da məhkəmələr uduzacağıq”)
2.  Əmək qanunvericiliyinin tətbiqi zamanı, təşkilatın fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmadan praktiki məqamlara yersiz önəm verilməsi (“filan təşkilat da belə edir biz də belə edək”)
3.  Əmək qanunvericiliyi ilə bağlı əlaqədar qurumlarının (Nazirlər Kabineti, Əmək və Əhalinin sosial müdafiəsi nazirliyi və s.) səlahiyyətində olan bu və ya digər məsələlərlə bağlı göstərişlərinin və məktublarının hüquqi araşdırma aparılmadan sözsüz icra edilməsi

4.  Əmək qanunvericiliyində baş vermiş dəyişikliklər barədə məlumatsızlıq və ya məlumatların xeyli sonra əldə edilməsi

5. Əmək qanunvericiliyin tətbiqi zamanı digər qanunvericilik aktlarının verdiyi imkanlardan yararlanmamaq (“yeri gəldi-gəlmədi işçi ilə əmək müqaviləsi bağlanılır”)

6. Əmək məcəlləsinin intrepretasiyası üçün geniş imkan var ki, bu da öz nöbəsində işdə zidiyyətlər yaradır


7. İşçilər daha çox kadr işləri üzrə kargüzarlıqla məşğul olurlar və əmək qanunvericiliyinin verdiyi imkanlardan yararlanmırlar
8. Dövlət orqanlarının rəhbərlərinin yuxarı yaşda olması bu sistemin təkmilləşdirilməsi istiqamətində tədbirlərin, baxışın çeviklyi və sürətli dəyişikliyi üçün müəyyən maneələr yaradır
9. Ancaq qısa müddət ərzində bilik əldə edib işçilərin idarəolunma sistemində dəyişikliklər görmək istəyi
10. Özünü təkmilləşdirmə və özünü təhsiləndirmək üzrə təşəbbüsün aşağı səviyyədə olması
11. Korporativ tədbirlər, motivasiya və kadrların təlimatlandırılması üçün büdcənin məhdud olması

12. Dövlət qulluğu qanunvericiliyinin mürəkkəb və sistemsiz olması

13. Dövlət qulluğu qanunvericiliyi ilə əmək qanunvericiliyi arasında dəqiq sərhədlərin olmaması nəticəsində hüquqtətbiqetmədə ziddiyyətlərin ortaya çıxa bilməsi


1.Təlimə yüksək motivasiyanın olması
2. Əmək qanunvericiliyinin vacibliyinin dərk olunması
3. İki dillilik informasiya mənbələrinə və ədəbiyyata asan girişi təmin edir
4. Kadr işində böyük təcrübə
5. rəhbərliyinin professional güvenliyi
6. Təlimdə iştirak təcrübəsinə malik
7. Namizədlərin seçilmə prosesinə cəlb olunma
9. Nazirlik, idarə daxili həmkarların bir-biri arasında, bilik, informasiya və təcrübə mübadiləsi prosesinə cəlb olunması
10. Əmək qanunlarına ciddi riayət olunma istəyi

Təkliflər
1. Kadr kargüzarlığı sahəsində əlavə təlimlərə ehtiyac var. Eyni zamanda hüquqşünast və insan resurslarının idarə olunması üzrə mütəxəsisin təlimlərin keçirilməsi tövsiyyə olunur.
2. İnsan resuslarının idarəolunması sisteminin müasir tendesiyalarını tənzimləyən alətlər, standartlar, prosedurlar üzrə əlavə biliklərə ehtiyac duyulur.
3. Azərbaycan dilində vahid təlim paketinə ehtiyac var.
4. İdarə heyətində və ya müəssisədə olan rəhbərliyə insan resurslarının inkişafına dair təlim kursunun keçirilməsinə ehtiyacı var.

Xocalı PR 55, AGA Biznes Mərkəzi, 13-cü mərtəbə AZ1025, Bakı Azərbaycan, tel.: + 994 12 464 42 28

e-mail: office@allianzconsult.az



www.allianzconsult.az



Yüklə 84,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə