Azərbaycan Respublikasının Torpaq Məcəlləsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə25/25
tarix31.08.2018
ölçüsü1,04 Mb.
#66063
1   ...   17   18   19   20   21   22   23   24   25

6. Kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün 

icarəyə verildikdə, torpaq qanunvericiliyində nəzərdə tutulmuş imtiyazlar tətbiq olunur. 

(

20



Maddə 100. Torpaqla bağlı əqdlərə tətbiq edilən tədiyələr  

1. 


Müvafiq icra hakimiyyəti orqanları

 və səlahiyyətləri daxilində bələdiyyələr torpaqla 

bağlı əqdlərin növündən və torpaq sahələrinin qiymətindən asılı olaraq, tədiyələrin 

diferensiallaşdırılmış dərəcələrini və ödəmə qaydalarını müəyyən edirlər. 

2. Torpaqla bağlı əqdlərə tətbiq edilən tədiyələrdən (ödənclərdən) daxil olan vəsaitin 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilmiş hissəsi yeni torpaqların 

kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinə, dövlət proqramları əsasında torpaqların 

keyfiyyətinin yaxşılaşdırılmasına, rekultivasiyasına, dövlət torpaq kadastrının, torpaqların 

monitorinqinin, yerquruluşu və elmi-tədqiqat işlərinin aparılmasına, torpaqların istifadəsi 

və mühafizəsi ilə əlaqədar digər tədbirlərin həyata keçirilməsinə sərf edilir. 

Torpaq ödəncləri üzrə güzəştlər Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi 

aktları ilə müəyyən edilir. 

XX fəsil. Torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və 

icarəçilərinə vurulan zərərin və kənd təsərrüfatı və 

meşə təsərrüfatı istehsalı itkilərinin ödənilməsi 

Maddə 101. Torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə 

vurulan zərərin ödənilməsi  

1. Torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, 

habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının 

məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri ilə torpaqların 

keyfiyyətinin pisləşməsi nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir bu itkilərə məruz 

qalmış torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə tam həcmdə 

ödənilməlidir. Torpaq sahələri geri alınarkən qeyd olunan xərclərlə yanaşı, habelə 

torpaq mülkiyyətçisinin üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl 

xitam verilməsi ilə əlaqədar düşdüyü xərci də ödəməlidir. 

2. Vurulmuş zərəri, o cümlədən əldən çıxmış gəliri, geri alınan torpaq sahələrini əldə 

etmiş hüquqi və fiziki şəxslər, habelə fəaliyyəti torpaq mülkiyyətçilərinin, 

istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşmasına, yaxud yaxınlıqda 

yerləşən torpaqların keyfiyyətinin pisləşməsinə səbəb olan hüquqi və fiziki şəxslər bu 

Məcəllə ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilən qaydada ödəyirlər. 

3. Zərərin ödənilməsi ilə əlaqədar mübahisələrə qanunvericilikdə müəyyən edilmiş 

qaydada müvafiq məhkəmədə baxılır. (

3



Maddə 102. Kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərinin 



ödənilməsi  

1. Kənd təsərrüfatı və meşə təsərrüfatı ilə əlaqədar olmayan məqsədlər üçün kənd 

təsərrüfatı və meşə təsərrüfatı torpaqlarının geri alınması, habelə istifadə sahəsində 



hüquqi və ya fiziki şəxslərin fəaliyyətinin təsiri ilə yaranan məhdudiyyətlər nəticəsində 

baş verən kənd təsərrüfatı və meşə təsərrüfatı itkiləri bu Məcəllənin 101-ci maddəsinə 

uyğun olaraq zərərin ödənilməsindən əlavə olaraq kompensasiya edilir. 

2. Kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərini aşağıdakılar ödəyirlər: 

 

kənd təsərrüfatı və meşə təsərrüfatı ilə əlaqədar olmayan ehtiyaclar üçün kənd 



təsərrüfatı və meşə torpaqlarını xeyrinə geri alan hüquqi və fiziki şəxslər;  

 



obyektlərinin ətrafında mühafizə, sanitariya və qoruyucu zonalar 

müəyyənləşdirilərkən kənd təsərrüfatı və meşə torpaqlarını dövriyyədən çıxaran 

və ya onları daha az qiymətli torpaqlara keçirən hüquqi və fiziki şəxslər.  

3. Hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri nəticəsində kənd təsərrüfatı və meşə 

təsərrüfatı yerlərinin keyfiyyəti pisləşdikdə də kənd təsərrüfatı və meşə təsərrüfatı 

istehsalı itkiləri onlar tərəfindən kompensasiya edilir. 

4. Kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin ödənilməsi qaydasında daxil olan vəsait 

müvafiq icra hakimiyyəti orqanının

 hesabına keçirilir. Həmin vəsaitdən ilk növbədə 

ərazisindən torpaq alınan rayonda yeni torpaqların mənimsənilməsi, torpaqların 

münbitliyinin artırılması, meşə salınması və meşə fondu torpaqlarının məhsuldarlığının 

yüksəldilməsi, torpaqların mühafizəsi və digər tədbirlərin həyata keçirilməsi üçün istifadə 

edilir. 

5. İtkilərin və ziyanın miqdarının müəyyən edilməsi və ödənilməsi qaydaları Azərbaycan 

Respublikasının 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən təsdiq edilmiş normativ-

hüquqi aktlar əsasında müəyyən edilir. 



XXI fəsil. Torpaq mübahisələrinin həlli 

Maddə 103. Torpaq mübahisələrini həll edən orqanlar  

1. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində 

müvafiq icra hakimiyyəti orqanları

bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. 



2. 

Müvafiq icra hakimiyyəti orqanının

 və ya bələdiyyənin qərarı ilə tərəflər razı 

olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq 

məhkəmədə baxılır. 

3. Torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan 

zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə 

müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir. 

4. Rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə 

məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin 

mübahisələrinə 

müvafiq icra hakimiyyəti orqanı

, bələdiyyə və məhkəmə tərəfindən 

baxılır. 

5. Rayon (şəhər) daxilində yaşayış məntəqələrinin hüdudlarının müəyyən edilməsinə dair 

mübahisələrə 

müvafiq icra hakimiyyəti orqanı

 və bələdiyyə tərəfindən baxılır. Tərəflər 

onların qərarı ilə razı olmadıqda, yuxarı dövlət orqanlarına və ya məhkəməyə müraciət 

edə bilərlər.(

KM1




Maddə 104. İnzibati-ərazi vahidləri arasında ərazi mübahisələrinin həlli  

İnzibati-ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə aidiyyəti üzrə 

Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali 

Məclisinin yaratdığı xüsusi komissiyalar tərəfindən baxılır. 



Maddə 105. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında torpaq 

mübahisələrinin həlli  

Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ərazi mübahisələri baş verdikdə, bu 

məsələ Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq hüquq normaları və 

prinsipləri əsasında həll olunur. 



Maddə 106. Məhkəmədən kənar torpaq mübahisələrinə baxılması 

qaydaları  

1. Torpaq üzrə mübahisələrə tərəflərdən birinin ərazisinə əsasən, müvafiq icra 

hakimiyyəti orqanı və ya bələdiyyə ərizənin daxil olduğu gündən etibarən bir ay 

müddətinədək baxır. 

2. Torpaq mübahisələrinə maraqlı tərəflərin iştirakı ilə baxılır. Məsələnin həllində ilk 

dəfə tərəflərin biri iştirak etmədikdə və məsələyə baxılmasına dair onun rəsmi razılığı 

olmadıqda, işə baxılması təxirə salınır. 

3. Tərəflərin birinin üzürlü səbəb olmadan ikinci dəfə baxışa gəlməməsi torpaq 

mübahisələrinə baxılmasını və bu məsələ üzrə qərar qəbul edilməsini dayandırmır. 

4. Torpaq mübahisələrinə baxan orqanın qərarında onun yerinə yetirilməsi qaydaları və 

pozulmuş hüquqların bərpası üzrə tədbirlər nəzərdə tutulur. 

5. Qərar qəbul edildiyi andan ən geci 5 gün keçənədək tərəflərə verilir. 



Maddə 107. Məhkəmədən kənar torpaq mübahisələrində iştirak edən 

tərəflərin hüquqları  

Məhkəmədən kənar qaydada baxılan torpaq mübahisələrində iştirak edən tərəflər 

mübahisənin həllinə dair sənədlərlə tanış olmaq, onlardan çıxarışlar etmək, torpaq 

mübahisələrinə baxılmasında iştirak etmək, sənədlər və digər sübutlar təqdim etmək, 

vəsatət qaldırmaq, şifahi və yazılı izahatlar vermək, vəsatətə və digər tərəfin 

müqavilələrinə etiraz etmək, torpaq mübahisələri üzrə qərarın surətini almaq

müvafiq 

icra hakimiyyəti orqanının

 və ya bələdiyyənin qərarı ilə razı olmadıqda, ondan müvafiq 

məhkəməyə şikayət etmək hüquqlarına malikdirlər. 



Maddə 108. Məhkəmədən kənar torpaq mübahisələrinə dair qərarın icrası  

1. Torpaq mübahisələrinə dair 

müvafiq icra hakimiyyəti orqanının

 və ya bələdiyyənin 

qərarı qəbul edildiyi andan qüvvəyə minir. Qərardan müvafiq məhkəməyə şikayət 

verilməsi onun icrasını dayandırır. 




2. 

Müvafiq icra hakimiyyəti orqanının

 və ya bələdiyyənin torpaq mübahisəsinə dair 

qərarının icrasına nəzarəti müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı 

həyata keçirir. 

3. Torpaq mübahisələrinə dair qərarların icrası qərar çıxaran orqan və ya yuxarı orqan 

tərəfindən dayandırıla və ya onun müddəti uzadıla bilər. 

XXII fəsil. Torpaq qanunvericiliyinin pozulmasına görə 

məsuliyyət 

Maddə 109. Torpağa dair əqdlərin etibarsızlığı  

Torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-

satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan 

əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları 

pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. 

Maddə 110. Torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət  

Aşağıdakı hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən 

edilmiş qaydada məsuliyyət daşıyırlar: 

 



bu Məcəllənin 109-cu maddəsində göstərilən əqdlərin bağlanılması;  

 



torpaq sahələrinin özbaşına tutulması;  

 



torpaq sahələrində qanunsuz tikinti aparılması;  

 



torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi;  

 



torpaqların zibilləndirilməsi, istehsalat və məişət tullantıları ilə, kimyəvi və 

radioaktiv maddələrlə, habelə çirkab suları ilə çirkləndirilməsi, bakterial-parazitik 

və zərərli karantin orqanizmlərlə yoluxdurulması;  

 



torpaqları yaxşılaşdırmaq və onları külək, su eroziyasından və torpaqların 

münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi 

tədbirlərin görülməməsi;  

 



torpaqların (o cümlədən meşə torpaqlarının) münbit qatının korlanması;  

 



torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələşdirilməsi, tikilməsi 

və istismara verilməsi;  

 

müvəqqəti istifadəyə və icarəyə verilən torpaqların vaxtında qaytarılmaması və ya 



onları təyinatı üzrə istifadə etmək üçün yararlı hala salmaq barədəki öhdəliklərin 

yerinə yetirilməməsi, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına 



mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq 

sahələrinin qanunsuz hasara alınması yolu ilə və ya digər üsullarla bağlanılması 

və ya dənizin sahilinə gediş-gəlişin məhdudlaşdırılması;  

 



mülkiyyətdə və istifadədə olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv 

edilməsi;  

 

torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsi, kəmiyyət və 



keyfiyyətinə dair məlumatların təhrif edilməsi;  

 



torpaq sahələrində meteoroloji şəbəkələrin və ölçü vasitələrinin geodeziya-istinad 

məntəqələrinin və yerüstü nişanların, habelə meliorasiya və irriqasiya 

sistemlərinin sıradan çıxarılması. (

8



21

)  


Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması  


1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla 

qadağan olunur. 

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən 

xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların 

sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və 

ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar 

qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin 

kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə 

ödənilməklə geri alınır. (

16



Maddə 112. Torpaq qanunvericiliyini pozmaqla vurulan zərərin 



ödənilməsi  

Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri 

ödəməyə borcludurlar. 

XXIII fəsil. Beynəlxalq müqavilələr 

Maddə 113. Beynəlxalq müqavilələr  

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə bu Məcəllədən 

fərqli qaydalar nəzərdə tutulmuşdursa, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir. 

«Azərbaycan» qəzetində dərc edilmişdir (8 avqust 1999-cu il, № 179). 

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 

1999-cu il, № 8, maddə 478). 

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda 33-cü maddəsinin 2-ci 

bəndinə düzəliş edilmişdir (31 avqust 2008-ci il, № 8 (134)). 

 

Məcəlləyə dəyişiklik və əlavələrin edildiyi sənədlərin  

Siyahısı

 

1. 23 noyabr 2001-ci il tarixli



219-IIQD

 nömrəli qanun. 

2. 19 aprel 2002-ci il tarixli, 

306-IIQD


 nömrəli qanun — «Azərbaycan» qəzeti (2 iyun 

2002-ci il, № 124). 

3. 23 aprel 2002-ci il tarixli, 

311-IIQD


 nömrəli qanun — «Azərbaycan» qəzeti (4 may 

2002-ci il, № 101). 

4. Konstitusiya Məhkəməsinin 27 iyul 2000-ci il tarixli qərarı 



5. 3 dekabr 2002-ci il tarixli, 

393-IIQD


 nömrəli qanun — «Azərbaycan» qəzeti (15 

yanvar 2003-cü il, № 11). 

6. 25 mart 2003-cü il tarixli, 

426-IIQD


 nömrəli qanun — «Azərbaycan» qəzeti (7 iyun 

2003-cü il, № 128). 

7. 20 iyun 2003-cü il tarixli, 

483-IIQD


 nömrəli qanun — «Azərbaycan» qəzeti (6 avqust 

2003-cü il, № 178). 

8. 13 yanvar 2004-cü il tarixli,

 587-IIQD

 nömrəli qanun — «Azərbaycan» qəzeti (14 

fevral 2004-cü il, № 37). 

9. 1 iyun 2004-cü il tarixli, 

677-IIQD


 nömrəli qanun — «Azərbaycan» qəzeti (20 iyun 

2004-cü il, № 142). 

10. 7 sentyabr 2004-cü il tarixli, 

731-IIQD


 nömrəli qanun — «Azərbaycan» qəzeti (22 

oktyabr 2004-cü il, № 246). 

11. 23 dekabr 2005-ci il tarixli, 

36-IIIQD


 nömrəli qanun — «Azərbaycan» qəzeti (16 

fevral 2006-cı il, № 34). 

12. 21 aprel 2006-cı il tarixli, 

100-IIIQD

 nömrəli qanun — «Respublika» qəzeti (25 iyun 

2006-cı il, № 139). 

13. 30 may 2006-cı il tarixli, 

122-IIIQD

 nömrəli qanun — «Azərbaycan» qəzeti (4 avqust 

2006-cı il, № 172). 

14. 20 oktyabr 2006-cı il tarixli, 

170-IIIQD

 nömrəli qanun — «Azərbaycan» qəzeti (2 

dekabr 2006-cı il, № 270). 

15. 26 dekabr 2006-cı il tarixli, 

219-IIIQD

 nömrəli qanun — «Azərbaycan» qəzeti (24 

yanvar 2007-ci il, № 14). 

16. 17 aprel 2007-ci il tarixli, 

315-IIIQD

 nömrəli qanun — «Azərbaycan» qəzeti (19 

avqust 2007-ci il, № 184). 

17. 1 aprel 2008-ci il tarixli, 

588-IIIQD

 nömrəli qanun — «Xalq» qəzeti (14 may 2008-ci 

il, № 103). 

18. 2 iyun 2008-ci il tarixli, 

615-IIIQD

 nömrəli qanun — «Respublika» qəzeti (24 iyun 

2008-ci il, № 136). 

19. 4 iyul 2008-ci il tarixli, 

666-IIIQD

 nömrəli qanun — «Azərbaycan» qəzeti (10 avqust 

2008-ci il, № 176). 

20. 28 oktyabr 2008-ci il tarixli,

 709-IIIQD

 nömrəli qanun — «Azərbaycan» qəzeti (12 

dekabr 2008-ci il, № 277). 

21. 2 dekabr 2008-ci il tarixli, 

728-IIIQD

 nömrəli qanun — «Respublika» qəzeti (17 

fevral 2009-cu il, № 37). 




22. 20 aprel 2012-ci il tarixli, 

331-IVQD


 nömrəli qanun — «Azərbaycan» qəzeti (5 iyun 

2012-ci il, № 122). 

 

(KM1) 1. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinin, 71-ci 



maddəsinin II və VII hissələrinin, 147-ci maddəsinin I hissəsinin, 149-cu maddəsinin III 

hissəsinin müddəaları baxımından Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü 

maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müddəa şəxsin torpaq mübahisələrini həll 

etmək üçün bilavasitə məhkəməyə müraciət etmək hüququnu istisna etmir.  

2. Torpaq mübahisələri ilə bağlı hüquqlarının pozulduğunu hesab edən şəxs onun bərpa 

edilməsi üçün öz iradəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanına, bələdiyyəyə 



və ya bilavasitə məhkəməyə müraciət edə bilər.  

 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə