Azərbaycan Respublikasının Torpaq Məcəlləsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix31.08.2018
ölçüsü1,04 Mb.
#66063
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

3. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək 

üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə 

servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ 

vardır. 


4. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: 

 



torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək;  

 



torpaq sahəsindən fərdi, kommunal, mühəndis, elektrik və digər xətt və 

şəbəkələrin çəkilməsi və təmiri üçün istifadə etmək;  

 

torpaq sahəsində drenaj işləri aparmaq;  



 

torpaq sahəsində su toplamaq və içməli su götürmək (mal-qaranı suvarmaq);  



 

torpaq sahəsindən mal-qaranı keçirmək;  



 

yerli şəraitə və adətlərə uyğun olaraq, özgənin torpaq sahəsində ot biçmək və mal-



qara otarmaq;  

 



torpaq sahəsindən axtarış, tədqiqat və digər işlərin aparılması üçün müvəqqəti 

istifadə etmək;  

 

qonşu sahədə dayağı olan və ya müəyyən hündürlükdə qonşu sahəsinə keçən 



tikililər və qurğular ucaltmaq;  

 



qonşu sahədə müəyyən hündürlükdən artıq olan tikililərin və qurğuların 

ucaldılmasını qadağan etmək;  

 

torpaq sahəsində qoruyucu meşə əkinləri və zolaqları salmaq və digər 



təbiətqoruyucu obyektlər yaratmaq;  

 



qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar.  

5. Servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az 

məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir. 

6. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, üzərində servitut müəyyən 

edilən torpaq sahəsinin mülkiyyətçisinin həmin servitutdan istifadə edən şəxsdən müvafiq 

ödəniş tələb etmək hüququ vardır. 

7. Kənd əhalisinin və onların birliklərinin xeyrinə müəyyən edilən kənd təsərrüfatı 

servitutlarına görə ödəniş tutulmur. 

8. Servitutlar müvəqqəti və daimi ola bilər. Torpaq sahəsi üzərində hüququn formasından 

asılı olmayaraq, bütün torpaq sahəsinə servitut müəyyən edilə bilər. 

9. Servitutlar qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından 

keçirilməlidir. 

10. Torpaq sahəsi başqa şəxslərə keçdikdə, qanunvericiliklə müəyyən edilmiş servitutlar 

saxlanılır. 

11. Müəyyən edilmiş servitutun əsasları sonradan aradan götürülərsə, torpaq 

mülkiyyətçisinin tələbinə görə həmin servitut dayandırıla bilər. Üzərində servitutun 

müəyyən edilməsi nəticəsində torpaq sahəsindən məqsədli təyinatına görə istifadə 

edilməsi mümkün olmadığı hallarda, həmin sahənin mülkiyyətçisinin bu servitutun 

məhkəmə qaydasında dayandırılmasını tələb etmək hüququ vardır. (

3



Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları  


Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: 

 



müvafiq icra hakimiyyəti orqanlarının

 və ya bələdiyyələrin qərarları və onlarla 

bağlanan müqavilələr;  

 



hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı 

digər əqdlər;  

 

məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və 



ya hökmü;  

 



vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla 

yaranır.  



XIII fəsil. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və 

icarəyə verilməsi 

Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə 

verilməsinin ümumi əsasları  

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, 

istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını 

müvafiq icra hakimiyyəti orqanı

bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 



2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla 

bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün 



cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları, 

hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilməsi kənd təsərrüfatına azyararlı 

və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı 

torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq 

sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar 

ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin 

müvəqqəti istifadəsinə və icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və 

eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan 

Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın 

ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və 

icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə 

bilər. 

3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd 

təsərrüfatı istehsalı üçün istifadəyə və icarəyə verilə bilər. 

4. Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və 

ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı 

şəxslərə üstünlük verilir: 

 



bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə;  

 



Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil 

olmuş şəxslərə və həlak olanların ailəsinə;  

 



yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi 

xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət 

etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından 

başqa);  


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə