Azərbaycan Respublikasının Torpaq Məcəlləsi



Yüklə 0,49 Mb.

səhifə1/25
tarix31.08.2018
ölçüsü0,49 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   25


Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 

(

25 iyun 1999-cu il tarixli, 695-IQ

 nömrəli Azərbaycan Respublikası Qanunu ilə təsdiq 

edilmişdir) 

I fəsil. Ümumi müddəalar 

Maddə 1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi  

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, «

Torpaq islahatı 

haqqında


» Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan 

ibarətdir. 

2. Yerin təkindən, su obyektlərindən, meşədən, bitki və heyvanlar aləmindən, mədəni və 

təbii landşaftlardan, atmosfer havasından istifadə və onların mühafizəsi üzrə münasibətlər 

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. 

Maddə 2. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin məqsədi  

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq 

üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq 

münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin 

torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının 

müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait 

yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və 

dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına 

və yaxşılaşdırılmasına yönəlmişdir. 

Maddə 3. Torpaq münasibətləri  

1. Torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər 

arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək 

sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi 

sahəsində ictimai münasibətlərdir. 

2. Torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, 

bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə 

əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və 

təşkilatlar, xarici dövlətlərdir. 

3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər 

və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu 

Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər. 

4. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. 

Maddə 4. Torpaq sahəsi  

1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət 

qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, 

təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. 




2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) 

keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü 

müəyyən edilir. 

3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində 

hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən 

istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 

4. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, torpaq sahələri və onların 

üzərində hüquqlar, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (torpaq qatı, sututarlar, 

meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) dövriyyədə 

ayrılmaz şəkildə iştirak edirlər. 

5. Torpaq sahəsi bölünən və bölünməz ola bilər. 

Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-

ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq 

sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər. 

Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına 

görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. 

Torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədilə dövlət qeydiyyatına 

alına bilən torpaq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları 

müvafiq icra 

hakimiyyəti orqanı

 tərəfindən müəyyənləşdirilir. 

Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri  

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi 

mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət 

tərəfindən qorunur. 

2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri 

üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində 

— bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan 

Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 

3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə 

birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində 

sərəncam vermək hüquqlarından ibarətdir. 

Maddə 6. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin 

səlahiyyətləri  

Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: 

 

Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin təkmilləşdirilməsinə dair 



təkliflərin hazırlanması

;  


 

torpaq qanunvericiliyinin icrasını təmin edən normativ-hüquqi aktların qəbulu və 



onlara dəyişikliklərin edilməsi

;  


 

dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və yerquruluşunun 



aparılması qaydalarının müəyyən edilməsi

;  





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə